Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə17/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   93

 
65
aministiya, faşist cəmiyyətlərinə qarşı mübarizə, səmərəli 
tərksilah və qanuna müvafiq olaraq yarımhərbi hissələrin 
buraxılması, fitnəkarlıq, qətl və yaxud dövlətin təhlükəsizliyinə 
qəsd edildiyi halda qanunla nəzərdə tutulan tədbirlərin 
görülməsi, həmkarlar ittifaqlarının azadlıqları ilə bağlı 
hüquqlarının tətbiq edilməsi və onlara riayət olunması, 
qadınların  əmək hüquqlarına  əməl olunması  məsələləri öz 
əksini tapmışdı. 
Siyasi tələblərin II bölməsi "Sülhün müdafiə edilməsi" 
adlanırdı ki, bu bölmədə sülhün qorunub saxlanmasında bütün 
xalqların əməkdşlıq etməsinə çağırış, təcavüzkarın müəyyənləş-
dirilməsi və təcavüzkarlıq edildiyi halda sanksiyaların dərhal və 
həmrəyliklə  tətbiqi, kollektiv təhlükəsizliyi təmin etmək 
məqsədi ilə Millətlər Cəmiyyəti çərçivəsində beynəlxalq əmək-
daşlıq, hərbi sənayenin milliləşdirilməsi və xüsusi silah al-
verinin ləğv edilməsi, Şərqi və Mərkəzi Avropada Fransa-SSRİ 
müqaviləsi prinsiplərinə uyğun olaraq hamı üçün açıq olan 
paktlar sisteminin yaradılması məsələsi açıqlanmışdı. 
Xalq Cəbhəsinin proqramının "İqtisadi tələblər" hissə-
sində isə böhranın heçə endirdiyi, yaxud zəiflətdiyi alıcılıq 
qabiliyyətinin bərpa edilməsi üçün istehsalçılar və istehlakçı-
lardan möhtəkirlərin aldığı töycülərin ləğv edilməsi məqsədilə 
taxıl satışı üzrə milli vasitəçilik bürosunun yaradılması, 
əmlakın icbari surətdə siyahıya alınmasının ləğv edilməsi və 
borc yükünün yüngülləşdirilməsi, qənaət edilmiş pulun qarət 
edilməsinə qarşı mübarizə, kreditin ən yaxşı  təşkil edilməsi, 
maliyyənin sağlamlaşdırılması məsələsindən bəhs edilirdi. 
1934-1936-cı illərdə Fransada beş hökumət dəyişikliyi 
oldu. Hökumət  əvvəl Q.Dumerq, sonra Pyer Etyen Flanden, 
1935-ci ilin iyunundan 1936-cı ilədək Laval başçılıq etdi. 
 
 
66
Fransada Xalq Cəbhəsi hökumətinin  
daxili və xarici siyasəti 
1936-cı ilin aprel-mayında keçirilən parlament seçkilə-
rində Xalq Cəbhəsi bütün səslərin 57%-ni aldı və sosialist Leon 
Blümün başçılığı altında iyunun 4-də hökumət təşkil edildi. 
Kommunistlər bu hökumətə daxil olmasalar da, parlamentdə 
yeni hökuməti Xalq Cəbhəsi proqramını yerinə yetirməsi  şərti 
ilə müdafiə etmək haqqında qərar qəbul etdilər. 
Xalq Cəbhəsi hökuməti 1937-ci ilin fevralına qədər 133 
qanun layihəsini parlamentdə müzakirə etdi və bunlar qəbul 
olundu. Ümumiyyətlə, XX əsrin 30-cu illərində Fransa ka-
pitalist ölkələri içərisində demokratik islahatları ən çox həyata 
keçirən ölkə idi. Xalq cəbhəsi hökumətinin həyata keçrdiyi 
islahatlar nəticəsində faşist və yarımfaşist təşkilatları buraxıldı. 
Onların fəaliyyəti qadağan edildi. Siyasi məhbuslara  əfv 
verildi. Həmkarlar ittifaqları sahibkarlarla kollektiv müqavilələr 
bağlamaq hüququ əldə tdilər. 40 saatlıq iş həftəsi və 2 həftəlik 
ildə haqqı ödənilən məzuniyyət verilməsi qanuniləşdirildi. 14 
yaşına çatmış bütün uşaqlara icbari təhsil verilməli idi. Təhsilə 
qoyulan vəsait artırıldı.  Hərbi sənayenin və  dəmir yollarının 
qismən milliləşdirilməsi həyata keçirildi. Bankların və  dəmir 
yollarının üzərində dövlət nəzarəti qoyuldu. Əhalinin aşağı 
təbəqələrinin əmək haqqı 2-2,5 dəfə, fəhlələrin əmək haqqı isə 
15-17% artırıldı, müharibə  iştirakçılarının təqaüdü çoxaldıldı. 
Kənd təsərrüfatında çoxuşaqlı ailələrə  əlavə müavinətlər 
ayrılırdı. Dövlət kənd təsərrüfatı məhsullarını kəndlilərdən sabit 
yüksək qiymətlərlə satın almağa başladı.  İri kapital üzərinə 
qoyulan vergilər xeyli artırıldı. Bütün bunlar xalq kütlələrində 
Xalq Cəbhəsi hökumətinə qarşı etimadı gücləndirdi. Orta 
təbəqələrə güzəştli kreditlər verildi. Xalqın yaşayış  səviyyəsi 
yüksəldi. Sosial qanunvericilik sahəsində mühüm irəliləyiş baş 
verdi.  Lakin sosial xərclərin hədsiz dərəcədə artırılması ölkədə 
maliyyə böhranına gətirib çıxardı.  Qarşıya qoyulan proqram 


 
67
əsasən yerinə yetirildikdən sonra Xalq Cəbhəsinə daxil olan 
partiyalar gələcək inkişaf yolunu seçmək məcburiyyətində 
qaldılar. Maliyyə  çətinliyini gücləndirən amillərdən biri də 
kapital üzərinə vergi qoyulmasından qorxan kapitalistləin öz 
pullarını yerli banklardan götürərək xarici banklara qoymaları 
idi. Leon Blüm hökuməti 1937-ci ilin fevralında öz 
fəaliyyətində «pauza» elan etdi. Hökumət fransız mallarının 
ixracını yüksəltmək və iqtisadiyyatın canlanmasına  şərait 
yaratmaq üçün frankı devalvasiya etdi. Frankın qızıl məzənnəsi 
azaldıldı, müvafiq olaraq digər valyutalarla müqayisədə onun 
məzənnə  dəyəri aşağı düşdü. Fransanın iqtisadi vəziyyəti 
pisləşməyə başladı.  İqtisadiyyata kapital qoyuluşu azaldı. 
Hadisələrin inkişafı ona gətirib çıxardı ki, 1937-ci ilin iyununda 
Leon Blüm istefa verməli oldu. Hökumətə radikallar 
partiyasından olan Kamil Şotan rəhbərlik etdi. Xalq Cəbhəsi 
içərisində narazılıqlar başladı.  İlk növbədə iqtisadi sahədə 
kapital üzərinə vergü qoymaq məsələsində radikallar 
sosialistlərlə razılaşmadılar. Xarici siyasətdə  də onların 
arasında fikir müxtəlifliyi yarandı. Belə ki, 1936-cı ilin 
iyununda  İspaniyada vətəndaş müharibəsi başlanarkən Leon 
Blüm hökuməti Fransa ilə  İspaniya arasında bağlanmış 
qarşılıqlı yardım haqqında sazişə  əməl etmədi və Böyük 
Britaniyanın təzyiqi altında "Qarışmamaq komitəsi"nə qoşuldu. 
1938-ci ilin martında Şotanı yenidən Leon Bölüm, aprelində isə 
radikallar partiyasının lideri olan Eduard Daladye əvəz etdi. Bu 
hökumətin dövründə isə Xalq Cəbhəsində parçalanma radikal-
ların təslimçi, kommunistlərin radikal, sosialistlərin isə liberal 
mövqeyi üzündən daha da dərinləşdi. 1938-ci ilin sentyabrında 
Münxendə Fransa hökumətinin başçısı Eduard Daladyenin 
Çexoslavakiyanın Sudet vilayətinin Almaniyaya verilməsi 
haqqında sazişə qol çəkməsi Xalq Cəbhəsinin dağılmasını daha 
da sürətləndirdi. 
 
68
1938-ci ilin noyabrında radikallar Xalq Cəbhəsinin tərki-
bindən çıxdıqlarını bildilər. Bləliklə, Xalq Cəbhəsi dağılmış 
oldu. Eduard Daladyenin başçılıq etdiyi radikallar hökuməti 
Fransaya rəhbərlik etməyə başladı.Hökumət iqtisadi inkişafa 
xüsusi diqqət yetirməyə başladı. Bu hökumət müharibə 
ərəfəsində Xalq Cəbhəsinin keçirdiyi bir sıra islahatları  təxirə 
saldı, iki həftəlik pulsuz məzuniyyət ləğv etdi. 40 saat əvəzinə 
48 saatlıq iş həftəsi müəyyən etdi. Birbaşa vergilər 8% artırıldı. 
1938-ci ilin noyabrın 12-də hökumətin yeni fövqaladə 
dekretləri verildi. Kommunal xidmət tarifləri yüksəldildi. 
Qiymətlər üzərində  nəzarət ləğv edildi. Sosial xərclər ixtisar 
edildi. Ölkə iqtisadiyyatını sabitləşdirmək üçün fond yaradıldı. 
Ölkəyə xarici kapital axını gücləndi. Hökumət hərbi sənayenin 
inkişafına xüsusi diqqət yetirməyə başladı. İqtisadiyyatın dövlət 
tənzimlənməsi gücləndirildi. Hərbi istehsalı gücləndirmək üçün 
1938-ci ildə hökumət komissiyası yaradıldı. 1939-cu ildə 
parlament “iqtisadiyyatı  tənzimləyən rejim” qanununu qəbul 
etdi.Bu proqram şəxsi təşəbbüsə imkan yaradırdı.   1939-cu ilin 
avqustunda SSRİ ilə Almaniya arasında hücum etməmək 
haqqında müqavilə bağlandıqdan sonra Fransa hökuməti 
kommunistlər üzərinə ciddi hücumə keçdi və kommunistlərin 
mətbuat orqanlarını bağladı.  
 
Fransa İKinci Dünya müharibəsi ərəfəsində və illərində 
 
İkinci dünya müharibəsi  ərəfəsində Avropada yaranmış 
mürəkkəb  şərait Fransanın xarici siyasətində  də öz əksini 
tapmışdı. Bu dövrdə Fransanın xarici siyasətində iki meyl 
özünü göstərirdi. Bu meyllərdən biri SSRİ ilə münasibətləri 
yaxşılaşdırmaq, Fransanın müstəqilliyini qoruyub saxlamaq idi. 
İkinci meyl faşist Almaniyasına güzəştə getmək, onu "sakit-
ləşdirmək" meyli idi. İkinci  meylin tərəfdarları belə hesab 
edirdilər ki, Almaniyanın diqqətini  Şərqə yönəltmək və SSRİ 
ilə müharibəyə cəlb etmək lazımdır. Birinci meylin tərəfdarları 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə