Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə10/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

 
37
parlamentdə çoxluq qazanmışdılar. Liberallar partiyası XVII 
əsrin sonunda sənaye və ticarət burjuaziyasının partiyası kimi 
meydana gəlmiş, XVIII- XIX əsrlərdə azad rəqabət hökm 
sürdüyünə görə  İngiltərə parlamentində öz liderliyini saxlaya 
bilmişdir. Lakin XIX əsrin sonu-XX əsrin  əvvəllərində 
kapitalizm öz yerini imperializmə verdi. Azad rəqabətin yerini 
inhisarlar tutdu. Ona görə də sənaye və ticarət burjuaziyasının 
partiyası olan liberallar partiyası maddi bazasını itirdiyindən 
siyasətdə də nüfuzdan düşdü. Onun yerini dövrə uyğunlaşmağı 
bacaran leyboristlər partiyası tutdu. 1918-ci ilin dekabrında 
leyboristlər partiyası öz nizamnaməsində belə bir dəyişiklik 
etdi ki, o, partiya üzvlüyünə kollektiv formadan başqa fərdi 
formada da üzv qəbul edə bilər. Bu imkan verdi ki, bu 
partiyada təkcə  fəhlələr deyil, həm də  xırda, orta və  hətta iri 
burjuaziyanın nümayəndələri də təmsil edilsin.  
Müharibə qurtardıqdan sonra bir sıra hərbi sənaye 
sahələrinin bağlanması  fəhlə sinfinin vəziyyətini pisləşdirdi. 
1919-cu ildə  İngiltərədə 2.5 mln-a yaxın fəhlə  tətil etdi. Bu 
hadisə hökuməti məcbur etdi ki, 6 mln-a qədər fəhlənin  əmək 
haqqını 20% artırsın, 6.5 mln fəhlənin isə  iş gününü 7 saata 
endirsin.  
Rusiyada bolşeviklərin hakimiyətə  gəlməsi 1919-cu ildə 
III İnternasionalın – Kommunist internasionalının yaranmasına 
gətirib çıxardı. Bu hadisədən sonra kapitalist ölkələrində 
kommunist partiyalarının təşkili gücləndi. Adətən, kommunist 
partiyası keçmiş sosialist partiyasının sol qanadından təşkil 
olunurdu. Bu dövrdə Böyük Britaniyada 4 sosialist təşkilatı var 
idi. Bunlar Böyük Britaniya sosialist partiyası, Böyük Britaniya 
sosialist fəhlə partiyası, Fəhlə sosialist federasiyası, Cənubi 
Uels sosialist cəmiyyətindən ibarət idi. Lakin bu təşkilatlarda 
belə bir səhv fikir var idi ki, köhnə metodların hamısından  əl 
çəkmək lazımdır. Parlamentə seçilmək gərək deyil. Saziş 
bağlamaq olmaz. Əslində bütün bunlar onların kifayət qədər 
 
38
təcrübəli olmamasından irəli gəlirdi. Halbuki hər hansı bir 
partiya xalqı öz tərəfinə  çəkmək üçün kütləni öz ardınca 
aparmağı bacarmalıdır. Məhz  İngiltərədəki sol partiyaların bu 
səhvləri  İngiltərə kommunist partiyasının fəaliyyətində  də 
özünü bütün dövrlərdə büruzə verdi. 1920-ci ilin iyulun 31-i ilə 
avqustun 1-i arasında Londonda keçirilən qurultayda Harri 
Pollitin başçılığı altında  İngiltərə kommunist partiyasının 
yaradıldığı elan edildi. Lakin bu partiyanın üzvlərinin sayı 10 
min nəfəri keçə bilmədi. Çünki İngiltərə  fəhlə sinfi Tred-
yunion təşkilatları və leyborist partiyasına daha çox inanırdı. 
Bu dövrdə  İngiltərənin qarşılaşdığı mühüm problem-
lərdən biri müstəmləkələrə münasibət məsələsi idi. 
 
Hindistanda 1919-cu il islahatından sonra kütləvi nümayişlər 
başlandı. Onun ən faciəvi nəticələrindən biri 1919-cu ilin 
aprelində Amritsar qırğını oldu. 1919-1920-ci illərdə Mahatma 
Qandinin başçılığı altında vətəndaş itaətsizliyi kampaniyası 
davam etsə  də, Qandinin ancaq dinc yolla mübarzəni davam 
etdirmək tərəfdarı olması onun nəticəsiz qurtarmasına səbəb 
oldu.   
1919-1921-ci illərdə Misir xalqı da İngiltərəyə qarşı 
mübarizəyə qalxdı. Nəticədə 1922-ci ilin fevralın 28-də 
İngiltərə formal da olsa, Misiri müstəqil krallıq elan etdi. 
Ancaq o, Misirdə yenə  də öz qoşunlarını saxlayır və onun 
xarici siyasətinə rəhbərlik edirdi.  
Böyük Britaniya ən ciddi problemlə  İrlandiyada 
qarşılaşdı. 1916-cı ildə irlandiyalılar üsyan etsələr də, azadlıq 
qazana bilmədilər. Bu hadisələrdən sonra, İrlandiyada Şinnfeyn 
(Biz özümüz) partiyası yaradıldı. 1918-ci ilin dekabrında 
keçirilən seçkilərdə bu partiya İrlandiyadan seçilən 103 
deputatdan 
4
3 -nə sahib oldu. Bu partiya bildirdi ki, o, Londona 
parlamentə getməyəcək və 1919-cu ilin yanvarında İrlandiyanı 
müstəqil respublika elan etdi. Bu hadisə  İngiltərədə böyük 


 
39
təşvişə səbəb oldu. Hökumət İrlandiyaya qoşun yeritdi. 1919-cu 
ilin yanvarından 1921-ci ilin dekabrına qədər  İrlandiya öz 
azadlığı  uğrunda mübarizə apardı.  İngiltərə güzəştə getməyə 
məcbur oldu. Belə ki, dünya ictimaiyyəti, İngiltərə fəhlə sinfi, 
tred-yunion təşkilatları, həmçinin ABŞ    və Fransa İrlandiyanı 
müdafiə elədilər. 1921-ci il dekabrın 6-da bağlanmış sazişə 
əsasən cənubdakı 26 qraflığa «Azad İrlandiya dövləti» adı ilə 
muxtariyyət verildi. Şimaldakı sənaye cəhətdən inkişaf etmiş və 
ingilislərin çoxluq təşkil etdiyi 6 qraflıq isə  İngiltərənin 
tərkibində qaldı. De Valera başda olmaqla İrlandiya xalqı 1923-
cü ilin yazına qədər mübarizəni davam etdirsə də, bu nəticəsiz 
qaldı.  
Hələ 1917-ci ildə İngiltərə öz dominionları olan Kanada, 
Avstraliya və  Cənubi Afrika İttifaqına muxtar respublika hü-
ququ vermişdi. 1923-cü ildə isə bu dominionlara icazə verildi 
ki, xarici dövlətlərlə müstəqil müqavilələr bağlasınlar.  
1919-cu ildə funt-sterlinqin qızıla olan paritetinin ləğv 
edilməsini sənaye istehsalının artımına müsbət təsir etdi. 
1920-ci ilin ortalarında  İngiltərədə yeni iqtisadi böhran 
başlandı  və bu böhran fəhlə sinfinin vəziyyətinə  də  təsir etdi. 
Ona görə  də ölkəni yenidən fəhlə  tətilləri bürüdü. Hökumət 
polisin hər hansı bir nümayişi dağıtması haqqında qanun qəbul 
etməyə  məcbur oldu . 1921-ci ildə müharibə dövründə  tətbiq 
edilmiş kömür şaxtaları sahibkarları üzərində hökumətin 
nəzarəti qaydası  ləğv edildi. Bundan istifadə edən sahibkarlar 
lakaut elan edərək fəhlələrin əmək haqlarının aşağı salınmasına 
və iş gününün uzadılmasına nail ola bildilər. 
1922-ci ilə  qədər  İngiltərə hökumətinə Lloyd Corc baş-
çılıq etdi. Yeni hökumətin başlıca  şüarı  “İngilotərəni oyadın” 
oldu. Istehsal üzərində dövlət nəzarəti ləğv edildi. Dövlətin 
sosial funksiyaları artırıldı. Bu dövrdə  İngiltərənin həm 
beynəlxalq, həm də daxili vəziyyəti xoşagələn deyildi. L.Corc 
hökumətinin xarici siyasəti liberallizmə  əsaslanırdı ki, bu da 
 
40
zor tətbiq etməyin  əleyhinə olsa da, imperiya siyasətindən 
imtina etmək deyildi. L.Corc hökumətinin xarici siyasətinin 
əsas istiqamətləri Paris sülh konfransında iştirak, Azərbaycana, 
müstəmləkələrə münasibət,  İran və  Əfqanıstana, Rusiyaya, 
Vaşinqton konfransına, Genuya konfransına, Türkiyəyə 
münasibət məsələsi idi. Avropa ölkələri və ABŞ-a münasibətdə 
ingilis diplomatiyası tarazlaşdırılmış  xətt yeridirdi. Çörçill 
başda olmaqla bir qrup nazirlər belə hesab edirdilər ki, Sovet 
Rusiyası ilə heç bir danışığa girmək olmaz, ancaq hərbi 
müdaxilə lazımdır. Lloyd Corc başda olmaqla bir qrup nazir isə 
belə hesab edirdi ki, iqtisadi yolla da Rusiyanı  məhv etmək 
olar. Liberallarla mühafizəkarların koalisiyası  məsələsində  də 
mühafizəkarlar arasında fikir ayrılığı mövcud idi. Mühafizəkar-
lardan Çemberlen, Balfur liberallarla koalisiyanı saxlamaq 
tərəfdarı idilər, Stenli Bolduin, Bonar-lou isə liberallarla koa-
lisiyanın  əleyhinə  çıxırdılar. Bu ixtilafların nəticəsi olaraq, 
Lloyd Corc 1922-ci ilin oktyabrında baş nazir vəzifəsindən 
istefa verdi və yeni seçkilər təyin edildi. Keçirilən seçkilərdə 
mühafizəkarlar qələbə çaldılar. 1922-ci ilin dekabrından 1923-
cü ilin mayına qədər Bonar-Lounun, 1923-cü ilin may ayından 
dekabr ayına qədər isə Stenili Bolduinin başçılığı altında mü-
hafizəkarlar hökuməti hakimiyyətdə oldu. Mühafizəkarlar 
hökuməti daxili siyasətində inhisarların mənafeyini müdafiə et-
məklə  fəhlə  hərəkatına qarşı ciddi mübarizə apardı. Xarici 
siyasətində isə ilk növbədə Sovet Rusiyasına qarşı düşmənçilik 
mühüm yer tuturdu. Bu özünü 1923-cü il mayın 8-də xarici 
işlər naziri Lord Kerzonun sovet hökumətinə göndərdiyi notada 
bir daha göstərdi. Həmin notada İngiltərə hökuməti tələb edirdi 
ki,  Əfqanıstan və  İranda Sovet Rusiyası antiingilis təbliğatına 
son qoysun və sovet nümayəndə heyətini bu ölkələrdən geri 
çağırsın. Sovet Rusiyası İngiltərənin tələblərini yerinə yetirməli 
oldu.  


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə