Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə31/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   93

 
121
İtaliya ilə Serb-Xorvat-Sloven krallığı arasında Rapolloda 
müqavilə bağlandı. 
Hələ 1919-cu ildə faşistlərin kifayət qədər mövqeyi yox 
idi. Parlament seçkilərində faşistlər heç bir səs ala bilməmiş-
dilər. Faşist təşkilatlarının nüfuzu 1920-ci ilin payızında 
inqilabi hərəkatın sönməsi dövründə artmağa başladı.  1921-ci 
ilin mayındakı parlament seçkilərində faşistlər ilk dəfə par-
lamentə 35 deputat keçirə bildilər. Onların  şüarı  aşağıdakı 3 
maddədən ibarət idi. Əməkdaşlıq, bu əməkdaşlığı  təmin edən 
güclü dövlət, millətlər ittifaqı. Onlar belə hesab edirdilər ki, 
millətin mənafeyi hər  şeydən üstündür. Faşistlərin terrorçuluq 
fəaliyyəti genişlənmişdi. 1920-ci ilin sonu, 1921-ci ilin 
əvvəllərində  zəhmətkeşlərin 726 təşkilatı faşistlərin terroruna 
məruz qalmışdı. 1921-ci ilin yayında faşistlərə qarşı müqavimət 
gücləndi, müharibə  iştirakçılarından zəhmətkeşləri faşist 
terrorundan qorumaq üçün «xalq cəsurları» təşkilatı yaradıldı. 
Təşkilatın başında leytenant Arqo Sekondari dururdu.  
Tezliklə faşistləri iri inhisarçılar və maliyyə maqnatları 
maddi cəhətdən təmin etməyə başladılar. 1921-ci ilin noyabrın-
da Milanda keçirilən qurultayda faşist partiyası yaradıldı. Onun 
rəhbəri isə  əvvəllər sosialist partiyasının üzvü və onun orqanı 
«Avantı» qəzetinin redaktoru olmuş, dəmirçi ailəsində 
doğulmuş, italyan dili müəllimi Benito Mussoliini oldu. Onu 
"duce", yəni rəhbər adlandırmağa  başladılar.  
Faşistlər xalq kütlələrini öz tərəfinə  çəkmək üçün proq-
ramlarında xeyli dəyişikliklər etdilər. Onlar kapital üzərinə 
vergi qoymaq, respublika qurmaq, ümumi seçki hüququ, bir sı-
ra sənaye müəssisələrini milliləşdirmək, kəndlilərə torpaq ver-
mək, kilsə mülkiyyətini müsadirə etmək, müəssisələr üzərində 
fəhlə  nəzarəti qoymaq məsələsini irəli sürdülər. 1921-1922-ci 
illərdə faşistlərlə xalq kütlələri arasında ciddi döyüşlər oldu. 
Faşizm sosial qruplar arasında mübarizə prinsipini inkar edən
sosial qrupları  əməkdaşlığa çağıran, irqçiliyi təbliğ edən, 
 
122
parlamentli quruluşun  əleyhinə olan, güclü rəhbərin olması 
şərtilə «sosial qruplar fövqündə» totalitar dövlət yaratmaq 
uğrunda mübarizə aparan siyasi hərəkat idi.  
1921-ci ilin avqustun 31-də faşist partiyası və İtaliya so-
sialist partiyasının rəhbərləri arasında "sakitləşdirmə paktı" 
bağlandı. Hər iki tərəf bir-birinə münasibətdə düşmənçilik hərə-
kətlərindən çəkinmək öhdəliyini götürdü. Bu səbəbdən  İta-
liyada antifaşist birliyinin yarardılması ideyası baş tutmadı. 
Artıq 1922-ci ilin oktyabrın ortalarında faşistlər dövlət 
çevrilişi etməyə hazırlaşırdılar. Oktyabrın 16-da dövlət çevrili-
şinə  rəhbərlik etmək üçün "kvadrumviri" – dördlük yaradıldı. 
Onun tərkibinə Balbo, Byanka, De Boko və De Vekin daxil 
oldular. 
1922-ci il oktyabrın 24-də "Romaya yürüş" şüarı altında 
faşistlərin Neapolda 40 minlik toplanışı keçirildi. Kral III Vik-
tor Emmaniel oktyabrın 28-də Salandreyə faşistlərin iştirakı ilə 
yeni kabinet təşkil etməyi tapşırdı. Lakin Mussolini bu təklifi 
rədd edərək hökumətin tamamilə ona verilməsini tələb etdi. 
Həmçinin  İtaliyanın nüfuzlu inhisarçı  təşkilatı olan Sənayeçi-
lərin Baş Konfederasiyası krala teleqram göndərərək hakimiy-
yətin Mussoliniyə verilməsini tələb etdi. Bir gün sonra Musso-
lini hökumətə başçılıq etmək üçün Romaya dəvət olundu. 
Oktyabrın 29-da onun Romaya gəlişi ilə "faşist inqilabı" sona 
yetmiş oldu. Xalq arasında onu istehza ilə "yataq vaqonnuda 
inqilab" adlandırırdılar. Oktyabrın 31-də Mussolini kral III 
Viktor Emmanuil ilə birlikdə faşist dəstələrinin rəsmi keçidinə 
baxdılar. Beləliklə, iri kapitalın müdafiəsi, Vatikanın "neytral" 
mövqedə durması, kral ailəsi və bir çox görkəmli siyasətçilərin 
faşistləri dəstəkləməsi, xırda burjuaziyanın, gənclərin və varlı 
kəndlilərin faşistlərin tərəifnə  cəlb edilməsi nəticəsində 
İtaliyada faşistlər hakimiyyətə gəldilər. 
İtaliyada faşistlərin hakimiyyətə  gəlməsi adi hökumət 
dəyişikliyi deyildi. Bu iri burjuaziya, mülkədarlar və katolik 


 
123
kilsəsi tərəfindən hazırlanmış dövlət çevrilişi idi. Onların haki-
miyyətə gəlməsi ilə burjua-demokratik quruluşun ləğvi prosesi 
başlandı və onu maliyyə kapitalının və iri mülkədarların dikta-
turası-totalitar faşist rejimi əvəz etdi. İtaliya faşizmin təsdiqini 
tapan ilk ölkə oldu ki, bu da təsadüfi deyildir. Kəskin qarşudur-
malar, hakim dairələrdə hökm sürən çaşqınlıqlar, liberal-burjua 
dövlət quruluşundakı böhran İtaliyada faşizmin çiçəklənməsinə 
şərait yaratdı. Faşistlərin hakimiyyətdə olduğu dövr tarixə "qara 
iyirmillik" kimi daxil oldu.  
Mussolini dərhal qeyri-məhdud diktatura yaratmağa 
tələsmədi. O, zəhmətkeşlərin inqilabi mübarizəsinin yenidən 
başlanmasından ehtiyat edirdi. "Duçe" monarxiya ilə 
hesablaşmasa da, onu saxladı.  Diktaturaya keçid tədricən 
həyata keçirilməyə başladı. Faşistlərin emblemi dövlət gerbi 
elan edildi. Mussolini özünün birinci kabinetinə liberal və 
katoliklərdən bir sıra görkəmli siiyasi xadimləri daxil etdi. 
1922-ci il dekabrın 15-də Mussolini başda olmaqla "Böyük 
faşist  şurası" yaradıldı. Bu şura həm qanunvericilik, həm də 
icraedicilik funksiyasını öz üzərinə götürmüşdü. 
Rəsmən qadağan edilməsə də birinci zərbə kommunistlə-
rə vurulmağa başladı. Dövlətin inhisarların gəliri üzərində  nə-
zarəti məsələsi təxirə salındı, çünki Mussolini bilirdi ki, onların 
köməyi ilə o qələbə çalmışdır. Mussolini gəncləri faşist 
partiyası  ətrafında toplamaq məqsədilə bütün gənclər və  uşaq 
təşkilatlarını yarımhərbi gənclər təşkilatında – İtaliya fəxri 
keşikçi təşkilatında birləşdirdi. Təşkilatın başlıca  şüarı: "inan-
maq, tabe olmaq, döyüşmək" idi. 
1924-cü ilin parlament seçkilərində faşistlər saxtakarlıq 
edərək  əksəriyyətə nail oldular. Rəsmi məlumatlara görə 
faşistlər 4,5 milyon səs, digər partiyalar isə 3,5 milyon səs 
aldılar. Lakin faşistlər parlamentdə 374, Xalq, Sosialist və 
Kommunist partiyası isə cəmi 104 deputat yeri tutdular. İtaliya 
Unitar sosialist partiyasından parlamentə deputat seçilmiş 
 
124
Cakomo Matteotti özünün cəsarətli çıxışında bu saxtakarlığı 
ifşa etdi və o tələb etdi ki, seçkilərin nəticəsi ləğv olunsun və 
faşistlər deputat mandatından məhrum edilsin. Bu çıxışdan 10 
gün sonra, 1924-cü ilin iyun ayının 10-da o oğurlandı və yoxa 
çıxdı. Bu hadisədən təsirlənən müxalifətdən olan deputatlar 
parlamentin işində  iştirak etməkdən imtina etdilər. Kəskin 
siyasi böhran yaranmış oldu. Tezliklə məlum oldu ki, Matteotti 
faşistlər tərəfindən vəhşicəsinə öldürülmüşdür. Romadan bir 
qədər uzaqda onun meyidi tapıldı. Bu hadisədən sonra hətta 
faşist partiyası üzvlərinin bir çoxu da onun tərkibindən çıxdılar. 
Mussolini Matteottini öldürən Duminini həbs etdirdi. O, 
terrorçu təşkilatın rəhbəri Maripellinin tapşırığı ilə bu qəsdi 
həyata keçirdiyini bildirdi. Parlamentdən getmiş deputatlar 
"Müxalifət partiyalarının komitəsi"ni təşkil etdilər ki, bu 
komitə qədim Romada plebeylərin yığıncaq keçirdikləri təpənin 
adı ilə "Aventin bloku" adını aldı. Lakin tezliklə kommunistlər-
dən fərqli olaraq digər partiyalardan olan deputatlar zəiflik və 
qətiyyətsizlik göstərdilər. Xalq Matteottinin xatirəsini  əziz 
tutaraq etiraz mitinqləri və nümayişlər təşkil etdilər, lakin 
«Aventin bloku» bundan istifadə edərək xalqı faşizmlə 
mübarizəyə qaldırmadı. Kommunistlər Aventin blokunun 
tərkibindən çıxdılar. «Duçe» Aventin blokunun fəaliyyətini 
qadağan etdi və kütləvi surətdə həbslər keçirməyə başladı. 
 
İtaliyada açıq faşist diktaturasının qurulması 
1925-ci ilin yanvar ayının 3-də Mussolini rejimin təh-
lükəsizliyini hiss edərək deputatlar palatasında böyük nitqlə 
çıxış etdi. O, nitqində "Bütün hakimiyyət faşistlərə!"  şüarını 
irəli sürdü. Bu hadisədən sonra o, bir sıra qanunlar qəbul etdi 
ki, bununla da demokratik azadlıqlar və parlamentin səlahiyyəti 
məhdudlaşdırıldı. Bundan sonra hökumətin başçısını kral təyin 
edirdi və hökumət ancaq onun qarşısında məsuliyyət daşıyırdı. 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə