Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə16/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   93

 
61
fransız yazıçı Viktor Hüqo tərəfindən irəli sürülmüşdür. Lakin 
bu ideya XIX əsrdə reallaşa bilmədi. XX əsrdə  bu fikir 
A.Brian tərəfindən yenidən irəli sürüldü. 1930-cu ilin mayında 
A.Brian Avropanın 27 dövlətinə "Avropa federal ittifaqı" 
yaratmaq barədə  müraciət etdi. Lakin böyük dövlətlər bu ide-
yanı mdüaifə etmədilər. Çünki onlar Avropada Fransanın hege-
mon olacağından ehtiyat edirdilər. 
 
Fransa 1929-1933-cü illər dünya  
iqtisadi böhranı illərində 
 
 
1929-cu ilin oktyabrında ABŞ-da başlayan iqtisadi böh-
ran Fransaya nisbətən gec – 1930-cu ilin sonunda çatdı. Bu 
böhran 1935-ci ilə qədər davam etdi. Böhranın gec başlanması 
Fransa burjuaziyasının istehsal avadanlıqlarını daim yeniləşdir-
məsi və inflyasiya ilə  əlaqədar olaraq malların qiymətini 
vaxtında xeyli aşağı salması ilə bağlı idi. Əgər 1913-cü ildə 
Fransada sənaye istehsalının indeksini 100 qəbul etsək, 1929-cu 
ildə bu rəqəm 139-a, 1930-cu ildə 140-a, 1931-ci ildə 124-ə, 
1932-ci ildə isə 96-ya bərabər oldu. Böhran ən çox özünü 1932-
ci ildə göstərdi və bu proses 1935-ci ilə  qədər davam etdi. 
İqtisadi böhran nəticəsində Fransanın istehsal vasitələri 
istehsalı 80%-ə düşdü. Kənd təsərrüfatında gəlir 1929-cu ildəki 
44,8 milyard frankdan 1932-ci ildə 17 mlrd franka endi. İdxal 
və ixrac 2-2,5 dəfə azaldı. Fəhlələrin yarısı  işsiz qaldı. 
İnflyasiya gücləndi. Vəziyyəti çətinləşdirən səbəblərdən biri də 
Almaniyadan təzminat alınmasının dayanması idi. ABŞ isə 
Fransadan borcunu tələb etdi. Böhran illərində xarici ticarət 2 
dəfədən çox azaldı. Fransa böhrandan ancaq 1935-ci ildə öz 
iqtisadiyyatını hərbiləşdirmək hesabına çıxa bildi. 
30-cu illərdə ölkədə dövlət tənzimlənməsinin forma və 
məqsədləri ciddi  müzakirə edilirdi. Dövlət tənzimlənməsi 
 
62
“çaricim” adlanırdı.  İri kapitala güzəşt üçün “Mühafizə edilən 
bölmə” yaradıldı. 
Böhran ölkənin siyasi həyatına da böyük təsir göstərdi. 
1931-1933-cü illərdə yeddi hökumət dəyişikliyi oldu ki, bu 
hökumətlərdən üçünə Laval başçılıq etdi. 1932-ci ildə 
hökumətə yenidən Eduard Errio başçılıq etdi və onun dövründə 
Fransa ilə SSRİ arasında 1932-ci ilin noyabrında bir-birinə 
hücum etməmək haqqında müqavilə bağlandı. 1934-cü ildə 
Fransanın xarici işlər naziri Lui Bartu oldu. 1933-cü ildən 
1934-cü ilin fevralınadək hökumətə isə Eduard Daladje başçılıq 
edirdi. Lui Bartu sağlam düşüncəyə malik bir şəxs idi. O, 
Almaniyada faşizmin hakimiyyət başına gəlməsinin tezliklə 
Fransada da təhlükə yaradacığını görür və SSRİ ilə münasibət-
ləri normal məcrada inkişaf etdirməyə çalışırdı. Ona görə də o, 
1934-cü ildə  həm SSRİ ilə qarşılıqlı yardım haqqında müqa-
vilə, həm də  Şərq paktı bağlamaq təşəbbüsü ilə  çıxış etdi. 
Həmin paktı Almaniya, Fransa, SSRİ, Finlandiya, Polşa, Çe-
xoslovakiya və Pribaltika ölkələri imzalamalı idilər. Lakin 
Almaniya və Polşanın bu təklifi rədd etməsi nəticəsində həmin 
pakt imzalanmadı. Lui Bartu isə Yuqoslaviya kralı Aleksandrla 
birlikdə 1934-cü ilin oktyabrında Marseldə Almaniya kəşfiyya-
tının hazırladığı "Tevton qılıncı" əməliyyatına əsasən öldürüldü 
və onun başladığı iş yarımçıq qaldı. 
 
 
 
Fransada faşizmə qarşı mübarizə 
XX əsrin 30-cu illərinin II yarısında Fransanın siyasi hə-
yatında mühüm yeri faşizmə qarşı mübarizə təşkil edirdi.  
Fransada faşizmin ilk təşkilatları- XX srin 20-ci illərində 
yaradılmışdı. Bunlardan ən təhlükəlisi 1927-ci ildə De lya Rok 
tərəfindən təşkil edilmiş  və  tərkibində 350 minə  qədər adamı 
birləşdirən "Odlu xaç" cəmiyyəti idi. Bu cəmiyyət hətta özünün 
aviasiyasına da malik idi. Bu cəmiyyət Birinci Dünya mühari-
bəsinin Fransa üçün nəticələrindən narazı qalan hərbiçilərin 


 
63
əksəriyyətini öz tərkibində birləşdirmişdi. Digər faşist təşki-
latlarından biri də "Fransa həmrəyliyi" təşkilatı idi. Onun əsa-
sını milyonçu Koti və faşistpərəst general Peten qoymuşdur. 
1934-cü ildə Kotinin ölümündən sonra o dağıldı. 1933-cü ilin 
sentyabrında kapitan Byukar tərəfindən "Fransaçılar" təşkilatı 
yaradıldı. O, öz təşkilatını italyan faşzminə bənzədirdi. "Fransa-
çılar" azadlıq, qardaşlıq, bərbərlik  əvəzinə qayda-qanun, inti-
zam tərəfdarı olduqlarını bildirirdilər. Onların  "Mavi köynək-
lilər" adlı hərbi dəstləri də vardı. Onlar Fransanın demokratiya 
ənənələrini yaşadan bir ölkə olduğunu bildiklərinə görə açıqca 
demokratiyaya qarşı  çıxmır və belə hesab edirdilər ki, Fransa 
demokratiyasını şiş xəstəliyinə bənzəyən sosializm və kommu-
nizmdən azad etmək lazımdır. Fransız faşizminin də sosial 
bazası Almaniyada və  İtaliyada olduğu kimi xırda burjuaziya 
və klerikal din xadimləri idi. Onun maliyyə  mənbəyi isə inhi-
sarçılar və maliyyə burjuaziyası idi.  
Faşizmə qarşı mübarizə aparmaq üçün Fransada hələ 
1932-1933-cü illərdə Amsterdam-Pleyer təşkilatı yaradılmışdı. 
1933-cü ildə Almaniyada faşistlər hakimiyyətə gəldikdən sonra 
Fransada faşistlər qüvvətləndi və hakimiyyətə  gəlmək fikrinə 
düşdülər. Lakin onların bu məqsədinin həyata keçirilməsi üçün 
real imkan yox idi. Bunun səbəbləri isə ilk növbədə onunla 
əlaqədar idi ki, Almaniya və İtaliyadan fərqli olaraq, Fransada 
faşizm o qədər də geniş sosial bazaya malik deyildi. Almaniya 
və  İtaliyadakı kimi Fransada revanş, yəni qisas hissi Birinci 
dünya müharibəsindən qalib dövlət kimi çıxdığı üçün güclü 
deyildi. Almaniyadan fərqli olaraq, Fransada şovinizm təbliğatı 
üçün əsas yox idi. Fransada iqtisadi böhran Almaniyadakı kimi 
dərinə getməmişdi. Fransa əsrlərdən bəri öz xalqını demokratik 
ənənələr ruhunda tərbiyə etmişdi. Fransız burjuaziyası 
parlamentarizmin və demokratik ənənələrin tərəfdarı idi. Ona 
görə də xalq faşizmə tərəfdar çıxmadı. 
 
64
1934-cü ilin fevralında faşistlər hakimiyyəti  ələ almağa 
cəhd etdilər. Bunun üçün bəhanə Stavisskinin işi oldu. Stavisski 
Parisdə  ən məşhur lombardlardan birinin rəhbəri idi və 
İspaniyada burjua inqilabı baş verərkən Fransaya gələn ispan 
varlıları öz brilliant və bahalı daş-qaşlarını onun lombardına 
qoymuşdular. Lakin tezliklə  məlum olmuşdur ki, həmin bril-
liant və bahalı qaşlar dəyişdirilmiş, adi qaşla əvəz olunmuşdur. 
İşin üstü açılarkən onun bir ucu Fransanın hökumət və dövlət 
məmurlarına çıxırdı. Bu hadisə Fransız xalqının çox böyük 
narazılığına səbəb oldu. Bu narazılıqdan istifadə edən faşistlər 
1934-cü il fevralın 6-da deputatlar palatasının yerləşdiyi 
Burbonlar sarayına hücum etdilər. Onların cəhdinin qarşısı 
alındı. 1934-cü il fevralın 12-də 4.5 mln nəfərin iştirak etdyi 
ümumi tətil göstərdi ki, fransız xalqı faşizmin hakimiyyətə 
gəlməsinə yol verməyəcəkdir. 1934-cü ilin fevralında faşistlər 
əleyhinə  çıxışlar Xalq Cəbhəsinin yaradılmasını sürətləndirdi. 
1934-cü ilin iyulun 27-də kommunistlərlə sosialistlər arasında 
“Faşizmə  və müharbə  təhlükəsinə qarşı birgə mübarzə 
haqqında” pakt imzalandı. 1930-cu ildən Fransa kommunist 
partiyasına başçılıq edən Moris Tores 1934-cü ilin oktyabrında 
"uzanmış  əl" platformasını irəli sürərək bütün demokratik 
partiyaları faşizmə qarşı sülh, azadlıq və çörək uğrunda 
birləşməyə çağırdı. 1935-ci ilin mayında Fransa parlamentində 
kommunistlər, radikallar və sosialistlər partiyası xalq cəbhəsi 
təşkil etmək haqqında birgə qərara gəldilər. 
1935-ci il iylun 14-də Fransanın milli bayramı – Bastiliya 
qalasının alınması günü münasibətilə keçirilən nümayişdə 
sosialistlərin, kommunistlərin və radikalların ardınca gedən 
kütlələr faşizmə qarşı mübarizədə birliyi bir daha nümayiş 
etdirdilər. Həmin gün Xalq Cəbhəsinin yaradılması reallaşdı. 
Xalq Cəbhəsinin proqramında həm siyasi, həm də iqtisadi 
məsələlər öz geniş  əksini tapmışdır. Siyasi tələblərin birinci 
bölməsi "Azadlığın müdafiəsi" adlanırdı ki, burada ümumi 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə