Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə18/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   93

 
69
1936-cı ilə  qədər Fransa  siyasətində nisbətən üstün mövqe 
tuturdular. Məhz bunun nəticəsi idi ki, 1935-ci il mayın 2-də 
Fransa ilə SSRİ arasında qarşılıqlı yardım haqqında müqavilə 
bağlandı  və 1936-cı ilin mayında o,Fransa parlamentində 
ratifikasiya edildi. Jorj Bonne xarici işlər naziri olduqdan sonra 
Almaniyaya meyl gücləndi. Bu özünü ən çox Münhen sövdə-
ləşməsində göstərdi.  İdeologiyadakı müxtəliflik Fransanın 
SSRİ ilə faşizmə qarşı birgə mübarizəsinə mane oldu. Avropa-
da sərhədləri dəyişdirmək iddiasında olan Almaniyanı sakitləş-
dirmək siyasəti Fransanı İkinci dünya müharibəsinə sürüklədi. 
1939-cu il sentyabrın 3-də Fransa Almaniyaya müharibə 
elan etdi. 1939-cu il sentyabrın 6-da “Hərbi vəziyyətə uyğun 
olaraq istehsalın qurulması haqqında dekret” verildi. 1939-cu 
ilin noyabrın 18-də isə  “şübhəlilər haqqında” dekret verildi. 
1940-cı ilin mart ayında 620 həmkarlar təşkilatı buraxıldı. Baş 
nazir Daladye 1940-cı il martın 20-də istefaya çıxdıqdan sonra 
onun yerini Demokratik Alyansın lideri Pol Reyno tutdu. 
İyunun 7-də Reyno Fransa uğrunda mühbarizənin başlandığını 
bildirdi. İyunun 9-da Almaniya ordusu Sena çayına yaxınlaşdı. 
İyunun 10-da İtaliya da Fransaya müharibə elan etdi. 
Müqavimətin nəticəsi olmadı.  İyunun 14-də Hitler ordusu 
Parisə girdi. İyunun 16-da Reyno istefaya getdi. Yeni hökuməti 
Peten təşkil etdi. İyunun 22-də Fransa nümayəndə heyəti 
Kompyen meşəsində danışıqsız təslimolma aktını imzaladı. 
Iuylun 24-də Fransa ilə İtaliya arasında barışıq sazişi imzalandı. 
Fransa ərazisinin 
3
2
hissəsi işğal edilir, hərbi gəmiləri Almaniya 
və  İtaliyaya verilirdi. 1,5 milyon fransız Almaniyada sülh 
müqaviləsi imzalanana qədər saxlanılmalı idi. Almaniya ordusu 
3 min fransız təyyarəsini, 5 minə yaxın tankını aldı. Ölkənin 
cənub departamentləri Almaniya ilə  əməkdaşlıq edən Peten 
hökumətinin nəzarətində qaldı.  
İşğal olunmuş  ərazilərdə sabitliyi qorumaq məqsədilə 
Peten hökuməti 100 minlik “barışıq ordusu” saxlaya bilərdi. 
 
70
Fransanın cənubundakı Menton şəhəri yaxınlığındakı rayonları 
işğal edən  İtaliya fransız silahlarını  ələ keçirdi. Bunula belə, 
Fransa Afrikadakı müstəmləkələrində  tam nəzarəti saxladı. 
1940-cı il iyunun 18-də Londonda olan general Şarl De 
Qoll radio ilə  çıxış edərək işğalçılara qarşı mübarizəni davam 
etdirəcəklərini bildirdi.  
1940-cı ilin iyununda Peten hökuməti  İngiltərə ilə 
münasibətləri kəsdi.  
Üçüncü respublikanın buraxılması haqqında qanun 
əksəriyyət səslə  qəbul edildi. Peten Fransa respublikasının 
şüarları olan “Azadlıq”, bərabərlik, qardaşlıq” v s. əvəzinə 
“Əmək, Ailə, Vətən” şüarlarını irəli sürdü. Ölkə Fransa dövləti 
adlandırıldı. Prezident vəzifəsi ləğv edildi. Yeni hökumət “Vişi 
rejimi”adlandırıldı. Almaniya ilə  əməkdaşlıq barədə razılığın 
alınması hökumətin kollaborasionist siyasət yeritdiyini 
rəsmiləşdirmiş oldu. Bunu əksinə olaraq Şarl De Qoll 
fəaliyyyətini gücləndirdi. 1940-cı ilin oktyabrın 7-də  Şarl De 
Qoll Brazzavildə Respublikanın müdafiə şurasının yaradıldığını 
elan etdi.  
1942-ci il aprelin 19-da Darlanın istefasından sonra Laval 
hökumətin başçısı  vəzifəsini tutdu. Peten hökuməti strateji 
məqsədinin beynəlxalq kapitala  və sosializmə qarşı mübarizə 
olduğunu elan etdi və bunu “Milli inqilab” adlandırdı. 
Əmək münasibətləri sahəsində başlıca məqsəd sosial 
ziddiyətləri aradan qaldırmaq idi. Kənd təsərrüfatında 
kooperativlər yaradıldı. Korporasiyalar daxilində  və onların 
arasında  münasibətləri tənzimləmək üçün “Əmək xartiyası” 
işlənib hazırlandı. Tətillər və işçiləri işdən azad etmək qadağan 
olundu.  
“Vişi  rejimi” ölkədə “xristian sivilizasiyasını dirçəltmək” 
proqramını elan etdi. Çoxuşaqlı ailələrə yardımlar edildi. 
Demoqrafik siyasətə xüsusi diqqət yetirildi. Yəhudilər üzərində 
polis nəzarəti qoyuldu. Hökumətin siyasəti fransız 


 
71
hakimiyyətinin faşistləşdirilməsinə yönəlsə  də, Fransada 
kütləvi hərakat üçün sosial baza yox idi. Rejimin başlıca dayağı 
“Veteranlar legionu” oldu. Hökumətin əlaltı dövlətə çevrilmək 
siyasəti xalqın narazılığına səbəb oldu. 1944-cü ildə Fransa 
sənayesinin 80%-i Almaniyanın sifarişlərini yerinə yetirirdi. 
Peten hökuməti yeni konstitusiya aktı verərək daxili və xarici 
siyasətə  rəhbərliyi öz əlinə aldı. Lakin bu tədbir müqavimət 
hərakatını dayandıra bilmədi.  
 
1941-ci ilin sentyabrında  Şarl De Qolll Fransız Milli 
komitəsini yaratdı. Bir il sonra bu komitə “Döyüşən Fransa” 
adını aldı. 1943-cü il iyunun 3-də  Əlcəzairdə  təşkil edilən 
Fransa Milli Azadlıq Komitəsi hökumət orqanı kimi müttəfiqlər 
tərəfindən tanındı. 1944-cü ilin fevralında Fransa ərazisindəki 
müqavimət qüvvələri “Fransa daxili qüvvələri”ndə 
cəmləşdirildi. Xalq işğalçılara qarşı mübarizədə antifaşist 
qüvvələri müdafiə etdi. “Vişi hökuməti” məğlubiyyətə  uğradı. 
Onun üzvlərinin  əksəriyyəti həbs edildi. 1944-cü il avqustun 
25-də Paris üsyançılara təslim olan gün  Şarl De Qoll paytaxta 
gəldi. 1944-cü ilin sonuna qədər bütün Fransa ərazisi 
faşistlərdən təmizləndi.    
 
 
72
IV. ALMANİYA
 
 
Almaniyada Noyabr inqilabı. Veymar konstitusiyası 
1914-1918-ci illəri  əhatə edən Birinci dünya müharibəsi 
ilk növbədə Almaniya-İngiltərə ziddiyyətlərinin son dərəcə 
kəskinləşməsi üzündən başladı. Almaniya Birinci dünya mü-
haribəsinə ona görə başladı ki, o, imperialist təamları stoluna 
gecikmişdi, gücləndiyi vaxt günəş altında boş torpaq qalma-
mışdı. Ona görə  də XX əsrin  əvvəllərində Almaniya dünyaya 
meydan oxuyaraq belə hesab edirdi ki, o bu stoldan kimi isə 
durğuzmalı, bu əsrdə o, ya «çəkic», ya da «zindan» olmalıdır. 
Birinci dünya müharibəsi başlandıqdan 1916-cı ilə  qədər üs-
tünlük Almaniyanın tərəfində idi. Əgər Almaniya 1915-ci ildə 
Rusiyanı müharibədən çıxara bilsəydi, yəqin ki, müharibənin 
taleyi bəlkə də başqa cür həll olunardı. Lakin 1915-ci ildə o bu 
məqsədinə nail ola bilmədi.  
1918-ci ildə, yəni müharibənin son ilində Almaniyada 
həm də sosial partlayış yaranmaq üzrə idi. Bunu həmin ilin 
yanvar ayında ölkədə 1,5 mln-a qədər fəhlənin tətil etməsi bir 
daha göstərdi. Ölkə iqtisadi çətinliklə üzləşdi. Almaniya Rusiya 
ilə Brest-Litorisk sülhünü bağladıqdan sonra bütün qüvvələrini 
yenidən cəmləşdirərək yay hücumunə böyük ümid bəsləyirdi. 
Lakin yay hücumunda ABŞ qoşununun Avropada Antantanın 
tərəfində ilk dəfə  hərbi  əməliyyatlarda iştirak etməsi Alma-
niyanın vəziyyətnin daha da ağırlaşmasına səbəb oldu. 1918-ci 
il avqustun 8-də Almaniya qoşunları  qəti məğlubiyyətə  uğra-
dılar və bu, Almaniyanın  tarixinə «qara gün» kimi daxil oldu. 
Bu hadisədən sonra Almaniyanın Birinci dünya müharibəsində 
məğlubiyyəti qaçılmaz oldu. Hadisələrin gedişini diqqətlə 
izləyən  şahzadə Maks Bodenskinin başçılıq etdiyi Almaniya 
hökuməti 1918-ci ilin oktyabrın 5-də ABŞ prezidenti Vudro 
Vilsona məktub göndərərək sülh danışıqlarına başlamağı təklif 
etdi. Hökumət  həmçinin yetişən inqilabi böhranın qarşısını 
almaq üçün bir sıra islahatlar keçirdi. Belə ki, hökumət 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə