Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə12/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

 
45
Kapitalizmin nisbi sabitləşməsi dövründə Böyük Brita-
niya beynəlxalq aləmdə özünün siyasi və maliyyə mövqelərini 
qoruyub saxlamağa çalışırdı. O, «Daues planı»nın tərtibində 
iştirak etdi. Böyük Britaniya 1925-ci ilin oktyabrında Lokarno 
konfransında iştirak etdi və «Reyn təminat paktı»nı imzaladı. 
Stenli Bolduin hökuməti SSRİ-ni dempinq siyasəti yeritməkdə 
günahlandıraraq 1927-ci ildə onunla diplomatik münasibətləri 
kəsdi. Böyük Britaniya ABŞ-la xammal və satış bazarları 
uğrunda mübarizədə  rəqib olsa da, Avropa və dünyaya müna-
sibət məsələsində onunla əməkdaşlığa xüsusi diqqət yetirirdi. 
Böyük Britaniya da Çində 1925-1927-ci illərdəki milli-azadlıq 
hərəkatını yatırmaqda digər dövlətlərlə  bərabər iştirak etdi. 
Bundan məqsəd Çində öz mövqelərini möhkəmləndirmək idi. 
1926-cı ildə keçirilən  İmperiya konfransında dominionlara 
daxili və xarici siyasətdə müstəqillik verildi və onlar Böyük 
Britaniya ilə  bərabər hüquq qazandılar. Bununla belə, onlar 
yenə də Böyük Britaniya imperiyasının tərkibində qaldılar. 
1928-ci ildə  qəbul edilmiş yeni seçki qanununa əsasən 
qadınlarla kişilərin hüquqları  bərabərləşdirilsə  də, üç aylııq 
oturaq həyat tərzi,  əmlak sahibi olmaq, universitet bitirmək 
senzi saxlanıldı.  
Mühafizəkarlara qarşı narazılıq 1929-cu ilin mayın 30-da 
keçirilən parlament seçkilərində onların məğlubiyyəti ilə 
nəticələndi. 21 yaşına çatmış qadınlara seçki hüququ vermək 
haqqında qanun da onlara kömək etmədi. Leyboristlər 8 milyon 
300 min səs alaraq Ramsey Makdonaldın başçılığı ilə hökumət 
təşkil etdilər. İcma palatasında da birinci dəfə onlar əksəriyyət 
səsə malik oldular.İkinci leyborist hökumətinin daxili siyasəti 
işsizliyə qarşı mübarizə proqramının həyata keçirilməsinə, iş 
yerləri yaratmaq üçün köçürmə siyasətinin yerinə yetirilməsinə, 
sosial sığorta sisteminin tətbiqinə yönəlmişdi. Hökumətin xarici 
siyasəti isə  əsasən  İngiltərənin beynəlxalq mövqeyini 
möhkəmləndirməyə yönəlmişdi. Müstəmləkələr və dominionlar 
 
46
məsələsi xüsusi yer tuturdu. Avropa ölkələri ilə münasibətlərə 
də xüsusi diqqət verilirdi. 1930-cu ilin əvvəllərində Londonda 
keçirilən konfransda dəniz donanması sahəsində  İnfiltərə, 
Fransa, ABŞ,  İtaliya, Yaponiya arasında saziş imzalandı. 
Almaniyanın təzminat məsələsi ilə bağlı Huverin təklifi 
bəyənildi.  1929-cu ilin oktyabrın 3-də SSRİ ilə diplomatik mü-
nasibətlər bərpa edildi. 
Böyük Britaniya dünya iqtisadi böhranı dövründə 
1929-cu ildə ABŞ-da başlanan dünya iqtisadi böhranı 
İngiltərəyə 1930-cu ilin birinci rübündə öz təsirini göstərdi. 
1930-cu ilin əvvəllərində iqtisadi böhran Böyük Britaniyanı da 
bürüdü. Sabitləşmə illərində Britaniya iqtisadiyyatı 
"çiçəklənmə" mərhələsi keçirmədiyi üçün ABŞ, Almaniya və 
Fransa ilə müqayisədə ölkədə  sənaye istehsalı cüzi azaldı. 
1929-cu ildə sənaye istehsalı 1913-cü illə müqayisədə 100,3 %, 
1932-ci ildə isə 82,5 % təşkil edirdi. 1929-cu illə müqayisədə 
1933-cü ildə kömür çıxarılması 285 milyon tondan 25,8 milyon 
tona, çuqun əridilməsi isə 7,59 milyon tondan 3,57 milyon tona 
endi. Sənayenin  ən çox ənənəvi sahələri zərər çəkdi.  İxrac iki 
dəfə azaldı. Leyboristlər daxili siyasət sahəsində özlərinin bir 
sıra seçkiqabağı  vədlərini yerinə yetirmədilər.  Əksinə, onlar 
gəlirin aşağı düşməsini dayandırmaq üçün kapitalistlərə 
fəhlələrin əmək haqqını azaltmaqda kömək etdilər. Ölkədə hər 
dörd fəhlədən biri işsiz idi. Hökumət işsizlər üçün vəsaiti kəsdi, 
mədənlərdə 7 saatlıq iş günü bərpa edilmədi. Leyboristlər 
həmkarlar idtifaqı  əleyhinə olan qanunu saxladılar.  İri 
burjuaziya fəhlələrin həyat səviyyəsini yenidən aşağı salmaq 
yolu ilə böhrandan çıxmaq istəyirdi. 
Maliyyə böhranı kəskinləşdi. London banklarından xarici 
ölkələrin  əmanətləri götürülməyə başlandı. Kağız pullar çox 
buraxılmağa başladı. Ölkənin maliyyə  vəziyyəti  İngiltərənin 
hakim dairələrində  dərin həyəcan doğurmuşdu. Maliyyə 
vəziyyətini öyrənmək və onun yaxşılaşdırılması üçün tədbirlər 


 
47
görməkdən ötrü 1931-ci ilin martında Makdonald hökuməti 
bankir Corc Mey başda olmaqla xüsusi bir komissiya yaratdı. 
Komissiya belə bir nəticəyə gəldi ki, əgər sərt iqtisadi siyasətə 
keçilməzsə, sosial xərclər ixtisar edilməsə, dövlət qulluqçu-
larının əmək haqqları aşağı salınmasa, vergilər artırılmasa, icti-
mai iş yerləri açılmasa, 1932/33-cü təsərrüfat ilində Böyük 
Britaniya büdcəsinin defisiti 120 milyon funt-sterlinqə çatacaq-
dır. Hökumət Meyin təkliflərini qismən həyata keçirməyi 
qərara aldı. İngiltərənin hakim dairələri ABŞ və Fransadan borc 
almaq vasitəsi ilə  vəziyyəti düzəltmək istədilər. 1931-ci il 
avqustun 1-də amerikan və fransız bankirləri  İngiltərəyə 80 
milyon funt-sterlinq borc verdilər. Yenidən 50 milyon funt-
sterlinq borc istədikdə Amerika bankirləri bildirdilər ki, yalnız 
hökumət Mey komissiyasının təklif etdiyi məsləhətləri qəbul 
etdiyi təqdirdə yeni borc verilə bilər. 
Leyboristlər hökuməti «əlavə  qənaət haqqında» qərar 
qəbul etmək istədi, bu isə  işsizlərə göstərilən maddi yardımın 
10% azaldılması demək idi. Fəhlələrin hiddəti o qədər artdı ki, 
Makdonald hökumətinin, həmin qərarı  bəyənmiş olan bəzi 
üzvləri tərəddüd etdilər. Avqustun 23-də kabinetin 10 üzvü bu 
təklifi müdafiə etməkdən boyun qaçırtdı. Hökumətdə  təfriqə 
əmələ gəldi və Makdonaldın təklifi ilə hökumət istefa verdi. 
 
 
«Milli hökumətin» daxili və xarici siyasəti 
1931-ci il avqustun 24-də Makdonaldın rəhbərliyi altında 
mühafizəkarlar, liberallar və leyboristlərin iştirakı ilə «Milli 
hökumət» təşkil edildi. 1931-ci ilin payızında keçirilən 
parlament seçkilərində milli koalisiya 497 yer aldı. Yenə  də 
hökumətə Makdonald rəhbərlik etdi. Bu hökumət sosial xərcləri 
10% ixtisar etdi.  
Böyük Britaniya hökuməti iqtisadi böhrandan yaxa 
qurtarmaq üçün zəhmətkeşlərin yaşayış  səviyyəsini aşağı sal-
maqla yanaşı, başqa vasitələrdən də istifadə etdi. Bu vasi-
 
48
tələrdən biri 1931-ci il sentyabrın 21-də funt-sterlinqin qızıl 
standartının ləğv edilməsi idi. Bu tədbir dünya bazarında ingilis 
mallarının rəqabət qabiliyyətini yüksəltdi.  İngiltərənin hakim 
dairələri həmçinin beynəlxalq miqyasda öz maliyyə möv-
qelərini möhkəmlətmək üçün 1931-ci ildə Böyük Britaniyanın 
və bir sıra  digər kapitalist ölkələrinin (Portuqaliya, Yunanıstan 
və s.)  sterlinq ittifaqı adını almış valyuta qruplaşmasını 
yaratdılar. Sterlinq ittifaqına daxil olmuş ölkələr öz 
valyutalarının dəyərini ingilis funt-sterlinqinin dəyərinə 
uyğunlaşdırdılar, onlar arasında ticarətdə haqq-hesab vahidi 
funt-sterlinq oldu. İqtisadi böhranı aradan qaldırmaq üçün 
istifadə edilən digər vasitələrdən biri də proteksionizmin tətbiq 
edilməsi idi.  
1931-ci ildə  İngiltərə parlamenti dominionlara xarici və 
daxili siyasətdə suveren hüquq verən Vestminster statusu qəbul 
etdi . Bundan sonra Britaniya qanunları onlar üçün məcburi 
deyildi. Bu status Britaniya Millətlər Birliyinin hüquqi əsasını 
təşkil etdi.  
1931-1932-ci illərdə İngiltərədə azad ticarətdən tamamilə 
əl çəkildi.  İngiltərənin daxili bazarı başqa ölkələrin mallarının 
rəqabətindən qorundu. Bu siyasət 1932-ci ilin iyul-avqust 
aylarında Ottavada olmuş  İmperiya konfransında qəbul edilən 
tarif sistemi ilə 
təkmilləşdirildi. Böyük Britaniya, 
dominionların keçmişdə kömrüksüz gətirilən mallarını yenə də 
gömrük rüsumu almadan öz bazarına buraxmağı öhdəsinə 
götürdü. 
Geniş sosial proqramlar həyata keçirildi. Yeni iş yerləri 
açıldı. 1931-ci ilin avqustunda işsizlərə yardım haqqında yeni 
qanun qəbul edildi. Qanuna görə mövsümü fəhlələr, ailəli 
qadınlar, fasiləsiz iş stajı olmayan şəxslər yardım almaqdan 
məhrum edildilər. 1932-ci ilin noyabrında qəbul edilən 
«Ehtiyacların yoxlanması haqqında» qanuna əsasən yardımların 
ödənilməsi üzərinə ciddi nəzarət qoyuldu. 1932-ci ilin 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə