Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə12/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   8   9   10   11   12   13   14   15   ...   67

39 
 
etməyəcəyimə  görə  yoxsa  bacıma  özümü  bağıĢladacağım 
haqqında?  Nərgiz  görəsən  onu  bağıĢlayacaqdı?  Hər  Ģey 
onun  əlində  idi.  O  bağıĢlasa  allahda  insafa  gələrdi.  Ya 
bağıĢlamasa. BağıĢlamasada düz edir. Layiq idi.”  
Fikrindən Nərgiz ayıldır.  
-Bax  sənə  dedim  ağaca  iliĢdi.  Görmədim  dartanda 
qırıldı.  
-Heçnə  olmaz.  Təzəsin  düzəldərəm.  –  çərpələngdən 
ayrılmıĢ ipi əlində topladı.  
-Artıq  səni  kitab  oxu  deyə  yormayacam.  Hərfləri  bizə 
öyrətdilər necə oxumalı olduğumuzu. 
-Nə yaxĢı. Ancaq  Mən yenə oxuyaram. Ġstəyərsənsə.  
-Niyə  istəmirəm.  Oxuyarsan.  Bizə  kitabda  verdilər. 
Hərfləri  öyrənmək  üçün.  Düzdü,  biraz  sıxılıram  hələ  tam 
öyrəĢməmiĢəm deyə. Ancaq yenə də yaxĢıdı.  
Nərgiz davam elədi: 
-Sənin dərslərin necə gedir? – oxuya bilirsən? 
-Həə. Alınsa universitetədə girəcəm. – RövĢən dedi. 
-Yəqin oxumaq üçün Bakıya gedəcəksən, hə? 
-Getməyimi istəməyirsən? 
-Get. Ġstəyirəm oxuyasan.  ancaq məni də unutmazsan 
ki? 
-Niyə  unudum  ki,  hər  tətildə  yanına  gələcəm.  – 
Nərgizin əlindən tutaraq sığalladı. 
-UĢaqlar,  hazırlaĢın.  Sizi  gəzməyə  aparacam.  – 
uzaqdan səsi gələn Eyvaz idi.  
-Hara  gedirik  bu  vaxtı.  Durub  –  durub  hardan  ağlına 
gəldi? – həyəti təmizləməklə məĢğul olan Gülnaz deyindi. 
– iĢim var mənim.  
-Sən  gəlmirsənsə  gəlmə.  Özümüz  gedərik.  –  Eyvaz 
gülərək Gülnaza cavab verdi. 
-Mən də gəlirəm, ata?  
Nərgizin  bu  sözü  hər  kəsdə  bir  yara  qoydu.  Təkcə  bu 
sözü  deyil,  hər  cümləsində  hamını  özlərinində  bilmədiyi 
vəziyyətə salırdı. 
-Əlbətdə qızım, sənsiz harasa gedərəm?  


40 
 
Gülnaz dedi: 
-Hava çox istidi. Bu havada çölə çıxmaq qorxuludu.  
-Heç nə olmaz. Ağaclıq yerə gedərik. Biraz dağa çıxaq, 
çay  kənarına  falan.  Nə  qədər  iĢləmək  olar.  Təkcə  pulu 
olan dincəlməyəcək ki?- bizimdə haqqımız var.  
Eyvazın  son  dediyi sözdən  sonra  Gülnaz  yemək  üçün 
hazırlıq görmək üçün mətbəxə keçdi. RövĢən isə Nərgizə 
ayaqqabısını  geyinməsi  üçün  yardım  elədi.  Hazırlığın 
bitməsindən sonra isə hər kəs maĢına minib yola düĢdülər.  
Nərgiz  yol  boyu  pəncərə  kənarında  oturub  xəyallar 
dünyasına  dalmıĢdı.  DüĢünürdü.  Əli  ilə  yoxlayanda 
pəncərənin  kənarında  oluğun  görür  ancaq  dəfələrlə 
yanından  keçdiyi  bu  uca  dağları,  ağaclıqları  görə 
bilməyirdi. Yanında ki, kim  idi?  – aha anası  idi. Çantada 
nəsə eĢələyirdi. RövĢəndə yəqin atasının yanında  - Öndə 
oturmuĢdu.   
MaĢından  düĢərək  meĢənin  içində  ağaclıqların  altında 
oturmaq üçün süfrə açdılar. Çayın səsi buradan eĢidilirdi. 
Nərgizin  istəyi  ilə  RöĢən  onu  çay  kənarına  apardı. 
Evlərinə  uzaq  olduğundan  gec  –  gec  gələrdilər,  çay 
kənarına.  Nərgizin  baĢına  gələn  qəzadan  sonra  isə  gələ 
bilməmiĢdilər.  
RövĢən  bacını  çaya əyilməsi  üçün  yardım  elədi.  Əlini 
suya  vuraraq  suyu  hiss  etməyə  çalıĢardı.  Əvvəllər  bura 
gələndə qardaĢı ilə çaya daĢ atardılar. Kim daha çox daĢı 
çayda  tulllandırardısa  o  da  qazanardı.  RövĢən  Nərgizə 
nisbətən  güclü  olduğundan  atdığı  daĢ  həm  çox  atlayar 
həm  də  çox  uzağa  gedərdi.  RövĢən  Nərgizin  ürəyindən 
yenə daĢ atmaq keçdiyini anlamıĢdı. Ona daĢı atması üçün 
yardım  elədi.  DaĢ  suya  dəyərək  düĢsə  də  RövĢən 
yalanda,afərin  üç  dəfə  atladı  –  dedi.  Bunun  belə 
olmadığın  bilsə  də  sevinərmiĢ  kimi  göstərdi.  Gülnazın 
çağırması  ilə  oynu  yarımçıq  kəsib  yuxarı  çıxdılar. 
Günorta biĢirdiyi  yeməkdən və  yolda aldığı  meyvələrdən 
süfrəyə  düzmüĢdü.  Eyvaz  isə  kənarda  ağacların  altında 
uzanmıĢdı.  Yemək  yedikdən  sonra  gəzməyə  çıxdılar. 


41 
 
Gülnazda  uĢaqlarla  bərabər  gəzməyə  çıxdı.  Onların  ilk 
dəfə bura gəlmələrindən bəhs elədi. 
“RövĢənin  bir  yaĢı  olardı.  Yay  fəsli  idi  yenə.  O, 
zamanlarda atanızın balaca bir maĢını var idi. Havada isti 
idi,  həm  də  nə  isti.  Dayanmaq  olmayırdı.  Atanız  elə  bu 
gün  ki,  kimi  dediki  hazırlaĢın  gedirik.  Aaa  kiĢi,  hara 
gedirik?  –  gəzməyə.  HazırlaĢıb  bura  gəldik.  RövĢən 
balaca  idi.  Gəzə  bilməyirdi  hələ.  Səni  isə  saxlaya 
bilməyirdik. - əlini Nərgizin belinə aĢıraraq dedi. Gah ora 
qaçırdın,  gah  yıxılırdın.  Birdə  gördüm  ki,  gülə  -  gülə 
gəlirsən  ki,  yıxılmıĢam.  Sən  yıxılanda  da  ağlamazdın. 
HəmiĢə güclü olmusan, mənim əziz qızım.” 
Arxalarınca  Eyvazın  gəldiyin  görürlər.  –  hara  gedirsiz 
mənsiz? 
-Heç ana – bala gəzək dedik. Sən qalxırdın ki, səni də 
çağıraq?  
-HazırlaĢın qayıdaq istəyirsinizsə. 
-Niyə  belə  tez.  Birazda  oturardıqda.  –  Gülnaz  etiraz 
edir. 
Eyvaz dedi: 
-BaĢın ağrıyır. Özümü yaxĢı hiss eləmirəm. Havadandı 
nədi, halım dəyiĢdi. Gedək. Sonra yenə gələrik. 
-YaxĢı – deyib maĢına mindilər.  
Yol  boyu  isə  hamı  susmuĢdu.  Diqqətlə  Eyvaza 
baxırdılar.  Vəziyyəti  doğrudanda  yaxĢı  deyildi.  MaĢını 
belə  güclə  idarə  edirdi.  Gözlərinin  yumulduğun  hiss 
edirdi.  Güclə  evə  gələrək  uzanmaq  üçün  otağına  keçdi. 
Gülnazın  həkimi  çağırma  təklifini  isə  rədd  eləyirdi. 
Dincələndən sonra yaxĢı olacağın dedi və  yatdı. Bir  neçə 
saat keçmiĢdi  ancaq  Eyvaz  hələ  də qalxmamıĢdı.  Gülnaz 
onun  yanına  gedəndə  Ģüursuzcasına  ona  baxdığını  görüb 
qorxmuĢ  tez  həkim  çağırmıĢdı.  UĢaqları  qorxudan  otağa 
buraxmasa  da  RöĢən  atasına  nəsə  olduğunu  anlasa  da 
Nərgizə bildirməmək üçün səs çıxartmayırdı.  
RövĢən həyətdə bacısını  yanında oturmuĢdu. Həkimin 
gəldiyin  görsə  də  bacısının  yanın  tərk  edə  bilməyirdi. 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə