Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə49/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   45   46   47   48   49   50   51   52   ...   67

170 
 
-Mən  qızımı  ən  gözəl  yerə  apararam.  –  Nərgizi 
qucaqlayaraq  gəzinməyə  baĢladı.  –  yeməyə  nəsə 
gətirmisən?  
-Bildiyin baĢqa Ģey yoxdu ki. Elə qarınını düĢün.  
-Qarın  tox  olsun,  nə  olur  olsun.    –  həm  qızımda  acıb. 
Hə? – Nərgizə baxıb səsləndi. 
Babasının  tərəfin  tutmaqdan  ötrü,  gülümsəyərək  –  hə, 
acmıĢıq. – dedi.  
Nərgiz babasının köməyi ilə otun çökəlib otun üstündə 
oturdu.  Qulağına  nənəsi  ilə  anasının  anlaĢılmaz  sözləri 
gəlirdi. Arada onların söhbətinə babasıda qoĢulurdu. Biraz 
sonra  nənəsi  əlində  çörək  arası  hazırladığı  yeməyi  ona 
gətirib  verdi.  Stəkanda  ayranı  yanına  qoyub  əli  ilə  ona 
göstərdi.  
Tək qalıb, təmiz hava alsın deyə Nərgizi tək buraxaraq 
yanından  ayrılıb  aralıda  oturdular.  Nərgiz  çörəyindən 
diĢləm alıb yavaĢ – yavaĢ çiynəyərək ətrafı təsəvvüründə 
canlandırmağa çalıĢırdı. Təsəvvüründə sağ tərəfində yan – 
yana  duran  ağacların  olduğun,  sol  tərəfində  anasının, 
nənəsinin,  babasının  oturub  onun  haqqında  söhbət 
elədiyin  düĢünürdü.  Yəqin  arxasında  da  çoxda  hündür 
olmayan  bir  dağ  yüksəlirdi.  Önündən  də  məsələ  upuzun 
yaĢıllıq  keçir.  Bəlkə  də,  belə  deyildi.  Ancaq  kor  insan 
üçün  nə  fərqi?  Onlar  üçün  hər  yer  cənnət,  həmdə 
cəhənnəmdi. Necə istədiylərindən asılıdı sadəcə.  
Nərgiz nəfəsin dərərək təmiz havanı ciyərlərinə ötürdü. 
Necədə  fərqli  qoxurdu  hava.  Qoxusu  qədər  görünüĢüdə 
gözəl  idimi?  Gözəl  olmasın,  yox.  Pis  olsun.  O,  zaman 
paxıllıq  çəkməzdi.  Onların  doya  –  doya  baxdıqları  bu 
mənzərəni,  bircə  dəqiqəliyinədə  olsa  görmək  üçün 
ömrünün yarısını verə bilərdi. Bəlkədə, bu mənzərə onlar 
üçün sadə, heçdə önəmli əhəmiyyət daĢımayan bir Ģey idi. 
Hər  gün,  hər  saat,  hər  dəqiqə  görürdülər.  Səndə  nə 
çoxdusa  o,  sənə  bir  o  qədərdə  maraqsız  gələr.  Yoxdusa 
ona  həsrət  edərsən.  Ġnsan  ömrünün  yarısını  pul 
qazanmaqdan  ötrü  hədər  verər.  çalıĢar,  didiĢər  və  sonda 


171 
 
buna nail olar. Sonra isə puldan baĢqa nə var deyə axtarıĢa 
çıxar  və  onu  istəyər  onun  üçün  çalıĢar  və  onu  alar. 
Beləliklə,  insanın  istəyi  heç  zaman  bitməz.  Taa  ki,  ölənə 
qədər. 
BƏLKƏDƏ,  ÖLÜMSÜZLÜYÜ  ĠSTƏSƏK 
ONADA SAHĠB OLA BĠLƏRĠK. KĠM BĠLĠR... BƏLKƏ 
DƏ, ĠSTƏMƏK ZAMANIMIZDI.  
Qorxuyla  yaĢamaq  lazımdı.  Hər  Ģeydən  qorxmaq 
gərəkdi.  Qorxub  qaçmaq  yox,  o  insanı  aciz  edər.  Sadəcə 
qorxmaq.  Qorxmaq  hissi  insanı  bərk  edər.  Yol  keçmək 
istəyən  bir  insanı  düĢünün.  Qorxusuz  olarsa,  ölər. 
Qorxarsa  yaĢayar.  Necə?  Yolu  keçmək  üçün  maĢınların 
arasından  keçməyə  cəhd  edərsə  ölər,  keçidlə  keçərsə  sağ 
qalar. Nərgiz atasının həmiĢə ona dediyi bir sözü xatırladı. 
Qorxacaqsan 
lakin 
qorxduğunu 
heç 
kəsə 
bildirməyəcəksən. Necə ki, müharibəyə gedən əsgər kimi. 
Qorxur,  həmdə  necə.  Edəcəyi  səhv  onu  ölümə  aparacaq. 
Qorxarsa, diqqətli olacaq və yaĢayacaq, qorxmazsa ölümə 
doğru iri addımlarla irəliləyəcək.  
Nərgizin  səs  çıxartmadan  oturduğun  görüb  xəyala 
daldığın düĢünürdülər. Əslində də, səhv düĢünməyirdilər. 
Görəsən  nə  edəkdə,  yenə  gülsün,  azda  olsa  həyatına 
maraq  qataq  deyə  düĢünürdülər.  Fariz  film  məsələsin 
eĢidəndən  sonra  əgər  xoĢbəxt  olacaqsa  yazdığını  nəĢr 
elətməyə  hazır  olduğunu  dedi.  Hər  kəs  onun  yenidən 
gülməsi üçün hər Ģeyini verməyə hazır idi. 
Hava  onu  açmıĢdı.  Qəfəsdən  azad  olunmuĢ  quĢ  kimi 
özünü    fərah  hiss  edirdi.  Göydə  quĢ  olub  uça  bilərdi. 
Gülür, həzn əsən küləklə sanki rəqs eləyirdi. Saçlarını önə 
atıb əli ilə oynayır, saçlarına xumar çəkirdi. Atasının onun 
saçı  ilə  oynamasını  xatırladı.  Saçını  kəsdirməyə  qoymaz, 
uzatması  üçün  israr  edərdi.  Gülnaz  gizlicə  bir  –  iki  dəfə 
saçın kəsmiĢdi deyə aləmi bir – birinə qatmıĢdı. Hər iĢdən 
evə  gələndə  qızını  qucağına  alar,  saçları  ilə  oynayardı. 
Səhərləri  məktəbə  gedərkən  darağı  əlinə  alaraq  atasının 
yanına qaçar saçını daraması üçün yerə əyilərdi.  
-Nərgiz, istəyirsənsə gedək. – deyəsən anası idi.  


172 
 
Zaman keçdikcə hər kəsin üzünü unudurdu. Səsləri ilə 
ayırd eləməyə çalıĢırdı. 
-Hə.  Gedək.  –  getmək  istəməməsinə  baxmayaraq 
razılaĢdı. 
 
 
İyirmi beşinci fəsil 
 
Gülnaz  evi  təmizləməklə  gününü  keçirdir,  axĢam 
düĢənəcən  baĢını  qatacaq  məĢğuliyət  gəzərdi.  Ev  təmiz 
olmasına baxmayaraq təmizlədiyi  yeri  hər  iki  gündən bir 
təmizləyərdi.    Nərgizin  otağı  əksərən  boĢ  olardı.  Nərgiz 
RövĢənin  otağında  yatdığından    Nərgizin  öz  otağı  boĢ 
olardı.  
Gülnaz  RövĢənin  otağına  girib  Nərgizin  yerə  saldığı 
kağızlarını  götürərək  masasına  qoydu.  Yatağının  arxa 
hissəsinə düĢən bir vərəq görür. YırtılmıĢ, yarım vərəq idi. 
götürüb  əlinin  içində  bükərək  atmaq  üçün  saxlayır. 
Yatağını  əli  ilə  təmizləyib  kənarların  düzəldib  otaqdan 
çıxdı.  Yerdən  tapdığı  vərəqi  atmaq  istəyəndə  içində 
yazının  olduğun  görüb  içini  açıb  baxdı.  Gözlərinə  inana 
bilməyirdi.  Bu  həmən  vərəq  idi.  Nərgizin  günlərlə  özünü 
hədər  elədiyi  vərəq.  Yusifin  nömrəsi  olan  vərəq  idi  bu. 
Qaçaraq  Nərgizin  yanına  getməyə  baĢladı.  Sevinəcəyin 
düĢünürdü.  Bəlkədə,  qızının  həyatını  dəyiĢəcəkdi.  Onu 
istədiyi  həyata  aparacaqdı.  Kitabı  çıxacaq,  filmə 
çəkiləcəkdi. Dəhliz boyu qaçaraq açıq qapıdan özünü çölə 
atıb həyətlərində ki kresloda əyləĢən qızına tərəf qaçaraq 
–  otağından nə tapdım? – təxmin elə. 
Həvəssizcəsinə anasına cavab verdi: 
-Nə? 
-Ġndi zəng edəcəksən ya yazıb qurtarmamısan hələ? 
Söhbətin  nə  olduğun  anlamağa  çalıĢaraq  anasının  nə 
tapdığını,  kimə  zəng  edəcəyini,  nə  yazdığını  düĢünməyə 
baĢladı. 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə