Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə5/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   93

 
17
hərbi rütbəlilərin sayı isə 15 mini ötməməli idi. Onun sayını 
ancaq 1500 nəfər artırmaq olardı. Əsgərlər və unter-zabitlər 12, 
zabitlər isə ən azı 45 il xitmət etməli idilər. Almaniya ancaq 6 
yüngül, 6 ağır zirehli gəmiyə, 12 mina- daşıyan və 12 
əksminadaşıyan linkörə sahib ola bilərdi.  Almaniyanın böyük 
tonnajlı  gəmilər inşa etməyə, sualtı qayıqlara və hava 
donanmasına malik olmağa ixtiyarı yox idi.  Lakin Versal 
müqaviləsi Almaniya imperializminin əsaslarına toxunmadı. 
Almaniyanın hərbi sənaye potensialı ləğv edilmədi, yalnız məh-
dudlaşdırıldı.  
Versal müqaviləsinin mühüm tərkib hissələrindən biri də 
Millətlər Cəmiyyəti məsələsi idi. Millətlər Cəmiyyətinin 
fəaliyyəti assambley, onun şurası və katiblik vasitəsi ilə həyata 
keçirilirdi. Cəmiyyətin Baş  Şurasının üzvlərini  əvvəl dörd 
ölkənin (İngiltərə, Fransa, İtaliya, Yaponiya) nümayəndələri 
təşkil edirdi. Millətlər Cəmiyyətinin katibliyi yanında 
beynəlxalq  əmək bürosu, tərksilah komissiyası, beynəlxalq 
ədalət məhkəməsi palatası fəaliyyət göstərməli idi.  
Millətlər Cəmiyyətinin nizamnaməsi sülh müqaviləsinin 
tərkib hissəsi oldu. O, cəmiyyətin əsas vəzifələrini-xalqlar ara-
sında  əməkdaşlığın inkişaf etdirilməsi, sülhün və  təhlükəsiz-
liyin təmin olunması  vəzifələrini müəyyən etdi. Beynəlxalq 
məsələləri müzakirə etmək üçün hər il Millətlər Cəmiyyətinin 
Məclisi toplaşırdı. Nizamnamə Cəmiyyətinin təcavüzkar dövlət 
barəsində kollektiv tədbirlər-sanksiyalar tətbiq etməsini 
nəzərdə tuturdu. Lakin nizamnamədə  təcavüzün nə demək ol-
duğunun və təcavüzkarın kim olduğunun tərifi yox idi. Vilson 
tərəfindən bu cəmiyyətin yaradılması təşəbbüsü irəli sürülsə də, 
Millətlər Cəmiyyətində  rəhbər rol Yaponiyanın köməyi 
nəticəsində  İngiltərə  və Fransaya məxsus oldu. Həmçinin 
Vilson diplomatik uğursuzluğa düçar olaraq, müstəmləkələrin 
Millətlər Cəmiyyəti təşkil ediləndən sonra bölgüsünə nail ola 
bilmədi.  İmperialistlər Almaniyanın keçmiş müstəmləkələrini 
 
18
və Türkiyənin mülklərini açıq şəkildə tutmağa cürət etmədilər. 
Müstəmləkə xalqlarının özlərini guya müstəqil idarə etməyə 
qadir olmadıqları  bəhanəsi ilə Millətlər Cəmiyyəti vasitəsi ilə 
bu xalqlara "mandat sistemi" adı altında qəyyumlar müəyyən 
olundu. Mandatların  İngiltərə  və onun dominionlarına, 
Fransaya, Yaponiyaya və Belçikaya verilməsi müəyyən edildi. 
İngiltərə və Fransa mandat sistemi xətti ilə müstəmləkələrin elə 
konfransda bölgüsünə nail oldular. Müstəmləkələr üç mandat 
kateqoriyasına bölündülər. «A» kateqoriyasına,  əsasən, 
Osmanlı İmperiyasına aid olan Ərəb ölkələri daxil idi. Onların 
tezliklə    müstəqillik qazanması  nəzərdə tutulurdu. Fransa 
Suriya və Livanı, İngiltərə isə  Fələstin, Transiordaniya və İraqı 
aldı.«B» və «C» kateqoriyaları birbaşa Almaniyanın müstəm-
ləkələri idi. «B» kateqoriyasınaMərkəzi Afrikadakı alman 
müstəmləkələri, yəni  Şərqi Almaniya Afrikası, Toqo və 
Kamerun daxil idi ki, bu İngiltərə  və Fransaya çatırdı. «C» 
kateqoriyasına isə  Cənub-Şərqi və Cənub-Qərbi Afrikadakı  və 
Sakit Okeandakı Almaniya müstəmləkələri daxil idi. Bunlar 
faktiki olaraq Yaponiya, Avstraliya, Yeni Zelandiya və Cənubi 
Afrika  İttifaqının mülklərinə çevrildilər. Belə ki, Cənub-Şərqi 
və Cənub-Qərbi Afrikadakı Almaniya müstəmləkələrini Cənubi 
Afrika İttifaqı aldı. Yeni Qvineya İngiltərənin dominionu olan 
Avstraliyaya, Marşal, Mariya və Karolin adaları Yaponiyaya 
verilirdi. Üçbucaq Kionqosu Portuqaliyaya, Çinin Şandun 
əyaləti Yaponiyaya, Ruanda və Urindi Belçikaya, Samao adası 
Yeni Zelandiyaya verilirdi. İmperialist dövlətləri arasında, 
müstəmləkələrin və nüfuz dairələrinin yenidən bölüşdürülməsi 
bu müstəmləkələrin qeyri-bərabər inkişafına və imperialistlər 
arasında ziddiyyətlərin yeni düyünlərinin yaranmasına səbəb 
oldu.  
Versal sülh müqaviləsində mübahisəli məsələlərdən biri 
olan təzminat məsələsi öz əksini tapmadı. Çünki ABŞ cəmi 228 
mlrd marka Almaniyadan təzminat alınmasını  tələb edirdi. 


 
19
Almaniyadan təzminat alınmasında Fransanın marağı daha 
böyük idi. O bu təzminat hesabına Avropada güclənmək 
istəyirdi. Fransa nümayəndəsi son nəticədə Almaniyadan 480-
600 milyard qızıl marka təzminat alınmasını  tələb edirdi. 
İngiltərənin isə mövqeyi bu məsələdə ziddiyyətli idi. O gah 
Fransanın təklif etdiyi  və ya ona yaxın məbləğə tərəfdar çıxır, 
gah da onun əksinə olan təklif irəli sürürdü. İngilis 
nümayəndəliyinin maliyyə eksperti Keyns Almaniyadan 50 
milyard qızıl markadan çox təzminat tələb etməyi yolverilməz 
hesab edirdi. Təzminat üzrə ayrıca konfrans çağırılması nəzərdə 
tutuldu. Lakin sülh müqaviləsində belə bir maddə var idi ki, 
1921-ci ilə qədər Almaniya 20 mld qızıl marka təzminat ödəsin. 
1920-ci ilin iyulun 5-10-da Belçikanın Spa şəhərində çağırılan 
konfransda Almaniyanın tərksilah məsələsi ilə yanaşı 
təzminatın miqdarı  və onun verilmə vaxtı müəyyən olundu. 
Almaniya 30 il müddətinə 132 mld marka təzminat verməli idi. 
Bu təzminatın 52%-i Fransaya, 22%-i İngiltərəyə, 10%-i 
İtaliyaya, 8%-i Belçikaya, 0,75 %-i Portuqaliyaya, 0,75 %-i 
Yaponiyaya, 6,5%-i Yunanıstan və Yuqoslaviyaya verməli idi. 
ABŞ-ın təzminat almaq hüququ saxlanıldı. 
Müqavilə, bir neçə ölkə istisna olmaqla, konfransın əksər 
iştirakçıları  tərəfindən imzalandı  və  təsdiq olundu. Bir sıra 
ərazilərinin taleyi ilə  əlaqədar müqavilənin  şərtlərindən, 
Şandun vilayətinin Yaponiyaya verilməsindən narazı qalan Çin 
onu imzalamadı. Versal sülhünün şərtləri Amerika 
inhisarçılarının dünya hegemonluğu iddialarını təmin etmədiyi 
üçün, həm də  İngiltərə  və Fransanın başçılıq etdiyi Millətlər 
Cəmiyyətinə daxil olmaq istəməyən ABŞ senatı da bu 
müqaviləni ratifikasiya etmədi. Versal sülhü qaliblərlə 
məğlublar arasında ziddiyyətlər doğurdu. Qaliblərin cəbhəsində 
rəqabət gücləndi.  
Birinci dünya müharibəsinin sonunda milli-azadlıq hərə-
katı nəticəsində çoxmillətli Avstriya-Macarıstan imperiyasında 
 
20
parçalanma  əmələ  gəldi. Bu imperiyanın yerində Polşa, 
Çexoslavakiya, Serb-Xorvat-sloven krallığı, Avstriya, 
Macarıstan kimi yeni dövlətlər yarandı. Habsburqlar 
monarxiyası süqut etdi. Yeni yaranan dövlətlərdə Fransa öz 
silahlı qüvvələrini yerləşdirdi ki, bu yolla o, Sovet 
Rusiyasından qorunmaq üçün, "sanitor  kardonu" təşkil etmək 
istəyirdi. 
Paris sülh konfransında Almaniyanın müttəfiqi olan Avs-
triya ilə də 1919-cu il sentyabrın 10-da Sen-Jermendə sülh mü-
qaviləsi bağlandı. Bu sülh müqaviləsi hazırlanarkən ən mübahi-
səli məsələ Balkan yarımadası  və Dunay hövzəsi idi. Həmin 
müqaviləyə görə Avstriya öz tərkibində olan malikanələrin ha-
mısından  əl çəkdi. Avstriyanın gələcəkdə Almaniya ilə birləş-
dirilməsi, yəni anşlüs qadağan edilirdi. Avstriya Çexoslavaki-
yanın müstəqilliyini tanıyır. Çexiya, Moraviya və Sileziyanın 
ona məxsus hissəsini ona verirdi. Avstriya həmçinin Serb- 
Xorvat-Sloven krallağının müstəqilliyini tanıyır, Sloveniya, 
Dolmasiya, Bosniya və Hersoqovunanı ona verirdi. Avstriya 
ancaq 30 min ordu saxlaya bilərdi. O Adriatik dənizində  və 
Dunay çayında donanma saxlamaq hüququndan məhrum 
edilirdi. Sen-Jermen müqaviləsinə  əsasən Yuliyek-Kraynı, 
Triyest əraziləri İtaliyaya verilirdi.  
1919-cu il noyabrın 27-də isə Bolqarıstanla Neyi müqavi-
ləsi bağlandı. Həmin müqaviləyə əsasən Bolqarıstan öz ərazisi-
nin xeyli hissəsindən məhrum oldu. Müqaviləyə əsasən Bolqa-
rıstan Makedoniyanın ona məxsus hissəsini Serb-Xorvat-Slo-
ven krallığına verdi. Qərbi Frakiya Yunanıstana verildi və buna 
görə Bolqarıstan Egey dənizinə çıxışını itirdi.  Cənubi Dobruçi 
Rumıniyaya verildi. Bolqarıstan ancaq 20 min qoşun, 4 
minadaşıyan, 4 əksminadaşıyan gəmi, 6 matorlu qayıq saxlaya 
bilərdi. O, 2,27 mlrd frank təzminat verməli və onu 37 il 
ərzində ödəməli idi. Neyi müqaviləsinə görə Bolaqrıstan 5 il 
müdətində Serb-Xorvat-Sloven krallığına hər il 50 min ton daş 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə