Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə2/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   93

 
5
G İ R İ Ş 
 
Ali məktəblər üçün nəzərdə tutulan bu dərslik Avropa və 
Amerika ölkələrinin 1918-1945-ci illəri  əhatə edən tarixindən 
bəhs edir. 
Tarixin ən yeni dövrünün hansı vaxtdan başlanması haq-
qında fikirlər müxtəlifdir. Bəziləri onun XX əsrin ilk ilindən, 
bəziləri 1914-cü ildən,  bir çox tarixçilər isə Birinci dünya mü-
haribəsinin son ilindən başlandığını göstərirlər. Hələlik ən yeni 
tarixin Birinci dünya müharibəsinin son ilindən başlandığı fikri 
əsas götürülür və dərslik yazılarkən bu nəzərə alınmışdır. 
Bu dövr müasir dövrlə çulğalaşdığı üçün bəzən onu müa-
sir tarix də adlandırırlar. XX əsrin əvəllərindən hal-hazıra qədər 
davam edən  ən yeni tarix əvvəlki tarixi dövrlərdən keyfiyyət 
baxımından fərqlənir. Belə ki, ən yeni tarix bəşəriyyətə  ən 
böyük texniki kəşflər, həm də böyük bəlalar bəxş etmiş XX 
əsrin tarixini öyrənir.  Əgər XVIII əsr tarixdə buxar, XIX əsr 
polad və kömür əsri kimi xatırlanırsa, XX əsr ETİ, kosmos, 
nüvə, elmi və siyasi məlumatların güclü axını əsri kimi tanındı. 
XX əsr bəşər tarixində əsl mənada dönüş dövrü olmuşdur. 
Bu əsr çoxmillətli iri müstəmləkə imperiyalarının dağılması ilə 
də  səciyyələnir. Bunun nəticəsində dünya xəritəsində onlarla 
yeni müstəqil dövlətlər yaranmışdır. XX əsr faşizmin və 
sosializmin iflası, bazar iqtisadiyyatının və liberal 
demokratizmin yeni ölkələr və bölgələrdə yayılması prosesinin 
genişlənməsi əsri kimi də yadda qalır.  
Bu əsr tarixə həm də milyonlarla insanın məhvinə səbəb 
olan iki dünya müharibəsi bəxş etmişdir. Ümumiyyətlə, ən yeni 
tarixi öyrənərkən biz XX əsr və XXI əsrdən keçən illərdə baş 
vermiş sosial-siyasi hadisələrin böyük bir axınını izləmiş 
olacağıq.  Əgər tarixi bəşəriyyətin laboratoriyası adlandırsaq, 
həmin laboratoriyada ən zəngin materiallar ən yeni dövrə 
 
6
təsadüf edir. Ən yeni tarix tarixçi alimlərin fikrincə,  əsasən 2 
dövrə bölünür. 
I dövr 1918-ci ildən, yəni Birinci dünya müharibəsinin 
sonundan başlayır, 1945-ci ilə  qədər, yəni  İkinci dünya 
müharibəsinin sonuna qədər olan dövrü əhatə edir.  Bu dövrdə 
dünyanın 
6
1 hissəsində sosializm yaranır. Sosializmlə kapita-
lizm arasında, həmçinin kapitalist dövlətlərinin öz daxilində 
ziddiyyətlər kəskinləşir və Birinci Dünya müharibəsinin 
nəticələri İkinci Dünya müharibəsinin başlanmasına səbəb olur. 
Bu dövrün xarakterik xüsusiyyət siyasətin iqtisadiyyatı üstə-
ləməsi, siyasi partiyaların nüfuzunun güclənməsi, həmçinin 
əvvəlki tarixi dövrlərdən fərqli olaraq dövlətin cəmiyyətdə 
rolunun daha da artmasıdır. Bu dövr həm də bir sıra ölkələrdə, 
yəni SSRİ,  İspaniya, Almaniya və  İtaliyada totalitar-avtoritar 
rejimlərin bərqərar olması ilə səciyyələnir. 
II dövr isə İkinci dünya müharibəsindən sonra başlanır və 
hal-hazıra qədər davam edir. Bu mərhələdə dünya iki sistemə 
parçalanır. Bir sıra ölkələrdə «sovet modeli» yaranır. Hərbi 
bloklar təşkil edilir. İki sistem arasında «soyuq müharibə» baş 
verir. Bir sıra qlobal problemlər ön sıraya çıxır, qütbləşmə 
əmələ  gəlir. Bu dövrü həm də nüvə erası adlandırırlar.  Əgər 
əvvəlki dövrlərdə  hər bir dövlət ancaq özünün müdafiəsi qay-
ğısına qalırdısa, bu mərhələdə bütün bəşəriyyəti düşündürən 
əsas məsələ insan nəslini nüvə fəlakətindən xilas etmək oldu.  
1985-ci ildən sonra SSRİ  və Avropa ölkələrində sosial-
siyasi dəyişikliklər baş verir. Dünya sosializm sistemi və SSRi 
dağılır. Kapitalizm dünyada yeganə sistemə çevrilir. Həmçinin 
bu dövrdə  mərkəzəqaçma meyli güclənir. Dünyanın 3 güc 
mərkəzi – ABŞ, Yaponiya və Avropa İttifaqı yaranır.  
Dünya artıq XXI əsrə qədəm qoymuşdur. O bu yüzilliyə 
bəşər tarixində «soyuq müharibə»yə son qoyulması, dünyanın 
hələ böyük coğrafi  kəşflər dövründən etibarən başlamış real 


 
7
birliyinin gerçəkləşdirilməsi  şəraitində daxil olmuşdur. Yeni 
əsrin tarixi vəzifəsi dünya mədəniyyətinin qarşılıqlı  əlaqələri, 
əməkdaşlığı və bütövlüyünü tam bərqərar etməkdir. Bunlar XX 
əsrin yeni əsrə verdiyi ibrətamiz tarixi dərslərdir. 
Ən yeni tarixi öyrənməklə gənclər müstəqil inkişaf yolu-
na çıxan və bəşər sivilizasiyasına qoşulan Azərbaycan dövləti-
nin gələcək inkişafında yaxından iştirak edə bilərlər. Çünki ən 
yeni tarixi bilmədən dünya dövlətləri içərisində tanınan bir 
dövlətin qurucusu olmaq mümkün deyildir.  
 
 
8
I. Birinci Dünya müharibəsinin son dövründə və 
müharibədən sonrakı ilk illərdə beynəlxalq münasibətlər 
(1918-1923-cü illər) 
 
Birinci Dünya müharibəsinin son ilində beynəlxalq 
münasibətlər 
 
Birinci Dünya müharibəsi bölünmüş dünyanı yenidən bö-
lüşdürmək uğrunda mübarizənin, ilk növbədə, Almaniya-İngil-
tərə ziddiyyətlərinin kəskinləşməsi nəticəsində başladı. 
Müharibənin törətdiyi iqtisadi dağıntılar hələ onun 
gedişində  dövrün real siyasət yeridən xadimlərini düşünməyə 
vadar etdi. Məhz bu dövrdə tarixə «yeni demokratiya» carçısı 
kimi daxil olan ABŞ prezidenti Vudro Vilson sülh təşəbbüsü ilə 
çıxış edərək 1918-ci il yanvarın 8-də müharibədən sonra 
dünyanın ədalətli bölgüsünü müəyyən edən «14 maddəlik sülh 
proqramını» elan etdi. Bu maddələr aşağıdakılar idi: 
1)
 
Sülh müqavilələrinin açıq müzakirəsi. Bundan sonra 
heç bir gizli beynəlxalq saziş olmayacaq, diplomatiya 
isə  həmişə açıq-aydın və hamının gözü qarşısında fəa-
liyyət göstərəcək.  
2)
 
Ərazi suları xaricində həm sülh, həm də müharibə vaxtı 
gəmiçiliyin dənizlərdə mütləq sərbəstliyi. 
3)
 
Mümkün qədər bütün iqtisadi maneələrin ləğvi. 
4)
 
Dövlət təhlükəsizliyinə uyğun olaraq silahların mümkün 
qədər azaldılması üçün ədalətli zəmanətlər. 
5)
 
Müstəmləkələr üzərində suverenliklə bağlı bütün məsə-
lələrin həllində əhalinin maraqlarının hökumətlərin əda-
lətli tələblərinə nisbətdə  bərabər tutulması prinsipinə 
əsaslanaraq bütün müstəmləkə mübahisələrinin sərbəst, 
səmimi və mütləq bitərəflik mövqeyindən həlli. 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə