Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə13/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

 
49
ortalarından etibarən ingilis iqtisadiyyatı yavaş-yavaş böhran 
vəziyyətindən çıxmağa başladı. 1934-cü ildə  sənaye 
məhsulunun həcmi 1929-cu il səviyyəsinə  gəlib çatmışdı. 
İngiltərə  sənayesində baş verən bu canlanmanın başlıca 
səbəblərindən biri hərbi sənaye sahələrinin sürətlə inkişaf 
etməsi idi. Ölkə iqtisadiyyatına kapital qoyuluşu artdı. Xarici 
ticarət inkişaf etdi. Lakin bu möhkəm deyildi. Kömür, 
gəmiqayırma və toxuculuq sənayesi 1937-ci ildə də 1929-cu il 
səviyyəsinə çata bilmədi. «İşsizlər və onların müavinatının yeni 
ixtisarı haqqında» 1934-1935-ci illərdə verilən qanunlar kütləvi 
etiraza səbəb oldu. 
Xarici siyasətin istiqamətlərindən biri Avropa ölkələri ilə 
əlaqələri inkişaf etdirmək idi. 1932-ci ildə keçirilən Lozanna 
konfransında Böyük Britaniya Almaniyadan təzminat 
alınmasının dayandırılmasına tərəfdar oldu və elə  həmin ildə 
Cenevrədə tərksilaha dair keçirilən konfransda iştirak etdi. 
1937-ci ilin ortalarında İngiltərədə başlanmış yeni iqtisadi 
böhran təzahürlərinin artmasını  İkinci dünya müharibəsinin 
başlanması dayandırdı. 
Almaniyada faşizmin hakimiyyət başına gəlməsi Böyük 
Britaniyada da faşist təşkilatların canlanmasına səbəb oldu. 
Burjua-demokratik azadlıqlar məhdudlaşdırıldı. 1934-cü ildə 
müharibə əleyhinə təşviqata görə ağır cəza müəyyən edən "Qi-
yama təhrik haqqında" qanun qəbul edildi. 30-cu illərin orta-
larında iri burjuaziya və torpaq aristokratiyası  tərəfindən 
müdafiə edilən Osvald Moslunun rəhbərliyi altında yaranan 
Britaniya faşist ittifaqı partiyası  fəaliyyətini gücləndirdi. Bu 
partiya SSRİ-yə qarşı "xaç yürüşü" təşkil etmək çağırışı ilə 
çıxış etdi. Lakin faşistlər ölkədə kütləvi bazaya malik deyil-
dirlər. Çünki inhisarçı burjuaziyanın əsas qruplaşmaları ölkənin 
idarə edilməsində ənənəvi parlament sistemindən imtina etməyi 
və faşistlərin köməyinə əl atmağı lazım bilmirdilər.
 
 
50
1935-ci ilin iyununda keçirilən seçkilərdən qabaq 
Makdonald istefaya getdi və mühafizəkarlar hökuməti təşkil 
olundu. Yeni hökumətə Bolduin başçılıq edirdi. 1935-ci ilin 
noyabr seçkilərində onlar kollektiv təhlükəsizlik şüarı ilə çıxış 
edərək qalib gəldilər.  
S.Bolduin hökumətinin daxili siyasəti əsasən ölkə iqtisa-
diyyatının sağlamlaşdırılmasına yönəldilmişdi. Hökumətin xa-
rici siyasətində Avropa dövlətləri ilə münasibətlər mühüm yer 
tuturdu. Almaniya və İtaliyanı sakitləşdirmək, İspaniya işlərinə 
«qarışmamaq» siyasəti yeridilirdi. 1935-ci ilin iyununda Alma-
niya ilə bağlanan hərbi dəniz sazişinə görə Almaniya İngiltərə 
donanmasının 35%-i qədər donanma yaratmaq hüququ aldı. 
1935-ci ilin iyulun 6-15-də Versal sülh müqavləsinə yenidən 
baxmağı  nəzərdə tutan «Razılıq və  əməkdaşlıq paktı»nı Al-
maniya,  İtaliya, Fransa ilə birlikdə  İngiltərə  də imzaladı. 
Hindistanda antingilis əhval-ruhiyyəni zəiflətmək üçün 1935-ci 
ildə Hindistanın yeni konstitusiyası qəbul edildi. 
1937-ci ildə orta səviyyəli bir adam olan Nevill Çember-
len kabinetin başçısı oldu. O bu vəzifəyə aristokrat mənşəyinə 
və ailə  əlaqələrinə görə keçə bilmişdi. Mühafizəkarlar ölkə 
daxilində sağ qüvvələri  şirnikləndirmək siyasəti yeridirdilər. 
Hökumət aqrar bölməni inkişaf etdirmək məqsədilə  kənd 
təsərrüfatı mallarının təminatlı qiymətlə alınmasını  təşkil etdi. 
Kənd təsərrüfatına kapital qoyuluşu artırıldı. 1937-ci ildə 
İrlandiya parlamentinin qəbul etdiyi konstitusiya bəyənildi.  
 
      İkinci Dünya müharibəsi ərəfəsində xarici siyasət 
Hökumət xarici siyasətdə ilk növbədə 1937-ci ildə İtaliya 
ilə saziş bağlayaraq onun Həbəşistandakı  təcavüzünü bəyəndi. 
Tərəflər Aralıq dənizi rayonunda bir-birinin mənafelərinə 
hörmət edəcəklərini öhdələrinə götürdülər.  Nevil Çemberlen 
hökumətinin  faşizmin təhlükəsini lazımınca qiymət-
ləndirməyərək, Almaniyanı «sakitləşdirmək» siyasəti yeritməsi 


 
51
İngiltərənin tərəqqipərvər ictimaiyyətinin və U.Çörçill başda 
olmaqla mühafizəkarlar partiyasının bir sıra xadimlərinin 
etirazına səbəb oldu. Çemberlenin 1938-ci ilin sentyabrında  
Münhen sövdələşməsinə imza atması onları daha çox narazı 
salmışdı. Mühafizəkarlar partiyasının bu görkəmli xadimləri 
Çemberlenin siyasətinə qarşı müxalifət təşkil etdilər. Onlar 
Çemberlenin xarici siyasətinin antisovet istiqamətinə  tərəfdar 
olsalar da, onun Hitler və Mussoliniyə etibar etməsini 
bəyənmir, təcavüzkarlarla sövdələşərkən ehtiyatlı olmağı 
məsləhət görürdülər. Onlar İngiltərənin hərbi mövqelərini 
möhkəmlətmək məqsədilə  zəruri tədbirlər görülməsini lazım 
bilirdilər. Onların fikrincə, ancaq bu yolla təcavüzkar döv-
lətlərlə İngiltərə üçün daha faydalı şəraitdə danışıqlar aparmaq 
mümkündür. Çemberleni «daxili kabinet» adlanan kabinetə 
daxil olan ifrat mürtəce siyasi xadimlər qrupu müdafiə edirdi. 
«Daxili kabinet» ətrafında «Klayvden guruhu» (Bu qpupun 
üzvləri, iri ingilis kapitalisti Astorlar ailəsinə  mənsub olan 
Klayvden malikanəsində tez-tez görüşdükləri üçün belə 
adlanırdı) adı ilə  məşhur olan mürtəce siyasətçilər qrupu 
toplaşmışdı. 
Almaniya 1939-cu ilin martında bütün Çexoslovakiyanı 
işğal etdikdən sonra Çemberlen bildirdi ki, artıq  İngiltərə dip-
lomatiyası  və siyasətinin yeni mərhələsi başlayır.  İngiltərənin  
müdafiəsini gücləndirmək üçün bir sıra tədbirlər görüldü. Lakin 
bu tədbirlər çox ehtiyatla görülürdü. 1939-cu ilin aprelində 
İngiltərənin silahlanmasına buraxılan xərclər iki dəfə artırıldı. 
1939-cu il mayın 15-də icbari hərbi mükəlləfiyyət tətbiq edildi. 
Bir sıra ölkələrin təhlükəsizliyi üçün təminat verildi. Bununla 
əslində  İngiltərə hökuməti təcavüzkar dövlətlərlə yeni da-
nışıqlar aparmaq üçün daha əlverişli şərait yaratmaq məqsədini 
güdürdü. 
XX  əsrin 30-cu illərinin ikinci yarısında Böyük Brita-
niyanın yeritdiyi xarici siyasət  İkinci Dünya müharibəsinin 
 
52
başlanmasına imkan yaradan amillərdən biri oldu. 1939-cu ilin 
sentyabrın 3-də Böyük Britaniya Almaniyaya müharibə elan 
etməklə İkinci Dünya müharibəsinə qoşulmuş oldu. İngiltərə ilə 
eyni vaxtda Yeni Zelandiya və Avstraliya, sentyabrın 5 və 8-də 
isə Kanada və  Cənubi Afrika İttifaqı Almaniyaya müharibə 
elan etdilər. Hindistan da Almaniya ilə müharibə vəziyyətində 
olduğunu bildirdi. İngiltərə ilə Fransa 1940-cı ilin may 
ayınadək passiv müharibə aparırdılar. Danimarka və Norveç 
təslim olduqdan sonra N.Çemberlenin nüfuzu xeyli aşağı 
düşdü. Hökumətə 1940-cı il mayın 10-da nəinki liberallar və 
leyboristlər, hətta mühafizəkarların da əksəriyyəti etimad  
göstərmədiklərini bildirdikləri üçün o, istefa verməli oldu. 
U.Çörçillin başçılığı altında yeni hökumət yaradıldı. Parlament 
1940-cı il mayın 22-də müharibənin aparılması üçün fövqaladə 
qanun qəbul etdi.  Müharibə illərində  İngiltərə silahlı 
qüvvələrinin sayı 4 mln 543 min nəfərə çatdı.Ölkədə 131 min 
təyyarə, 25 min tank, 300 min top islehsal edilirdi. İngiltərə 
müharibə illərində özünün ərzaq təlabatını əsasən ödəyirdi.  
 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə