166
-Neçə gündü ki, bizədə gəlmirsiz. Farizə deyərəm
sabah gələr götürər, gedərik bir yerə. Çay kənarına
düĢərik.
-YaxĢı fikirdi. Nərgizdə biraz hava almıĢ olar.
-RövĢən nə edir? DanıĢmısan?
-YaxĢıdı. Ġki gün əvvəl Dənizin ailəsi ilə tanıĢ olub. –
Gülnaz dedi.
-Özü tək baĢına?
-Hə. TanıĢ olmaq istəyiblər, buda gedib.
-Nə danıĢıblar? Dedi sənə nəsə? – Validə incimiĢ
olsada maraqına üstün gələ bilmədi.
-YaxĢı keçib dediyənə görə. Seviblər RövĢəni.
-Heç olmasa bu yaxĢı xəbərdi. Tətildə gətirərdi, bizdə
görərdik qızı. Sonra yanına gedəndə ailəsi ilədə tanıĢ
olarıq.
-Məndə onu fikirləĢirəm.
-Yazmağa davam eliyir?
-Hə, yazır. Keçən yay bir uĢaq gəlmiĢdi. Nərgizlə
çoxdan tanıĢ idi, deyəsən. O, gedəndən sonra Nərgiz onun
yazdığına film çəkəcəyin dedi. O, gündən sonra qızın
üzündə yeni gün doğdu. Sevinir, deyir gülürdü. Onu hələ
belə görməmiĢdim. Hər gün daha həvəslə yazırdı. Mən
kömək edəndə isə deyərək bunu çəkmək olar? Maraqlı
olar? - deyərək canlandırırdı.
-Sonra nə oldu ki, yenə üzüldü? Qəbul eləmədi?
-Oğlanın buna verdiyi nömrəni itirib. Nə qədər
axtardım tapa bilmədim. O, gün – bu gündü yemir – içmir
otaqda uzanır. Yazı belə yazmır. – Gülnaz qapıya baxıb
xəyala daldı.
Validə söz demək istəsədə susdu.
-Harda ola bilər ki? Bəlkə, vərəqlərinin arasına düĢüb.
– Validə araya çökən sükutu pozdu.
-Baxmadığım yer qalmayıb. Tapa bilmədim... Bəlkədə
alınmayacaq idi. Yazdığına film çəkilməyəcəkdi. Ən
azından həvəsini ala biləcəkdi.
167
-Yazığın bəxtidə hər tərəfli gətirmir. – Validə üzün
büzdü.
-O, da belə düĢünür. O, da indi bəxtsiz olduğunu,
allahın onu sevmədiyini, dünyaya sadəcə əzab çəksin
deyə göndərildiyini düĢünür. – dedi və ağlamağa baĢladı,
övladını canından da çox istəyən ancaq onun üçün heçnə
edə bilməyən güclü və bir o qədər zəif qadın.
Gülnaz axĢam yeməyinə hazırlaĢır. BoĢqabları masaya
qoyub, RövĢənin otağından Nərgizi çağırmağa gedir. Sağ
tərəfinə bürünmüĢ, ayaqlarını qucaqına qısmıĢ tərəfdə
yatırdı.
-Qızım... - əyilərək Nərgizin saçını sığalladı.
Nərgiz yatmıĢdı. – qızım, qalx. Yemək hazırdı. – alçaq
səslə Gülnaz Nərgizi qaldırmağa çalıĢırdı.
-Nə olub? – yuxudan ayılan Nərgiz doğrulmağa
çalıĢdı.
-Yemək hazırdı, qalx yemək yeyək.
-Mən istəmirəm. Yeməyəcəm.
-Neçə gündü düz əməlli yeməkdə yemirsən. Qalx, belə
olmaz. – Gülnaz Nərgizin qolundan tutub doğrultmağa
çalıĢdı.
Anasının əl çəkməyəcəyin görüb ona tabe oldu.
Anasının qolundan tutunaraq doğrulub ayaqüstündə
durmağa çalıĢdı.
-Günorta nənə gəlmiĢdi. Səni soruĢdu, yatdığını görüb
heçnə demədi.
-....
-Hə. Bu arada, sabah baban gəlib bizi götürüb gəzməyə
aparacaq.
-Ġstəmirəm. – qapını çıxaraq divardan tutaraq yolu
getməyə çalıĢırdı.
-Niyə ki? həm gəzərik, havanı dəyiĢərsən. Həm də,
məndə sıxılıram. Çıxım, biraz gəzim.
-Sən gedərsən. Mən uzanacam. Söz yerimdən də
qalxmaram.
168
-Nərgiz?! Niyə belə eləyirsən? Itib – itibdə. Dünyanın
sonudu? Bəlkə, yenə gəldi. Onda göstərərsən. Niyə özünü
sıxırsan? Niyə çölə çıxmaq, hava almaq, insanlara
qarıĢmaq istəməyirsən? – səsindən əsəbləĢdiyi hiss
olunurdu.
-Üzünü görmədiyim bir adamın yanımda olub –
olmamasının mənim üçün əhəmiyyəti yoxdu. Özümü
qaranlıq otağa bağlanmıĢ kimi hiss edirəm. Hər tərəf
qaranlıqdı, sonra bir səs gəlir. Səsin tanıyıram. Kim
olduğun ayırd edə bilirəm. Ancaq üzünü görə bilməyirəm.
Sonra ona cavab verirəm, onunla danıĢıram və beləcə
özümün dəli olduğun hiss edirəm. – masadan tutunaraq
əyləĢməyə çalıĢdı.
Gülnaz susurdu. Hərəkət etmədən susur, qızının dünya
qədər dərdə gözü yumulu qarĢı gələn üzünə baxırdı.
-Ana?! – Nərgiz anasından səs eĢitmədiyi üçün ona
səsləndi.
Nərgizin səsi onu ayıldır. – hə, burdayam... gözlə,
sənin yeməyini çəkim.
Gülnaz Nərgizin boĢqabına yemək çəkib, qabağına
qoydu. Tək – tük hallarda Nərgizin yemək yeməsinə
kimsə kömək edərdi. Kimsə kömək eləməyə çalıĢsa, kor
ola bilərəm, çolaq deyiləm deyib itələyərdi. Gülnaz özü
üçündə yemək götürüb Nərgizin yanında əyləĢdi.
-Su verim?
-Yox. – çəngəli boĢqabına yavaĢca batıraraq tikənin
çəngələ iriĢdiyindən əmin olduqdan sonra ağzına aparıb
çörəkdən bir diĢləm alırdı.
-Sabah babayla gedərik? – Gülnaz sakitləĢməyə çalıĢıb
yenidən soruĢdu.
Anasının israrlı olduğun görüb, onunla mübahisə
etməyin mənasız olduğun anlayıb məcbur razılaĢdı.
-Narahat olma, o nömrə harada olur – olsun tapacam.
Evdən çıxmayıb ki, harda olacaq?! Yəqin harada iriĢib.
169
-Axtarma. Ġstəmirəm artıq. Elə Ģey olacaqna
inanmayırdım onsuz. – Yemək, yeyərək anasının səsi
gələn tərəfə baĢını fırladıb, gülümsəməyə çalıĢdı.
-Sən yaz qurtar. Tapan kimi zəng edə bilək.
-YazmıĢam. Hazırdı... Nömrəni ona görə axtarırdım...
Zəng eləmək istəyirdim.
-Tapacam. Sənə söz verirəm. - Nərgizin baĢını
sığallayaraq, sinəsinə basıb, baĢını öpdü.
Səhər saat təxminən on olardı ki, qapıya maĢın
yaxınlaĢaraq siqnalladı. Gülnaz səsin onların qapısının
ağızından gəldiyin anlayıb qapıya qaçdı. MaĢında atası və
anası əyləĢib onlara gülümsəyərdi. – gəlmirsiz? Deməyin
ki, hazır deyilik, yoxsa çıxıb gedəcəm. – Fariz baĢını
pəncərədən çıxartıb dedi.
-Hazırıq. – gülümsədi. – Nərgizi gətirim gəlirəm. –
qapını açıb içəri girdi. Iri addımlarla evə girib Nərgizə
səsləndi. Otağa girib Nərgizin dirsəklənib səsi anlamağa
çalıĢdığın gördü.
-Gəlib, bizi gözləyirlər.
-Getmək istəmirəm axı.
-Onlar sənə görə iĢlərini atıb gəliblər.
Nərgiz məğlubiyyətlə razılaĢıb ayağa qalxmağa çalıĢdı.
Gülnazın qolundan tutaraq qapıyacan getdi. Qapını
Validə açaraq Nərgizin maĢına minməsinə yardım elədi.
-Niyə əziyyət çəkirdiniz. – Nərgiz dedi.
-Nə əziyyəti. Sənin vasitənlə məndə bu qocanı çölə
çıxartıram. Yoxsa qapıdan çölə çıxmağa ərinir.
OxĢamısan elə babana. – Validə ön oturacaqdan arxaya
boylanaraq Nərgizə dedi.
Fariz onları kəndin kənarında yerləĢən, ətrafı ağaclarla
sıx olan bir əraziyə gətirdi. Dağın ətəyinə yaxın olan ərazi
yaĢıllıq və müxtəlif ağaclarla bəzənmiĢdi.
-Tənbəl olsa da zövqlüdü. – Validə ətrafa baxaraq əri
ilə zarafatlaĢdı.
Dostları ilə paylaş: |