Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə14/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

 
53
III.  FRANSA 
Fransa üçün Birinci Dünya müharibəsi nin nəticələri 
Birinci Dünya müharibəsindən Fransa qalib dövlət kimi 
çıxdı. Lakin qələbənin nəticələri o qədər də təsəlliverici deyildi. 
Fransa  əmək qabiliyyətli  əhalinin 11%-ni itirmişdi. Fransa 
müharibədə  1 milyon 325 min adam itirmiş,  600 min adam 
şikəst olmuş, 2.8 milyon adam yaralanmışdı. Ölkə öz milli 
sərvətinin 
4
1  itirmiş, 10 departamenti dağıdılmış, 53 min km 
şose, 6 min km dəmir yolu, 23 min zavod, 550 min yaşayış evi 
sıradan çıxmışdı. Daş kömür çıxarılması 40.8 milyon tondan 
26,2 milyon tona, çuqun istehsalı isə 4,7 milyon tondan 1.8 
milyon tona enmişdi. Kənd təsərrüfat məhsulları istehsalı 34%-
ə düşmüşdü. Büdcə çatışmazlığı 27 milyard frank təşkil edirdi. 
Müharibə dövründə Fransanın daxili borcları 34 milyarddan 
116 milyarda, ümumi dövlət borcları 300 milyard franka 
qalxmışdı. Müharibənin vurduğu maddi zərər 200 milyard, 
hərbi xərclər 62 milyard frank təşkil edirdi. Rusiya, Avstriya-
Macarıstan, Osmanlı imperiyalarının dağılması  nəticəsində 
Fransanın xaricə kapital ixracı 40% aşağı düşdü. Fransa ABŞ-a 
40 mlrd, İngiltərəyə 62 mlrd frank borclu qaldı 
Bununla belə, Fransa 1871-ci ildə itirmiş olduğu beş 
milyon  əhali yaşayan Elzas və Lotaringiyanı Birinci dünya 
müharibəsi nəticəsində özünə yenidən qaytardı. Müharibə 
nəticəsində hərbi sənaye inkişaf etdi. 
Müharibə Fransa xalqının dünyagörüşündə böyük də-
yişikliyə  səbəb oldu. Fəhlə sinfinin siyasi şüuru xeyli inkişaf 
etdi. Fəhlə internasionalının fransız bölməsinin üzvlərinin sayı 
1918-ci ildəki 34 mindən 1920-ci ildə 180 minə, həmkarlar it-
tifaqı üzvlərinin sayı isə həmin illərdə 700 mindən 2400 minə 
qədər artdı.  
Birinci dünya müharibəsinin sonunda Fransa hökumətinə 
radikallar partiyasının lideri Corc Klemonso başçılıq edirdi. 
 
54
Kartoçka sistemi ləğv edildi. Istehsal üzərində dövlət nəzarəti 
zəiflədi. Ölkədəki inqilabi hərəkatın yüksəlişi 1919-cu ilin aprel 
ayının 23-də 8 saatlıq iş günü haqqında qanunun verilməsi ilə 
nəticələndi. Həmçinin sahibkarlarla həmkarlar ittifaqları 
arasında kollektiv müqavilələr bağlanması qanuniləşdirildi, 
müharibədə  həlak olmuş  cəbhəçilərin uşaqlarına, dul qalmış 
qadınlarına, şikəstlərə təqaüd müəyyən edildi. 
Birinci dünya müharibəsinin gedişində Fransada 
istehsalın və kapitalın təmərküzləşməsi prosesi daha da 
gücləndi.  Ölkənin bank-maliyyə əməliyyatlarına üç iri bank  - 
Hind-Çin, Lion və Paris bankları  nəzarət edirdi. Müharibənin 
sonunda Fransa artıq dünya səviyyəsinə  çıxa biləcək güclü 
inhisar birliklərinə malik idi. Müharibə qurtardıqdan sonra 
təsərrüfatın bərpası işlərinə 90 mlrd. Frank vəssait ayrıldı. Pejo, 
Reno, Sitroen maşınqayırma zavodları ölkədə maşın 
istehsalının 
3
2 -ni verirdilər. Ölkədə metallurgiya sənayesinə 
“Komite de Foy” konserni rəhbərlik edirdi. Üç iri inhisar ticarət 
donanmasının 62%-nə  nəzarət edirdi. Lakin yenə  də o, aqrar-
sənaye ölkəsi olaraq qalırdı.  Əhalinin 53.6 %-i kənddə 
yaşayırdı.  Bununla belə, müharibə  nəticəsində  şəhərə axın 
gücləndi. 
Klemanso hökuməti öz xarici siyasətində Sovet Rusiya-
sına qarşı düşmənçilik mövqeyində  dururdu. Fransa bunu 
onunla əsaslandırırdı ki, müharibə dövründə Rusiya Antantaya 
sadiq olmamış, bolşeviklər hakimiyyətə  gəldikdən sonra isə 
Leninin Almaniyanın agenti olduğu müəyyənləşdirilmiş, 
Rusiya öz müttəfiqlərini yarı yolda qoymuş, axıracan onlarla 
getməmiş, 1918-ci il martın 3-də Almaniya ilə seperat Brest- 
Litovsk sülhünü bağlamışdı. Fransa belə hesab edirdi ki, Rusiya 
öz borclarını, ilk növbədə Fransaya olan 12 milyard frank 
borcunu verməlidir. Fransa sovet Rusiyasına qarşı  hərbi 


 
55
müdaxilədə  iştirak  etsə  də,  ölkə ictimaiyyətinin tələbi ilə 
fransız əsgərləri Qara dənizdən geri qayıtmalı oldular.  
 
«Milli blok» hökuməti 
 
 1919-cu ilin noyabrında keçirilən seçkilərdə Aristid 
Brianın, Aleksandr Milyeranın, Raymond Puankarenin başçılığı 
altında 6 respublikaçı partiyanı birləşdirən və sağlardan ibarət 
«Milli blok» 613 deputat yerindən 437-ni tutaraq qalıb gəldi. 
Bu seçkilərdə radikal-sosialistlər 88 yer, sosialistlər isə 68 yer 
aldılar. A.Milyeranın başçılığı altında  «Milli blok» hökuməti 
təşkil edildi. «Milli blok»un liderləri daxili böhranı aradan qal-
dırmağa çalışırdılar. Onlar meydana çıxan problemləri həll et-
mək üçün ümidlərini Birinci Dünya müharibəsi dövründə  və 
ondan  əvvəl Rusiyaya verilmiş borclarını geri almağa və 
Almaniyanın ödəyəcəyi təzminata bağlayırdılar. Bu məqsədlə 
hökumət Genuya konfransında Sovet Rusiyasından borclarını 
geri qaytarmağı tələb etdi. Lakin bu tələb nəticəsiz qaldı. 
Bu hökumətin başlıca vəzifələrindən biri də bolşevizmə 
qarşı mübarizə aparmaq və bu bəlanı Avropaya, xüsusilə 
Fransaya buraxmamaq idi.  
Hökumətin antifəhlə siyasəti ölkədə  fəhlə  hərəkatının 
yenidən yüksəlməsinə və 1920-ci ilin dekabrında Lui Frossarın 
başçılıq etdiyi Fransa kommunist partiyasının yaranmasına 
səbəb oldu.  
1920-ci ilin yanvarında Fransada prezident seçkiləri 
keçirildi. Öz qələbəsinə  əmin olan Klemanso tezliklə 
yanıldığını başa düşdü. Belə ki, parlament Klemansonu 
prezident  seçməkdən imtina etdi. Onu iki məsələdə ittiham 
etdilər. Bunlardan birincisi antisovet müdaxilənin iflası, 
ikincisi, Paris sülh konfransında Fransaya Avropada 
hegemonluq qazandırmaması idi. Parlament prezident vəzifəsi-
nə De Şaneli seçdi. Lakin o tezliklə  xəstəliyinə görə bu vəzi-
 
56
fədən istefa verməli oldu. Bu vəzifəyə Aleksandr Milyeran 
təyin olundu. A.Milyeran beynəlxalq opportunizmin Fransaya 
məxsus növünün başçısı olmuşdur və  təsadüfi deyildir ki, 
Fransa opportunizmi tarixdə milyeramizm kimi tanınmışdır. 
Hələ 1899-cu ildə Paris kommunasının cəlladlarından biri olan 
general Qolifenin iştirak etdiyi hökumətdə sosialist nazir kimi 
Milyeran da fəaliyyət göstərmişdi. O, Eduard Bernşteynin 
söylədiyini işdə həyata keçirən ilk şəxs olmuşdur. Milyean həm 
də dünya tarxinə 1920-1921-ci illərdə yaranmış "Kiçik An-
tanta" nın təşkilatçısı kimi daxil olmuşdur. O, Fransanın təsiri 
altında Sovet Rusiyasına qarşı "sanitar kartonu" təşkil etmək 
məqsədilə Yuqoslaviya, Çexoslovakiya və Rumıniyadan ibarət 
"Kiçik Antanta" təşkil etmiş  və bu təşkilat 1938-ci ilə  qədər 
fəaliyyət göstərmişdir.  
Baş nazir Milyeran 1920-ci ilin sentyabrından ölkə 
prezidenti vəzifəsini tutdu. O, 1924-cü ilə  qədər bu vəzifədə 
çalışdı. 1920-ci ilin sentyabrından 1921-ci ilin yanvarına qədər 
Fransa hökumətinə Leyq, 1921-ci ilin yanvarından 1921-ci ilin 
sonuna qədər A.Brian, 1920-ci ilin yanvarından 1924-cü ilin 
iyulun 1-dək  əsasən  dünya və Fransa tarixinə "müharibə 
simvolu" kimi daxil olmuş Raymond Puankare başçılıq etdi. 
Onu müəyyən vaxtlarda Aristid Brian da əvəz etdi. 1921-1922-
ci illərdə Almaniyanın təzminatı 20 mlrd marka ödəməsi 
əvəzinə 3 mld marka ödəməsi Puankare hökumətinin Belçika 
ilə birlikdə 1923-cü ilin yanvarında Almaniyanın Rur kömür 
hövzəsinə  təcavüz etməsinə  gətirib çıxartdı.  Əslində 
Puankarenin məqsədi Rur kömür hövzəsini Fransaya qatmaq və 
Fransanı böyük sənaye dövlətinə çevirmək idi. Lakin bu plan 
İngiltərə və ABŞ-ın diplomatik təzyiqi nəticəsində baş tutmadı. 
Fransa-Belçika qoşunları 1923-cü ilin payızında Rur kömür 
hövzəsindən çıxarıldı.  
 
 
 
 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə