Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə3/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   93

 
9
6)
 
Bütün rus torpaqlarının azad edilməsi; Rusiya öz tale-
yini özü müəyyən etməli, istədiyi idarə formasını seç-
məli və Millətlər Cəmiyyətinə qəbul edilməlidir. 
7)
 
"Belçika….boşaldılmalı və bərpa edilməlidir." 
8)
 
Fransa boşaldılmalı, işğala məruz qalmış əraziləri bərpa 
edilməli, Elzas və Lotaringiya Fransaya qaytarılmalıdır. 
9)
 
İtaliyanın sərhədləri şəffaf görünən milli sərhədlərə görə 
dəyişdirilməlidir. 
10)
 
Avstriya-Macarıstan xalqları… geniş muxtar inkişaf im-
kanları  əldə etməlidirlər (sonralar muxtariyyət prinsipi 
tam müstəqilliklə əvəz edildi). 
11)
 
Rumıniya, Serbiya və Qaradağ (Çernoqoriya) boşaldıl-
malıdır. 
12)
 
Osmanlı imperiyasının türk hissəsi… təminatlı və möh-
kəm suverenlik almalıdır; tabe edilmiş millətlərə təhlü-
kəsizlik və "muxtar inkişafın mütləq pozulmaz şərtləri" 
təmin edilməlidir. 
13)
 
Müstəqil Polşa dövləti yaradılmalıdır. 
14)
 
Xüsusi müqavilələr  əsasında ümumi millətlər birliyi 
(Millətlər Cəmiyyəti) yaradılmalıdır. 
1918-ci ilin oktyabrında ABŞ dövlətlər departamentinin 
hazırladığı “14 maddə”nin  şərhində çağırılacaq Paris sülh 
konfransının iş prinsipləri də göstərildi. Vilson prinsiplərindən 
ancaq o xalq istifadə edə bilərdi ki, o intellektual və  mədəni-
dini sərvətlərinə görə  fərqlənsin, öz taleyini özü həll etməyə 
qadir olduğunu sübut etsin, iqtisadi, maliyyə və təbii sərvətlərə 
malik olsun, özünü tarixi təcavüzdən qorumağı bacarsın və tabe 
olduğu ölkənin hökumətinin zülmündən əziyyət çəksin.  
1918-ci il Birinci Dünya müharibəsinin son ili oldu. 
Antantanın üzvü olan Rusiya Oktyabr çevrilişindən dərhal 
sonra hələ  müharibə qurtarmamış Almaniya ilə seperat, yəni 
əlahiddə sülh bağlamaq qərarına gəldi. Rusiyada hakimiyyətə 
gəlmiş bolşeviklər öz hakimiyyətlərini qoruyub saxlamaq üçün 
 
10
yeganə çarəni Rusiyanı müharibədən çıxarmaqda görürüdülər. 
Məhz bunun nəticəsi idi ki, Rusiya Almaniya və onun 
müttəfiqləri ilə danışıqlara başladı. Bu danışıqlar 1918-ci il 
martın 3-də Almaniya və onun müttəfiqləri ilə Rusiya arasında 
Brest-Lütovsk sülhünün bağlanması ilə başa çatdı. Bu, Rusiya 
üçün alçaldıcı sülh idi. Brest sülhünün şərtlərinə görə Rusiya öz 
qoşunlarını Ukrayna, Belarusiya və Pribaltika ölkələrindən 
dərhal çıxarmalı, həmin ərazilərdə alman qoşunları yerləşdiril-
məli idi. Rusiya Ukrayinada hakimiyyətdə olan radanı qanuni 
hökumət kimi tanımalı idi. 50 milyon əhali yaşayan 1 mln. kv. 
km  ərazi Almaniyanın tərkibinə keçir, Sovet Rusiyası ilə 
Almaniya arasında diplomatik münasibətlər yaradılırdı. Həmin 
sülhə görə Qars, Ərdahan, Batum Türkiyəyə qaytarılırdı. 
Müqavilənin  şərtlərinə görə 1877-78-ci illər rus-türk 
müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli, rus qoşunları 
türk  ərazilərində  və  sərhəddə yerləşən erməni silahlı 
birləşmələrini tərki-silah etməli idilər. Lakin Brest sülhü uzun 
sürmədi. «Dördlər ittifaqı» müharibədə  məğlub edildikdən 
sonra 1918-ci il noyabrın 13-də Rusiya bildirdi ki, o, Brest 
sülhünün şərtlərindən imtina edir və onu qanuni saymır.  
Rusiyadan sonra Antantanın tərkibində olan Rumıniya da 
1918-ci ilin mayın 7-də müharibədən çıxdı. Rumıniya ilə alman 
bloku ölkələri arasında bağlanan Buxarest sülhünün şərtlərinə 
görə, Rumıniyanın təbii sərvət və ehtiyatlarından istifadə etmək 
üçün Alman inhisarlarına müstəsna hüquq verilir, cənubi 
Dobruca Bolqarıstana qaytarılır, 15 min km-lik dağlıq sərhəd 
zolağı Avstriya-Macarıstana verilirdi. Lakin yenə  də 
Almaniyanın yanacağa olan təlabatı ödənilməmiş qalırdı.  
1918-ci ildə yayında Antanta dövlətləri qüvvə  və 
üstünlük cəhətdən daha da gücləndilər. Dördlər ittifaqının 
məğlubiyyəti qaçılmaz fakt oldu. 1918-ci ilin yay hücumlarında 
Almaniya və onun müttəfiqləri qəti məğlubiyyətə düçar oldular.  


 
11
1918-ci ilin ikinci yarısında Bolqarıstanı  kəskin iqtisadi 
və siyasi böhran bürüdü. Sentyabrın 15-də Dobro çayı 
rayonunda Antanta ölkələrinin silahlı qüvvələri bolqar 
ordusunu darmadağın etdi. Sentyabrın 29-da Antanta 
komandanlığı ilə Bolqarıstan arasında bağlanan Salonik barışıq 
sazişinə  əsasən Bolqarıstan işğal etdiyi Serbiya, Yunanıstan, 
Rumıniya  ərazilərini boşaltmalı idi. Bolqarıstan yollarını 
Antanta ordularının  ələ keçirməsi nəticəsində Almaniya 
Osmanlı dövlətindən coğrafi cəhətdən ayrı salınmış olurdu.  
1918- ci ilin oktyabrında Fələstin və Suriyada türk ordusu 
məğlub edildikdən sonra elə  həmin ayın 30-da Antanta 
komandanlığı Lemnos adasındakı Mudros limanında Osmanlı 
dövləti ilə barışıq sazişi imzaladı. Həmin sazişə görə Qara 
dəniz boğazları müttəfiqlər tərəfindən işğal edilir, Osmanlı 
sularında üzən hərbi gəmilər müttəfiqlərə  təslim edilirdi. Türk 
limanlarından Osmanlı dövlətinin müttəfiqlərinin istifadə 
etmələri qadağan olunur, Osmanlı  hərbi birləşmələri Güney 
Azərbaycandan dərhal çıxır, Qafqaz ərazisi müttəfiqlərin 
nəzarəti altına keçirdi. Qalib dövlətlər Batum və Bakını  işğal 
etməli idilər. Hicaz, Yəmən, Suriya, Mesopotamiyadakı türk 
qarnizonları müttəfiqlərə verilməli, Trablis və Kirenaikdəki 
türk emissar zabitləri İtaliya qarnizonuna tabe edilməli idi. Hər 
hansı hərbi əmlakın məhv edilməsi qadağan edilirdi. Bir sözlə
Osanlı dövləti Antanta dövlətlərindən asılı hala salınırdı. 
1918-ci il noyabrın 3-də “Loskut monarxiyası” adlanan 
Avstriya-Macarıstanla bağlanan Padui barışıq sazişinə  əsasən 
Antanta dövlətləri bu ölkənin təsərrüfatının tam sahibi 
olurdular.  
Bu şəraitdə Almaniya üçün cənub və cənub-şərqdən ciddi 
təhlükə yaranmış oldu.   
1918-ci ilin noyabrın 11-də isə Kompyen meşəsində 
Antanta ordularının baş komandanı general Foşun vaqonunda 
Almaniya təslim olmaq haqqında akta qol çəkdi. Kompyen 
 
12
barışığı ilə Birinci dünya müharibəsi qurtarmış oldu. Həmin 
barışığa görə 6 saat ərzində quruda, havada və suda bütün hərbi 
əməliyyatlar dayandırılmalı idi. Almaniya Belçika və Fransa 
ərazisindən öz qoşununu dərhal geri çağırmalı, hər iki tərəfdən 
götürülən  əsirlər geri qaytarılmalı idi. Həmçinin Almaniya 
Antanta dövlətinə 5 min top, 25 min pulemyot, 3 min 
minamyot, 5 min paravoz, 150 min vaqon, 5 min yük 
avtomobili, 1700 təyyarə verməli idi. Almaniya şərq 
cəbhəsindəki, yəni Avstriya-Macarıstan, Türkiyə 
və 
Bolqarıstandakı qoşunlarını geri çəkməli, oradakı  hərbi ləva-
zimatlarını müttəfiqlərə verməli idi. Kompyen barışığına görə 
bu barışıqdan keçən ancaq 36 gün ərzində yenidən müharibə 
başlana bilərdi. Lakin müharibəyə başlamazdan 48 saat əvvəl 
tərəflər xəbərdar edilməli idi.  
Beləliklə, Almaniya bloku dövlətləri müharibədə  ağır 
məğlubiyyətə  uğradılar. Almaniya və onun müttəfiqlərinin 
Birinci dünya  müharibəsində  məğlub olmasının başlıca 
səbəbləri Antanta dövlətlərinin iqtisadi və insan ehtiyatları 
cəhətdən Almaniya bloku ölkələrindən üstünlüyü, hərbi 
qüvvələr nisbətinin Antanta ölkələrinin xeyrinə olması, hərbi 
əməliyyatların gedişində Almaniyanın siyasi üstqurumunun 
böhran vəziyyətinə düşməsi, alman bloku ölkələrinin hərbi 
nəzəriyyə, strategiya, taktika cəhətdən rəqiblərindən zəif 
olması, “Dördlər ittifaqı”nın hərbi kəşfiyyat və informasiya 
baxımından müharibəyə yaxşı hazırlaşması, Antanta ölkələrinin 
Osmanlı dövləti və Avstriya-Macarıstan imperatorluğunda 
yaşayan milli azlıqları qiyamlara və separatçılığa təhrik 
etmələri idi. 
Siyasətin zorakılıqla davamı olan bu müharibə 38 dövləti 
əhatə etmiş  və  iştirak edən dövlətlərin milli sərvətinin 
3
1 hissəsinin məhv edilməsinə  gətirib çıxarmışdı. Müharibə 
edən dövlətlərin ağır  sənayesinin 70%-i, yüngül sənayesinin 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə