Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə9/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

29 
 
-Onlarda  düzgün  danıĢardılar.  –  özünü  dartaraq 
dərindən nəfəs alıb anasına baxdı.  
-Nə dedilər ki? 
-Çox  gözəl  bilirsən  nə  dediklərin.  Elə  bir  bilərəkdən 
lağ edirlər. Yazıq – yazıq danıĢırlar.  
-Onlar  sənin  bibilərin  idi.  Belə  danıĢma  onlar 
haqqında. 
-Onlarda düzgün danıĢsın.  
-YaxĢı.  Ana,  RövĢən  bəsdi.  Qurtarın.  –  RövĢənlə 
anasının  sözləĢdiyin  eĢidən  Nərgiz  aranı  sakitləĢdirmək 
üçün ayağa qalxdı. – məni evə aparın. Yoruldum.  
Gülnaz  qızının  qoluna  girərək  evə  getməsinə  kömək 
elədi.  RövĢən  isə  əlində  kitabla  həyətdə  qaldı.  Neçə  gün 
idi  ki,  üzü  hələ  gülməmiĢdi.  Belə  gedərdisə  də  gümləyi 
unudacaqdı.  
Qapının  aralalandığın  gördü.  Gələn  atası  idi.  Əlində 
paketlər var idi. Bazarlıq eləmiĢdi yəqin.  
-Sən  niyə  burada  tək  oturmusan?  –  bacını  niyə  tək 
qoymusan? 
-Burda idi. Ana apardı.  
Qapının  səsinə  Gülnazda  gəldi.  Eyvazın  əlindəkiləri 
alıb  çay  istəyib  -    istəmədiyin  soruĢdu.  Hə  cavabın 
alandan sonra isə içəri keçdi.  
-Günün  necə  keçdi?  Eyvaz  RövĢənin  yanında  oturdu. 
RövĢənlə  həmiĢə  ata  –  oğul  kimi  deyildə  dost  kimi 
davaranardı. Oğlunun onun yanında rahat olmasını, bütün 
sirrini onunla paylaĢmasını istəyərdi.  
-Heç. Normal. 
-Nəyəsə əsəbləĢmisən. Görürəm. Əllərin hələ də əsir. – 
RövĢənin  əlindən  tutub  üzünə  güldü.  Bu  an  Gülnazda 
əlində çay ilə gəldi.  
-Nə olub, buna? – Gülnaza baxaraq dedi. 
-Heç, mənlə atıĢdı biraz. Ona görədi yəqin.  
-Nə olduğun danıĢın, məndə bilim.  
-Xədicə  ilə  Elnurə  gəlmiĢdi.  Oturub  Nərgizlə  söhbət 
edirdilər  ki,  qızın  qolundan  tutub  apardı  çölə.  Deyirəm, 


30 
 
onlar  sizi  ziyarət  etməyə  gəlib,  səndə  hörmətsizlik 
edirsən.  
-Durduq  yerə  eləməz  ki,  hər  halda.  Bacılarımda  olsa 
nəsə deyiblər yəqin.- hə nə dedilər ki Nərgizə? Gözləri ilə 
bağlı nəsə dedilər? 
-Mən  heçnə  eləmədim,  görürlər  ki  gözləri  görməyirdə 
daha vah – vah gör necə hala düĢüb, ay qızım həqqi heçnə 
görməyirsən? – niyə deyirlər ki?  
-YaxĢı eləmisən, nə deyim. Bacının tərəfin tutmalısan. 
Kim  olsa  da  yenə  bacının  tərəfini  saxla.  Ġzn  vermə  ki, 
kimsə üzsün onu. Onsuzda üzülüb üzüldüyü qədər.  
-Sən nə edirsən? IĢ var? – Gülnaz dedi.  
-Normal.  Taksi  ilə  çoxda  iĢ  görmək  olmayacaq. 
Rayonda iĢ soraqlaĢdırıram, çıxsa gedəcəm. 
-Yenə çıxıb, Bakıya getmə.  
-Yox. Bu vəziyyətdə hara gedirəm? – Nərgiz neyləyir? 
Gətirərdin də onu da.  
-Yatıb.  
-Yatsın. Evdə qalıb baĢqa nə edəcək ki, guya? 
-Pul  olsa  idi  gözləri  görməyənlər  üçün  məktəblər  var, 
ora göndərərdik. BaĢın qatardı heç olmasa.  
-Harda var ki? Rayonda olar?  
-Olsa nə olacaq? 
-Yazdırarıq.  Ən  azından  biraz  gedər  baĢın  qatar. 
ÖyrəĢənə qədər.  
-Bəs pul? 
-Off, Gülnaz. Niyə belə edirsən? Taparıq. Hardan olsa 
tapacamda.  Onsuz  əsəbim  pozulub.  Səndə  üstümə 
gəlirsən. 
-Tək  sənin  yox.  Hamımızın  Bir  bu  bəla  yuxu  olsa  idi. 
Ayıla bilsə idik.  
-Bilmirəm  həkimin  sözünə  inanım  yoxsa  baĢqa  həkim 
axtarım? 
-Niyə  səni  aldatsın  ki?  –aldatsa  həm  deyərdiki  gəl 
əməliyyat  eləyim  –  Gülnaz  yerindən  duraraq,  -  gedib 
yeməyin altın söndürm biĢər yəqin  deyib evə doğru getdi.  


31 
 
RövĢən  isə  olanlara  sadəcə  kənardan  seyr  etməklə 
kifayətlənirdi. Məktəb alınsa idi yaxĢı olardı. Evdə oturub 
sıxılmazdı.  Hərfləri  öyrənərdi,  özü  də  kitab  oxuyardı. 
Orada uĢaqlar olardı, həmdə. Dostları olardı.  
 
 
Altıncı hissə 
 
 
-Salam,  nə  oldu  belə  tez  gəldin?  –  Eyvazın  gəldiyin 
görən Gülnaz qab yumağı buraxıb qarĢılamağa getdi. 
-YaxĢı  xəbərim  var.  Onu  deməyə  gəlmiĢəm.  Nərgizin 
məktəbin tapdım. MaĢınla aparıb – gətirməkdə olacaq.  
-Bəs pulu? – Ģampunlu əlini silkələyərək dedi. 
-BaĢladında  yenə.  Pulun  yarsın  danıĢdım  dövlət 
ödəyəcəkmiĢ. Yarsında bir tərli ödəyərik.  
-Elə deyirsənsə. Nə vaxtdan baĢlayacaq, bəs? 
-Sənədlərini 
məktəbdən 
çıxartmalıyam. 
Birdə 
gözlərinin görmədiyinə aid kağızları aparmaq lazımdı.  
-Özün bilərsən.  
-Sənə nə olub? Niyə belə davranırsan? – pislik edirəm 
ki bəyəm?  
-Nə  olub  ki  mənə.  YaxĢıyam.  -  əsəbi  halda  Eyvaza 
baxdı.  
-Mənim  üstümə  gəlmə  haqqın  yoxdu.  Mən  sənin 
bacarmadığın vəzifəni yuyuram. 
-Nə imiĢ mənim vəzifəm olan? 
-Qızımızı qorumaq.  
Ġçəridən  gələn  səs  mübahisəni  yarımçıq  saxladı.  Hər 
ikisi  evə  doğru  qaçdılar.  Nərgizin  yerə  yıxıldığın  görüb 
qolundan tutub kresloda oturtdular.  
-Bir  daha  dalaĢsanız  gözümlə  kifayətlənməyəcəksiz.  – 
kresloda  özünə  yer  edən  Nərgizin  yıxılma  zamanı  ayağı 
stola  dəymiiĢdi.  Sızıltıdan  anası  nə  oldu  deyə  baxmaq 
istəsə də o icazə vermədi.  


32 
 
RövĢənin məktəbdən gəlməsinə hələ çox var idi. Lakin 
qapının açıldığının və üstü toz - torpaq olmuĢ Ģəkildə içəri 
girdi. Ağlayaraq otağına keçib qapını bağlasa da atasının 
səsini  eĢidib  tabe  oldu.  Eyvaz  nə  üstündə  dalaĢdığın 
anlamıĢdı. Nəsə demək istəsə də fikrindən vaz keçdi.  
Yemək  üçün  hər  kəsi  süfrə  baĢına  toplayan  Eyvaz 
Nərgizin  məktəbi  haqqında  danıĢmağa  baĢlayanda  həm 
Nərgiz  həm  də  RövĢən  sevinmiĢdi.  Tezliklə  məktəbə 
dönəcəyini bilən Nərgizin gözlərini itirməsindən sonra ilk 
dəfə idi ki, üzündə gerçək bir təbəbbüs var idi.  
ĠtmiĢ  həyatını  geri  qaytarmasa  da  ən  azından  bütün 
günü  evdə  sıxılmayacaqdı.  RövĢənində  vicdanı  biraz 
rahatlayardı.  
Neçə  vaxt  idi  ki,  düzəməlli  yemək  yeməyən  Nərgizə 
iĢtah  gəlmiĢdi.  BoĢqabında  ki,  bütün  yeməyi  həvəslə 
yeyib uzanması üçün yardım istədi.  
Uzanacaq, xəyallar dünyasına dalacaqdı. Əvvəlki kimi 
həyatı  olmasa  da  onun  da  özünə  məxsus  bir  həyatı 
olacaqdı.  Yeni  dostları,  yeni  məktəbi,  yeni  dünyası. 
Dostlarını fikirləĢdi. 
Görən  onlardamı  sonradan  kor  olmuĢdular  yoxsa 
dünyaya elə gəlmiĢdilər.  
Hansının  daha  pis  olduğuna  qərar  verə  bilməyirdi. 
Dünyaya kor olaraq gəlməkmi, ya sonradan kor olmaqmı? 
- əlbətdə ki, kor olmamaqdı, ancaq, seçim qarĢısında qalsa 
hansı yaxĢı idi? 
Kor  olaraq  doğulsa  dünyan  təmiz  qaranlıq  olacaq, 
ananı, atanı, ağacları, quĢları  görə bilməyəcəksən. Lakin, 
sonradan  bunları  görməkdən  məhrum  olmaqdansa  belə 
yaxĢı idi.  
Sonradan  kor  olanda  isə  hamısını  görmüĢ  olursan. 
Yanında olanda görməsəndə üzünü təsəvvür edə bilirsən. 
Bunun pis yanı isə onları yenə görə bilməmək əzabı idi.  
Görəsən  gözləri  görməyənlər  üçün  romanlar  çox 
idimi? Ya “Robinzod” un kitabı var idimi? 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə