Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə2/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   2   3   4   5   6   7   8   9   ...   67


 
oxumasını 
istəyirdilər. 
Təhsilləri 
olmadığındam 
düĢdükləri  bu  Ģəraitə  onlarında  düĢməsin  istəməyirdilər. 
Atası  daha  çox  RövĢənlə  bu  müzakirəni  edərdi.  Birdə 
bacısı  ilə  rəftar  etməsi  barəsində.  Özündən  böyük 
olmadığı  halda  bacısı  ilə  dalaĢar  hətta  bəzi  hallarda  isə 
onu  vurardı.  Bir  dəfəsində  atasının  orada  olduğundan 
xəbərsiz  olarkən  bacısını  vurmuĢdu.  Uzaqdan  RövĢənin 
üstünə  necə  qıĢqırmıĢdısa  qorxudan  dik  atılmıĢdı.  Bir 
daha  bacısını  vuracağı  halda  onu  döyəcəyin  eĢidəndə 
RövĢən  qorxudan  ağlamıĢdı.  Atası  heç  zaman  onları 
döyməmiĢdi.  Heç  üstlərinə  qıĢqırmazdı.  RövĢəni  onun 
uĢaqlığını  xatırlatdığını  deyərdi.  Ona  baxaraq  uĢaqlıqda 
etdiklərini xatırlayardı.  
QardaĢını  ağlayaraq  görən  Nərgiz  isə  onun  yanına 
gedərək  qucaqladı.  RövĢən  əli  ilə  onu  itələyib  ata  səni 
məndən çox istəyir, bilirəm, dedi. Nərgiz isə ağıllı qız idi, 
həmdə  qardaĢını  çox  istəyirdi.  QardaĢının  yanında 
oturaraq  atasının  hər  ikisini  çox  istədiyini,  ona  sadəcə 
məni  vurdun  deyə  əsəbləĢdiyi,  məndə  səni  vursa  idim 
mənə  də  qıĢqırardı  deyərək  sakitləĢdirməyə  çalıĢdı. 
Həmən gündən sonra isə bacısı ilə dalaĢmamağa çalıĢardı.  
Atasının Bakıya getməsindən sonra aralarında bir – iki 
dəfə söhbət olsa da Nərgizin -  oyun çıxartsan ata gələndə 
hamısın  deyəcəm,  sözün  deməsi  bəs  edərdi  ki,  RövĢənin 
sakitləĢərdi.  
Eyvazın  Bakıda  olduğu  müddətdə  RövĢənin  yaĢının 
çox  olmamasından  bəzi  Ģeylərə  laqeyd  yanaĢması 
Nərgizin  üzəinə düĢən  məsuliyyəti artırmıĢdı. Məktəbdən 
evə gələn kimi yemək yedikdən sonra anasına kömək edər 
sonra  isə  dərsini  etməzdən  əvvəl  RövĢənlə  oyun 
oynayardı. 
Məktəbində  istər  tərbiyəsinə,  istərsədə  davranıĢına 
görə  fərqlənən  Nərgiz,  Eyvazın  ya  da  Gülnazın  hər 
məktəbə  gediĢində  təriflər  yağdırardılar.  Bəzən  dalaĢdığı 
olsa  da  bu  ya  RövĢən  üstündə  olardı,  ya  da  ki,  hansısa 
oğlanın Nərgizə sataĢması üstündə.  



 
Nərgiz  ailənin  sevimlisinə  çevrilmiĢdi.  Özünü  böyük 
kimi aparması, alicənablığı hər kəsin gözündə uĢaq yox – 
gənc,  dünyanı  baĢa  düĢən  bir  qız  kimi  görülürdü. 
QardaĢına  sahib  çıxması,  onunla  məĢğul  olmasıda 
həmçinin  onu  daha  da  qaldırmıĢdı.  Məktəbdə  hər  dərs 
yanına gedər, onun nəyə ehtiyacı olduğu ilə maraqlanardı. 
Evə  gəldikdə  isə  həm  anasına  yardım  etməyə  çalıĢar  və 
boĢ  qalan  zamanını  isə  qardaĢı  ilə  oynamağa  və  birlikdə 
dərs  çalıĢmağa  ayırardı.  Bacısının  ona  göstərdiyi  maraq 
qardaĢında  da ona  sevgi  yaratmıĢdı.  Bütün  günü  yanında 
oturar,  onunla  zaman  keçirtməsi  üçün  onun  qoyduğu 
bütün  Ģərtlərə  əməl  edərdi.  Gülnaz  RövĢəni  mən  yox, 
Nərgiz  böyüdür  deyirdi.  Dediyində  həqiqətdə  var  idi. 
RövĢən evdə ən çox bacısını istəyərdi. 
Heç kəslə bölüĢmədiyi sirrlərini belə bacısı ilə bölərdi. 
Aralarında  az  yaĢ  olmasına  baxmayaraq  Nərgiz  ona  ana 
kimi  yaxın  idi.  Əlbətdə  ki,  aralarında  tez  -  tez  
mübahisələr  düĢərdi.  Nərgizə  qarĢı  bir  neçə  dəfə  sərt 
davrandığına  görə  atası  tərəfindən  xəbərdarlıq  alsada, 
dalaĢanda bəzəndə onu  vurduğu olmuĢdu.  Atası RövĢənə 
nəsə  edər  deyə  həmiĢə  gizlədər,  heçnə  olmamıĢ  kimi 
özünü  aparardı.  Nərgizi  vurduqdan  sonra  atasından 
alacağı cəzanı gözləyərkən bacısının heçnə deməməsi ona 
verilən  ən  böyük  cəza  olardı.  Utandığından  onun  üzünə 
belə baxa bilməzdi. 
Biraz  vaxt  keçməmiĢ  yanında  oturar,  oyuncaqlarını 
verərək  oynamaq  istədiyini  deyərdi.  Evdən  götürdüyü 
konfetləri  cibinə  yığıb,  Nərgizin  yanında  əyləĢərək 
cibindən  çıxartıb  ona  da  uzadardı  ki,  aralarında  ki, 
küskünlük  yox  olsun.  Hər  dəfəsində  konfeti  qardaĢından 
alaraq onu qucaqlayaraq ona gülümsəyərdi. 
Nərgizin  kitablara  olan  marağı  hər  kəsə  məlum  idi. 
Yanında həmiĢə kitab gəzdirər, canı sıxılan kimi kitabını 
açıb oxuyardı. Oxuduğu əsərlərə valeh olmuĢ kimi dalıb, 
əsərin  içində  yox  olardı.  Kitabını  bitirdikdən  sonra  isə 
sonluğu  niyə  belə  oldu?  Ya  ondan  sonra  nə  olacaq  deyə 



 
düĢünməyə  baĢlayardı.  Bəzən  əsərlərə  özü  əlavələr 
verərdi.  Kitabın  yazarına  həsrətlə  baxar,  onun  çox  güclü 
birisi 
olduğun 
düĢünərdi.  Aldığı  qalın  kitabları 
səhifəliyərək  bunu  necə  yazıb  görəsən?  Neçə  günə,  neçə 
ilə yazıb? – deyə düĢünüb, özünün  yazdığı kitabın  xəyalı 
ilə  yatardı.  Dostları  ilə  yaxınlıq  etməməsi  onu  kitablara 
daha  çox  bağlamıĢdı.  Öz  həyatından  kitab  olarmı  deyə 
xəyal  qurardı.  Əsərlərdə  ki,  qəhrəmanların  etdikləri 
fədakarlığları  o  edərmiĢ  kimi  yaĢayardı.  RövĢən 
nağılındaki  sevimli  bir  o  qədərdə  nadinc  qardaĢ  rolunu 
oynayardı. Ondan küsəndə isə onu Ģahı öldürməyə çalıĢıb 
onun yerinə keçmək istəyən pis övlad kimi görərdi. Atası 
dövlətin padıĢahı, anası onun xanımı  – Gülnaz xatun  idi. 
RövĢən  isə  Ģahzadə  idi.  Böyüyəcək  və  bu  güclü  dövləti 
idarə  edəcək  bir  hökmdar  olacaqdı.  Özünü  isə  bu  ailənin 
möhkəm  və  güclü  olması  üçün  çalıĢan,  onları 
düĢmanlardan qoruyan  fədai kimi görərdi. Əjdaha qalaya 
hücum  eləyir,  lakin  ailənin  qorunması  üçün  canını  fəda 
edən  Nərgiz  pis  niyyətli  əjdahanı  məğlub  edərək  ailəsini 
qurtarır. 
Nağılı həmiĢə xoĢ sonluqla bitməli idi. Bu, belə olmalı 
idi. Sonda həmiĢə olduğu kimi yenədə o, qazanmalı idi.  
Qız  uĢağı  atasına  bağlı  olar  dedikləri  düz  idi.  Nərgiz 
atasına  daha  çox  bağlı  idi.  Anasınıda  əl  bətdə  çox 
istəyirdi. Atasının isə yeri ayrı idi. Bəzən atası iĢ ilə bağlı 
gec gələr, ya günlərlə olmazdı. Atasının yoxluğu ona çox 
təsir  edərdi.  Atasının  iĢ  üçün  getməsi  onu  çox  üzürdü. 
Eyvazda  qızına  düĢkün  idi.  RövĢəndən  çox  onunla 
danıĢar, onun qayğısına qalardı. Tərifləyərkən qızını yerə 
- göyə sığdırmaz, onun çox ağıllı olduğun, güclü olduğun 
deyərdi. 
RöĢən  bunu  kənardan  görüb  qısqanır, 
qısqanclığın çox bildirməzdi.  
 
 
İkinci hissə 
 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə