Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə20/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   16   17   18   19   20   21   22   23   ...   67

64 
 
-Kino 
çəkən?  –  Arifin  bu  cavabı  özünədə 
savaĢsızcasına bir sual olduğun fərqinə vardı.  
-Həə.  
-YaxĢıdı.  Bizimkilərdə  oxuyurda.  Qız  bu  il  girdi  hələ 
universitetə.  Oğlan  isə  axırıncı  sinifdi.  Görək  o    nə 
edəcək.  
-YaxĢı  olar.  Biz  nə  üçün  varıqki?  Onlar  üçün  əziyyət 
çəkirikdə.  
-Hə. Məndə ona deyirəm. Bizim vaxtımızda həyat belə 
olsa  nə  vardı.  Sizin  kimi  yediyim  qabağımda, 
yemədiyimdə  arxamda  olsa  nə  vardı?  Indiyə  alimdə 
olardım. – Arif gülə - gülə elədiyi zarafatdn zövq almağa 
çalıĢırdı.  
Murad dedi: 
-Alimlik  lazım  deyil  .  Normal  oxusunlar.  Dünyadan 
xəbərləri olsun, bəsdi. 
-YaxĢı.  Gəl  keçək  süfrəyə.  Ardını  orada  da  davam 
edərik.  
Süftəyə  oturan  kimi  hərə  bir  cəbhəyə  bölünmüĢdü. 
Samirə  Elmira  ilə,  Murad  Arif  ilə,  Arifin  uĢaqları  bir, 
Yusif  isə  yalnız  qalmıĢdı.  Yusifin  istədiyi  də  bu  idi.  Nə 
atasıgilillə  müharibədən,  siyasətdən  danıĢmağa,  nə  də 
anasıgili  ilə  qadın  söhbəti  dinləmyə  həvəsi  var  idi. 
UĢaqlar desən, onlarda heç həvəsli deyildi, danıĢmağa.  
Ən yaxĢısı elə baĢnı aĢağı salıb yeməki yeməkdi.  
Qonaqlar  axĢama  yaxın  qalxdılar.    Murad  israrla 
gecəni  onlarda  qonaq  qalmasını  xahiĢ  etsə də  Arif  oteldə 
yer ayırdıqların daha sonra yenə görüĢərlər deyərək evdən 
ayrıldılar.  Murad  dostunun  razılaĢmayacağın    görüb,    iki 
gün sonra restoranda ikisinin birlikdə olacağı bir qonaqlıq 
sözü aldıqdan sonra getmələri üçün rahat buraxdı.  
Samirə  ilə  Elmira  da  öz  aralarında  plan  quraraq 
sağollaĢdılar.  Yusif  isə  hər  kəslə  sadəcə  sağollaĢaraq 
onları qapıyacan ötürdükdən sonra otağına girib yatacağın 
və içəri girməmələrini deyərək qapını bağladı. 


65 
 
Telefonu  açaraq    ona  gələn  mesajları  cavablandırıb, 
qulaqlığını  taxaraq  yana  çevrilib  gözlərini  yumdu.  Hər 
mahnıda  bir  dünyaya  dalır,  bir  xəyal  qururdu.  Nədə  olsa 
iĢi o idi. 
Musiqi  həqiqətəndə  ruhun  qidasıdı.  Kim  nə  deyir 
desin. Onda yaĢam gizlənir. Bəstənin hər notunda bir inci 
yatır, o inciki insanın hisslərini alovlandırır.  
 
On birinci hissə 
 
 
RövĢən  Yusiflə  mübahisə  edəndən  sonra  Nərgizin 
qoluna  girərək  onu  evə  gətirdi.  Atasının  bibisiqızı  olan 
Fəridə  onu  pulsuz  hazırlaĢdırırdı.  Həftədə  üç  dəfə  yanına 
gedərək  Fəridənin  hazırlaĢdırdığı  uĢaqlarla  bərabər 
oturaraq  dərsləri  dinləyirdi.  Fəridə  riyaziyyat  müəlliməsi 
idi.  RövĢən  üçün  həm  riyaziyyatdan  həmdə  fizika 
fənnindən  kömək  edirdi.  Bacarığının  olduğunun  görürdü. 
Universitetədə  girəcəyindən  əmin  idi.  Kimya  fənnindən 
isə  zəif  idi.  Məktəb  müəlliməsindən  zəif  olduğu  yerləri 
soruĢurdu.  
Hazırlığdan  gəldiyi  zaman  bacısının  yanında 
tanımadığı  oğlanı  görüb  düĢündü  ki,  yenə  ona  sataĢan 
uĢaqlardan  biridi.  DalaĢmaq  istəsədə  oğlanın  əslində  elə 
məqsədi  olmadığın  görüb  qovdu.  Nərgizi  evə  apardı. 
Anası  qonĢuda  idi.  Qızıda  gələnəcən  onun  istəyi  ilə 
qapının ağzında düzəltdiyi yerdə oturtmuĢdu.  
-Kim  idi,  o?  –  RövĢən  Nərgizi  həyətdə  stolda 
oturdurdu.  
-Tanımıram. Burada qalmayır. QonĢuya qonaq gəlib.  
-Sənin yanına niyə gəlmiĢdi ki?  
-Heç. Elə belə danıĢmağa.   
-DanıĢmaq imiĢ. Niyə qovmadın?  
Nərgiz gülümsəyərək: 
-Niyə qovaydım axı. Mənə pis heçnə demədi.  
-Vurardım amma, nəysə daa.  


66 
 
-Mənə nə edəcəkdiki? Bir korla kimin nə iĢi olsun.  
-Nərgiz  yaxĢı  elə  danıĢma.  –  bacısının  bu  sözü  onu 
mismar kimi yerə yapıĢdırdı.  
-Bəlkə  səhvdi?  Onsuz  kor  olduğumu  biləndən  sonra 
çıxıb gedəcəkdi.  
RövĢən  məyus  olmuĢ  halda,  Nərgizə  burda 
gözləməsini,  evə  girib  əynini  dəyiĢib  gələcəyin  deyərək, 
otağına  girdi.  Dəftər  -    kitabını  masaya  ataraq,  əynini 
dəyiĢdi. Bacısının artıq həyatdan bezdiyini hiss edirdi. Nə 
qədər  zaman  keçsədə,  olan  hadisələri  unutsalarda  nə 
olacaqdı  ki,  heçnə  dəyiĢməmiĢdi.  Yenə  Nərgiz  kor  və 
onlar atasız idi.  
-Çay içirsən süzüm? – həyətə düĢən RövĢən soruĢdu.  
-Çox isti deyilsə bir stəkan süz.  
RövĢən çay süzərək Nərgizin yanında oturdu.  
Dərslər necə gedir, deyə Nərgiz soruĢdu.  
-YaxĢıdı. Bir - iki aya imtahanım olacaq.  
-Nə  yaxĢı.  Tək  istəyim  elə  sənin  universitetə  qəbul 
olmağındı.  
-Qəbul olacam, bacı.  
-Həyatda  yaĢamaq  istəməyirdim  öncələr.  Sonra  isə 
xəyal  etdiyim  həyatdan  heçnəyə  sahib  olmayacağımı 
anladım. Amma sən gəldin, ağlıma. Bütün həyatımı sənin 
üzərinə qurdum. Səninlə yaĢamağa baĢladım. Mən oxuya 
bilməsəmdə sən oxuyacaqsan.  
-Çayını iç. Soyuqdu...  
Çayından biraz içib Nərgizdən soruĢdu: 
-Ana hara gedib? 
-QonĢudadı. Gələr indiyə.  
-Sən ac deyilsən ki? nəsə istəməyirsən?  
-Yox,  RövĢən.  Heçnə  istəməyirəm.  Get  dərsini  elə, 
mən oturacam burada.  
-Birazdan  oxuyaram.  Hava  qəĢəngdi.  Səninlə  oturmaq 
istəyirəm. – Nərgizin yanında oturaraq səmaya baxırdı.  
-Atamızın ulduzlarda oturub bizi izlədiyiini bilirsən? – 
Nərgiz Cavidin danıĢdığı söhbəti xatırladı. 


67 
 
-Bunu hardan eĢitmisən ki? 
-Gözümü  itirəndən  sonra  məktəbə  getdiyim  məktəbdə 
oxuyan  bir    dostum  var  idi.  O  demiĢdi.  Onun  gözləri 
anadangəlmə kor idi. Atasınıda uĢaqkən itirib. Deyirdi ki, 
atam  ulduzlarda  məni  seyr  edir.  Tək  istəyi  ulduzları 
görməsi  idi.  Atasının  yanına  gedənəcən  heç  olmasa  bir 
dəfə də olsa ulduzlarda atasın görsün.  
-Bəxtsiz imiĢ.  
-Bəlkə də. Sən ulduzlarda nəsə görürsən? 
-Necə nəsə?  
-Yəni gecə ulduzlara baxanda atamızı görməmisən ki?  
-Yox. GörməmiĢəm.  
-YalanmıĢ  ki,  ulduzda  olduğu?  –  Nərgiz  üzgün  halda 
dedi.  
-Nə bilirsən. Bəlkə mənə görünmək istəməyir. – RöĢən 
səmaya baxaraq dedi.  
Hava hələ qaralmamıĢdı. GünəĢ hələ təzə batırdı.  
-AxĢam, yaxĢı – yaxĢı bax. Bəlkə görünəcək. Ya orada 
da iĢi var. Bizi seyr etməyə də zamanı yoxdu.  
-Görsəm xəbər edərəm sənə.  
-Görsən,  atamla  danıĢa  bilsən,  onu  çox  sevdiyimi, 
ancaq, bizi buraxdığı üçün incidiyini deyərsən.  
Gülnaz qaça  - qaça qapını açıb içəri girdi.  
-Qapının  ağzında  görməyib,  dəliyə  döndüm  ki,  tək 
baĢına hara gedib,bu qız. Nə vaxt gəlmisən oğlum?  
-Biraz olar.  
-Yemək verim? Hazırdı.  
-Hə. Biraz ver. ĠĢtahım çox yoxdu.  
Gülnaz evə girərək qapıdan RövĢənə boĢqabları uzatdı. 
Ardıycada  əlində  qazanla  həyətə  düĢdü.RövĢən  üçün 
qoĢqabına  yemək  qoyub  qabağına  qoydu.  Özüdə  bir 
boĢqabda Nərgizi yedizdirdi.  
Yaz  ayları  idi  deyə  hava  sərin  keçirdi.  RövĢən  dəftər 
kitabını götürüb kresloda oturaraq dərsini etməyə baĢladı. 
Testlərə  baxırdı,  fikri  isə  Nərgizin  yanına  getmiĢdi  yenə. 
baĢını qaldırıb səmaya baxdı. Baxıb gülümsədi.  Görəsən 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə