Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə15/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

 
57
«Sol blok» hökuməti 
Rur əməliyyatının uğursuzluğu «milli blok» hökumətinin 
nüfuzunu sarsıtdı. Bu hadisədən sonra sol partiyaların fəliyyəti 
gücləndi. Radikal, radikal-sosialist və sosialist partiyası birləşib 
"solların kartelini" yaxud "sol blok" təşkil etdilər. Bu blok 
1924-cü ilin aprelində keçirilən seçkilərdə 328 səs toplayaraq 
qalib gəldi. Nəticədə radikal-sosialist partiyasının liderlərindən 
olan Eduard Errionın başçılığı altında “Sol blok” hökuməti 
təşkil edildi. Lakin “Sol blok” hökumətinin ömrü cəmi 10 ay 
çəkdi. E.Errio hökuməti ilk növbədə Aleksandr Milyeranin 
prezident vəzifəsindən uzaqlaşdırılmasına və  həmin vəzifəyə 
Dumerqin seçilməsinə nail oldu. Eduard Errio hökuməti təşkil 
edildikdə sosialistlər onun tərkibinə daxil olmadılar. Lakin onu 
parlamentdə müdafiə edəcəklərinə söz verdilər. Hökumət siyasi 
məhbuslara  əfv verdi. 1920-ci ildə  tətil etdiklərinə görə  işdən 
azad olmuş  dəmir yol işçiləri yenidən öz işlərinə  bərpa 
olundular. Sahibkarlarla fəhlələr arasında müqavilə bağlandı, 
bir çox malların qiyməti aşağı salındı. Dövlət məmurlarına 
həmkarlar ittifaqları təşkil etmək hüququ verildi, qadınlar yerli 
idarələrə seçkilərdə iştirak etmək hüququ aldılar. 
Fransa iqtisadiyyatını gerilikdən çıxarmaq üçün Ali 
İqtisadi Şura və Ali Dəmiryol Şurası yaradıldı.  
 
Milli kredit bankının yaradılması ölkənin iqitsadi 
inkişafında başlıca rol oynadı. Xarici siyasətdə bu hökumətin 
ilk addımı 1924-cü ilin oktyabrında SSRİ-ni de-yuro tanıması 
idi. Hökumətin xarici siyasətinin başlıca məqsədi Avropada 
hegemonluğa nail olmaq idi. 
E.Errio hökumət mütərəqqi vergi tətbiq etməyi, kapital 
üzərinə  nəzarət qoymağı bacarmadı. Bu məsələ parlamentin 
müzakirəsinə qaldırılan zaman senatda əksəriyyət təşkil edən 
sağlar Errio hökumətini müdafiə etmədilər. E.Errio 1925-ci ilin 
aprelində istefa verdi. 1925-ci ilin aprelindən noyabrına qədər 
hökumətə Penleven başçılıq etdi. Onun dövründə isə Mərakeş-
 
58
də aparılan müharibəyə Suriya ilə  də müharibə  əlavə olundu. 
1925-ci ilin iyul ayında sosialistlər kütlələr arasında nüfuzdən 
düşəcəklərindən qorxaraq «sol blok»un tərkibindən çıxdılar. 
1925-ci ilin noyabrında Aristid Brianın başçılığı altında 
hökumət təşkil edildi. O öz hökumətinin tərkibinə «sol blok»un 
üzvlərindən də daxil etdi. Bu hökumət cəmi 8 ay işləyə bildi. 
1926-cı ilin iyulunda hökumət böhranı baş verdi. Brian kabineti 
dağıldı  və Errionun yaratdığı yeni hökumət çox az davam 
gətirdi. Maliyyəçilərin təzyiqi ilə bir neçə gündən sonra o, 
istefaya getməyə  məcbur oldu. Errio bu məsələ ilə  əlaqədar 
yazırdi ki, faciəli dəqiqələrdə pul qüdrətinin respublika 
prinsipləri üzərində necə təntənə çaldığına o bir daha əmin oldu 
və gördü ki, borclu olan bir dövlətdə demokratik hökumət 
kölədir.  
 
 
«Milli birlik» hökuməti 
İnhisarçı dairələr ölkədə güclü hökumət yaradılmasını və 
buna güclü şəxsin rəhbərlik etməsini tələb edirdilər. Belə bir 
güclü  şəxsiyyət Raymond Puankare oldu. Hakimiyyətə  gələn 
kimi o, dərhal dolayı vergiləri artırdı, dövlət qulluqçularının 
maaşlarını  aşağı saldı, sosial xərcləri ixtisar etdi. Bütün 
bunların nəticəsində frankın sabitliyi təmin edildi. Puankare 
“Frankın xidasedicisi” adını aldı. Xarici banklara aparılan 
pullar yenidən Fransaya qaytarıldı. 1928-ci ildə frankın 
sabitliyini təmin etmək haqqında xüsusi qanun qəbul edildi. 
Puankare öz hökumətini «milli birlik» hökuməti adlandırdı.  
1927-ci ildə isə icbari hərbi hazırlıq haqqında xüsusi 
qanun qəbul edildi. Puankare hökuməti silahlanma yolunda 
müəyyən addımlar atdı. 1927-1928-ci illərdə  hərbi büdcə 
müharibədən əvvəlkinə nisbətən iki dəfə artdı. 
1928-ci ildə Puankare hökuməti mojaritar seçki sistemini 
yenidən tətbiq etdi. (Mojaritar fransız sözü olub hərfi mənası 
«çoxlu» deməkdir). Fransa ərazisi həmin seçki sisteminə əsasən 
612 dairəyə bölündü. Seçkilər iki turda keçirilməli idi. Birinci 


 
59
turda deputatlığa namizədlər müəyyən olunurdu. İkinci turda 
isə deputatlar seçilirdi və burada partiyalar blokda çıxış edə 
bilərdilər. Həmin seçki sistemində partiyalara verilən yer 
müxtəlif idi.Nəticədə seçkilərdə burjua patiyaları daha çox səs 
almış oldu.  
Puankare hökumətinin hakimiyyəti dövründə Fransada 
güclü hakimiyyət yaradıldı. Bu illərdə Fransa «çiçəklənmə» 
prosesi keçirmiş oldu. Bu illər  ərzində ölkədə  sənaye 
məhsulları istehsalı  hər il 5% artdı. 1913-cü illə müqayisədə 
1929-cu ildə ölkədə  sənaye məhsulları istehsalı 1,5 dəfə 
çoxaldı.  Əgər 1918-ci ildə  əhalinin 53%-i kənddə yaşayırdısa, 
kapitalizmin nisbi sabitləşməsi dövründə şəhərə axın gücləndi. 
Şəhər əhalisinin sayı 51%-i ötüb keçdi. Nəhayət, Fransa aqrar-
sənaye ölkədən sənaye-aqrar ölkəyə çevrildi. Fransanın iqtisadi 
yüksəlişində müharibədə dağıdılmış  təsərrüfatın tezliklə  bərpa 
edilməsi, Elzas və Lotaringiyanın geri qaytarılması, Saar kömür 
mədənlərinin Fransaya verilməsi, fransız inhisarçılarının 
istehsal avadanlığını  həmişə yeni texnologiya ilə  təzələməsi, 
Almaniyadan alınan təzminat, onun yenə  də  sələmçi dövlət 
kimi qalması  və borclardan aldığı faizlər, 1926-cı ildə  həm 
Suriya ilə, həm də  Mərakeşlə müharibənin qurtarması, 
müstəmləkə xalqlarının istismarının yenə  də davam etməsi 
mühüm rol oynadı. 
Kapitalizmin nisbi sabitləşməsi illərində Fransada maşın-
qayırma, radiotexnika, aviasiya sənayesi sürətlə inkişaf etdi. 
Ənənəvi sənaye sahələri olan toxuculuq, zərgərlik və  ətriyyat 
sənayesi Fransaya çoxlu gəlir gətirirdi. Fransa silah istehsalını 
xeyli artırdı. Hərbi sənaye  şirkətləri  Şərqi Avropa ölkələrinə 
silah ixracını genişləndirir və bununla çoxlu mənfəət  əldə 
edirdilər. Sabitləşmə illərində istehsalın və kapitalın tə-
mərküzləşməsi sürətləndi. Zəhmətkeşlərin istismarını 
gücləndirmək hesabına ölkənin iqtisadiyyatına və maliyyəsinə 
nəzarət edən "iki yüz ailənin" mənfəəti artdı. Hökumətdə 
 
60
vəzifələr tutan və parlamentdə yeri olan iri bankirlər və 
sənayeçilər daxili və xarici siyasətə bilavasitə  təsir 
göstərirdilər.Lakin bu dövrdə  də Fransa xırda burjua ölkəsi 
olması xüsusiyyətini qoruyub saxlayırdı. Fəhlələrin 40%-i 
təxminən 10 nəfərə qədər adam çalışan müəssisələrdə işləyirdi. 
Bu dövrdə çoxlu xırda mülkiyyətçinin çalışdığı kənd təsərrüfatı 
xroniki böhran keçirirdi.  
1929-cu ilin iyul ayında Puankare xəstəliyi ilə  əlaqədar 
istefa verdi. A.Brian iyul ayından oktyabr ayına qədər baş nazir 
oldu. 1929-cu ilin oktyabrından 1931-ci ilədək baş nazir Andre 
Tardye oldu. 
Kapitalizmin nisbi sabitləşməsi illərində Fransanın xarici 
siyastəinə Aristid Brian başçılıq edirdi. O, 1906-cı ildən 1931-
ci ilə  qədər 25 il nazir vəzifəsində çalışmış, 11 dəfə baş nazir 
olmuşdur. Aristid Brian sülhsevər olması, millitarist olmaması 
ilə  fərqlənirdi. A.Brian Sovet Rusiyasına qarşı antisovet möv-
qeyində idi. Lakin sağlam düşüncə sahibi olduğu üçün 1927-ci 
ildə  İngiltərə SSRİ ilə diplomatik əlaqələri kəsərkən Fransa 
bunu etmədi. Aristid Brianın fəaliyyəti sayəsində 1925-ci ilin 
oktyabrında Lokarno konfransında Fransa konfransda iştirak 
edən dövlətlərin (İngiltərə, Fransa, Belçika, İtaliya və 
Almaniya) Birinci dünya müharibəsindən sonrakı dövrdə 
mövcud olan vəziyyəti, yəni status-kvonu qoruyub saxla-
yacaqlarına dair saziş bağlamalarına nail oldu. Həmçinin həmin 
konfransda Almaniya özünün qərb sərhədlərinin 
təhlükəsizliyini təmin etmək üçün öhdəlik götürdü. Bu da ilk 
növbədə Fransanın  şərq sərhədlərinin təhlükəsizliyini təmin 
etmək demək idi. A.Brianın təşəbbüsü ilə 1928-ci ilin avqus-
tunda 48 dövlət tərəfindən məşhur Brian-Kelloq paktı bağlandı. 
Kelloq ABŞ-ın dövlət katibi idi. Həmin pakta görə müharibə 
hər bir dövlətin milli siyasəti üçün yolverilməz hesab edilirdi. 
A.Brian həm də Panavropa ideyasının təşkilatçısı olmuşdur. 
Ümumiyyətlə, Avropanın birliyi məsələsi ilk dəfə  məşhur 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə