Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə24/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   93

 
93
nasına qoşun yeridərək oranı tutdu. 1936-cı ildə İspaniyada və-
təndaş müharibəsi başlanarkən faşistləri müdafiə edərək  
Frankoya yardım üçün İspaniyaya hərbi müdaxilə etdi. 1936-
1937-ci illərdə Almaniya Yaponiya və İtaliya ilə birlikdə anti-
kommintern paktını imzalandı.  
1937-ci ilin sonu və 1938-ci ilin əvvəllərində alman rəh-
bər dairələrində Almaniyanın silahlandırılmasının sürəti, me-
todları  və  Qərb dövlətlərinə münasibət məsələsində fikir 
ayrılığı meydana gəldi. Şaxt, Tissenin rəhbərlik etdiyi bir qrup 
inhisarçılar göstərirdilər ki, Almaniya hələ müharibəyə hazır 
deyildir. O, Avropa və Amerika ölkələri  ilə iqtisadi əlaqələri 
davam etdirsin, ixracı artırsın, tam hazırlıqdan sonra 
müharibəyə başlasın. Digər qrupa Hitler başda olmaqla daxil 
olan "Farbenindustri", elektrotexnika konserni, Flik, Krupp, 
Mannesmanın  şirkətlərinin nümayəndələri göstərirdilər ki, 
Almaniya müaribəyə elə indi başlamalıdır. Birincilərin etirazı 
onların rəhbər vəzifələrdən götürülməsinə səbəb oldu. Belə ki, 
1937-ci ilin noyabrında  Şaxt təsərrüfat naziri vəzifəsindən 
istefa verdi. 1938-ci ilin yanvarında Blomberq hərbi nazir, 
Neyrat xarici işlər naziri, həmin ilin fevralında Fric isə quru 
qoşunlarının komandanı  vəzifəsindən azad edildi. Bu vəzifəyə 
Hitlerin həmfikirləri təyin edildilər. Hitler özü həm kansler, 
həm də hərbi nazir oldu, Vermaxın, yəni alman silahlı qüvvə-
lərinin baş komandanı Keytel, Hərbi hava qüvvələrinin baş 
komandanı Q.Qerinq oldu. Quru qoşunlarının baş komandanı 
vəzifəsini Brauxic, Təsərrüfat naziri vəzifəsini Funk tutdu. 
Xarici işlər naziri Ribbentrop təyin edildi. 
Hitler 1938-ci ilin martında Avstriyanı dinc yolla – 
sadəcə bir kağıza imza atdırmaqla III imperiyanın tərkibinə 
qatdı.  Avstriyanı  ələ keçirdikdən sonra hitlerçilər üzünü Çe-
xoslovakiyanın Sudet vilayətinə tutdu. Belə bir bəhanə irəli sü-
rüldü ki, Sudet vilayətinin əhalisinin əksəriyyəti almanlardır və 
onlar Çexoslavakiyada milli zülmə məruz qalırlar. Almaniyanın 
 
94
«sakitləşdirilməsi» siyasətinin tərəfdarı olan İngiltərə və Fransa 
1938-ci ilin sentyabrın 29-30-da Münhendə Sudet vilayətinin 
Almaniyaya birləşməsinə  tərəfdar oldular. İngiltərə  və 
Fransanın biganəliyini görən Hitler 1939-cu ilin martında tərtib 
etdiyi "Yaşıl" plana əsasən Çexoslavakiyanı  işğal etdi. 
 
Slovakiya "müstəqil dövlət" elan edildi və Almaniyanın satil-
letinə, yəni  əlaltısı olan dövlətə çevrildi. 1939-cu ildə artıq 
Almaniya ayrı-ayrı ölkələri işğal etmək üçün hərbi planlar 
işləyib hazırladı. O, Polşa üçün "Vays", Skandinaviya ölkələri 
üçün "Vezerdə  təlim", Fransa üçün "Sarı",  İngiltərə üçün 
"Dəniz şiri", İspaniya üçün "İzabella" planını tərtib etdi. 
1939-cu ilin aprelində Almaniya Litvadan Klaypedi, Pol-
şadan Odanski tələb etdi. Birinci istəyinə nail oldu, Klaypedi 
götürdü, lakin Polşa hökuməti Qdanski verməkdən imtina etdi. 
Polşa ona arxalanırdı ki, Fransa və İngiltərə onun təhlükəsizliyi 
üçün təminat veriblər. 1939-cu ilin mayında Mussolini ilə 
Hitler arasındakı danışıqlar nəticəsində Almaniya ilə  İtaliya 
arasında «polad» və ya «möhkəm pakt» bağlandı.  
1939-cu ilin avqustun 23-də Almaniya  SSRİ ilə bir-biri-
nə hücum etməmək haqqında on illik müqavilə bağladı. Bu mü-
qavilənin gizli protokolunda Polşa və Pribaltikanın Almaniya 
və SSRİ arasında təsir dairələrinə bölünməsi öz əksini tapdı. 
1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu 
ilə ikinci qrupun ideyası reallaşdı. Birinci dünya müharibəsi 
kimi  İkinci Dünya müharibəsi də Almaniya tərəfindən 
başlanmış oldu. 


 
95
V. RUSİYA (1922-Cİ İLDƏN SSRİ) 
  Rusiya Fevral burjua-demokratik  inqilabından və oktyabr 
çevrilişindən sonrakı  ilk dövrdə  
(1917-1918-ci illər) 
XX əsrin əvvəllərində Rusiya da digər kapitalist ölkələri 
kimi imperializmə qədəm qoymasına baxmayaraq,  Avropanın 
qabaqcıl ölkələri və ABŞ-dan iqtisadi inkişaf səviyyəsinə görə 
xeyli geridə qalırdı. Rusiya sənaye məhsulları istehsalına görə 
1913-cü ildə ABŞ-dan 8 dəfə,  İngiltərədən 4,6 dəfə, Alma-
niyadan 6 dəfə, adambaşına düşən sənaye məhsulları istehsalına 
görə isə ABŞ-dan və İngiltərədən 14 dəfə, Almaniyadan isə 13 
dəfə geridə qalırdı. 1917-ci ildə Rusiyada 150-yə qədər inhisar 
birliyi var idi ki, bunun ən çoxu sindikatlar idi. Rusiyada dağ-
mədən və metal emalı  sənayesinin yarıdan çoxu, energetika 
sənayesinin 75%-i, Donbasın kömür şaxtalarının 70%-i, 
Krivoyroqdakı dəmir filizinin 87%-i xarici kapitalistlərin əlində 
idi. Ölkədə neft hasilatının yarıya qədərini xarici kapitalistlərə 
məxsus müəssisələr verirdi.  Bu geriliyin əsas səbəbi siyasətdə 
çarizmin, iqtisadiyyatda isə mülkədar torpaq sahibliyinin 
Rusiyada mövcud olması idi. 1905-1907-ci illər Rusiya inqilabı 
çarizmi və mülkədar torpaq sahibliyini ləğv etməyi qarşısına 
məqsəd qoysa da, buna nail ola bilmədi. 
Rusiya xalqlar həbsxanası idi. Çarizm "Parçala və hökm-
ranlıq et" siyasətini davam etdirməkdə idi. Rus imperializmi 
hərbi-feodal xarakteri daşımaqla bərabər həm də xaici ka-
pitaldan asılı idi. Rusiyada kəndlilərin çoxu aztorpaqlı idi. Belə 
ki, 30 min mülkədarın 70 milyon desyatin torpağı, 10 milyona 
yaxın kəndlinin də təxminən o qədər torpağı var idi.  
Birinci dünya müharibəsi Rusiyada inqilabı yetişdirmiş 
oldu və 1917-ci il fevralın 27-də 304 il hökmranlıq etmiş Ro-
manovlar sülaləsi devrildi. Lakin Rusiyada inqilabın  əsas mə-
sələsi olan hakimiyyət məsələsi başqa ölkələrdən fərqli olaraq 
xüsusi tərzdə həll edildi. Rusiyada xırda burjuaziyanın çoxluğu, 
 
96
fəhlə sinfinin isə  əhalinin cəmi 10%-ni, yəni 16 mln nəfərini 
təşkil etməsi, Rusiyada ikihakimiyyətliyin yaranmasına səbəb 
oldu. Bu hakimiyyətlərdən biri 1917-ci ilin martın 2-də knyaz 
Lvovun sədrliyi ilə yaranmış müvəqqəti hökumət, digəri isə 
fəhlə  və  əsgər deputatları soveti idi. Müvəqqəti hökumətin 
sosial dayağını burjuaziya və burjualaşmış mülkədarlar, sovet-
lərin sosial dayağını isə  fəhlələr və  əsgər  şineli geymiş  kənd-
lilər təşkil edirdi. Müvəqqəti hökumətin xarici işlər naziri 
Milyukov, hərbi naziri Quçkov, torpaq naziri Şinqaryov, 
ədliyyə naziri Kerenski oldu. 1917-ci ilin iyulundan isə 
hökumətə Kerenski başçılıq etməyə başladı. 
Rəsmi hakimiyyət müvəqqəti hökumətə, real hakimiyyət 
isə sovetlərə məxsus idi. 1917-ci ilin Fevral inqilabından sonra 
Rusiya dünyada ən demokratik ölkə oldu. O zaman Rusiyada 
70-ə  qədər partiya vardı ki, onlardan 39-u iri burjua partiyası 
idi və onlar leqal fəaliyyət göstərməyə başladılar.  Kütlələr 
üzərində heç bir zorakılıq yox idi. Ona görə də Fevral inqilabı 
ərəfəsində  cəmisi 24 min üzvü olan bolşeviklər partiyası 
hakimiyyətin dinc yolla sovetlərə keçməsi  şüarını irəli sürdü. 
Bolşeviklər belə hesab edirdilər ki, sovetlərə seçkilər zamanı 
eser və menşeviklərin sayı azalar, bolşeviklərin sayı çoxalar və 
nəticədə hakimiyyət bolşevikləşmiş sovetlərin  əlinə dinc yolla 
keçə bilər. "Bütün hakimiyyət sovetlərə"  şüarı 1917-ci il 
avqustun 31-nə  qədər dinc yolla bolşeviklərin qələbəsini 
nəzərdə tuturdu. Lakin 1917-ci ilin avqustun 25-31-i arasında 
baş vermiş və yatırılmış Kornilov qiyamı vəziyyəti dəyişdirdi. 
Kornilov qiyamının məqsədi dövlət çevrilişi etmək və Rusiyada 
hərbi diktatura qurmaq idi. Müvəqqəti hökumətin sədri eser 
Kereniski özü bu qiyama qarşı  çıxdı, çünki hakimiyyəti heç 
kimə vermək istəmirdi. Xalq kütlələri bu qiyamın yatırılmasına 
nail oldular. Bu hadisədən sonra "Bütün hakimiyyət sovetlərə!" 
şüarının ikinci mərhələsi – hakimiyyətin silahlı üsyan yolu ilə 
bolşeviklər tərəfindən ələ alınması mərhələsi başladı. 1917-ci il 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə