Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə46/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   42   43   44   45   46   47   48   49   ...   67

157 
 
-YaxĢıdı,  yatır.  Dünən  səni  soruĢdu  ki,  niyə  zəng 
eləmir.  Mənə  dedi  ki,  sən  zəng  elə  danıĢaq.  Deyəndən 
sonra  ki,  dərsləri  var  yəqin,  ona  görə  zəng  eləmir 
sakitləĢdi biraz. 
-Ağrımırdısa  danıĢardım.  Qalxanda  zəng  edərəm 
danıĢarsız. – Gülnaz dedi. 
-Birazdan mən evdə olmayacam.  
-Hara gedəcəksən ki? 
-Dənizin ailəsi ilə tanıĢ olacam. Çağırıblar məni.  
-Belə  tez?  Bizi  soruĢsalar  nə  deyəcəksən  bəs?  Tək 
getməyin düz olmaz.  – Gülnaz dedi. 
-Nə  olacaq  ki?  Həm  eləcə  tanıĢ  oluram,  heçnə 
eləməyəcik ki.  
-YaxĢı.  Heç  qızı  mən  görməmiĢəm,  tanımıram  sən 
ailəsi ilə görüĢürsən.  
-Sizi  də  tanıĢ  edəcəm.  Narahat  olma.  –  RövĢənin 
üzündə təbəssüm yarandı. 
-Nə vaxt gedirsən, bəs? 
-Birazdan. On dəqiqəyə çıxıram.  
-YaxĢı,  get.uğur  olsun.  XoĢbəxt  olda,baĢqa  nə 
istəyirəm ki?! 
-Hələlik.  Nərgizədə  salam  de.  Sabah  danıĢarıq  onunla 
da.  
-YaxĢı.  
RövĢən telefonu söndürüb saatına baxdı. çıxmaq vaxtı 
idi.  
Qapını  bağlayıb  binadan  düĢəndə  telefonuna  mesaj 
gəldiyin hiss elədi. Dəniz idi. Onlarda evdən çıxmıĢdılar.  
Avtobus  restoranın  bir  küçə  kənarında  saxladı. 
Avtobusdan  düĢərək  telefonun  çıxartıb  Dənizə  yazdı  ki, 
hardasız? – gəlim? 
“BeĢ dəqiqədi gəlmiĢik. Çatmısansa gəl.” 
Iki dəqiqə sonra... “qapıdayam” 
Dəniz ayağa qalxaraq RövĢənə boylandı. Uzaqdan biri 
görüldü. Düz qamətli olmağa çalıĢır, üzündə isə təbəssüm 
var  idi    YaxınlaĢaraq,  salam  verdi.  Dəniz  əli  ilə  atasın 


158 
 
göstərib,  mənim  atamdı,  Emin.  Sonra  anasına  dönərək,  
anam  Rona.  Sonra  isə  RövĢənə  tərəf  çevrilib  bu  da 
RövĢən.  
RövĢən  əl  uzadaraq  Eminlə  görüĢdü.  –  tanıĢ 
olduğmuza Ģad oldum.  
-Məndə,  əyləĢ.  –  Emin  Dənizin  yanındaki  masanı 
göstərərək buyur elədi. 
Ofisiant  yaxınlaĢaraq  nə  istədiklərini  soruĢdu.  Emin 
yemək  seçimi  ilə  zaman  itirmək  istəmədiyindən  yemək 
seçib hər kəsi onunla razılaĢdırdı.  
-Özündən  danıĢ  biraz.  Daha  yaxından  tanıyaq  səni.  – 
Eminin  üzündə  ciddi  və  qəribə  gülüĢ  doğuran  bir  forma 
yaranmıĢdı. 
RövĢən  sudan  bir  qurtum    alıb  nə  deyəcəyi  haqqında 
düĢünməyə  baĢladı.  “Rayondan  artıq  iki  il  yarımdı  ki, 
gəlmiĢəm.  Dənizlə  eyni  ixtisasda  təhsil  alıram.  Ailəm 
rayondadı,  burda  tək  yaĢayıram.  Atam  ölüb.  Anam  və 
bacım  var.  Bacım  uĢaqlıqda  keçirtdiyi  bir  qəza 
nəticəsində  gözlərini  itirdi.  Görə  bilməyir.  BaĢqa... 
Maraqlı qalan bir Ģey varsa, buyurun soruĢun” 
-Atanın ölüm səbəbi xəstəliyi idi, ya qəza olub?  
-Xəstəliyi  yox  idi.  BaĢına  qan  sızması  nəticəsində 
öldü.  Bacımın  gözlərini  itirməsi  onu  çox  üzmüĢdü. 
Nərgizin  yəni  bacımın  kor  olması  bacımdan  çox  atamı 
üzdü.  Çünki,  bacımı  çox  istəyərdi.  kimə  əsəbləĢsədə 
Nərgizə  səsin  qaldırmazdı.  Nərgizi  evdə  ədalət  tərəzisi 
kimi görürdü. Oxumağa marağı, çalıĢqanlığı atmada daha 
çox bağlılıq yaratmıĢdı.  
-Olanlara görə üzüldüm. BaĢınızdan bəlalar keçib. Bəs 
indi  necə?  Bacın  yaxĢıdı?  Ya  ailən,  atandan  sonra 
dolanıĢıqda  problemləriniz  olub  yəqin.  Sizə  dəstək  olan 
biri var, ya sən çalıĢırsan? Yoxsa anan iĢləyir? 
-Bu  qədər  dərinə  girməyin  nə  mənası  var?  –  Dəniz 
atasına baxaraq gülümsədi. 
-Tanımaq  istəyirəm  sadəcə.  Məncə  suallarım  sıxmadı. 
Düzdü? – RövĢənə baxıb gülümsədi.  


159 
 
-Buyurun.    –  RövĢən  gülümsəyərək  təsdiq  elədi.  – 
atam  öləndən  sonra  biraz  sıxıntımız  oldu.  düzdü.  Babam 
bizə  dəstək  oldu.  Anamın  atası.  Mənim  burdaki  bütün 
xərclərimidə babam qarĢılayır.  
-Nə gözəl, dəstək olur sizə.  
-Bəli. Əziyyəti çoxdu üzərimdə.  
-Burda özündə çalıĢırsan?  
-Uzun zaman idi ki, çalıĢırdım. Təzəlikcə ayrıldım.  
-Anan  Bakıya  gəlib  heç?  –  Rona  Eminlə  RövĢənin 
söhbətin bölərək RövĢənə dedi. 
-Xeyr,  tətillərdə  mən  gedirəm.  Bacıma  görə  gəlib  – 
getməyi problemli olur.  
-Bildiyim qədərdə ailən Dənizlə tanıĢ olmayıb hələ. 
-Tanıyır,  yəni  bilir.  ġəkilini  görüb,  ünsiyyətdə 
olmayıblar  hələ.  Qismət  olarsa,  bu  yaxınlarda 
görüĢdürəcəm. – Dənizə baxaraq gülümsədi.  
Söhbətlərinə  ara  verərək  yemək  yeməyə  baĢladılar. 
RövĢən Dənizin əlinə  fikir  verərək çəngəli sol əlinə alıb, 
bıçaqla kəsməyə çalıĢırdı.  
-Universitetdən  bitirdikdən  sonra  ixtisasın  üzrə 
çalıĢmaq  istəyirsən?  Yoxsa  nə  iĢ  taparsam  çalıĢaram 
məsəli olacaq? – Eminin sualı sakitçiliyi pozdu. 
-Ġxtisasıma  bağlılığım  yoxdu.  Əgər  öz  sahəmdə 
alınmasa baĢqa iĢdə də iĢləyərəm.  
-Dəniz  universitetə  hazırlaĢanda  ona  daha  humanitar 
olan  bir  sahəni  seçməsin  məsləhət  gördük,  o,  isə 
riyaziyyata  maraqı  var  deyə  texniki  fənnlərə  hazırlaĢdı. 
Gəldi, neftə sahəsiə qəbul oldu. Gedib orda nə iĢləyəcək, 
bilmirəm.  
RövĢən nə deyəcəyin bilmədiyi üçün gülümsədi. 
-ġahmat oynamağı necə bacarırsan?  
-Təzə - təzə öyrənirəm.  
-Təxmin  elədim.  Dəniz  ola  və  Ģahmatı  bilməyənlə 
yaxınlıq edə. Bilmsədə öyrədər.  
-Dediyin eləyən qızınız var. – RövĢən Dənizə baxaraq 
dedi. 


160 
 
Dəniz  gülümsədi.  Nəsə  demək  istəsə  də  fikrindən 
dönüb susdu.  
-Qadınlar  elədi.  Dediyi  olmalıdı.  Biz  kiĢilər  özümüzü 
onlara həsr edərik. Canımızı belə onlara verməyə hazırıq. 
Onların isə istədiyi bu deyil. Onlar bütün günü yanlarında 
oturub  onların  nə  qədər  gözəl  olduğların  onlara  dönə  - 
dönə  deməyimizi  istəyərlər.  Evə  gəlməyimizə  deyildə, 
evə  gələrkən  aldığımız  gülləri  sevərlər.  Qadınlar  tez 
küsərlər,  istədikləri  olanacanda  barıĢmazlar.  Qadınlar 
kiĢilərin  içini  görə  bilməyirlər.    Biz  kiĢilər  qapalı  olarıq,  
sevdiyimizi  hər  yerdə  açıq  bölüĢə  bilmərik.  Çünki, 
sevgimizi  baĢqası  ilə  bölüĢməyi  sevmərik.  Sevdiyimizi 
baĢqası  bilsin  istəmərik.  Onlar  isə  bunu  səhv 
qiymətləndirərlər 
və 
bizim  onları  sevmədiyimizi 
düĢünərlər.  FikirləĢməzlər  ki,  sənin  qəlbində  onun  yeri 
çiçəyin  qoxusu  kimidi.  Qoxusuz  çiçək  heç  kəsə  lazım 
deyil.  Bunlar  isə  onu  görmək  istəməz.  Sevgini  iki  Ģirin 
sözdə və sonsuz hədiyyələrdə görərlər.  
-Tök,  içini  tök.  Sənində  içindəkiləri  görək.  –  Rona 
ərinə  baxıb,  gözünü  qısıb  ovunu  gözləyən  qartal  kimi 
hazırda durmuĢdu.  
-Sənin  sayəndə  atamdan  eĢitmədiyim  gerçəkləridə 
eĢitmiĢ olduq. – Dənizdə söhbətə qoĢuldu. 
-Ġllərin təcrübəsidi, yəqin doğru olar. – RövĢən Eminə 
dəstək verdi. 
-Deməli eyni düĢüncədəsiz. Nə olar, elə olsun. – Dəniz 
çəngəlini boĢqaba batırıb tikəsin ağzına apardı. 
-Sən  doğru  ola  bilərsən,  lakin  qadınla  bunun 
mübahisəsin  etməyəcəksən.  Bəri  baĢdan  tabe  olmalısan. 
Əvvəl – axır, o doğru olacaq. BoĢ yerə özünü yorma.  
-Bunu  düz  deyir.  Siz  kiĢilər  dünyanı  idarə  edərsiniz, 
qadınlardan  daha  güclüsünüz  bu  sahədə.  Lakin 
unutmayın,  biz  dünyanı  idarə  etməsəkdə,  dünyanı 
idarəedəni idarə edərik. – Rona dedi.  
-Cəbhə  yaranacaq  birazdan.  Mövzunu  dəyiĢsək  yaxĢı 
olar. – Dəniz gülərək dedi.  


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə