Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə6/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   93

 
21
kömür, bundan başqa, Yunanıstan, Ruminiya və Serb-Xorvat-
Sloven krallığına 6 ay müdətində 70 min baş mal-qara verməli 
idi. Bu müqavilə Bolqarıstanda milli ədavəti gücləndirdi. 
1920-ci ilin iyunun 4-də Macarıstanla Parisin Trianon sa-
rayında sülh müqaviləsi bağlandı. Müqaviləyə görə Macarıs-
tandan slavyan malikanələri alındı. Macarıstan Çexiyanın müs-
təqilliyini tanıyır, Slovakiya və Zakarpat Ukraynasını ona, 
Serb-Xorvat-Sloven krallığının müstəqilliyini tanımaqla 
Xorvatiya, Baçka və Banatın qərb hissəsini isə ona verirdi. 
Həmçinin Macarıstan Rumıniyaya Transilvaniya və Banatın 
şərq hissəsini, Avstriyaya Burqenland əyalətini verirdi 
Macarıstan özünün Dunaydakı bütün donanmasından məhrum 
edilirdi. O ancaq 35 min nəfərlik muzdlu qoşun saxlaya bilərdi. 
Macarıstan  ərazisi belə parçalandığına görə  İkinci Dünya 
müharibəsinə qədər onu «kəsilmiş dövlət» də adlandırırdılar. 
1920-ci ilin avqustun 10-da «Dördlər ittifaqı»nın üzvü 
olan Türkiyə ilə Sevr müqaviləsi bağlandı. Sevr müqaviləsində 
Osmanlı imperiyasının dağılması  və bölüşdürülməsi nəzərdə 
tutulurdu. Həmin müqavilə Türkiyəyə onun  bir çox starteji 
cəhətdən  əhəmiyyətli  ərazilərinin Antanta qoşunları  tərəfindən 
işğal olunması  şəraitində zorla qəbul etdirilmişdi. Osmanlı 
imperiyasının  ərazisi tamamilə parçalanırdı. Belə ki, Türkiyə 
Ermənistanın müstəqilliyini tanıyır Anadolu yarımadasının şərq 
hissəsini ona, "muxtariyyət" qazanmış Kürdüstanı tanıyaraq 
Anadolunun cənub-şərq hissəsini isə ona verirdi. Türkiyə 
həmçinin Dardanelin  Avropa sahili, Ədirnə,  İzmir və  Şərqi 
Frakiyanın, demək olar ki, Türkiyənin bütün Avropa hissəsinin 
Yunanıstanın olması ilə razılaşırdı. Kilikiya qonşu  ərazilərlə
həmçinin Anadolunun cənubu Fransanın təsir dairəsinə daxil 
edilirdi. Bununla bərabər bütün Anadolu İtaliya və Fransanın 
nüfuz dairəsinə bölünürdü. Türkiyənin bütün mülkləri  əlindən 
alınırdı. O, Misir malikanəsindən məhrum edildi və Misir 
üzərində İngiltərənin protektoratlığını qəbul etdi. Mandat üsulu 
 
22
ilə Suriya və Livan Fransaya, İraq, Fələstin və Traniordaniya 
isə İngiltərəyə verilirdi. Bir sözlə, Türkiyənin əlində ancaq İs-
tanbul və onun ətrafındakı ərazilər qalırdı ki, tezliklə İstanbul-
dan başqa bu ərazilər də İngiltərə tərəfindən işğal olundu. Dar-
danel və Bosfor boğazları ticarət və  hərbi gəmilər üçün açıq 
elan edilirdi. Türkiyənin maliyyəsi üzərində qalib dövlətlər 
nəzarət etməli idilər. Boğazları nəzarətdə saxlamaq üçün ABŞ
İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət xüsusi komis-
siya yaradılırdı. Bu komissiyanın özünün hərbiləşdirilmiş  dəs-
təsi, büdcəsi və bayrağı var idi. Komissiyanın üzvlərinin hər 
birinin məsələlərin həllində iki, Rumıniyanın və Yunanıstanın 
isə bir səs hüququ var idi. Bolqarıstan, Türkiyə  və Rusiya bu 
dənizlər ətrafında yerləşən ölkələr olsa da, onlardan heç birinin 
səsvermə hüququ yox idi. Onlar ancaq Millətlər Cəmiyyətinə 
daxil olduqdan sonra komissiyanın üzvü ola bilərdilər. Türkiyə 
cəmi 50 min muzdlu qoşun saxlaya bilərdi. Sevr müqaviləsi 
Osmanlı imperiyası kimi böyük bir türk dövlətini tarixdən 
silmək təhlükəsi qarşısında qoymuşdu. Lakin türk xalqının 
böyük oğlu M.K.Atatürk gənc türklərin buraxdığı  səhvi 
vaxtında düzəldə bildi. Mustafa Kamal Paşanın başçılıq etdiyi 
TBMM
1
 müqaviləni tanımadı  Vətənin mənafeyini qorumağı 
bacarmayan sultan hökuməti qanundankənar elan olundu. Belə 
olan halda sultan Sevr müqaviləsini təsdiq etməyə  cəsarət 
etmədi. “Antanta” növbəti fitnəkarlığa  əl atdı. Daşnaq 
Ermənistanı Türkiyəyə müharibə elan etdi və Qars, Oltun, 
Sarıqamış işğal olundu. Lakin vəziyyətə nəzarət edən Mustafa 
Kamal hökuməti qısa zamanda düşmənə sarsıdıcı  zərbələr 
endirdi. Kazım Qarabəkir paşanın komandanlığı altında türk 
qoşunları 1920-ci ilin sentyabrın 28-də hücuma başladılar. 
Ertəsi gün Sarıqamış, az sonra Qars işğalçılardan azad olundu. 
Daşnaq Ermənistanı təslim edildi və Gümrüdə sülh müqaviləsi 
imzalamağa məcbur oldu. Gürcüstanın əlində olan Ərdəhan və  
                                           
1
 TBMM-Türkiyə Böyük Millət Məclisi 


 
23
Artvin vilayətləri də geri qaytarıldı. 1921-ci ilin yanvar ayında 
İnönü kəndi  ətrafında baş vermiş  uğurlu döyüş  nəticəsində 
yunanların qərb cəbhəsində sürətli irəliləyişləri dayandırıldı. Bu 
döyüş Türkiyə milli-azadlıq hərakatında dönüş nöqtəsi oldu. 
İngilislərdən kömək almış yunanlar yeni hücuma hazırlaşır, 
İnönü məğlubiyyətinin  əvəzini çıxmaq istəyirdilər. 1921-ci il 
martın axırında hücuma keçən yunan qoşunları yenə  də  İnönü 
kəndi yaxınlığında məğlub edildilər. Bu döyüş tarixdə  İkinci 
İnönü döyüşü adlanır. Yunan qoşunları ingilislərin təhriki ilə 
yenidən Sakarya istiqamətində hücuma keçdilər. Türk qoşunları 
sentyabrın 13-də Sakarya vuruşmasında parlaq qələbə çaldılar.  
Sakaryada məğlub olmuş yunan qoşunları Afyon-Qarahisar 
xəttinə  çəkilərək müdafiəyə keçdilər və öz mövqelərini 
möhkəmləndirməyə başladılar. 1922-ci il avqustun 26-da 
Qocatəpədən böyük türk hücumu başladı. Az vaxt ərzində 
Afyon-Qarahisar xətti yarıldı, 200 minlik yunan ordusu 
mühasirəyə düşdü. Afyon alındı. Dumlıpınar döyüşü yunanlar 
üçün tam faciə ilə nəticələndi. Türk qoşunları yunanları Aralıq 
dənizinə  sıxışdırdılar. Anadolunu yunan qoşunlarından 
təmizləyən türk ordusu sentyabrın 9-da İzmiri azad etdi. 
Oktyabrın 11-də “Antanta” dövlətləri və Yunanıstan Mudanya 
sülh müqaviləsini imzaladılar. Noyabrın 1-də TBMM sultan 
səltənətini ləğv etdi. Sultan Maltaya qaçdı.    
1918-1923-cü illərdə gedən azadlıq müharibəsi yenidən 
qalib dövlətləri məcbur etdi ki, 1923-cü il iyulun 24-də onlar 
Lozannada çağrılmış konfransda (Konfrans öz işinə1922-ci il 
noyabrın 22-də başlamışdı)  Sevr müqaviləsini qüvvədən 
düşmüş hesab etsinlər və Ankara hökumətini böyük türk 
dövlətinin hökuməti kimi tanısınlar. Lozanna protokoluna görə  
Türkiyə özünün ərəb ərazilərini itirir, Kiprin Böyük Britaniyaya 
Dodekanez adalarının  İtaliyaya, Egey dənizindəki bir sıra 
adaların Yunanıstana verilməsi ilə razılaşmalı olurdu Bununla 
bərabər, başlıca türk ərazilərini Türkiyə özündə saxlaya bildi. 
 
24
İzmir,  Ədirnə ilə birlikdə  Şərqi Frakiya, Dardanelin Avropa 
sahilləri, Qallipoli yarımadası və s. Türkiyəyə qaytarıldı. Qara 
dəniz dövlətlərinin ticarət və  hərbi gəmiləri dinc və müharibə 
vaxtı boğazlardan sərbəst keçə bilərdilər. Fransa, İngiltərə, 
İtaliya, Yaponiya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Rusiya, 
Yuqoslaviya, və Türkiyədən ibarət  İstanbulda türk 
nümayəndəliyinin sədrliyi ilə beynəlxalq boğazlar komissiyası 
yaradıldı. Yunanlar İstanbuldan başqa bütün Türk ərazilərindən 
çıxarılmalı idilər. Ermənilərin Türkiyə  ərazisində Ermənistan 
təşkil etmək istəyi baş tutmadı. 1923-cü il oktyabrın 15-də 
Türkiyədə paytaxt İstanbuldan Ankaraya köçürüldü. Həmin il 
oktyabrın 29-da isə 1876-cı il konstitusiyasında edilmiş bir 
dəyişikliklə Türkiyə respublika elan edildi.  
Bütün bu müqavilələr tarixdə Versal sistemi adlandı. 
 
PARİS SÜLH KONFRANSINDA AZƏRBAYCAN 
NÜMAYƏNDƏ HEYƏTİNİN İŞTİRAKI 
 
 
 
 
1918-ci il dekabrın 7-də açılmış Azərbaycan parlamenti 
Paris sülh konfransında iştirak etmək üçün oraya nümayəndə 
heyəti göndərdi. Ona parlamentin sədri  Ə.M.Topçubaşov 
başçılıq edirdi. Nümayəndə heyəti, çoxpartiyalılıq  əsasında 
formalaşmışdı. Hələ yolda olan zaman Əhməd bəy Ağaoğlu 
«İttifaq və Tərəqqi» partiyasının rəhbərlərindən birinin ittihamı 
ilə tutulub müttəfiqlər tərəfindən Malta adasına həbsə 
göndərildi.  İngilis hökumətinin köməyi ilə konfransda iştirak 
etmək üçün icazə ala bilən nümayəndə heyəti 1919-cu ilin may 
ayında Parisə çatdı. 
Paris sülh konfransı Kolçak hökumətini bütün keçmiş 
Rusiya ərazisində ali hakimiyyət orqanı kimi tanımaq haqqında 
qərar qəbul etmişdi. Azərbaycan, Dağlılar Respublikası, 
Estoniya, Kuban, Gürcüstan, Latviya, Litva, Ukrayna 
nümayəndələri sülh konfransının sədrinə birgə müraciətlə bu 
qərara etirazlarını bildirdilər.  Onlar Vilsondan «14 maddəlik» 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə