Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə21/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   17   18   19   20   21   22   23   24   ...   67

68 
 
həqiqətənmi  görürdü?  Hansı  ulduzda  idi.  Bəlkə  də  baĢqa 
tərəfdə idi indi. Nə zamansa fırlanıb bu tərəfədə düĢəcək. 
Ya görmək istəmədiyi üçün gizlənirdi. Bir  onunla danıĢa 
bilsəydi. Bir dənə sualı vardı. Bacısına doğruları söyləsin 
yoxsa yox?  
Gülnaz  evdən  çıxıb  oğlunun  dərs  elədiyin  görüb 
yanına gəlib oturdu.  
-Ana. 
-Hay can, oğlum. Nə olub? 
-Darıxıram  atamdan  ötrü.  –  RövĢən  anasına  sığınaraq 
dedi.  
-Məndə darıxıram.  
-Nərgizdən təlaĢlıyam.  
-Niyə ki? 
-Bilmirəm.  Əvvəlki  kimidə  deyil.  Tək  qalanda 
ağladığın görürəm. Sonra atayı sayığlayır. 
DanıĢığından da bezdiyi baĢa düĢülür. 
-Görürəm  məndə.  Mən  nə  edim  bəs?  Bütün  günü 
onunlayam.  Sən  yanındasan.  DanıĢırıq,  baĢın  qatırıq. 
Ancaq  nə  xeyri.  Nərgiz  hamımızdan  çox  atana  bağlı  idi. 
Gözünü itirəndən sonra tək tutacağın budağı atası idi, o da 
öldü.  
-Bəs, mən oxumaq üçün gedəndə nə olacaq? 
-Necə nə olacaq? 
-Bütün günü tək qalacaq. – RövĢən dedi.  
-Heç  nə  olmaz.  Sən  oxu.  Buları  dərd  eləmə.  –  həm 
Nərgiz  kitab  yazmaq  istəyir.  Arada  vərəqə  nəsə  yazdığın 
görürəm.  Kitablarını  oxuyur,  oradan  qeydlər  edir.  BaĢın 
qatır.  Yazsın  özü  üçün,  bəlkə    baĢın  qatar,  heçnəyi 
düĢünməz.  
-Həə. Kitablara necə bağlı olduğun görürəm. Atam onu 
məktəbə  qoymasa  idi,  indi  həyatı  təmiz  sönəcəkdi.  heç 
olmasa gözü görməsədə yazıb – oxuya bilir.  
-YaxĢı,  səndə  yaz  –  oxu.  Bir  universitetə  qəbul  olsa 
idin. – Gülnaz RövĢəni öpüb əynindəki pəncəki RövĢənin 
çiyninə ataraq evə getdi.  


69 
 
Səhər  tezdən  qalıb  məktəbə  getdi.  Məktəbdən  tez 
ayrılıb hazırlığa getdi. Ordan gələn kimi atasının maĢınını 
götürüb  kəndin  içində  taksi  kimi  iĢləməyə  baĢladı. 
AxĢama yaxın isə evə gəldi. Günlər keçirdi.  
 
 
 
On ikinci hissə 
 
-Allaha  inanırsan?  –  Nərgiz  baĢını  göyə  qaldıraraq 
dedi. 
-Haradasa olduğuna inanıram. – RövĢən dedi. 
-Bəs niyə görmürük?  
-Bilmirəm. Bəlkə bizə görünməyə onunda üzü gəlmir.  
-Bəlkə, biz o, qədər təmiz deyilik? 
RövĢən gülərək dedi: 
-Kim bilir, bəlkədə.  
-Bizim niyə iki gözümüz və iki qulağımız var? 
-Mən hardan bilim. Allah yəqin elə istəyib.  
-Fikir  verirsənsə,  qulaqlar  iki  tərəfdə  də  bir  dənədi, 
ancaq gözlər eyni tərəfdədi. Niyə belədi? – Nərgiz dedi.  
Nərgizin  sualı  ona  da  maraqlı  gəlmiĢdi.  Bunun  niyə 
belə olduğu haqqında heç düĢünməmiĢdi.  
-Arxamıza  ehtiyac  olmadığı  üçün,  bəlkədə.  Arxanı 
görə - görə gəliridə. 
-Yox, səhv düĢünürsən. Əslində əvvəl belə olmamıĢıq. 
Gözümüzün biri arxamızda olub. 
Tək  göz  əfsanələridə  oradan  gəlir.  Sonra  isə  allah 
görüb  ki,  insanlar  hər  kəsdən  soyuyur,  arxanca  qazılan 
quyuları  görür,insanlar  heç  kəsə  güvənmir,  belə  qərara 
gəldiki, arxadaki gözüdə önə köçürsün.  
-Sonra nə olur?  
-Sənin  arxanca  görülən  iĢləri  görməyirsən  və 
görmədiyin birindən də Ģübhə duymursan.  


70 
 
RövĢən deyilən bu sözlərin ona yönəldiyin hiss edirdi. 
Nərgiz  daĢın  onun  atdığın  bilirdisə,  bəs,  niyə  bunu  illər 
sonra deyir? Ya səbrimi daĢıb?  
-Bunu niyə danıĢdın ki, durduq yerə?  
-Heç. Ağlıma gəldi, deyə dedim.  
Biraz durub davam elədi: 
-Sabah həyəcanlanma. Hər Ģey yaxĢı olacaq, sakitcənə 
suallara bax və yaz. 
-Bilirəm. YaxĢı olacaq, narahat olma.  
-Güvənirik sənə. Ġnanırıqda, bacaracaqsan.  
-Ya bacarmasam nə olacaq?  
-Evə  gələrsən.  –  Nərgiz  gülümsəyərək  RövĢənin  səsi 
gələn tərəfə boylandı.  
Səhərisi  gün  tezdən  qalxıb  imtahana  getmək  üçün 
hazırlaĢdı.  Ġmtahan  rayon  mərkəzindəki  məktəblərin 
birində idi. Gülnaz anasını çağırıb, Nərgizi ona tapĢıraraq 
özüdə RövĢənlə getdi.  
RövĢəni  yola  salmağa  Nərgizdə  qalxmıĢdı.  Bütün 
gecəni  yatmayıb,  onun  üçün  dua  edən  ana  –  bacısı 
RövĢənin  baĢaracağına  inanırdılar.  RövĢəni qapıdan  içəri 
salıb  qapının  ağzında  oturub  oğlunun  çıxacağı  zamanı 
gözləyirdi.  Onunla  bərabər  yüzlərlə  ana,  yüzlərlə  ata 
oğlunun  ya  qızının  xoĢ  xəbərlə  çıxmasın  gözləyirdi. 
Kimisi  əlini  açıb  dua  edir,  kimisi  həyəcandan  su  içir, 
kimisi  isə  yanındakına  mənim  oğlum  çalıĢqandı,  inanırıq 
yüksək bal toplayacaq deyə oğlu ilə fərəhlənirdi.  
Zaman  yetiĢir,  imtahana  girənlər  yavaĢ  –    yavaĢ 
çıxırdılar.  Kimisinin  üzündə  sevinc,  kimisinin  üzündə 
üzgünlük  vardı.  UĢaqlarını  görən  valideynlər  onların 
qabağına  qaçaraq  nə  olduğunu,  necə  yazdıqını 
soruĢurdular. 
Analarının 
üzünə 
baxa 
bilməyib 
ağlayanlarda var idi, sevinə - sevinə girmiĢəm deyənlərdə. 
Bəs,  görəsən  RövĢən  harda  idi?  Gülnazın  gözü  elə  onu 
axtarırdı.  Üç  saata  yaxın  idi  ki,  girmiĢdi,  indiyə  çıxmalı 
idi. Uzaqdan oğlunun  gəldiyin  görüb tez qabağına qaçdı. 
Üzünə baxıb, RövĢənin üzündən necə yazdığın hiss etmək 


71 
 
istəyirdi. 
RövĢənin 
üzündəki 
ciddiyət 
anasına 
yaxınlaĢanacan  davam  elədi.  Gülnazın  necə  oldu 
sulaından sonra isə, dillənərək, yaxĢı idi, yazdım - dedi.  
RövĢənin bu sözündən sonra rahatlayaraq, çantasından 
suyu çıxartaraq bir qurtum aldı. – bunu bayaqdan de də... 
öldüm ki, burada.  
RövĢən  atasının  maĢını  ilə  gəlmiĢdi.  Sürücülük 
vəsiqəsi  olmasa  da  anasının  avtobusla  gəlməsinin  çətin 
olduğunu  görüb  maĢını  götürmüĢdü.  Yolda  da  sürətli 
sürməyirdi  ki,  polislərin  fərqinə  varmasın.  Evə  çatıb 
qapını  açan  kimi  qarĢısına  Nərgiz  çıxdı.  qapının  səsini 
eĢidən  kimi  ayağa  qalxaraq  RövĢəni  səslədi.  Anasından 
imtahanın 
yaxĢı 
olduğun 
eĢidib 
sevincindən 
duyğulanmıĢdı  da.  QardaĢını  qucaqlayaraq  –  bilirdim  ki, 
bacaracaqsan – dedi.  
Nənəsi  ilə  də  görüĢərək  ondan  da  təbrik  aldı.  Sonra 
yazdıqlarını  yoxlatmaq  üçün  müəllimin  yanına  gedərək 
topladığı  balın  istədiyi  ixtisasa  yetəcəyini  görüb,  o  da 
sevindi.  
Ġmtahandan  üç  gün  sonra  isə  balı  rəsmi  olaraq 
açıqlanmıĢdı.  Ġxtisas  seçimini  müəllimi  ilə  bərabər 
edəcəkdi.  Gülnaz  RövĢənin  müəlliminin  yanına  əliboĢ 
getməsinə  razı  olmayıb  ona  aldığı  hədiyyənidə  göndərdi. 
RövĢənidə təĢəkkür etsin deyə neçə dəfə təmbehlədi.  
Müəlliminin  məsləhəti  ilə  neft  sahəsi  üzrə  seçimini 
elədi. Həm yaxĢı oxuyacağı təqdirdə iĢinin olması həm də 
dövlət iĢində iĢləyər deyə müəllimdə seçimini bəyəndi.  
Evdə  Gülnaz  kiçik  bir  qonaqlıq  verdi.  QonĢuları, 
RövĢənin bir – iki dostunu, nənə-babasını çağırdı. Babası 
özü  ilə  bir  qoyun  gətirmiĢdi.  Eyvaz,  RövĢən  universitetə 
girəcəyi  təqdirdə  bir  qoyun  kəsəcəyin  söz  vermiĢdi. 
QonĢularda  ən  yaxĢı  hədiyyənin  pul  olacağını  düĢünərək 
cibinə pul qoymuĢdular.  
Bütün gecəni  yeyib – içdikdən sonra hər kəs öz evinə 
dağılıĢdıqdan  sonra  anasının  kresloda  oturub  ağladığın 
gördü.  


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə