Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə47/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   43   44   45   46   47   48   49   50   ...   67

161 
 
-Yox,  danıĢaq.  Neçə  illk  ərimdi,  ilk  dəfədi  belə  rahat 
danıĢır. Neçə illik yığdığın tökür.  
-Biraz  çox  danıĢdım  deyəsən.  –  Emin  Ronaya  baxıb 
onun ciddiyə aldığın görüb susdu. 
Bir saat daha oturdular. Digər mövzularda, dərslərdən, 
Eminin ölkənin iqtisadiyyatını necə görməsindən, neftdən 
asılı  olduğun  hələ  neçə  ildə  asılı  olacağından  danıĢıldı.  
RövĢənə  neft  sahəsində  bacardığı  qədər  irəliləməsini, 
lakin neftə sonadək ümid bağlamamasını dedi. Bacararsa, 
özü  üçün  Ģəxsi  biznes  qurmasınada  yönəlməsin  məsləhət 
gördü.  
Sonda  Emin  hesabı  ödəyərək,  restorandan  ayrıldılar.  
Emin  RövĢənə  onu  da  maĢınla  evə  ötürmək  üçün  israr 
eləsədə RövĢən təĢəkkür edib özü getmək istədiyin deyib 
sağollaĢdı.  
RövĢən  Dənizgili  maĢınlarına  minib  restorandan 
ayrılanacan  müĢahidə  elədikdən  sonra  özüdə  ayrılaraq 
küçəyə  çıxdı.  Saat  on  birə  iyirmi  dəqiqə  qalmıĢdı. 
Dayanacağa  qədər  piyada  qalxıb  avtobusu  gözləməyə 
baĢladı.  Avtobus  iki  dəqiqə  keçmədiki  içində  üç  –  dörd 
nəfərlə  dayanacağa  yaxınlaĢdı.  Keçib  boĢ  yerlərdən 
birində  əyləĢib  bu  gün  olanları  kadr    -  kadr  gözünün 
önündən  keçirtdi.  Dənizin  atasının  onu  sevdiyin 
düĢünürdü, çünki ona qarĢı heç soyuq deyildi. Hətta uzun 
müddət  tanıyırmıĢ  kimi  söhbət  edirdi.  Rona  xanım  biraz 
ağır idi. Özü ilə arasında sərhət qoymuĢdu.   
Dayanacağa  çatıb  avtobusdan  düĢərək  qaranlıqda 
binaya  doğru  irəlilədi.  Küçədə  qaçıĢan  bir  –  iki  insana 
rastlaĢmaq  olardı.  Onların  iĢdən  gəlib  evə  qaçdığların 
təxmin  eləmək  çətin  deyildi.  Ya  da,  marketə  getmiĢ  ola 
bilərdilər.  
Binaya  girib  qaldığı  mərtəbəyə  qalxıb  cibindən  açarı 
çıxartıb qapını açdı. Ġçərinin iĢığın yandırıb qonaq otağına 
keçdi. Kresloya uzanaraq telefonun çıxartıb Dənizə mesaj 
yazdı. “çatmısınız?” 
Dəniz – Hə, biraz olar girdik evə. Sən necə çatdın? 


162 
 
RövĢən – Məndə təzə girdim. DanıĢ görüm. 
Dəniz – Nə danıĢım? 
RövĢən  –  Nə  danıĢacaqsan?  Məni  necə  görüblər? 
bəyəndilər? 
Dəniz  –  Atam  bəyənib.  Bütün  yolu  səni  təriflədi. 
Anam  yenədə  dedektivlik  edir.  Ancaq  oda  sevib.  Yoxsa 
qarĢı çıxardı. 
RövĢən – Bəyəndiklərinə sevindim. Nəsə səhv edərəm 
deyə özüm özümü yedim. 
Dəniz  –  Bəyənməyib  nə  edəcəkdilər  ki?  səndən  yaxĢı 
kürəkən tapacaqlar?  
RövĢən – Səni çox sevirəm.  
Dəniz – Məndə səni. 
RövĢən – Yat, dincəl. Səhər dərsdə görüĢərik.  
Dəniz - Gecən xeyrə. 
RövĢən – Sənində. 
 
***  
 
 
-Dediyindən  belə  çıxır  ki,  sevib  səni?  –Ceyhun, 
müəllimə  baxaraq  yanında  əyləĢdiyi  RövĢənlə  söhbət 
eləməyə davam elədi. 
-Mənə  elə  gəldi.  Yemək  zamanı  deyib  –  gülürdün, 
məndən sonrada Dənizə tərifləyib. Yəni, Dənizin dediyinə 
görə. – RövĢən, müəllim eĢitməsin deyə alçaq səslə dedi. 
-Sən necə?  
-Mən?... Mən nə? 
-Sən  necə  gördün  ailəsin?  BaĢa  düĢdə.  –  RövĢənə 
acığlanarmıĢ kimi səsin titrətdi.  
-Əgər xasiyətlərin deyirsənsə, yaxĢı idilər. Gözlədiyim 
tamam əksi ilə qarĢılaĢdım. Səmimi, mehriban idilər. 
-YaxĢı,  keçək  ikinci  mövzuya.  –  partaya  dirsəklənib 
RövĢənə baxdı. 
-Nəsə olub? 
-Olacaq. 


163 
 
-Olacaq? 
-Və  olması  üçün  sən  və  sənin  sevgilin  mənə  yardım 
edəcəksiniz. 
-Biz?  Nə  olub?  Açıq  –  aydın  de  görüm.    –  RövĢən 
diqqətlə dostuna baxdı. 
-Dənizə desən, Günelin ağzını yoxlasa, sevgilisi var ya 
yox, öyrənsə. 
-Hə,  o,  məsələ.  –  RövĢən  gülmək  istəsədə  müəllimin 
onlar tərəfə baxdığın görüb sakitləĢdi. 
-Sən  desən  yox  deməz.  Əsas  öyrənsin  ki,  sevgilisi  ya 
sevdiyi birisi var? 
-Olmasa nə edəcəksən? 
-Onu sonra fikirləĢərəm. Əsas birinci kəĢfiyyat yürüĢü 
eləmək  lazımdı.  Çingiz  xan  taktikası.  –  RövĢənə  göz 
vurdu. 
-Tənəfüsdə danıĢarıq.  
Tənəffüsdə  RövĢən  Dənizə  çıxmamasını,  onun 
köməyinə  ehtiyacları  olduğun  deyib  Ceyhunun  yanına 
gətirdi.  
Ceyhun  olanları  Dənizədə  danıĢıb,  ona  yardım 
etməsini xahiĢ elədi. Dəniz Ceyhunun dediklərin diqqətlə 
dinləyir,  onun  üçün  nə  edə  biləcəyi  haqqında  düĢünürdü. 
Ceyhundan  tam  olaraq  nə  etməsin  istədiyin  soruĢur, 
Ceyhun  isə  sadəcə  ağzını  yoxlamasını  istəyir.  Birdə  bu 
xəbərin baĢqa heç kimin bilməməsin xahiĢ edir. Dəniz söz 
verərək ayrılır.  
Sonuncu  dərs  bitəndən  sonra  Dəniz  RövĢəni  çağırıb 
ona  nəsə  pıçıldayır  və  heç  Ceyhunada  yaxınlaĢmadan 
sağollaĢıb qızlarla bərabər gedir.  
-Nə dedi? 
-Sənə özüm qız tapacam. – dedi.  
-Mənim onu istədiymi Günelə deyib? 
-Deməyə ehtiyacı qalmayıb. 
-Sevgilisi  var  demək.  –  Ceyhun  divara  söykənərək 
qollarını dirsəklədi.  
-Təəssüf. Nə eləmək olar? 


164 
 
-Bəs kimdi? Heç görməmiĢik.  
-Yəqin universitetdən xaricdədi. 
Ceyhun danıĢmırdı. 
-Ceyhun?  –  RövĢən,  dostunun  səsini  çıxartmadığın 
görüb onu çağırdı. 
Ceyhun baĢın qaldıraraq ona baxdı. 
-Gəzək? Hava almıĢ olarıq. 
Ceyhun  razılaĢaraq  doğrulur.  RövĢən  ona  qapıda 
gözləməsin,  kitabxandan  kitabın  götürüb  gələcəyin 
deyərək yanından ayrılır.  
 
 


165 
 
İyirmi dördüncü hissə 
 
“Ġnsanlar dünyanı  yalnız gözləri açıq Ģəkildə görməyə 
öyrəĢiblər.  Gözləri  yumulu  halda  dünyaya  baxsalar  daha 
çox görərlər. Bir insanın üzünə baxarkən onun gözəlliyini 
görərsiniz,  ya  onun  qəlbini  necə  görə  bilərsiniz?  Qəlbi 
görməyə  neçə  göz  lazımdı?  Gözünü  bağla,  ətrafa  bax. 
Gözünü  bağla,  səmaya  bax.  Göz  insanın  sevgisini, 
güvənini  itirir.  Görən  insan  yalnız  gördüyünə  inanar. 
Gördüyü insanı, sevər, gördüyü insana güvənər. 
Əsl  hünər,  gördüyünü  sevib,  ona  güvənmək  deyil. 
Görə  bilmədən  sevmək,  görə  bilmədən  birinə 
güvənməkdi.  Gözünü  bağla  və  əlini  tut.  O,  səni  aparsın. 
Qəlbində  düĢünmə  ki,  o  məni  uçuruma  aparacaq. 
DüĢünmə ki, bir addım sonra sənin əlini uçurumdan aĢağı 
buraxacaq. Əgər, bunu bacarırsansa sən bir quĢsan. Gözün 
görməsədə qanadın olar.” 
QəĢəng  yazıb.  Gözləri  görməsədə  qəlbi  ilə  hər  Ģeyi 
görə  bilir.  Bizdən  belə  çox.  –  Gülnaz,  Nərgizin  yazdığı 
sətrləri vərəqdən anasına oxudu.  
-UĢaqlığından  özünü  böyük  kimi  aparıdı.  DavranıĢı, 
danıĢığı  yetkin  qız  kimi  görünməsi  onu  fərqli  edirdi.  – 
Validə dedi.   
-Qızım  həmiĢə  özündən  böyük  olub.  Həyatın  bütün 
çətin tərəflərin görüb. UĢaq yaĢında gözünü itirdi. Ardıyca 
atasın  itirdi.  Böyüyür,  evlənəcək  yaĢa  gəlir.  Onun 
yaĢıtlarının  uĢağı  var  mənim  qızım  isə  evdən  çölə  çıxa 
bilməyir.  
-Yatır indi?  
-Yatıb  ya  oyaq  olduğu  bilinir  ki?!  Uzanır  özü  üçün. 
Arada  qalxır,  pəncərədən  çölü  seyr  eləyir,  vərəqləri 
götürür  nəsə  yazır  təzdən  uzanır.  Sonra  gəlir  yanıma, 
məni səsləyir. Birlikdə həyətə düĢürük. Söhbət edirik. Çay 
içirik. Günümüz belə keçir.  


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə