Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə7/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   93

 
25
məşhur proqramında  əksini tapmış öz müqəddəratını  təyin 
etmək hüququnun müstəqil dövlətlər kimi mövcud olan bu 
ölkələrə də şamil edilməsini və onların da rəsmən tanınmasını 
xahiş edirdilər. 
1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti 
ABŞ prezidenti V.Vilsonla görüşə bildi. Təqdim olunmuş 
memorandumda Azərbaycan Xalq Cumhuriyyətinin yaranma 
tarixi, onun bir illik inkişaf yolundan, istiqlal yolunda verdiyi 
qurbanlardan danışılırdı. Göstərilirdi ki, bu yolda Azərbaycanın 
iki şəhəri və 500 kəndi dağılmış, Azərbaycan xalqı 100 mindən 
150 minə  qədər qurban vermişdir. Daha sonra Vilsondan 
Azərbaycanın istiqlaliyyətinin tanınması, ABŞ-la Azərbaycan 
arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi və 
s. məsələlərdə Azərbaycan nümayəndə heyətinə kömək 
göstərilməsi xahiş edilirdi. 
Lakin prezident Vilson Azərbaycan nümayəndə heyətini 
soyuq qarşılamış, sülh konfransının dünyanı kiçik hissələrə 
parçalamaq niyyətində olmadığını dedikdən sonra Azərbaycan 
nümayəndələrinə konfederasiya ideyasını müdafiə etməyi 
məsləhət bilmiş, Millətlər Cəmiyyətinin mandatı ilə böyük 
dövlətlərdən birinin bu konfederasiya üzərinə  qəyyumluğunun 
real çıxış yolu olduğunu göstərmişdir. 
Azərbaycan Respublikasının nümayəndə heyətinin 
Parisdə  vəziyyəti çətin idi. Ermənistan və Gürcüstan 
nümayəndələrindən fərqli olaraq onlara heç bir kömək 
göstərilmirdi. Qərbdəki ermənipərəstlik hərəkatı  və gürcü 
menşeviklərinin beynəlxalq sosializm ilə  əlaqələri fonunda 
azərbaycanlıların mövqeyi zəif idi. 
Azərbaycan nümayəndələrinin Paris sülh konfransında 
irəli sürdükləri memorandumda aşağıdakılar irəli sürülürdü: 
1. Sülh konfransı Qafqaz Azərbaycanının Rus 
imperiyasından ayrılmasını  bəyənsin. Azərbaycan tamamilə 
müstəqil dövlət olmaqla Azərbaycan Xalq Cumhuriyyəti 
 
26
adlansın və  sərhədləri  əlavə edilən xəritədəki kimi 
müəyyənləşdirilsin. 
2. Azərbaycan Respublikası nümayəndə heyətinin üzvləri 
sülh konfransının və onun komissiyalarının işinə cəlb olunsun. 
3. Azərbaycan Respublikası yüksək himayəsi altında 
olmaq istədiyi Millətlər cəmiyyətinin üzvlüyünə qəbul edilsin. 
Azərbaycan Respublikası nümayəndələri tərəfindən 
verilən memoranduma çox yüksək keyfiyyətlə  işlənmiş  rəngli 
xəritə  də  əlavə olunmuşdu. Azərbaycan respublikası 
hökumətinin nəzarəti altında olan ərazinin dəqiq sərhədləri 
verilir və bu ölkənin Zaqafqaziyada olan mövqeyi hərtərəfli 
göstərilirdi. 
Paris sülh konfransına təqdim olunan memorandumdan 
məlum olur ki, Azərbaycan hökumətinin nəzarəti altında olan 
ərazi 8378, 66 kv. verstdir və yaxud 94137, 38 kvardrat 
kilometrdir. Bu da bütün Qafqazın 217 376, 15 vesrt, yaxud 
247 376, 15 kvadrat kilometr olan ərazisinin 30%-dən çoxunu 
təşkil edir. 
Memorandumda göstərilirdi ki, Yerevan və Tiflis 
quberniyalarında, Zaqatala qəzasında mənsubiyyəti 
Azərbaycan, Ermənistan, Gürcüstan və  Şimali Qafqaz 
respublikaları arasında iddialar doğuran və sahəcə çox kiçik 
ərazilər də mövcuddur. Dağıstan  quberniyasının  əhalisinin 
azərbaycanlılardan ibarət olan hissəsi həmişə Azərbaycana 
birləşmək meylində olmuşdur. 
Danışıqlar zamanı yerli şəraiti öyrənmək üçün Cənubi 
Qafqaza ABŞ-ın xüsusi nömayəndəliyinin göndərilməsi 
məqsədəuyğun hesab edildi. ABŞ-ın təşəbbüsü ilə Sülh 
konfransı 1919-cu il iyun ayının  əvvəllərində polkovnik 
K.V.Haskeli Ermənistanın ali komissarı  təyin etdi. Oktyabr 
ayının  əvvəllərində general Xarbordun başçılığı ilə Amerika 
nümayəndəliyi Cənubi Qafqaza göndərildi. Yerlərdə vəziyyətlə 
ətraflı tanış olan V.Haskel 1919-cu il avqust ayının 29-da  
 


 
27
Bakıda apardığı danışıqlarda Qarabağ  və  Zəngəzurun 
Azərbaycana məxsus olduğunu bildirdi. Naxçıvan,  Şərur və 
Dərələyəzdə Haskel ABŞ general-qubernatoru tərəfindən idarə 
olunan neytral zona yaradılmasını təklif etdi. 1919-cu il oktyabr 
ayının 24-də Naxçıvanda ABŞ general-qubernatorluğunun 
yaradılması  və Amerika polkovniki E.Dellinin buraya 
qubernator təyin edilməsi barədə V.Haskelin bəyanatı elan 
edildi. Lakin Azərbaycan hökumətinin qəti mövqeyi, Naxçıvan 
əhalisinin ciddi müqaviməti ABŞ-ın planlarını puç etdi. 
Polkovnik Delli isə Naxçıvanda Sülh konfransının 
nümayəndəliyi kimi fəaliyyət göstərdi. Paris sülh konfransının 
Ali Şurası Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun 
təklifi ilə 1920-ci il yanvarın 11-də Azərbaycan, Gürcüstan və 
bir qədər sonra, Ermənistanın müstəqilliyini de-fakto tanıdı. 
Buna baxmayaraq onların dövlət sərhədlərinin müzakirəsi və 
təsdiqi məsələsini həmin ölkələrin beynəlxaq vəziyyətinin tam 
aydınlaşdırılmasına qədər təxirə saldı.  
1920-ci ilin yanvarın 19-da Azərbaycan və Gürcüstanın 
rəsmi nümayəndələri Paris konfransının Ali Şurasının iclasına 
dəvət edildilər. İclasda müzakirə olunan məsələlərin əksəriyyəti 
Zaqafqaziyanın müdafiəsi ilə bağlı idi. Ə.M.Topçubaşov bu 
görüşün nəticələri haqqında Azərbaycan hökumətinə  təcili 
məlumat verdi. Tezliklə xarici işlər nazirinin imzası ilə 
Azərbaycan hökumətinin rəsmi memorandumu müttəfiq 
dövlətlərin Ali Şurasına təqdim edildi. Memorandumda 
Azərbaycan respublikasının böyük tarixi xidmətləri və 
əhəmiyyəti xatırladılır, Azərbaycanın çox tezliklə  şimaldan 
gələn təhlükə ilə üz-üzə dayanacağı ehtimalı qarşısında ona 
müxtəlif sahələrdə 
əsaslı yardım edilməsi zərurəti 
əsaslandırılırdı. Azərbaycanın istiqlalının qorunması 
məsələsində Azərbaycan hökumətinə  hərtərəfli hərbi yardım 
göstərilməsi xahiş edilir, ənənəvi iqtisadi əlaqələr 
pozulduğundan ölkədə yaranmış iqtisadi maliyyə böhranını 
aradan qaldırmaq məqsədi ilə Avropa və Amerikanın 
 
28
Azərbaycana 40-50 milyon qızıl manat miqdarında borc 
verməsi arzu edilirdi.  
Paris sülh konfransında dövlətlər tərəfindən tanınandan 
sonra Azərbaycanın xarici işlər nazirliyində Avropa və 
Amerikanın altı dövlətində – İngiltərə, Fransa, ABŞ,  İtaliya, 
İsveçrə  və Polşada diplomatik nümayəndəliklərin açılması 
haqqında layihə hazırlandı. ADR-in baş naziri F.Xoyski İsveçrə 
ilə münasibətlərin yaradılmasına da böyük əhəmiyyət verirdi. 
İsveçrədə ADR-in informasiya mərkəzinin yaradılması 
haqqında razılıq əldə edilmişdi. 
Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin 
səmərəli fəaliyyətində  Ə.M.Topçubaşovun mühüm rolu 
olmuşdur. 
 
VAŞİNQTON KONFRANSI 
 ABŞ Avropa, Asiya və Afrikada heç bir üstünlüyə nail 
olmadığı üçün bunun əvəzini Uzaq Şərq, Çin və Sakit okeanda 
çıxmağa çalışırdı. 1920-ci ildə keçirilən prezident seçkilərindən 
sonra ABŞ-da hakimiyyətə gələn respublikaçılar partiyası yeni 
bir konfrans çağırmaq təşəbbüsü ilə çıxış etdi. Bu işdə ən çox 
fəallıq göstərən ABŞ-ın dövlət katibi, yaxud xarici işlər naziri 
Yuz idi. ABŞ konfransı çağırmaq üçün böyük dövlətlərdən olan 
İngiltərə  və Yaponiyanı razı salmağı birinci dərəcəli vəzifə 
hesab edirdi. İngiltərə bu məsələyə əvvəl razı olmadıqda ABŞ 
bildirdi ki, əks təqdirdə  İngiltərənin ona borclu olduğu 850 
milyon funt-sterlinqin və ya 4 milyard dolların dərhal 
verilməsini tələb edəcəkdir. Həm də bu tələb qızıl paritetinə 
uyğun olmalıdır. ABŞ  həmçinin  İngiltərəyə  təzyiq göstərmək 
üçün o zaman İrlandiyadakı azadlıq uğrunda mübarizə 
məsələsini konqresə  çıxartdı  və göstərdi ki, bu məsələyə kon-
qresin münasibəti  İngiltərənin mövqeyindən asılı olacaqdır. 
İngiltərənin dominionları da ABŞ-ı müdafiə edir, Atlantik və 
Sakit okeanda İngiltərə  və Yaponiyanın üstünlüyünü təmin 
edən 1902-ci ildə bağlanmış ingilis-yapon sazişinin ləğv 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə