Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə19/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   93

 
73
parlament qarşısında məsuliyyət daşımalı idi. Siyasi 
məhbuslara amnistiya verildi. Sosialist partiyasının liderləindən 
olan Karl Libknext həbsxanadan azad edildi. Ölkədə 
yetişməkdə olan inqilabın qarşısını almaq üçün hökumət 
manevrlərə də əl atmalı oldu. O, Almaniyanın şimalında Kil li-
manında yerləşən matrosları  dənizdə  İngiltərə donanması ilə 
döyüşə  çıxarmaq istədi. Almaniya hökumətinin bu işdə iki 
məqsədi vardı. Hökumət belə güman edirdi ki, Əgər Almaniya 
donanması qalib gələrdisə, kütlələrdə  vətənpərvərlik  əhval-
ruhiyyəsi artar və onlar inqilab fikrindən  əl çəkərdilər.  İkinci 
halda, yəni matroslar  məğlub olardılarsa, bunun günahını 
inqilabi  əhvali-ruhiyyəli kütlələrin üzərinə  yıxmaq və onların 
üzərinə hücuma keçib inqilabın qarşısını almaq olardı. Lakin 
hadisələrin gedişi hökumətin gözlədiyi kimi olmadı. 1918-ci il 
noyabrın 3-də Kil limanının matrosları  dənizə  çıxmaqdan 
imtina etdilər və tətil etdilər. Onların tətili bütün ölkədə tətil və 
nümayişlərin başlamasına səbəb oldu. Həmin gün Almaniya 
tarixinə inqilabın başlanması tarixi kimi daxil oldu. 
Almaniyada inqilabı dörd mərhələyə bölmək olar: noyabrın 3-
dən 9-na qədər; noyabrın 10-dan dekabrın ortalarınalək, 
dekabrın ortalarından 1919-cu ilin fevralınadək, 1919-cu ilin 
fevralından may ayına qədər; 
 Almaniyadakı inqilab öz xarakterinə görə burjua-demok-
ratik inqilabı idi. Bu inqilab öz qarşısına monarxiyanı devirmək 
və demokratik respublika qurmaq məqsədini qoymuşdu. 
Noyabrın 9-da inqilab Berlində  qələbə çaldı  və monarxiya 
devrildi. Kral II Vilhelm və  şahzadə Maks Badenski heç bir 
müqavimət göstərmədən hakimiyyətdən  əl çəkdilər. Almani-
yada Hohensolernlər sülaləsinin mövcudluğuna son qoyuldu. 
Kral Hollandiyaya getdi. 1918-ci ilin noyabrın 10-da təşkil 
edilən hökumət Xalq Müvəkkilləri Şurası adlandı və ona sosial-
demokrat Ebert başçılıq etməyə başladı. O, Almaniya sosial-
demokrat partiyasının liderlərindən idi. Həmin gün Karl Lip-
 
74
qnext Almaniyanı sosial respublika elan etdi. Bolşeviklərin 
qırmızı terrordon istifadə etmələrinin acı təcrübəsini müşahidə 
edən Almaniya sosial-demokratları vətəndaş müharibəsinə im-
kan vermədilər. Ona görə  də Almaniyada Noyabr inqilabı 
«məxməri inqilab» adlandı. Birinci dünya müharibəsi 
Almaniyaya çox böyük zərər vurdu. Müharibədə Almaniyaya 
vurulan maddi və hərbi zərər 161 milyard marka olmuş, 2 mln. 
adam ölmüş, 1 mln əsir düşmüş, 4 mln adam isə yaralanmışdı. 
Almaniya öz əhalisinin 1/10, ərazisinin isə 1/8 hissəsini 
itirmişdi. Dəmir filizinin çıxarılması 75 %, daş kömür 
çıxarılması isə 20% azalmışdı. Almaniyanın dirçəlməsi üçün 
xeyli vaxt lazım idi. 
1918-ci ilin sonunda ölkədə baş verən hadisələrlə 
əlaqədar olaraq, sinfi qüvvələrin qruplaşması  və yeni siyasi 
partiyaların yaranması prosesi sürətləndi.  İlk növbədə 
fəaliyyətdə olan partiyalar öz sıralarına yenidən baxdılar. Bu 
partiyalardan biri hələ 1869-cu ildə Almaniyanın Eyzenax 
şəhərində təşkil edilmiş Almaniya sosial-demokrat partiyası idi. 
Müharibə dövründə bu partiyadan üç qanad ayrılmışdı. 
Onlardan biri 1916-cı ildə təşkil olunmuş «Spartakçılar» qrupu 
idi ki, bunlar daha sol mövqedə dururdular. İkinci qrup 
«mərkəzçilər» qrup idi ki, bu qrup barışdırıcılıq mövqeyində 
dururdu. Sosial-demokrat partiyasından ayrılan üçüncü qrup isə 
1917-ci ilin aprelində Almaniya Müstəqil sosial-demokrat 
pratiyasını (AMSDP) təşkil etmişdi. AMSDP müharibəni 
imperialist müharibəsi elan etsə  də, barışdırıcılarla  əlaqəni 
kəsmirdi: 
1918-ci ilin dekabrın 30-da «Spartak» qrupu Almaniya 
kommunist partiyasını  təşkil etdi. Onun ən görkəmli liderləri 
K.Libqnext və R.Lüksemburq  idi. 
1918-ci ilin sonunda burjua partiyalarında da yenidən 
təşkilolunma prosesi başlandı. Bu paritiyalardan biri Alma-
niyada monarxiyanın tərəfdarı olan Almaniya milli xalq parti-


 
75
yası idi. Bu partiya iri mülkədarları  və  qolçomaqları, bir sıra 
inhisarçıları, yüksək rütbəli məmurları, irticaçı zabit 
korpusunun maraqlarını müdafiə edirdi. Bu mühafizəkarlar, 
qisasçılar, monarxistlər, militaristlərin partiyası idi. Onun 
rəhbəri Huqenberq idi. 
İkinci partiya isə  ağır sənaye inhisarçılarını  və maliyyə 
oliqarxiyası quruplarını təmsil edən Ştrezemanın başçılıq etdiyi 
Alman xalq partiyası idi.  
Üçüncü burjua partiyası tərkibində əsasən, elektrotexnika 
və kimya sənayesi inhisarlarının sahiblərini, orta sahibkarlar, 
bankirlər, dövlət qulluqçuları və ziyalıları birləşdirən Almaniya 
demokrat partiyası idi. Onun liderləri B.Ratenau, E.Kox və 
başqaları idi. Onlar ölkədə respublika idarə formasının 
tərəfdarları idi.  
 Bismarkın dövründə  təşkil edilmiş Katolik Mərkəz 
partiyası da öz tərkibini yenidən qurdu. Bu partiya əsasən ağır 
sənayedəki katolik dairələrinin, iri mülkədarların maraqlarını 
müdafiə edirdi. Onlar katoliklərin  əksəriyyət təşkil etdiyi 
rayonlarda, xristian həmkarlar ittifaqlarında kütləvi bazaya 
malik idilər. Ona M.Ertsberqer, Y.Virt, V.Marks başçılıq 
edirdilər. 
Burjuaziya öz əlində çoxlu sayda mətbuat orqanları sax-
lamış, xüsusi təbliğat mərkəzləri təşkil etmişdi ki, əhalini əks-
inqilabi ruhda kökləyə bilsin. 
Hakimiyyətdə olan sosial-demokratlar 1918-ci ilin 
dekabrın 16-dan və 21-nə  qədər keçirilmiş Ümumalman 
sovetlər qurultayında Almaniyada sovet respublikasının qurul-
masına yol vermədilər. Qurultay ancaq 1919-cu il yanvarın 19-
da Müəssislər məclisinə seçkilər haqqında qərar qəbul etdi. 
Qurultayın qərarı ilə razı olmayan sosial-demokratların sol 
qanadı 1919-cu il yanvarın 5-də hakimiyyəti  ələ almaq üçün 
Berlində üsyan təşkil etsə  də, Ebert hökuməti tərəfindən bu 
 
76
üsyan yatırıldı.  Karl Lipqnext və Roza Lüksemburq isə 1919-
cu ilin yanvar ayının 15-də öldürüldü.  
1919-cu ilin yanvarın 19-da Müəssisələr məclisinə 
keçirilən seçkilərdə burjua partiyaları 54,5%, sosial-
demokratlar isə 45,5% səs aldılar. Berlində xalq 
həyəcanlarından qorxuya düşən hökumət qərara aldı ki, 
Müəssislər məclisini Trungiyanın paytaxtı Veymarda keçirsin. 
1919-cu il fevralın 6-da işə başlayan Müəssislər məclisi 
Almaniyanı respublika elan etdi. Ebert prezident seçildi. 
Şeydeman hökumətin başçısı, Noske daxili işlər naziri təyin 
edildi. 1919-cu ilin aprelin 13-də Bavariyada Sovet respublikası 
təşkil edildi. Lakin bu respublika çox yaşamadı. 1919-cu il 
mayın 4-də daxili işlər naziri Noskenin (Onu «inqilabın qanlı 
köpəyi» adlandırırdılar) başçılıq etdiyi qoşun hissələri 
Bavariyanın paytaxtı Münhenə daxil  oldular və sovet 
qoşunlarını məğlub etdilər. Bu Noyabr inqilabının Almaniyada 
sonu demək idi.  
1919-cu il iyunun 28-də xarici işlər naziri sosial-
demokrat Müller Versal sülhünü imzaladı. Bu sülhdən 
təxminən bir ay sonra 1919-cu ilin iyulun 31-də Veymarda 
Almaniya respublikasının konstitusiyası  qəbul edildi və 
avqustun 11-də qüvvəyə mindi. 1933-cü ilə  qədər Almaniya 
respublikası tarixə Veymar respublikası adı ilə düşdü. Veymar 
konstitusiyasına görə Almaniya parlamentli federal quruluşlu 
prezident respublikası elan edildi. Almaniya parlamenti iki 
palatadan ibarət idi. Yuxarı palata reyxstrat adlanır və lantaq-
ların, yəni torpaqların nümayəndələrindən təşkil edilirdi. Aşağı 
palata isə reyxstaq, yəni ölkə məclisi adlanırdı. Seçib-seçilmək 
hüququ 20 yaş müəyyənləşdirildi. O, dörd ildən bir əhalinin 
ümumi sayına görə seçilirdi. 1871-ci il konstitusiyasından fərqli 
olaraq, Veymar konstitusiyasında demokratik azadlıqlar öz 
əksini tapmışdı. Prezident ümumi səsvermə yolu ilə yeddi il 
müddətinə seçilirdi.  Reyxstaqın 68 nəfər üzvündən 27-si 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə