Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə20/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   93

 
77
prezident tərəfindən təyin edilirdi. Konstitusiya prezidentə 
xüsusi səlahiyyətlər verirdi. Onun 25-ci maddəsinə görə 
prezident parlamenti buraxa bilərdi. 48-ci maddəyə  əsasən 
prezident ölkədə fövqəladə vəziyyət elan edə bilərdi. Konstitu-
siyaya görə Almaniyanın muxtar dövlətlərə – torpaqlara bö-
lünməsi saxlanıldı. Landlar, yəni torpaqlar, muxtar dövlət hü-
ququ ilə Almaniyanın tərkibinə daxil olurdular. Onların qanun-
verici orqanı isə landtaqlar idi. Konstitusiyaya görə qanunverici 
hakimiyyət reyxstaqa və lanqtaqlara məxsus idi. O zaman 
Almaniyada landtaqların sayı on yeddi idi. Konstitusiya xüsusi 
mülkiyyəti qorumağa təminat verirdi. Ümumiyyətlə, konsti-
tusiya nəticəsində Almaniya yunker-burjua Almaniyasından 
burjua-yunker Almaniyasına çevrildi. Veymar konstitusiyasının 
tətbiq edilməsi Noyabr inqilabının böyük nailiyyəti və Alma-
niyada burjua-demokratik prinsiplərin inkişafı  və möhkəmlən-
məsi yolunda mühüm addım oldu.  
 
Almaniya Noyabr inqilabından sonrakı ilk illərdə  
(1919-1923-cü illər) 
Konstitusiya qəbul ediləndən sonra da Almaniyada inqi-
labi  əhval-ruhiyyə davam etməkdə idi. Bu isə ilk növbədə 
yuxarı dairələri narahat edirdi. Ona görə də onlar çarəni faşist 
partiyasını yaratmaqda gördülər. Almaniyada ilk faşist partiyası 
1919-cu ilin yanvarında Anton Dreksler tərəfindən Almaniya 
fəhlə partiyası adı ilə yarandı. Onun proqramı 1920-ci ildə 
qəbul edildi və orada Böyük Almaniya yaratmaq ideyası irəli 
sürüldü. Bu partiyanın liderləri tezliklə müəyyən etdilər ki, 
Almaniyada həm millətçilik, həm də sosializm ideallarına 
sədaqət çox güclüdür. Ona görə  də 1921-ci ildə onlar bu 
partiyanın adını dəyişdirərək Almaniya nasional-sosialist fəhlə 
partiyası adlandırdılar. Ümumiyyətlə, Almaniya faşistləri 
özlərini faşist yox, «nasist» adlandırırdılar. 1921-ci ildən bu 
partiyaya Adlolf Hitler başçılıq etməyə başladı.Onun həqiqi adı 
 
78
Adolf Şkilqruberdir. O, Avstriyanın Braunau şəhərində anadan 
olmuş və 1932-ci ilə qədər Avtsriya vətəndaşlığını saxlamışdır. 
O, marksizm, sionizm, pasifizmin düşməni olsa da, sosializm 
ideyalarından istifadə edərək özünə geniş sosial baza yaratmağa 
çalışırdı. 
Adolf Hitler 1914-cü ildə Birinci dünya müharibəsi başla-
yarkən könüllü müharibəyə getmiş, yaralanmış, yefreytor 
rütbəsi almışdır. O, belə hesab edirdi ki, müharibədə Alma-
niyanın məğlubiyyətinin  əsas səbəbi yəhudilərin pozuculuq 
siyasəti və xəyanəti, həm də Almaniya sosial-demokratiyasının 
alman xalqına arxadan zərbə vurmaları olmuşdur. Almaniya 
nasional-sosialist fəhlə partiyası XX əsrin iyirminci illərinin 
əvvəllərində fəhlə hərəkatına təsir etmək qüvvəsinə o qədər də 
malik deyidi və miskin bir varlığa  bənzəyirdi.  
Versal sülhü və Veymar konstitusiyasına münasibət iki 
istiqamətdə özünü göstərirdi. Bunlardan biri liberal, ikincisi 
mühafizəkar istiqamət idi. Liberal istiqamət tərəfdarları belə 
hesab edirdilər ki, mövcud şəraitlə barışmaq vacibdir. Beymar 
konstitusiyası  çərçivəsində  hərəkət edib Versal sülhünün 
şərtlərini Almaniya üçün yumşaltmaq lazımdır. İkinci istiqamət 
tərəfdarları isə belə hesab edirdilər ki, bunların heç biri ilə 
barışmaq lazım deyil, Almaniyada monarxiyanı yenidən bərpa 
etmək lazımdır. Bu məqsədlə 1920-ci ilin martın 13-də Bava-
riya mülkədarı Kappın başçılığı ilə Berlində qiyam baş verdi. 
Qiyamçılar Milli Məclisin  buraxılmasını, yeni prezident 
seçkiləri keçirilməsini, reyxsverin ixtisarından imtina 
edilməsini, hərbi canilərin Antanta ölkələrinə verilməsini tələb 
edirdilər. Hökumət bu ultimatumu rədd etdi. Qiyam o qədər 
güclü idi ki, hökumət  Ştutqarta qaçmalı oldu. Lakin Berlin 
fəhlə sinfinin qətiyyətli mövqeyi qiyamın yatırılmasına və 
hökumətin Berlinə qayıtmasına səbəb oldu. Almaniyada 
monarxiyanın bərpası məsələsinə birdəfəlik son qoyulmuş oldu. 
Hökumətə Bauer başçılıq etməyə başladı. 


 
79
1920-ci ilin iyununda keçirilən parlament seçkilərində 
burjua partiyaları 58% səs alaraq çoxluq təşkil etdilər. Katolik 
Mərkəz partiyasının liderlərindən olan Ferenbaxın başçılığı 
altında hökumət təşkil edildi. Onun tərkibinə sosial-
demokratlar daxil olmadılar. Bu hökumətin dövründə Almaniya 
ilə ABŞ arasında 1921-ci il avqustunda separat sülh bağlandı. 
1921-ci ilin noyabrında keçirilən parlament seçkilərində 
hökumətə Katolik Mərkəz partiyasından olan Virt gəldi. Onun 
dövründə müharibədən məğlub, iqtisdiyyatı dağılmış 
vəziyyətdə çıxmış Almaniya öz qəddini düzəltmək üçün yollar 
axtarmağa başladı. Qaliblər arasındakı ziddiyyətlərdən istifadə 
edən Almaniya 1922-ci ilin aprelin 16-da İtaliyanın Rapollo 
şəhərində Sovet Rusiyası ilə müqavilə imzaladı. Bu, Al-
maniyanın diplomatik və iqtisadi təklənməkdən xilas olmaq 
yolunda atdığı ilk addım idi.  
Almaniyada sosial-siyasi sabitlik yaratmaq o dövrün ən 
mühüm vəzifəsi idi. 1922-ci ilin noyabrından Almaniya 
hökumətinə Kuno başçılıq etdi. Bu dövrdə ən xarakterik hadisə 
1923-cü ilin yanvarında Belçika və Fransa dövlətinin 
Almaniyaya qoşun yeritməsi oldu. Buna bəhanə isə 
Almaniyanın təzminat verməsini gecikdirməsi idi. Hökumət 
çətin vəziyyətdə qaldığına görə passiv itaətsizlik kampaniyasını 
irəli sürdü. Almaniyanın kömür ehtiyatlarının 72%-i, çuqun və 
polad ehtiyatının 50%-i Fransa və Belçika qoşunlarının 
soxulduğu Rur hövzəsində idi. Almaniya ciddi maliyyə  və 
iqtisadi böhranla qarşılaşdı. Əgər 1919-cu ildə Almaniyada bir 
dollar on dörd marka təşkil edirdisə, 1923-cü ildə bir dollar yüz 
doqquz min markaya bərabər idi. Almaniya hökumətinin bu 
ağır vəziyyəti İngiltərə və ABŞ hökumətinin ciddi narahatlığına 
səbəb oldu və onların ciddi təzyiqi nəticəsində Fransa və 
Belçika qoşunları 1923-cü ilin sonunda Almaniya ərazisini tərk 
etdilər. 1923-cü ilin avqustunda Kuno hökuməti istefa verdi və 
hökumətə Almaniya xalq partiyasının lideri olan Ştrezeman 
 
80
başçılıq etməyə başladı. 1923-cü ilin dekabrında katolik mərkəz 
partiyasından olan Vilhelm Marks «Kiçik koalisiya hökuməti» 
təşkil etdi. 1923-cü ilin dekabrından 1924-cü ilin fevralınadək 
75 fövqaladə qanun qəbul edildi. Mühasirə  vəziyyəti ləğv 
edildi. Kommunist partiyası açıq fəaliyyətə keçdi. «Rentabelli 
iqtisadiyyata keçid proqramı» elan edildi. İş günü 9-12 saata 
çatdırıldı. İşsizləri işlə təmin etmək üçün yeni iş yerləri açıldı. 
Əlillərə pensiya verildi. Müharibədə ziyan çəkmiş müəssisələr 
kompensasiya aldılar. 
1924-cü ilin əvvəllərindən isə hökumətə sosial-demokrat 
Lüter başçılıq etdi. 1923-cü ildə Almaniyanın Saksoniya, 
Bavariya, Trungiya torpaqlarında xalq hərəkatı güclənhdi. 
Hətta Hamburqda üsyan baş  verdi.  Bu  vəziyyətdən istifadə 
edən faşistlər yenidən fəallaşdılar. 1923-cü ilin noyabrın 8-də 
Münxendə pivəxanalardan birində Hitlerin başçılıq etdiyi 
faşistlər qiyam təşkil etmək haqqında qərar qəbul etdilər. Lakin 
məğlub oldular. Bu qiyam tarixə «pivəxana qiyamı» kimi daxil 
oldu. Hitler isə beşillik həbs cəzasına məhkum edildi, lakin 
cəmi 6 ay yatdı. Bu müddətdə silahdaşları Moris və Gessə 
«Mənim mübarizəm» kitabını diktə edib yazdırdı. Faşistlər ona 
görə hakimiyyətə  gələ bilmədilər ki, o dövrdə Almaniya bur-
juaziyasının faşistlərə ehtiyacı yox idi. Alman sosial demok-
ratları burjuaziyaya hakimiyyətlərini gücləndirməkdə kömək 
edirdi. Sosial-demokratlar xalqı inandırırdılar ki, sosial isla-
hatlar yolu ilə  fəhlə sinfinin vəziyyətini yaxşılaşdırmaq müm-
kündür. 
 
 Almaniya kapitalizmin nisbi sabitləşməsi dövründə  
1923-cü ilin sonunda Almaniya iqtisadi və maliyyə böh-
ranından ilk növbədə  ABŞ və İngiltərə hökumətlərinin verdiyi 
kreditlər hesabına çıxa bildi və 1924-cü ildə kapitalizmin nisbi 
sabitləşməsi dövrünə  qədəm qoydu. Bu proses 1929-cu ilə 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə