Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə4/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   93

 
13
50%-i bu işə  sərf edilmişdi. Müharibədə 10 milyon adam 
ölmüş, 20 milyonu yaralanmışdı.  Əgər 1773-cü ildən 1914-cü 
ilə  qədər olan müharibələrə  çəkilən xərclər cəmi 6 milyon 
dollar olmuşdursa, Birinci Dünya müharibəsi bəşəriyyətə 80 
milyard dollara başa gəlmişdir.  
Birinci dünya müharibəsinin beynəlxalq nəticələri dörd 
nəhəng imperiyanın – Almaniya, Avstriya-Macarıstan, Osmanlı 
və Rusiya imperiyasının dağılması, bir sıra yeni dövlətlərin 
yaranması, dünya dövlətlərinin iqtisadi və siyasi cəhətdən 
qeyri-bərabər inkişafının sürətlənməsi, müstəmləkə  və yarı 
müstəmləkə ölkələrində milli-azadlıq hərəkatının güclənməsi, 
müharibənin yaratdığı  ağır sosial-iqtisadi vəziyyətin bir çox 
ölkələrdə inqilabi hərəkatın meydana gəlməsinə  səbəb olması 
və s. idi.   
 
 
 
 
PARİS  SÜLH  KONFRANSI 
Qaliblərlə məğlublar arasında sülh müqavilələrini hazırla-
maq və bağlamaq üçün 1919-ci il yanvarın 18-də Parisdə 
(Versalda) 27 dövlətdən 1000 nəfər nümayəndənin rəsmən 
iştirak etdiyi sülh konfransı işə başladı. Konfransın gündəliyinə 
Almaniya ilə Sülh müqaviləsinin bağlanması,  ərazi və 
müstəmləkə    ölkələri, Millətlər Cəmiyyətinin yaradılması, 
təzminat, tərksilah məsələləri daxil idi. Konfransa sovet 
Rusiyası  və  məğlub dövlətlər dəvət edilməmişdi.  Konfransda 
müharibəyə formal olaraq qoşulmuş Latın Amerikası ölkələri 
də  məşvərətçi səslə  iştirak edirdilər. Konfransa sədrliyi Fran-
sanın baş naziri, son dərəcə  qətiyyətli, başladığı  işi axıra 
çatdırmağı sevən, "Pələng" ləqəbi ilə tanınan Corc Klemanso 
edirdi.  Əsas məsələlərin həllində konfransda təşkil edilmiş bir 
neçə Şura mühüm rol oynayırdı. Bunlardan biri "Onlar şurası" 
idi. Bu şuraya 5 dövlətin, yəni ABŞ,  İngiltərə, Fransa, 
Yaponiya və  İtaliyanın dövlət və hökumət başçıları  və xarici 
işlər nazirləri daxil idilər. Sonra bu orqan həmin 5 ölkənin 
 
14
xarici işlər nazirlərindən ibarət olan "5-lər  şurası"na, ABŞ, 
İngiltərə, Fransa və İtaliyanın dövlət və hökumət başçılarından 
ibarət olan (Vilson, Lloyd Corc, Klemanso, Orlando) "Dördlər 
şurası"na bölündü. Konfransda həlledici sözü Vilson, Lloyd 
Corc, Klemansondan ibarət - "Böyük üçlük" deyirdi. 
Konfrans beynəlxalq nöqteyi-nəzərdən  əlverişli vaxtda 
çağırılmamışdı. Çünki Sovet Rusiyasında vətəndaş müharibəsi 
gedişində bolşeviklər artıq qələbə  təşəbbüsünü öz əllərinə 
almaqda idilər. Bu baxımdan konfransda Rusiya məsələsi 
xüsusi diqqət cəlb edirdi. Fransa istəyirdi ki, Rusiyaya dərhal 
hərbi müdaxilə edilsin, çarizm Rusiyada yenidən bərpa olunsun 
və Fransa çar Rusiyası ilə birgə İngiltərə və ABŞ-a qarşı dayan-
sın. Lakin konfransda Fransanın Avropada hegemonluğunun 
yolverilməz olduğunu hesab edən  İngiltərə  və ABŞ belə bir 
fikir irəli sürdülər ki, həm Sovet Rusiyasının, həm də  ağ 
qvardiyaçıların rəhbərləri ilə birgə danışıqlar aparsınlar və 
iqtisadi yolla Sovet hakimiyyətinin Rusiyada yıxılmasına nail 
olsunlar. Uzun danışıqlardan sonra «Böyük üçlük» qərara gəldi 
ki, Rusiyaya həm  hərbi müdaxilə etmək, həm də Rusiyadakı 
ağqvardiyaçılara silah, sursat, maddi yardım göstərmək 
lazımdır. Antanta qoşunlarının baş komandanı general Foşun 
Moskvaya 1 milyonluq ordu göndərmək istəyi isə baş tutmadı.  
Konfransda  ən mühüm məsələ Almaniya məsələsi idi. 
Fransa Almaniyanı tam parçalanmış  vəziyyətdə görmək 
istəyirdi. O, hələ müharibə dövründə çar Rusiyası ilə belə bir 
qərara gəlmişdi ki, Reynin sol sahilini Almaniyadan ayırıb 
Bufer-Reyn respublikası yaratsınlar. Fransa həmçinin 
Bavariyanı da müstəqil respublika kimi görmək istəyirdi. O, 
Saar kömür hövzəsini də özünə birləşdirməyi tələb edirdi. 
Həmçinin Fransa 800 milyard qızıl marka təzminat tələb edirdi 
ki, bu təzminatın da 58%-i Fransaya çatmalı idi. Lakin ABŞ və 
İngiltərə kontinentdə Fransaya və Sovet Rusiyasına qarşı dura 


 
15
biləcək vahid, iqtisadi cəhətdən güclü Almaniyanın qalması 
tərəfdarları idilər.  
1919-cu ilin martında L.Corc Vilsona və Klemansoya 
“Fontonlodan memorandum” adlı  sənəd göndərərək Almaniya 
ilə əzablı sülh bağlamamağı təklif etdi.  
Konfransda mühüm məsələlərdən biri də İtaliya məsələsi 
idi.  İtaliyaya 1915-1917-ci illərdə Antanta tərəfindən çoxlu 
vədlər verilmişdi. Müharibə dövründə bağlanan sazişlərə görə 
İtaliyaya Kiçik Asiya və Balkan yarımadasının şimal-qərbində 
geniş  ərazilər vəd edilmişdi.  İtaliya həmçinin Dolmasiyanın 
şimal hissəsini, Fium limanını da tələb edirdi. Lakin müharibə 
qurtardıqdan sonra İtaliya burjuaziyasının iqtisadi cəhətdən 
zəifliyi və onun məğlublar içərisində qalib, qaliblər içərisində 
isə məğlub vəziyyətində olması qalib dövlətlərə imkan verdi ki, 
İtaliyaya vəd etdikləri  əraziləri ona yox, Serb-Xorvat-sloven 
krallığına və Yunanıstana versinlər. Etiraz əlaməti olaraq 
İtaliya nümayəndə heyəti konfransı  tərk etsə  də, bu heç bir 
dəyişikliyə səbəb olmadı. İtaliya nümayəndə heyəti may ayında 
yenidən konfransa qayıtdı. 
Uzun müddətli hazırlıqdan sonra mayın 7-də Almaniya 
nümayəndə heyəti Parisə  dəvət olundu və sülh müqaviləsinin 
mətni imzalanmaq üçün ona təqdim olundu. Lakin müqavilənin 
şərtləri o qədər alçaldıcı idi ki, o zaman Almaniyanın xarici 
işlər naziri olan Borkdorf Rotsenau onu imzalamaqdan imtina 
edib öz vəzifəsindən istefa verdi. Almaniya nümayəndə heyəti 
Berlinə qayıtdı. Xarici işlər naziri təyin edilmiş sosial-demokrat 
German Müller 1919-cu ilin iyunun 28-də tarixə Versal sülhü 
adı ilə daxil olmuş həmin müqaviləni imzaladı və müharibənin 
başlanmasında Almaniya başlıca təqsirkar olduğunu etiraf 
etmək məcburiyyətində qaldı. Versal müqaviləsinə görə: Elzas 
və Lotaringiya yenidən Fransaya qaytarılırdı. Reynin sol sahili 
hərbsizləşdirilmiş zona elan edilirdi və burada Almaniyanın 
zavodlar tikməsi qadağan edilirdi. Reynin sol sahilini 
 
16
Antantanın işğalçı qoşunları tutdular. Saar vilayəti 15 il 
müddətində Millətlər Cəmiyyətinin mandatına, onun kömür 
mədənləri isə Fransaya verildi. Müəyyən olunan müddət 
bitdikdən sonra vilayətin gələcək taleyinin referendum yolu ilə 
həll olunması  nəzərdə tutulurdu. Sülh müqaviləsinə görə 15 
ildən sonra Saar hər hansı bir dövlətə verilərdisə, onun kömür 
mədənlərini alman sahibkarları da  ala bilərdi. Almaniya 
Avstriyanın müstəqilliyinə hörmət edəcəyini öhdəsinə götürdü.  
Müqaviləyə əsasən Belçikanın bitərfliyi təsdiq edilir, Ey-
pen və Malmedi mahalları ona verilirdi. Həmçinin Belçikanın 
tabeliyində olan Morena bitərəf zona elan edildi. Versal 
müqaviləsində  nəzərdə tutulurdu ki, Lüksemburq hersoqluğu 
1919-cu il yanvarın 1-dən müstəqil dövlət elan edilsin. 1864-cü 
ildə Danimarkadan almanların burada əksəriyyət təşkil etdiyi 
bəhanə edilərək alınmış Halşteyn vilayəti və Yuxari Şlezviq 
yenidən Danimarkaya qaytarılırdı. Aşağı Şlezviqin məsələsi isə 
referendum, yəni ümumrəy sorğusu ilə  həll edilməli idi. 
Almaniyanın  ərazisi  Şərqi Prussiyanın ondan ayrılması 
nəticəsində iki hissəyə bölündü. Almaniya Memel (Klaypeda) 
ərazisi üzərində bütün hüquqlarından  əl çəkdi.1923-cü ildə 
Klaypeda Litvaya verildi. O Birinci Dünya müharibəsi 
başlananadək keçmiş Rusiya imperiyasına daxil olan bütün 
ərazilərin müstəqilliyini tanıdı. Almaniya Polşanın 
müstəqilliyini tanıyır və Polşaya məxsus olan Şərqi Poznanı, 
Şimali və  Şərqi Prussiyanın bir hissəsini,  Şileziyanın ona 
məxsus hissəsini Polşaya qaytarırdı.Qdansk müstəqil şəhər elan 
edilirdi. Lakin Polşa dövləti dənizə  çıxa bilmədi. Baltik 
dənizinə  çıxa biləcək 100 km
2
-ə  qədər  ərazi Almaniyanın 
ixtiyarında qalırdı. Almaniya öz müstəmləkələrinin hamısını 
itirdi. Almaniyada hərbi mükəlləfiyyət ləğv edilirdi. Almaniya 
ordu və donanma saxlaya bilməzdi. Ancaq 100 min nəfər 
könüllü ordu saxlaya bilərdi və bu orduya rəhbərlik edən zabit 
heyəti 4 min nəfərdən çox olmamalı idi. Bütün Almaniya üzrə 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə