Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə11/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   93

 
41
1923-cü ilin fevral ayında Bolduin Vaşinqtonda İngiltərə 
ABŞ-la Böyük Britaniyanın borclarını 30% azaldan, qalan 
borclarının isə 62 il müddətində ödəməsini tələb edən sazişi 
imzalamalı oldu. 
Mühafizəkarlar hökumətinin proteksionizm, yəni xarici 
malların  İngiltərəyə axınının qarşısını almaq üçün çox yüksək 
kömrük haqqı qoymaq siyasəti yeritmək istəmələri 
mühafizəkarlar içərisində fikir ayrılıqlarına gətirib çıxartdı. 
1923-cü ilin dekabrın 6-da keçirilən parlament seçkilərində 
mühafizəkarlar uğur qazana bilmədilər.  
 
Böyük  Britaniyada birinci leyborist hökuməti 
 
1924-cü ilin yanvarın 23-də Böyük Britaniya tarixində ilk 
dəfə olaraq Ramsey Makdonaldın başçılığı altında birinci 
leyborist hökuməti təşkil edildi. İkipartiyalı sistemdə 
liberalların  əvvəlki rolunu itirmələri leyboristlərin qələbəsinə 
kömək etdi. Bundan başqa mühafizəkarlar və liberallar 
koalisiyalı  və birpartiyalı hökumət yaratmaq haqqında razılığa 
gələ bilmədilər. Belə  şəraitdə onlar leyboristlərin hökumət 
təşkil etməsinə mane olmadılar. Çünki leyboristlər özlərinin 
kapitalizm qaydalarına sadiqliyini dəfələrlə bildirmişdilər. 
Leyboristlər mühafizəkarlara nisbətən daxili siyasəti daha çevik 
üsullarla yeritməyə başladılar. Onlar işsizlərə və qocalara yardı-
mın miqdarını çoxaltdılar, işsizliyə görə sığorta sistemini yax-
şılaşdırdılar, mənzil tikintisinə dövlət təxsisatlarını artırdılar. 
Çay, qənd və  ərzaq üzərinə qoyulan aksiz vergiləri azaldıldı. 
Sosial sığorta qaydaya salındı. Leyboristlər hökumətinin yeni 
dövlət büdcəsi layihəsi hazırlaması, proteksionizmdən və 
ticarətdən alınan rüsumlardan imtina etməsi mühafizəkarların 
narazılığına səbəb oldu.  Böyük Britaniya 1924-cü il fevralın 1-
də Sovet İttifaqını tanıdı. Lakin leyboristlər seçkiqabağı 
kampaniyada şaxtaları və dəmiryollarını milliləşdirmək, kapital 
 
42
üzərinə vergi qoymaq barədə verdikləri vədlərini yerinə 
yetirmədilər. 
İngilis diplomatiyası 1923-cü ildə olmuş Lozanna 
konfransında Türkiyə ilə münasibətləri tənzimlədi. Konfrans, 
Süveyş kanalı üzərində Böyük Britaniyanın hüquqlarını  təsdiq 
etdi. 1923-24-cü illərdə dominionlarla münasibətlərdəki 
ziddiyətlər yumşaldıldı. Dominionların azad və  bərabər 
hüquqlu tərəfdaş statusu möhkəmləndirildi. ABŞ-la 
münasibətlərə üstünlük verildi. Daues planı bəyənildi.  
Leyboristlər kabineti silahlı qüvvələri möhkəmləndirdi. 
Hərbi xərclər artırıldı.  Onların siyasəti zəhmətkeşlərdə 
məyusluq doğurdu. Kütlələrin gözündə daha da nüfuzdan 
düşəcəyindən qorxan hökumət 1924-cü ilin oktyabrın 9-da 
parlamenti buraxdı və yeni seçkilər təyin etdi.  
 
Böyük Britaniya kapitalizmin nisbi sabitləşməsçi dövründə 
1924-cü ilin oktyabrın 29-da keçirilən növbədənkənar 
parlament seçkilərində leyboristlər məğlub oldular. 
Parlamentdə yenidən yerlərin mütləq çoxluğunu alan mühafizə-
karlar hökumət təşkil etdilər. Yenə də hökumətə Stenli Bolduin 
başçılıq etdi. Yeni hökumət elan etdiyi “Məqsədlər və 
prinsiplər” proqramını 
həyata keçirərək mühafizəkar 
islahatçılığa başladı. Xüsusi sahibkarlığın inkişafına diqqət 
verildi. Sənaye istehsalının sərbəstləşdirilməsi və ölkənin 
maliyyə sisteminin sağlamlaşdırılması  xətti yeridildi. İnkişafın 
başlıca mənbəyi müstəmləkələrin təbii sərvəti hesab edilirdi. 
Gəlir vergisi azaldıldı. Proteksionist rüsumların yalnız 
müstəmləkələrlə  əlaqədə saxlanılması  İngiltərə inhisarlarına 
dünya bazarında sərbəst iştirak imkanı verdi. Bütün ixracın
3
1 ,  
idxalın 
2
1  -i  imperiyanın öz ərazisində aparılırdı.  İngiltərədə 
iqtisadi inkişafın başlıca xüsusiyyətləri kapital ixracının 


 
43
artması, beynəlxalq bank əməliyyatlarının səmərəli aparılması, 
əlverişli dəniz nəqliyyatı ilə bağlı idi. Sosial təminat haqqında 
qəbul edilən proqrama əsasən pensiya yaşı 65-ə endirildi, 
təqaüdlər artırıldı, imkansızlara yardım edildi, yerli özünü 
idarəetmə orqanlarının hüquqları genişləndirildi. Lakin 
hökumətin sərt büdcə siyasətinə keçməsi sosial ziddiytləri 
kəskinləşdirdi.  Dərin böhran keçirən kömür sənayesində 
kəskin münaqişə yarandı.  Şaxta sahibkarları kömürün yüksək 
maya dəyərinin aşağı salınmasında və xarici bazarda onun 
rəqabət qabiliyyətini yüksəltməkdə maraqlı idilər. Lakin buna 
onlar köhnəlmiş avadnlığı dəyişdirmək yolu ilə deyil, fəhlələrin 
əmək haqqını azaltmaq yolu ilə nail olmaq istəyirdilər. 
Hökumət 1925-ci ildə şaxta sahiblərinə 9 ay müddətinə mədən-
çilərin  əmək haqqının  əvvəlki səviyyəsini təmin etmək üçün 
maliyyə yardımı göstərməyi öhdəsinə götürdü. Lakautu ləğv 
edən fəhlələrin qələbə günü, yəni iyulun 31-i Böyük Britaniya 
tarixinə "qırmızı cümə" günü kimi düşdü. 
Doqquz aylıq müddət qurtaran kimi şaxta sahibləri lakaut 
elan etdilər, lakin mədənçilər yenidən onların şərtlərini rədd et-
dilər. Hökumət ölkədə fövqəladə vəziyyət elan etdi. 1926-cı il 
mayın 4-də 18 milyon insanın iştirak etdiyi tətil başlandı. Yeddi 
aylıq tətildən sonra kömür sənayeçilərinin və hökumətin təzyiq-
i, həmkarlar ittifaqı liderlərinin xəyanəti, həmçinin aclıq və 
ehtiyac  şaxctaçıları geri çəkilməyə  məcbur etdi. 1926-cı ilin 
dekabrında onlar işə qayıtdılar.  Əmək haqqı  aşağı salındı, iş 
günü uzadıldı. Parlament 1927-ci ildə "Həmkarlar ittifaqları və 
sənayedə münaqişələr haqqında" qanun qəbul etdi. Fəhlələrin 
"ştreykbrexerlər xartiyası" adlandırdığı bu qanun ümumi tətil 
və piketləri qadağan edirdi. Həmçinin qanunda göstərilirdi ki, 
dövlət qulluqçuları həmkarlar ittifaqlarında iştirak edə, tred-yu-
nionlara və leyborist partiyasına daxil ola bilməzlər. Qanun 
həmçinin siyasi məqsədlər üçün həmkarlar ittifaqının fond 
təşkil etməsini məhdudlaşdırırdı.   
 
44
Ölkədə  əməklə kapital arasındakı ziddiyyətləri yumşalt-
maq üçün 1928-ci ildə  İmperiya kimya trestinin rəhbərliyi ilə 
xüsusi komissiya yaradıldı. Bu komissiyada həm sahibkarlar, 
həm də  həmkarlar ittifaqlarının rəhbərləri təmsil edilmişdi. 
Komissiyanın tərtib etdiyi əmək və kapitalın barışdırılması, 
sosial ziddiyyətlərin aradan qaldırılması  və  tətillərin baş ver-
məməsinə yönələn tədbirlər sistemini nəzərdə tutan sənəd 
hökumət tərəfindən qəbul edildi. Bu siyasət işçilərlə sahibkarlar 
arasında münasibətlərin nizama salınmasında mühüm rol 
oynadı və İmperiya kimya trestinin sədri Alfred Mondun adı ilə 
«mondizm» adını aldı. 
Böyük Britaniyanın iqtisadiyyatı 1922-1923-cü illərdə 
düşdüyü durğunluq vəziyyətindən çıxsa da, zəif inkişaf edirdi 
və yalnız 1929-cu ildə  sənaye məhsulunun buraxılışı  həcminə 
görə 1913-cü il göstəricilərinə çatdı.  Əgər sənayenin yeni 
sahələri (maşınqayırma, kimya, avtomobil) intensiv inkişaf 
edirdisə, köhnə sahələrdə (kömürçıxarma, gəmiqayırma, 
toxuculuq və b. sahələr) texniki gerilik qalırdı. Ölkə dünya 
bazarında Almaniya, ABŞ  və Yaponiya ilə  rəqabət 
mübarizəsində böyük çətinliklərlə üzləşirdi. Böyük Britaniya 
sahibkarları öz mallarının rəqabət qabiliyyətini artırmaq üçün 
yeni inhisar birlikləri yaradırdılar. 1925-ci ilin aprelində 
hökumət funt-sterlinqin qızıl paritetini yenidən bərpa etdi. 
Funtun dəyəri 4.40 dollardan  4.86 dollara qədər artırdı. 
Sabitləşmə dövrünün sonuna yaxın xarici kapital qoyuluşunun 
müharibəyə  qədərki səviyyəsi bərpa olundu. Böyük Britaniya 
başqa ölkələrə qoyduğu kapitalın ümumi məbləğinə  və ondan 
aldığı  gəlirə görə birinci yeri qoruyub saxlayırdı. Hakim 
siniflərin varlanmasının mühüm mənbələri müstəmləkələrin və 
asılı ölkələrin milli sərvətlərinin vəhşicəsinə qarət edilməsi və 
istehsalata elm və texnikanın nailiyyətlərini tətbiq etmək yolu 
ilə fəhlə sinfinin istismar dərəcəsinin gücləndirilməsi idi. 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə