Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə9/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

 
33
ilə aprelin 16-da Rapolloda görüşdü və RSFSR və Almaniya 
arasında diplomatik və iqtisadi münasibətləri bərpa etmək, 
hərbi xərclərin ödənilməsindən qarşılıqlı surətdə  əl çəkmək 
haqqında sovet-alman müqaviləsi imzalandı. Almaniya sovet 
hakimiyyəti tərəfindən alman vətəndaşlarının milliləşdirilmiş 
mülkiyyəti barədə iddialarından  əl çəkdi. Bu müqavilə Sovet 
Rusiyası  tərəfindən imperializm zəncirinin ilk dəfə yarılması 
demək idi. 1922-ci ilin iyunun 13-dən – iyulun 20-dək Genuya 
konfransının davamı kimi Haaqada konfrans çağırılsa da, onun 
da nəticəsi olmadı. 
Ümumilikdə götürüldükdə, bütün bu illərdə beynəlxalq 
münasibətləri sahmana salmaq üçün keçirilən konfranslar möh-
kəm sülhü təmin etməsə  də, hər halda müəyyən dövr üçün 
xalqlara dinc tənəffüs verdi. 
 
 
34
II.  BÖYÜK BRİTANİYA 
Böyük Britaniya üçün Birinci Dünya müharibəsinin nəticələri 
Birinci Dünya müharibəsinin  əsas iştirakçılarından biri 
olan Böyük Britaniya  bu savaşda ABŞ  və Yaponiyadan sonra 
ən çox qazanan dövlət oldu. Bununla belə, Böyük Britaniya 
müharibə  nəticəsində öz milli sərvətinin 
3
1 hissəsini itirdi, 
sənaye məhsulları istehsalı 20% aşağı düşdü. Müharibə 
dövründə  hərbi işə  tələbatla  əlaqədar ölkədə bir sıra yeni 
sənaye sahələri – avtomobil, aviasiya, kimya sənayesi sürətlə 
inkişaf etsə  də,  ənənəvi sənaye sahələri olan gəmiçilik, 
toxuculuq və kömürçıxarma sənayesi ciddi durğunluq keçirdi. 
Bütövlükdə götürsək, müharibə illərində Böyük Britaniyada 
istehsal genişlənsə  də, ingilis mallarının dünya bazarında 
rəqabət qabiliyyəti xeyli aşağı düşdü. Bu dövrdə ölkədə  əkin 
sahələri 375 mln akra qədər artsa da, əvvəllər olduğu kimi, 
Böyük Britaniya yenə  də  ərzaq məhsullarına olan tələbatını 
xaricdən mal gətirilməsi hesabına ödəyirdi. Müharibə 
nəticəsində Böyük Britaniyada idxal iki dəfə artdı. Müharibəyə 
qədər o borc verən ölkə idisə, müharibədən sonra o, borclu 
ölkəyə çevrildi. Onun ABŞ-a borcu 850 mln funt-sterlinq, yəni 
4 milyard dollara bərabər idi. Böyük Britaniya dünya maliyyə 
mərkəzi rolunu da itirdi. Belə ki, müharibədən sonra dünya 
maliyyə  mərkəzi Londonun Siti bankından Nyu-Yorkun Uoll-
Strit bankına keçdi. O, ABŞ-dan asılı  vəziyyətə düşdü. 
Avropada Fransa ilə, Asiyada isə Yaponiya ilə  rəqabətə onun 
malları davam gətirə bilmədi. Xaricə kapital qoyuluşu 25% 
ixtisar edildi. Ölkənin dövlət borcu 12 dəfə artaraq 650 mln 
funt-sterlinqdən 7 milyard 829 mln funt-sterlinqə çatdı.  
Müstəmləkə imperiyası kimi tanınan Böyük Britaniyanın 
Birinci Dünya müharibəsidən sonra müstəmləkələr ilə mü-
nasibətlərində də ciddi dəyişikliklər baş verdi. Böyük Britaniya 


 
35
müstəmləkələrə münasibətində siyasi manevr etmək metodunu 
tutmağa məcbur oldu. 
Birinci dünya müharibəsində Böyük Britaniya 744 min 
adam itirdi, 1 milyon 693 min adam isə yaralandı  və  şikəst 
oldu.  
Müharibə  fəhlə  hərəkatına da təsir etdi. Tred-yunion 
təşkilatlarının üzvlərinin sayı 1,5 dəfə artdı. 
 Müharibənin ən mühüm nəticələrindən biri də istehsalın 
və kapitalın sürətlə  təmərgüzləşməsi və  mərkəzləşməsi idi. 
Müharibə dövründə bir sıra yeni inhisar bilikləri yarandı. 
Bunlardan ən məşhuru 1916-cı ildə yaradılmış Böyük Britaniya 
Sənaye Federasiyası idi. Müharibə Böyük Britaniya inhisar-
çılarına çox böyük gəlir gətirdi.  
Müharibənin Böyük Britaniya üçün  uğurlu 
nəticələrindən biri də Almaniyanın müvəqqəti də olsa, ondan 
asılı  vəziyyətə düşməsi, Almaniya donanmasının tamamilə 
məhv edilməsi idi.  
Müharibə  nəticəsində Böyük Britaniya Almaniya və 
Türkiyənin müstəmləkələri hesabına öz müstəmləkə  ərazisini 
2,6 mln.km
2
,  əhalisini isə 9 mln nəfər artırdı. Ümumiyyətlə, 
Böyük Britaniya dünyada yeganə dövlət idi ki, öz ərazisindən 
109 dəfə çox müstəmləkə ərazisinə sahib idi.  
İngiltərə yenə də güclü donanmaya malik idi və dənizlər 
hökmdarı rolunu özündə saxlaya bildi. Böyük Britaniya 
Millətlər Cəmiyyətində hakim mövqe tutdu. Almaniyadan 
alınan təzminatın da 22%-i ona çatmalı idi.  
Müharibənin son mərhələsində Rusiyada baş verən Fevral 
inqilabı  və Oktyabr çevrilişi Böyük Britaniyada narahatlığa 
səbəb oldu. Böyük Britaniya digər iri kapitalist dövlətləri ilə 
birgə bolşevizmə qarşı «xaç yürüşü»nün təşkilində  fəal iştirak 
etdi. Təsadüfi deyil ki, o zaman İngiltərənin hərbi naziri olan 
Uinston Çörçill demişdi ki, gələcəkdə bolşevizmin bəşəriyyət 
üçün fəlakətə çevrilməməsindən ötrü onun körpəsini 
 
36
beşiyindəcə  məhv etmək məqsədilə  mən Sovet Rusiyasına 14 
dövlətin yürüşünü təşkil etmişəm.   
Müharibə qurtarandan sonra sənayeni hərbi xətdən dinc 
xəttə keçirmək mühüm vəzifələrdən biri oldu. Hökumət 1917-ci 
ildə qəbul etdiyi “İqtisadi və siyasi yenidənqurma” proqramına 
uyğun olaraq dağıdılmış  təsərrüfatın bərpasına başladı. 
Müharibənin son  illərində hökumətə liberallar partiyasının 
liderlərindən biri olan Lloyd Corc rəhbərlik edirdi. Onun təşkil 
etdiyi hökumətin tərkibində həm mühafizəkarlar, həm liberallar 
və həm də leyboristlərin nümayəndələri iştirak etdiyinə görə o, 
koalisiyalı hökumət adlanırdı. Müharibə qurtardıqdan dərhal 
sonra Lloyd Corc hökuməti yeni seçkilərdə  uğur qazanmaq 
məqsədilə 1918-ci ilin noyabr ayında parlament islahatı keçirdi. 
Bu islahat nəticəsində seçicilərin sayı ölkə üzrə 8 mln-dan 21 
mln nəfərə çatdırıldı. 30 yaşından yuxarı bütün qadınlara, 21 
yaşından yuxarı bütün kişilərə seçki hüququ verildi. “Fişer 
İslahatı»” adlanan təhsil islahatı  nəticəsində  İngiltərədə 14 
yaşına qədər bütün uşaqlar məcburi icbari təhsillə  əhatə 
olundular. Müharibədə  əlil olmuşlara, valideynlərini itirmiş 
uşaqlara, qocalara verilən pensiyalar və müavinətlər artırıldı. 
Hökumətin tərkibində olan leyboristlər partiyası seçkiqabağı 
koalisiyadan çıxdığını bildirdi və öz platforması ilə ilk dəfə 
çıxış etdi. leyboristlər göstərirdilər ki, onlar hakimiyyətə  gəl-
sələr, Sovet Rusiyasını tanıyacaqlar.  Ən mühüm sənaye sa-
hələrini, yəni elektrik stansiyalarını, kömür şaxtalarını, dəmir 
yollarını milliləşdirəcəklər. Həmçinin Hindistan və İrlandiyaya 
müstəqillik verəcəklər.  
1918-ci ilin dekabrında hərbi vəziyyət şəraitində keçirilən 
“gümüsü” seçkilərdə parlamentdəki 707 deputatın 484 nəfərini 
liberallar və mühafizəkarlar təşkil etdilər. Mühafizəkarlar 348 
mandat, liberallar isə 136 mandat aldılar.    Bu  seçkilərdə ilk 
dəfə olaraq, liberallar mühafizəkarlardan az yer aldılar. Halbuki 
İngiltərə tarixində son 100 il ərzində liberallar həmişə 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə