Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə30/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   93

 
117
VI.  İTALİYA 
 
İtaliya üçün Birinci dünya müharibəsinin nəticələri 
İtaliya Birinci dünya müharibəsinin başlanmasına qədər 
Üçlər ittifaqının tərkibində idi. 1881-ci ildə Tunisi öz 
himayəsinə keçirdiyinə görə Fransadan hədsiz dərəcədə inciyən 
İtaliya 1882-ci ildə Üçlər  İttifaqına daxil olmuşdu. Lakin 
tezliklə başa düşdü ki, Avstriya-Macarıstanla onun ittifaqı 
qeyri-mümkündür. Çünki Dunay hövzəsində  və Balkanlarda 
onların mövqeyi toqquşurdu. Ona görə  də Birinci dünya 
müharibəsi başlanarkən  İtaliya Üçlər ittifaqının tərəfində 
müharibəyə girmədi və gözləmə mövqeyi tutdu. Hər iki tərəf 
İtaliyanı müharibəyə  cəlb etmək üçün ona çoxlu vədlər 
verirdilər. Lakin Antantanın verdiyi vədlər (Misir mülklərindən 
pay, Albaniya üzərində protektoratlıq, Cənubi Tirol, İstriya 
yarımadası, Terentino) İtaliya üçün daha əlverişli olduğuna 
görə 1915-ci ilin may ayında o, Avstriya-Macarıstana müharibə 
elan etməklə Antantanın tərəfində müharibəyə başladı. 1916-cı 
ilin avqustunda isə  İtaliya Almaniyaya müharibə elan etdi. 
Alman qoşunları 1917-ci ilin oktyabrında olmuş Koperetto 
döyüşündə italyanları  məğlub etdi. İtalyanları ancaq ingilis-
fransız qoşunlarının köməyə  gəlməsi xilas etdi. İtaliya daha 
döyüş əməliyyatlarında iştirak etmədi.  
Antantanın üzvü olduğuna görə  İtaliya Birinci dünya 
müharibəsindən qalib dövlət kimi çıxdı. Lakin o qaliblər içində 
məğlub, məğlublar içində qalib vəziyyətində idi. Bunun səbəbi 
isə italyan burjuaziyasının iqtisadi cəhətdən kifayət qədər 
qüdrətli olmaması idi. Müharibə qurtardıqdan sonra Antantanın 
hakim dövlətləri olan İngiltərə  və Fransa İtaliyaya verdikləri 
vədləri yerinə yetirməkdən imtina etdilər. Konfransda həmin 
ərazilərin  İngiltərə Balkan yarımadasında öz siyasi təsir və 
nüfuzunu gücləndirmək məqsədilə Yunanıstana və yeni 
yaranmış Serb-Xorvat Sloven Krallığına verilməsinə nail oldu. 
 
118
İtaliyanın baş naziri Orlando Paris sülh konfransında «Dördlər 
şurası»nın üzvü kimi iştirak etsə  də, nəticəni öz xeyrinə 
dəyişdirə bilmədi.  İtaliyaya ancaq bir sıra  ərazilər – Cənubi 
Tirol, Terentino vilayəti, Triyestlə birlikdə  İstriya yarımadası 
verildi.  
İtaliya üçün Birinci dünya müharibəsinin nəticəsi maddi 
və insan itkisi baxımından da xoşagələn deyildi. Belə ki, İtaliya 
müharibədə 700 min adam itirdi. 450 min nəfər şikəst oldu, 1 
milyona qədər adam isə yaralandı. İtaliya öz milli sərvətinin 1/3 
hissəsini itirdi. Müharibə dövründə  İtaliyanın maddi və  hərbi 
xərcləri 65 mlrd qızıl lirə bərabər oldu. Birbaşa hərbi xərclər isə 
12 milyard lir idi. 
İtaliya üçün Birinci dünya müharibəsinin nəticələrindən 
biri də onun xarici,  ilk növbədə, ABŞ  və ingilis kapitalından 
asılılığının güclənməsi idi. Müharibədən sonrakı dövrdə İtaliya 
ABŞ-a 1,5 mlrd, İngiltərəyə isə 2,5 mld dollar borclu qaldı.  
Müharibə İtaliyada istehsalın və kapiatlın təmərküzləşmə-
si və mərkəzləşməsini gücləndirdi. Dövlət inhisarçı kapitalizmi 
inkişaf etməyə başladı. Müharibə dövründə İtaliyada bir sıra iri 
inhisar birlikləri yarandı. Bunlardan ən mühümləri metallurgiya 
və maşınqayırma sahələrində «Ansaldo» və  «İlva», avtomobil 
istehsalında «Fiat», hərbi sənayedə «Breda» inhisar birliyi idi. 
 İtaliya  müharibə nəticəsində aqrar ölkədən aqrar-sənaye 
ölkəyə çevrildi və müharibə dövründə də belə qaldı.  
Müharibə qurtardıqdan sonra sifarişlərin azalması  və 
ordunun tərxisi nəticəsində ölkədə  işsizlik artdı.  İtaliyanın 
cənubunda latifundiyalar qalmaqda idi. İqtisadi cəhətdən güclü 
inkişaf etmiş  şimalla feodal qalıqlarının hökm sürdüyü cənub 
arasında olan fərqlər kəskin idi və İtaliyada təsadüfi deyildir ki, 
cənubu şimalın «müstəmləkəsi» hesab edirdilər.  
Rusiyadakı Oktyabr çevrilişindən sonra İtaliyada fəhlə 
hərəkatı geniş vüsət aldı.  İtaliya hökuməti də öz müttəfiqləri 
kimi Qara dənizə donanma göndərdi və xarici hərbi müdaxilədə 


 
119
iştirak etmək istədi. Lakin İtaliya fəhlə sinfinin kəskin mövqeyi 
bu müdaxilədə axıra qədər iştirak etməyə imkan vermədi. 
 Birinci dünya müharibəsi qurtardıqdan sonra İtaliya 
hökuməti 1918-ci ildə  zəhmətkeşlərin təzyiqi altında bir sıra 
islahatlar keçirməyə məcbur oldu. Fəhlələr üçün səkkiz saatlıq 
iş günü rəsmiləşdirildi. Seçki qanunu qəbul edildi. Həmçinin 
seçki sistemində proporsional seçki qaydası  tətbiq olundu. 
Ərzaq məhsullarının satışında qiymət maksimumu qoyuldu.  
İtaliya fəhlə  hərəkatında sosialist partiyasının böyük 
nüfuzu var idi. Müharibənin sonunda onun üzvlərinin sayı 216 
min nəfərə yaxın idi. İtaliya sosialist partiyası müharibə 
dövründə üç qanada parçalanmışdı. Onun sağ qanadına İtaliya 
parlamentinin dəfələrlə üzvü olmuş Filippe Turati başçılıq 
edirdi. O, belə güman edirdi ki, İtaliyada inqilab yolu ilə deyil, 
evolyusiya (təkamül yolu) ilə sosializm qurula bilər. O, 
Rusiyada Fevral burjua-demokratik inqilabını alqışlasa da, 
Oktyabr çevrilişini tanımaq istəmirdi. O, Rusiyanın təcrübəsi-
nin  əleyhinə idi və göstərirdi ki, bu təcrübə qabaqcıl Avropa 
üçün yararsızdır.  İtaliya sosialist partiyasında ikinci qanad 
Djaçinto Serratinin başçılıq etdiyi «mərkəzçilər» idi. Onun 
tərəfdarları daha çox idi. Bu qanad sağlarla sollar arasında 
barışdırıcı mövqe tuturdu. Üçüncülər «sollar» adlanırdı ki, bu 
qanadda həm Neapoldan, həm də Turindən olan sosialist 
nümayəndələr birləşmişdilər. Neopoldan olan sosialistlərin 
başında Amadeo Bordiqa, Turindən olan sosialistlərin başında 
isə A.Qramşı və P.Tolyatti dururdu.  
1919-cu ilin yanvarında italyan burjuaziyası Sosialist 
partiyasına qarşı dura biləcək bir partiya yaratmaq qərarına 
gəldi və bu partiya keşiş Sturso tərəfindən yaradılmış Xalq 
partiyası oldu. 1919-cu ilin noyabrında keçirilən seçkilərdə 
Liberal və Sosialist partiyası ilə  bərabər bu partiya da 
parlamentə xeyli deputat keçirə bildi.  
 
120
1919-cu ilin iyununda Orlandonun istefasından sonra, 
1920-ci ilin iyunun 6-dək baş nazir Françesko Nitti olşdu. O, 
siyasi amnistiya verdi. 8 saatlıq iş günü tətbiq etdi, kəndlilərin 
tutduqları torpaqları geri qaytarmadı. 
1920-1922-ci illərdə  İtaliya hökumətinə  əvvəl C.Ciolitti, 
sonra İvanos Bakomi və Luici Fakta başılıq edirdi. 
1919-1920-ci illər  İtaliya tarixinə «qırmızı ikillik» kimi 
daxil oldu. Bu dövrdə oktyabr çevrilişinin təsiri altında  İtali-
yada fabrik-zavod komitələri və sovetlər yaradıldı və onlar yeni 
mübarizə formaları olan fabrik-zavodların  ələ keçirilməsi 
üsullarından istifadə etdilər.  İtaliyada inqilabı  təşkilatlar yara-
dıldı. Kütlələr üzərində heç bir zorakılıq yox idi. İtaliyada 
liberallar hökumətinə başçılıq edən Ciolliti kütlələrə qarşı silah 
işlədilməsinin əleyhinə idi.  
Fəhlə  hərəkatının parçalanması inqilaba gətirib 
çıxarmadı. 1921-ci ilin yanvarında İtaliyanın Livorno şəhərində 
Sosialist partiyasının xüsusi qurultayı oldu. Qurultayda irəli 
sürülən  əsas məsələ Kommunist partiyasının yaradılması idi. 
«Sollar» Kominternin 21 şərtini qəbul etdilər və  İtaliya 
kommunist partiyası yaradıldı. Onun ilk sədri Bordiqo oldu.  
İtaliyada faşizmin hakimiyyət başına gəlməsi. 
1919-20-ci illərdə  fəhlə  hərəkatının yüksəlişi, həmçinin 
1920-1921-ci illərdəki iqtisadi böhran burjuaziyanı bu 
vəziyyətdən çıxmaq yolu üzərində düşünməyə vadar etdi. Belə 
bir yolu onlara faşistlər göstərdilər. Faşistlər hələ 1919-cu ildə 
özlərinin mübarizə ittifaqlarını yaratdılar. Onların ilk toplantısı 
1919-cu ilin martında Milanda oldu. Faşistlər  əvvəllər  ən çox 
öz sıralarına müharibənin nəticələrindən incik olan gəncləri 
toplayırdılar. Belə gənclərdən biri faşist şair Qabriel Arnnuntsio 
idi. Onun başçılığı altında bir legion təşkil edildi. Bu legion 
1919-cu ilin sentyabrında Fium limanını  işğal etdi. Lakin 
tezliklə onlar Fiumu tərk etməli oldular. Çünki bu hadisə iki 
dövlət arasında narazılığa səbəb oldu. 1920-ci ilin noyabrında 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə