Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə21/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   93

 
81
qədər davam etdi və bu dövr Almaniya tarixinə «qızıl dövr» 
kimi daxil oldu. 
1924-cü ilin avqustunda təzminat məsələsi ilə  əlaqədar 
olaraq, böyük dövlətlərin Londonda xüsusi konfransı toplandı. 
Həmin konfransda ABŞ-ın məşhur ekspertlərindən Daues 
xüsusi plan irəli sürdü və bu plan tarixə «Daues planı» kimi 
daxil oldu. O, təklif edirdi ki, Almaniyadan təzminat onun 
təsərrüfatı bərpa edilə-edilə alınsın. Bu təzminat 1924-cü ildə 1 
mlrd.-dan 1929-cu ilə qədər 2,5 mlrd. markaya qədər artırılsın. 
Həmin plan London konfransında təsdiq edildi. Plana görə 
ABŞ elə 1924-cü ildə Almaniyaya 800 mln marka kredit verdi. 
1924-26-cı illərdə isə bu kreditin miqdarı 5 mlrd marka oldu. 
Almaniya xarici dövlətlərdən istiqraz aldı. ABŞ-ın 
Almaniyanın təsərrüfatını dirçəltməkdə  məqsədi Almaniyanı 
Avropada Sovet Rusiyasına qarşı dura biləcək güclü dövlətə 
çevirmək və ondan Sovet Rusiyasına qarşı bir sipər kimi 
istifadə etmək idi. Almaniya təzminatı  əhalidən alınan birbaşa 
və dolayı vergilər, dəmir yollarının istismarından gələn gəlirlər 
və zəhmətkeşlərin istismar edilməsi hesabına verməli idi. 
ABŞ  və  İngiltərə imperialistləri Almaniyaya qoyduqları 
kapitalın müqabilində yüksək gəlir götürməklə yanaşı, 
Almaniyanın hərbi-sənaye potensialının bərpa olunmasına 
kömək edirdilər. Alman inhisarları üçün əlverişli olan təzminat 
məsələsinin həlli də bu planlara cavab verirdi. 1924-1929-cu 
illərdə  təzminat kimi 11 milyard marka ödəyən Almaniya 
iqtisadiyyatını dirçəltmək üçün isə 26 mlrd marka məbləğində 
ABŞ  və  İngiltərədən birbaşa kapital qoyuluşu və istiqrazlar 
almışdı. Alman imperialistləri «Dranq Nax Osten» («Şərqə hü-
cum») planlarının həyata keçirilməsinə qayıtmaq niyyətində 
idilər. 
Almaniya tezliklə verilən istiqrazlar hesabına öz təsərrü-
fatını bərpa etməyə başladı. 1927-ci ildə sənaye istehsalına görə 
1913-cü il səviyyəsinə çatdı. Bir sıra sahələr üzrə  İngiltərə  və 
 
82
Fransanı ötüb keçdi. Sənaye məhsulunun həcminə görə Av-
ropada birinci yerə çıxdı. 
1924-29-cu ildə Almaniyada «İq-Farbenindustri», həmçi-
nin, «Polad tresti» kimi yeni inhisarlar yaradıldı. Almaniyada 
bu dövrdə ABŞ kapitalının köməyi ilə hərbi sənaye inkişaf etdi. 
Alman inhisarçıları  həmçinin Hollandiya, İspaniya,  İsveçrədə 
də  hərbi məhsullar istehsal edən sənaye müəssisələri inşa 
etdirdilər. Almaniyada bu dövrdə 2100 kartel var idi. 
1925-ci iln aprelində Almaniyanın prezidenti Ebert vəfat 
etdi. Prezident seçkilərində sosial-demokratlardan Bauer, kom-
munistlərdən Ernest Telman, Katolik Mərkəz partiyasından 
Marks öz namizədliyini irəli sürsə  də, prezident feldmarşal 
Hindenburq seçildi. Onun seçilməsi monarxist dairələrin 
fəallaşmasına səbəb oldu. Hindenburqun seçilməsi ilə bütün 
monarxiya tərəfdarları, o cümlədən, kilsə xadimləri və yüksək 
hərbi dairələrin burjua demokratiyasını  məhdudlaşdırmaq və 
Birinci dünya müharibəsindəki itkinin əvəzini çıxmağa 
çalışmaq səyləri meydana çıxdı. Keçmiş malikanə knyazları 
inqilab vaxtı onlardan alınmış malikanələr, meşələr və 
banklarının geri qaytarılmasını  və ya əvəzinin ödənilməsini 
tələb etdilər. Bunların dəyəri 3 mlrd markaya yaxın idi. 1926-cı 
ilin iyulunda bu məsələ ilə  əlaqədar keçirilmiş referendumda 
14,5 milyon seçici (onların ümumi sayının 38%-i) knyaz 
mülklərinin tamamilə müsadirə edilməsinə  səs verdi. 
Referendum sol qüvvələrin birgə  fəaliyyətinin böyük 
imkanlarını göstərdi.  
1928-ci ildə Almaniyada keçirilən parlament seçkilərində 
yenidən sosial-demokratlar qələbə çaldılar və German Müllerin 
başçılığı ilə «böyük koalisiya hökuməti» adlanan hökumət 
təşkil edildi. Onun belə adlanmasının səbəbi bu hökumətin 
tərkibində sosial-demokratlardan başqa dörd burjua  partiyası-
nın nümayəndələrinin də olması idi. Müller hökuməti müha-
ribədən sonra ilk dəfə «Doyçland» tipli linkorların inşası haq-


 
83
qında qərar qəbul etdi və Almaniyanın hərbi-sənaye poten-
sialının təkmilləşdirilməsini davam etdirdi. 
Almaniyanın dirçəldilməsi məqsədilə 1929-cu ilin avqus-
tunda Haaqada olan beynəlxalq konfransda ABŞ bankiri 
Yunqun təklifi ilə yeni plan irəli sürüldü. Həmin plana görə 
Almaniya 114 mlrd marka məbləğində  təzminatı 59 il ərzində 
ödəməli idi. Yaxın 37 il ərzində onun 2 milyard marka təzminat 
ödəməsi müəyyənləşdirildi.  Həmçinin Yunq planına  əsasən 
alman iqtisadiyyatı üzərində qalib dövlətlərin nəzarəti götü-
rüldü, sənayedən gələn gəlirin hesablanması  təxirə salındı, 
işğalçı qoşunlar Reyn əyalətindən çıxarıldı. Bütün bu güzəştlər 
isə alman inhisarçı kapitalını gücləndirdi. 
Kapitalizmin nisbi sabitləşməsi dövründə Almaniyanın 
xarici siyasətində Versal sülhünün şərtlərinin bir qədər yumşal-
dılması mühüm yer tuturdu. 1925-ci ilin oktyabrın 5-16-da ça-
ğırılmış Lokarno konfransında Almaniya yenə  də  bərabər 
hüquqlu dövlət kimi tanındı  və  həmin konfransda ilk dəfə 
olaraq İngiltərə və Fransa Versal müqaviləsinin ədalətsiz oldu-
ğunu etiraf etməli oldular. Konfransda yekun aktı olaraq 
Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında 
təminat müqaviləsi imzalandı. Bu müqavilə tarixə «Reyn tə-
minat paktı» kimi düşdü. Bu pakta görə bu sənədi imzalayan 
dövlətlər Versal sülhü ilə müəyyən edilmiş  ərazilərdə status-
kvoya hörmət edəcəklərini bildirir, bir-birinə qarşı silah 
işlətməkdən imtina edir və  sərhədlərin toxunulmazılığına dair 
öhdəlik götürürdülər. 1926-cı ilin aprelində  Almaniya ilə SSRİ 
arasında bir-birinə hücum etməmək haqqında müqavilə 
bağlandı. 1926-cı ilin sentyabrında Almaniya Millətlər 
cəmiyyətinə daxil edildi.  
 
 
 
 
84
Almaniya 1929-1933-cü illər dünya iqtisadi böhranı illərində 
1929-cu ilin oktyabrında ABŞ-da başlanan dünya iqtisadi 
böhranı Almaniyaya daha ağır təsir etdi. Çünki, bir tərəfdən 
böhranın yaratdığı  çətinliklər, digər tərəfdən ABŞ  və  İngil-
tərənin ona verdiyi kreditləri dayandırması, həm də Alma-
niyanın təzminat verməsi vəziyyəti daha da mürəkkəbləşdirirdi. 
1929-1933-cü illərdə ölkədə istehsal vasitələri istehsalı 60% 
azaldı.  İşsizlərin sayı 6 milyonu ötüb keçdi. 1932-ci il Alma-
niyada 2600 işsizlər komitəsi fəaliyyət göstərirdi. İdxal və ixrac 
2 dəfədən çox ixtisar edildi.  1931-ci ildə Almaniya bildirdi ki, 
o, təzminatı ödəmək iqtidarında deyildir. ABŞ prezidenti Hu-
verin təklifi ilə Almaniyadan bir il müddətində  təzminat 
alınması təxirə salındı. 1932-ci ilin iyulunda Lozannada çağrıl-
mış konfransda isə Almaniyadan təzminat alınmaması haqqında 
qərar qəbul edildi. Almaniyadan bu vaxtdan etibarən təzminat 
alınmadı.  
1929-cu ildən başlanan dünya iqtisadı böhranından həm 
yuxarı, həm də  aşağı dairələr çıxış yolu axtarmağa başladılar. 
Yaranmış bu şəraitdən bu illər  ərzində heç bir siyasi qüvvəyə 
malik olmayan faşistlər çox məharətlə istifadə etdilər və xalqı 
öz tərəflərinə çəkməyi bacardılar. Onlar öz təbliğatlarına xırda 
burjuaziyanın müflisləşdiyi, işsizliyin kütləvi hal aldığı, insan-
ların siyasi istiqamətlərini itirdikləri bir şəraitdə başladılar. 
Onların xalqı inandıra bilmələrinin səbəbi isə böhrandan 
çıxmaq və xalqın vəziyyətini yaxşılaşdırmaq yollarını 
göstərməsi idi. Faşist partiyasının proqramında göstərilirdi ki, 
nasist diktaturasının yaradılması Versal müqaviləsi 
buxovlarından xilas olmaq, böhrandan qurtarmağın yeganə 
yoludur. Onların  şüarı "Məhv olsun Versal!" idi.  Onlar 
göstərdilər ki, dövlət ilk növbədə qadınların və  gənclərin 
qayğısına qalmalıdır. Faşistlərə münasibətdə iri inhisarçılar və 
maliyyə maqnatları  əvvəllər tərəddüd edirdilər. Lakin 1932-ci 
ilin yanvarında Dyusseldorfda olan yığıncaqda Hitler bildirdi 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə