170
-Mən qızımı ən gözəl yerə apararam. – Nərgizi
qucaqlayaraq gəzinməyə baĢladı. – yeməyə nəsə
gətirmisən?
-Bildiyin baĢqa Ģey yoxdu ki. Elə qarınını düĢün.
-Qarın tox olsun, nə olur olsun. – həm qızımda acıb.
Hə? – Nərgizə baxıb səsləndi.
Babasının tərəfin tutmaqdan ötrü, gülümsəyərək – hə,
acmıĢıq. – dedi.
Nərgiz babasının köməyi ilə otun çökəlib otun üstündə
oturdu. Qulağına nənəsi ilə anasının anlaĢılmaz sözləri
gəlirdi. Arada onların söhbətinə babasıda qoĢulurdu. Biraz
sonra nənəsi əlində çörək arası hazırladığı yeməyi ona
gətirib verdi. Stəkanda ayranı yanına qoyub əli ilə ona
göstərdi.
Tək qalıb, təmiz hava alsın deyə Nərgizi tək buraxaraq
yanından ayrılıb aralıda oturdular. Nərgiz çörəyindən
diĢləm alıb yavaĢ – yavaĢ çiynəyərək ətrafı təsəvvüründə
canlandırmağa çalıĢırdı. Təsəvvüründə sağ tərəfində yan –
yana duran ağacların olduğun, sol tərəfində anasının,
nənəsinin, babasının oturub onun haqqında söhbət
elədiyin düĢünürdü. Yəqin arxasında da çoxda hündür
olmayan bir dağ yüksəlirdi. Önündən də məsələ upuzun
yaĢıllıq keçir. Bəlkə də, belə deyildi. Ancaq kor insan
üçün nə fərqi? Onlar üçün hər yer cənnət, həmdə
cəhənnəmdi. Necə istədiylərindən asılıdı sadəcə.
Nərgiz nəfəsin dərərək təmiz havanı ciyərlərinə ötürdü.
Necədə fərqli qoxurdu hava. Qoxusu qədər görünüĢüdə
gözəl idimi? Gözəl olmasın, yox. Pis olsun. O, zaman
paxıllıq çəkməzdi. Onların doya – doya baxdıqları bu
mənzərəni, bircə dəqiqəliyinədə olsa görmək üçün
ömrünün yarısını verə bilərdi. Bəlkədə, bu mənzərə onlar
üçün sadə, heçdə önəmli əhəmiyyət daĢımayan bir Ģey idi.
Hər gün, hər saat, hər dəqiqə görürdülər. Səndə nə
çoxdusa o, sənə bir o qədərdə maraqsız gələr. Yoxdusa
ona həsrət edərsən. Ġnsan ömrünün yarısını pul
qazanmaqdan ötrü hədər verər. çalıĢar, didiĢər və sonda
171
buna nail olar. Sonra isə puldan baĢqa nə var deyə axtarıĢa
çıxar və onu istəyər onun üçün çalıĢar və onu alar.
Beləliklə, insanın istəyi heç zaman bitməz. Taa ki, ölənə
qədər.
BƏLKƏDƏ, ÖLÜMSÜZLÜYÜ ĠSTƏSƏK
ONADA SAHĠB OLA BĠLƏRĠK. KĠM BĠLĠR... BƏLKƏ
DƏ, ĠSTƏMƏK ZAMANIMIZDI.
Qorxuyla yaĢamaq lazımdı. Hər Ģeydən qorxmaq
gərəkdi. Qorxub qaçmaq yox, o insanı aciz edər. Sadəcə
qorxmaq. Qorxmaq hissi insanı bərk edər. Yol keçmək
istəyən bir insanı düĢünün. Qorxusuz olarsa, ölər.
Qorxarsa yaĢayar. Necə? Yolu keçmək üçün maĢınların
arasından keçməyə cəhd edərsə ölər, keçidlə keçərsə sağ
qalar. Nərgiz atasının həmiĢə ona dediyi bir sözü xatırladı.
Qorxacaqsan
lakin
qorxduğunu
heç
kəsə
bildirməyəcəksən. Necə ki, müharibəyə gedən əsgər kimi.
Qorxur, həmdə necə. Edəcəyi səhv onu ölümə aparacaq.
Qorxarsa, diqqətli olacaq və yaĢayacaq, qorxmazsa ölümə
doğru iri addımlarla irəliləyəcək.
Nərgizin səs çıxartmadan oturduğun görüb xəyala
daldığın düĢünürdülər. Əslində də, səhv düĢünməyirdilər.
Görəsən nə edəkdə, yenə gülsün, azda olsa həyatına
maraq qataq deyə düĢünürdülər. Fariz film məsələsin
eĢidəndən sonra əgər xoĢbəxt olacaqsa yazdığını nəĢr
elətməyə hazır olduğunu dedi. Hər kəs onun yenidən
gülməsi üçün hər Ģeyini verməyə hazır idi.
Hava onu açmıĢdı. Qəfəsdən azad olunmuĢ quĢ kimi
özünü fərah hiss edirdi. Göydə quĢ olub uça bilərdi.
Gülür, həzn əsən küləklə sanki rəqs eləyirdi. Saçlarını önə
atıb əli ilə oynayır, saçlarına xumar çəkirdi. Atasının onun
saçı ilə oynamasını xatırladı. Saçını kəsdirməyə qoymaz,
uzatması üçün israr edərdi. Gülnaz gizlicə bir – iki dəfə
saçın kəsmiĢdi deyə aləmi bir – birinə qatmıĢdı. Hər iĢdən
evə gələndə qızını qucağına alar, saçları ilə oynayardı.
Səhərləri məktəbə gedərkən darağı əlinə alaraq atasının
yanına qaçar saçını daraması üçün yerə əyilərdi.
-Nərgiz, istəyirsənsə gedək. – deyəsən anası idi.
172
Zaman keçdikcə hər kəsin üzünü unudurdu. Səsləri ilə
ayırd eləməyə çalıĢırdı.
-Hə. Gedək. – getmək istəməməsinə baxmayaraq
razılaĢdı.
İyirmi beşinci fəsil
Gülnaz evi təmizləməklə gününü keçirdir, axĢam
düĢənəcən baĢını qatacaq məĢğuliyət gəzərdi. Ev təmiz
olmasına baxmayaraq təmizlədiyi yeri hər iki gündən bir
təmizləyərdi. Nərgizin otağı əksərən boĢ olardı. Nərgiz
RövĢənin otağında yatdığından Nərgizin öz otağı boĢ
olardı.
Gülnaz RövĢənin otağına girib Nərgizin yerə saldığı
kağızlarını götürərək masasına qoydu. Yatağının arxa
hissəsinə düĢən bir vərəq görür. YırtılmıĢ, yarım vərəq idi.
götürüb əlinin içində bükərək atmaq üçün saxlayır.
Yatağını əli ilə təmizləyib kənarların düzəldib otaqdan
çıxdı. Yerdən tapdığı vərəqi atmaq istəyəndə içində
yazının olduğun görüb içini açıb baxdı. Gözlərinə inana
bilməyirdi. Bu həmən vərəq idi. Nərgizin günlərlə özünü
hədər elədiyi vərəq. Yusifin nömrəsi olan vərəq idi bu.
Qaçaraq Nərgizin yanına getməyə baĢladı. Sevinəcəyin
düĢünürdü. Bəlkədə, qızının həyatını dəyiĢəcəkdi. Onu
istədiyi həyata aparacaqdı. Kitabı çıxacaq, filmə
çəkiləcəkdi. Dəhliz boyu qaçaraq açıq qapıdan özünü çölə
atıb həyətlərində ki kresloda əyləĢən qızına tərəf qaçaraq
– otağından nə tapdım? – təxmin elə.
Həvəssizcəsinə anasına cavab verdi:
-Nə?
-Ġndi zəng edəcəksən ya yazıb qurtarmamısan hələ?
Söhbətin nə olduğun anlamağa çalıĢaraq anasının nə
tapdığını, kimə zəng edəcəyini, nə yazdığını düĢünməyə
baĢladı.
Dostları ilə paylaş: |