Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə8/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   93

 
29
edilməsini və  İngiltərənin ABŞ-la yaxınlaşmasını  tələb 
edirdilər. ABŞ istəyirdi ki, hələ 1899-cu ildə    Cənub-Şərqi 
Asiyaya qarşı irəli sürülmüş “açıq qapı” doktorinasını  həyata 
keçirsin və Yantszı çayı hövzəsində  və Çinin cənubunda 
İngiltərənin nüfuz dairəsini ləğv etsin. ABŞ Çində baş verən 
hadisələrdən qorxuya düşmüş Yaponiyanı da bu işə  məcbur 
etdiYaponiya artıq belə bir nəticəyə gəlmişdi ki, Çinlə əvvəlki 
qaydada rəftar etmək mümkün deyildir və bu ölkəni heç bir 
vaxt müstəmləkəyə çevirmək olmaz. Uzun danışıqlardan sonra 
1921-ci ilin iyun ayının 10-da böyük dövlətlərə  məktublar 
göndərildi. Avqust ayının 1-nə  qədər onlardan razılıq alındı. 
Nəticədə 1921-ci ilin noyabrın 12-də Vaşinqtonda 14 dövlətin 
iştirakı ilə yeni bir konfrans çağırıldı. Onun iştirakçıları ABŞ, 
İngiltərə  və onun 4 dominionu, həmçinin Hindistan, Fransa, 
Yaponiya,  İtaliya, Portuqaliya, Belçika, Niderland və Çin idi. 
Konfransın gündəliyində əsasən iki məsələ dururdu. Bunlardan 
biri dəniz silahlı qüvvələrini məhdudlaşdırmaq və müharibədə 
yeni silahlardan istifadə qaydası, digəri Sakit okean və Uzaq 
Şərq məsələsi idi. Konfransda Çin məsələsi ayrıca bir məsələ 
kimi gündəliyə salınmasa da, əslində  ən başlıca məsələ idi. 
ABŞ Sakit okean məsələsini ona görə gündəliyə qoydu ki, 
1920-ci ildə Panama kanalı  işə düşmüşdü və ABŞ üçün Sakit 
Okeanın  əhəmiyyəti daha da artmışdı. ABŞ-ın dövlət katibi 
Yuz, İngiltərənin xarici işlər naziri Balfur, Yaponiyanın xarici 
işlər naziri Kato konfransda həlledici sima idi. 1922-ci ilin 
fevralın 4-də bağlanan «4 dövlət sazişi»nə  əsasən (ABŞ, 
İngiltərə, Fransa, Yaponiya) 1902-ci il ingilis-yapon sazişi ləğv 
edildi ki, bu ABŞ diplomatiyasının uğuru idi.  Həmçinin bu 
dörd dövlət Sakin okeandanı mülklərini birə qorumaq haqqında 
öhdəlik götürdülər. 1922-ci il fevralın 4-də Yaponiya ilə Çin 
arasında da saziş bağlandı. Bu sazişə  əsasən Çinin xeyrinə 
olaraq Yaponiya Şandun  əyalətindən imtina etdi. İngiltərə  də 
icarəyə götürdüyü Veyxoveyi limanını Çinə qaytardı. 
 
30
1922-ci il fevralın 6-da isə Çinə dair «9 dövlət müqavi-
ləsi» bağlandı. Bu müqaviləyə əsasən onu imzalayan dövlətlər 
bildirirdilər ki, Çinin ərazi bütövlüyünə, suverenliyinə hörmət 
edirlər. Çinin inkişaf etməsi və möhkəmlənməsi, hökumət 
təşkil etməsinə tam imkan yaradacaq və kömək edəcəklər. 
Dövlətlər Çində xüsusi imtiyazlar əldə etməyə çalışmayıb, 
ticarət və  sənaye fəaliyyəti sahəsində bağlanacaq bərabərhü-
quqlu müqavilələrə riayət edəcəklər. Onlar Çinin daxili işlərinə 
qarışmayacaqlarına və Çinin nüfuz dairəsinə bölünməsinə im-
kan verməyəcəklərini də vəd edirdilər. Əslində bu saziş ABŞ-ın 
«açıq qapılar» siyasətinin reallaşması, İngiltərə və Yaponiyanın 
Çindəki nüfuzuna zərbə endirilməsi demək idi. Çin üçün "açıq 
qapılar" doktrinası onun suverenliyinə böyük zərbə idi. Çin 
böyük dövlətlərin sövdələşmə obyektinə çevrildi. Bu müqavilə 
Çində milli-azadlıq hərəkatını boğmaq üçün imperialistlərin 
birləşməsi, həmçinin onu yenə  də yarımmüstəmləkə halında 
saxlamaq demək idi. Çində xaricilərin rabitə  şöbələri və 
radiostansiyaları  ləğv edilmədi. Çin kömrük məsələsində 
bərabər hüquq almadı, xarici dövlətlər polis və qoşununu onun 
ərazisindən çıxartmadılar. Mühüm strateji ərazilər yenə  də 
böyük dövlətlərin sərəncamında qaldı. Yaponiya Lyaodun 
yarımadasını, İngiltərə isə Honkonqu öz əraziləri hesab etdilər. 
Konfransda birinci məsələ çox böyük müzakirəyə  səbəb 
oldu. ABŞ nümayəndələri təklif edirdilər ki, xətt, kreyser, sualtı 
qayıqların su tutumunun miqdarı (tonnajı) ABŞ  və  İngiltərəyə 
əsasən götürülsün. Yaponiyaya isə az miqdarda donanma təklif 
edilirdi. İngiltərə kreyserlər üzrə tam üstün olduğu üçün onların 
məhdudlaşdırılmasına razı olmadı. Yaponiya da buna etiraz 
etdi. Bir sıra mübahisə  və müzakirələrdən sonra heç bir qərar 
qəbul edilmədi. Donanma saxlamaq məsələsinə  gəldikdə 
dövlətlər ancaq xətt gəmiləri üzrə ABŞ-a üstünlük verməyə 
razılaşdılar. Xətt gəmiləri üzrə nisbət aşağıdakı qaydada 
müəyyənləşdirildi. 5- ABŞ: 5 İngiltərə: 3 Yaponiya: 1.75 – 


 
31
Fransa: 1.75 – İtaliya. Bu məsələ ilə əlaqədar fevralın 6-da «5 
dövlət sazişi» bağlandı. Bu saziş bağlanarkən Yaponiya belə bir 
diplomatik uduş qazandı ki, Yaponiyanın  əsas adalarından 
ancaq 5 min km uzaqlıqda ABŞ öz hərbi donanmasını və hərbi 
bazalarını yarada bilərdi. Vaşinqton konfransı Sakit okeanda 
qüvvələrin yeni quruluşunu müəyyənləşdirdi. Konfransın 
qərarları 1919-1920-ci illərin Paris konfransının qərarlarını 
müəyyən dəyişikliklərlə tamamlamış oldu. 
Birinci dünya müharibəsindən sonra beynəlxalq münasi-
bətlərdə yeni sistem yaranmış oldu ki, bu da tarixə Versal-
Vaşinqton sistemi kimi daxil oldu. 
Versal-Vaşinqton sistemi Birinci və İkinci dünya mühari-
bəsi arasındakı dövrdə beynəlxalq münasibətləri nizama salan 
bir sistem oldu. Bu sistem öz nəticələrinə görə  ədalətsiz idi. 
Belə ki, bu sistemdə Almaniya, İtaliya və Yaponiyanın bir sıra 
alçaldıcı şərtləri qəbul etməsi gələcəkdə bu dövlətlərdə revanş 
hissinin artmasına, millətçiliyin güclənməsinə  səbəb oldu. Tə-
sadüfi deyildir ki, bu İtaliya və Almaniyada özünü faşizm 
formasında büruzə verdi. Bu sistem Sovet Rusiyasını  kənarda 
qoymaqla özü ilə Sovet Rusiyası arasında ziddiyyətin kəskin-
ləşməsinə  səbəb oldu. Bu sistem bolşevizmi Avropaya bu-
raxmamaq üçün Rusiya sərhəddində xırda dövlətlər yaratdı və 
«sanitar kartonu» tətbiq etdi. Bu sistem qalib dövlətlərin özü 
arasında ziddiyyəti kəskinləşdirdi. ABŞ-la Avropa arasındakı 
ixtilafı da gücləndirdi. Bu sistem mandat üsulunu tətbiq et-
məklə müstəmləkəçiliyin yeni formasını yaratdı. Müstəmləkə-
lərlə metropoliyalar arasındakı ziddiyyətlər gücləndi. Nəhayət, 
bu sistem iqtisadi məsələlərdə, Almaniyadan təzminat alınması 
məsələsində obyektiv qərar çıxartmadığı üçün gələcəkdə çox 
ciddi problemlərlə üzləşdi. ABŞ-ın Versal müqavilələrinə 
bitərəf münasibəti, onun qərarlarını  təsdiq etməməsi, Millətlər 
Cəmiyyətində iştirak etməkdən imtina etməsi bu sistemin köv-
rək olduğunu göstərdi. Versal sisteminin yaradıcıları Avropada 
 
32
milli münasibətləri mürəkkəbləşdirdilər. Bütün bunlara görə bu 
sistem bəzi dövlətlər tərəfindən pozuldu və nəhayət, ləğv edildi.  
Birinci dünya müharibəsi kapitalist ziddiyyətlərini bir 
müddət arxa plana çəkdi. Müəyyən müddət sakit inkişaf üçün 
şərait yaratdı ki, bu, isə yeni müharibəyə hazırlaşmaqdan başqa 
bir şey deyildi. 
 
 
GENUYA KONFRANSI 
 
Birinci Dünya müharibəsindən sonra dağıdılmış Avropanı 
bərpa etmək üçün Antantanın Ali Şurası 1922-ci ilin 
yanvarında Fransanın Kanna şəhərində xüsusi müşavirə çağırdı. 
Həmin müşavirənin qarşısında yeni bir konfrans çağırmaq və 
dağıdılmış Avropanı Rusiyanın hesabına bərpa etmək məsələsi 
dururdu. Bu məqsədlə İtaliyanın Genuya şəhərində 1922-ci ilin 
aprelin 10-dan mayın 19-dək davam edən 34 dövlətin iştirakı 
ilə xüsusi maliyyə-iqtisadi konfrans çağırıldı. Həmin konfransa 
o zaman Sovet Rusiyasının Xarici İşlər naziri olan Çiçerinin 
başçılığı altında nümayəndə heyəti də dəvət edildi. Konfransda 
iqtisadi, siyasi, maliyyə, nəqliyyat məsələləri üzrə xüsusi 
komissiyalar yaradıldı.  Konfransda qalib dövlətlər Rusiyadan 
tələb etdilər ki, xaricilərin Rusiyada milliləşdirilmiş müsəssi-
sələri yenidən özlərinə qaytarılsın. Həmçinin Rusiyadan xarici 
borclarını qaytarmaq da tələb edildi. Bu isə  təxminən 18 mil-
yard rubla bərabər rəqəm idi. Buna cavab olaraq Rusiya 
nümayəndə heyəti bildirdi ki, bu məbləği Rusiya bir şərtlə ver-
məyə razıdır ki, xarici dövlətlər vətəndaş müharibəsi və xarici 
hərbi müdaxilə dövründə Rusiyaya dəymiş  təxminən 39 
milyard rubl dəyərindəki zərəri ödəsinlər. Bundan başqa, Ru-
siyaya çoxlu kredit və borc versinlər. Borcların qaytarılması 
üçün isə 30 il müddət qoysunlar. Ona görə də Rusiya ilə digər 
dövlətlər arasında konfransda heç bir razılıq əldə edilə bilmədi.  
Antanta dövlətləri bununla razılaşmadılar. Konfransın gedişi 
zamanı Sovet nümayəndə heyəti Almaniya nümayəndə heyəti 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə