Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə33/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   93

 
129
Həbəşistandakı Eriteriya və Somali müstəmləkələri arasında 
dəmiryolu çəkmək üçün konsessiyalar almaq və onun qərb 
hissəsində iqtisadi nüfuz qazanmaq istəyinə İngiltərənin ralızığı 
ilə nail oldu.  
1929-1933-cü illər dünya iqtisadi böhranı zamanı 
kütlələri daxili problemlərdən yayındırmaq məqsədi ilə 
Mussolini xarici ekspansiyaya başlamağı mühüm vasitə hesab 
edirdi. 
Hitlerin Almaniyada hakimiyyətə  gəlməsi və Yaponiya-
nın Çində müharibəyə başlaması, xammal mənbələrini  ələ ke-
çirmək və dünyanı bölüşdürməkdə gecikmək təhlükəsi Musso-
linini daha fəal fəaliyyətə həvəsləndirdi. 
İtaliya təcavüzünün birinci qurbanı Efiopiya oldu. 1935-
1936-cı illərdə Efiopiyada apardığı müharibə  və Efiopiyanın 
işğalı faşizmin cinayətkar xarakterini göstərmiş oldu. 
İtaliyanın Almaniya ilə birlikdə İspaniyaya hərbi müdaxi-
ləsi təcavüzkarlıq yolunda sonrakı addım oldu. İspaniyaya mü-
daxilə zamanı Almaniya və İtaliyanın hərbi-siyasi əməkdaşlığı 
faşist dövlətləri blokunun yaranmasını sürətləndirdi. 1936-cı 
ilin oktyabrında beynəlxalq siyasətin  əsas məsələlərində birgə 
fəaliyyət, Mərkəzi və Cənub-Şərqi Avropada nüfuz dairələrinin 
hüdudlarını müəyyən etmək haqqında Almaniya-İtaliya 
müqaviləsi bağlandı. 1936-cı ilin noyabrında Almaniya və 
Yaponiya "Antikomintern paktı" bağladılar. Bir ildən sonra 
İtaliya da bu pakta qoşuldu. Əslində faşist militarist koalisiyası 
dünyanı Almaniya, İtaliya və Yaponiya inhisarlarının 
mənafeyinə uyğun bölmək uğrunda müharibənin hazırlanması 
və törədilməsi məqsədi ilə meydana çıxmışdı. Blokun əsas 
zərbəsi təkcə SSRİ-yə qarşı yox, həmçinin, ABŞ,  İngiltərə  və 
Fransaya qarşı da çevrilmişdi. 
1937-ci ilin dekabrında  İtaliya Millətlər Cəmiyyətindən 
çıxdı. 1937-ci ildə  İtaliya ilə  İngiltərə arasında imzalanan 
«centlmen sazişləri»nə görə dövlətlər Aralıq dənizində bir-
 
130
birlərinin mənafelərinə hörmət etməli idilər. 1938-ci ildə 
bağlanmış  İtaliya-İngiltərə sazişinə görə isə  İngiltərə Aralıq 
dənizi rayonunda İtaliyaya müəyyən güzəştlərə getdi. 
İlk dövrlərdə Avstriya, Dunay hövzəsi və Balkan yarım-
adasına qarşı işğalçılıq planlarına görə İtaliya ilə Almaniyanın 
mənafeyi toqquşurdu. Lakin Efiopiyanın təcrübəsi “duce”ni 
inandırdı ki, Hitlerlə ittifaq olmadan o heç nəyə nail ola bil-
məyəcək. Ona görə  də Hitlerlə alçaldılmış  şəraitdə ittifaqa 
girməyə  məcbur oldu və Almaniya tərəfindən Avstriyanın 
işğalını, onun Çexoslovakiya və Polşaya qarşı iddialarını 
sakitliklə qarşıladı. Mussolini Münhen sazişini imzaladı. 
Mussolini 1939-cu ilin fevralın 4-də  İtaliyanın xarici siyasət 
məqsədlərini elan edərək bildirdi ki, İtaliya Avropada 
Albaniyanı  çıxmaq  şərti ilə heç bir ərazi iddiasına 
düşməyəcəkdir.  İtaliyanın məqsədi Aralıq dənizinə sahib 
olmaqdır.  İtaliya Albaniyanı 1939-cu ilin aprelində  işğal 
etməklə kifayətlənməyə məcbur oldu. 1939-cu ilin mayın 22-də 
İtaliya ilə Almaniya arasında "polad pakt" adlanan müqavilə 
imzalandı. İtaliya İkinci dünya müharibəsi başlanarkən 1939-cu 
il sentyabrın 1-də öz bitərəfliyi haqqında rəsmi bəyanat verdi. 
1940-cı ilin martın 18-də Brennerdə Hitlerlə görüşündə 
Mussolini «paralel müharibə» aparmaq planını irəli sürdü. Bu 
plan «Fransa sərhədlərində müdafiə mövqeyi seçməyi, 
Yuqoslaviyaya qarşı qüvvə toplamağı, Egey dənizi rayonu və 
Liviyada hərbi  əməliyyatlar aparmağı  nəzərdə tuturdu. İtaliya 
1940-cı ilin iyunun 10-da Fransanın cənubuna qoşun 
yeritməklə Almaniyanın tərəfində  İkinci dünya müharibəsinə 
girmiş oldu. 


 
131
VII. İSPANİYA 
İspaniya Birinci dünya müharibəsindən sonrakı ilk dövrdə 
 
XX  əsrin  əvvəllərində  İspaniya güclü feodalizm 
qalıqlarının olduğu aqrar-sənaye ölkəsi idi. Mülkədar 
aristokratiyası  və maliyyə oliqarxiyası blokunun mənafeyini 
ifadə edən monarxiya idarə üsulu hərbi diktaturanın köməyinə 
arxalanaraq özünü saxlayırdı. Ölkənin  əsas burjua partiyaları 
liberallar və mühafizəkarlar idi. 
Birinci dünya müharibəsi dövründə İspaniya bitərəfliyini 
saxladı. Müharibə aparan ölkələrə strateji məhsullar  satmaq və 
Latın Amerikası ölkələrindən gələn mallara öz ərazisindən 
keçirmək üçün aldığı gömrük hesabına xeyli gəlir əldə etdi.  Bu 
dövrdə onun sənaye və  kənd təsərrüfatı sürətlə inkişaf etdi. 
Qızıl ehtiyatı 4 dəfə çoxaldı. Daş kömür polad və çuqun 
istehsalı 2 dəfə artlı. Sənaye fəhlələrin sayı artaraq 2 milyona 
çatdı. Varlı siniflərin gəlirləri artsa da, zəhmətkeş  əhalinin 
vəziyyəti daha da ağırlaşdı.  
İqtisadi inkişafa baxmayaraq İspaniya xarici dövlətlərdən 
maliyyə asılılığında idi. İspaniya iqtisadiyyatına qoyulan xarici 
kapitalın 50%-i İngiltərənin, 34%-i isə Fransanın payına düşür-
dü.  
Müharibədən sonra İspaniyada sosial ziddiyyətlər xeyli 
kəskinləşdi. Ölkəni bürüyən sosial etirazlar nəticəsiz qalmadı. 
Hökumət 8 saatlıq iş günü tətbiq etdi, uşaq əməyindən istifadə 
qadağan olundu, qocalığa və əlilliyə görə pensiya təyin edildi. 
Birinci dünya müharibəsinin son ilində İspaniya hökumə-
tinə mühafizəkarlar partiyasından olan A.Maura başçılıq edirdi. 
1918-ci il noyabrın 9-da Maura hökumətini liberal Qarsio Prie-
to hökuməti əvəz etdi. Lakin həmin ilin dekabrında bu hökumət 
də istefaya getdi. Onun yerində Qraf Romananes hökuməti 
təşkil edildi. Tətil hərəkatının güclənməsi nəticəsində bu höku-
məti yenidən Maura hökuməti  əvəz etdi. O da ancaq üç ay 
 
132
hakimiyyətdə qala bildi. 1919-cu il iyulun 15-də Sançes de To-
kanın başçılığı ilə liberal-mühafizəkar hökumət quruldu. Bu 
hökumətin dövründə bütün ölkədə konstitusiya təminatları bər-
pa edildi. Siyasi amnistiya verildi. Dekabr ayında Mühafizəkar-
lar partiyasının liderlərindən biri olan Alyende Salaras yeni 
hökumət qurdu. Onun hakimiyyəti 1920-ci ilin may ayınadək 
davam etdi. 
1920-ci ilin aprelin 15-də Madriddə İspaniya Kommunist 
Partiyası təşkil edildi və o, Kominternə daxil oldu. 1921-ci ilin 
aprelində  İspaniya Kommunist fəhlə partiyası  təşkil edildi. 
1921-ci ilin noyabrında onların hər ikisi birləşib.  İspaniya 
Kommunist partiyası adlandı. Onun rəhbəri isə Qarsia Kexido 
oldu. Bu partiyanın yaranması burjua-mülkədar dairələrində 
həyəcana səbəb oldu. Ölkədə «Reket müdafiə xuntaları» 
yarandı.  
1920-ci ilin may ayında liberal-mühafizəkar Dato yeni 
hökumət təşkil etsə  də, 1921-ci il martın 8-də o öldürüldü və 
yenidən baş nazir Alyende Salaras oldu. Onun hakimiyyəti il-
lərində İspaniya xarici siyasətdə bir sıra uğursuzluqla üzləşdi. 
Ən ciddi siyasi böhranı ölkə  Mərakeşdə ispan qoşunla-
rının məğlubiyyəti vaxtı hiss etdi. 1921-ci ilin iyulunda 
İspaniya qoşunları üsyan etmiş rif tayfalarına qarşı hücuma 
keçdilər, lakin Anval altındakı döyüşdə  qəti məğlubiyyətə 
uğradılar.  
Anval altındakı  məğlubiyyətdən sonra Alyende Salaras 
hökuməti istefaya getdi. Onu 1921-ci ilin avqustun 15-də ye-
nidən başda A.Maura olmaqla koalisiyalı hökumət əvəz etdi. O, 
Mərakeşdə  hərbi  əməliyyatları aparmaqdan ötrü plan işləyib 
hazırladı  və onu həyata keçirməyə başladı. Lakin bu planın 
həyata keçirilməsinə qarşı hökumət daxilində narazılıq 
başlandı. 1922-ci il martın 7-də Sançes Herra başda olmaqla 
liberal-mühafizəkarlar hökuməti yaradıldı. Beləliklə, 1917-ci 
ilin sonundan 1922-ci ilin dekabr ayınadək ölkədə 11 hökumət 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə