Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə28/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   24   25   26   27   28   29   30   31   ...   67

94 
 
hər  kəs  ödəyirdi.  RövĢənlə  üstünə  yazıb  atdığı  daĢları 
xatırladı,  o  daĢla  bütün  baĢlarında  ki,  bəlanın  getdiyini 
düĢünmüĢdülər. Bəs, görəsən gedib?  
Birdə  o  oğlan.  Tanımadığı  oğlanın  ona  yaxınlaĢıb 
onunla  danıĢması.  Səsindən  mehriban  və  incəlik  var  idi. 
adı nə idi? cavid idi, Yusif idi? hə, hə xatırladım, Yusif. – 
görəsən  kim  idi?  niyə  yaxınlaĢmıĢdı  ona?  XoĢu  gəlmiĢdi 
yəqin.  Ya  da  niyə  tək  oturduğun  maraq  edib.  xoĢuda 
gəlmiĢ ola bilərdi.  
Görəsən,  haradan  gəlmiĢdi?  Kim  idi?  Nərgizin  kor 
olduğun  görəndən  sonra  yaxınlaĢdığına  peĢman 
olmuĢdumu?  Nə  yaxĢı  ki,  gördüm,  yoxsa  düĢmüĢdüm 
zibilə,  deyərək  oradan  qaçdı?  yoxsa,  utanıb  niyə  belə 
elədim  dedi?  pis  adama  oxĢamayırdı.  Ġnsanların  yaxĢı 
yoxsa  pis  olduğuna  dəyər  verə  bilməyirdi.  bunun  birinci 
səbəbi  onları  görə  bilməməsi,  digər  səbəbi  isə  saflığı  idi. 
Nərgiz  saf  olduğun  kiminsə  ona  pislik  edəcəyin  anlaya 
bilməyirdi.  qarĢısındaki  insanı  pis  görə  bilməyirdi. 
Məsəldə  də  deyildiyi  kimi,  hər  insan  qarĢısındakın  özü 
kimi  görər.  Nərgizində  kimin  nə  hisslər  keçirdiyin,  necə 
biri olduğun anlaya bilməyirdi. Bunun yaxĢı yoxsa pis bir 
Ģey olduğuna qərar verməmiĢdi. Həm yaxĢı  idi, ona görə 
ki,  heç  kəsə  qarĢı  kin  saxlamayırdı,  heçkimin  səhvlərin 
görməyir  və  onunla  arasında  pərdə  yaranmayırdı.  Pis 
tərəfi  isə  o,  idi  ki,  güvəndiyi  və  çox  sevdiyi  insanlardan 
gözləmədiyi  zərbələr  ala  bilirdi.  Bəlkə  də  almıĢdı.  Bunu 
belə görə bilməmiĢdi.  
Ya  Yusif?  Onu  gedəndən  sonrada  düĢünmüĢdü, 
gedərkən  belə  iz    buraxmıĢdı.  Bütün  gecə  fikri  onda  idi. 
O,  zaman  onun  niyə  yaxınlaĢması  ona  maraqlı  gəlmiĢdi. 
Ġndi  niyə  ağlına  gəlmiĢdi?  Aylar  bəlkədə  illər  sonra  niyə 
yadına düĢmüĢdü? Bir dəqiqə! Həqiqətən nə qədər zaman 
keçmiĢdi?  Gözü  görməyən  birinin  bunlar  əhəmiyyətində 
olmadığı 
üçün 
təqvimlədə 
maraqlanmamıĢdı. 
Hesablayanda təxmini RövĢənin universitetə qəbul olması 
təzəlikcə  idisə,  o,  da  RöĢənin  hazırlığa  getdiyi  zamanlar 


95 
 
idi.  təxmini  olaraq  dörd  hətta  beĢ  ay.  Hə.  Elə  o,  qədər 
olardı,  ancaq.  Çoxda  elə  zaman  keçməmiĢdi.  Yadına 
düĢməsi  normal  idi.  təsadüf  olar,  RövĢənlə  eyni 
universitetdə  oxuyardılar.  Bəlkədə  dost.  Bura  yenidən 
gələr,  aaa  siz,  deyə  təəccüblənərdi.  Məni  tanıdınız, 
deyərdi?  Məndə  səsiniz  tanıĢ  gəlir,  deyərdim.  Sonra  o, 
mənə  yadınızdadı?  Illər  əvvəl  siz  qapınızın  ağzında 
oturanda  mən  gəlib  sizə  yaxınlaĢmıĢdım.  Sonra  RövĢən 
gəlib  mənimlə  dalaĢıb  qovdu.  Sonra  peĢman  oldum,  yox 
əslində  üzüldüm  desəm  daha  doğru  səslənər  deəyərdi. 
Məndə  gülərək,  eyib  olmaz,  yaxĢı  ki,  yaxınlaĢdız. 
Beləliklə,  bizimdə  uzun  müddətli  bir  tanıĢlığımız  oldu  – 
deyərdim.  
Həyətlərində 
saxladığı 
toyuqun 
səsi 
gəlirdi. 
YumurtamıĢdı  ola  bilsin  UĢaq  olarkən  RövĢənlə  onları 
qovalayardılar.  Gülnazın  dediyinə  görə  nadinclikləridə 
olub,  Nərgiz  neçə  dəfə  cücəni  tutub  sıxaraq  öldürmüĢdü. 
Hamı  böyüyüb  vəhĢi  kimi  olacağın  desə  də  böyüyəndə 
ağıllanıb, necə də nazlı və ədəbli biri olduğun görürdü.  
SusuzlamıĢdı  yenə.  otağında  su  var  idi?  –  deyə 
yerindən  qalxıb  ətrafı  əli  ilə  yoxlasa  da  tapa  bilmədi. 
Ayağı  yatağına  iriĢib  yerə  yıxıldı.  Əli  ilə  dəyəcləyib 
baĢının  yerə  dəyməsinin  qarĢısını  aldı.  Yıxıldığına  görə 
ağlasa  da,  bu  uzun  çəkmədi,  yatağından  tutaraq  ayağa 
qalxıb,  yerinə  uzandı.  Və  bu,  yenə  onun  gücsüzlüyünün 
nümunəsi,  onun  kimdənsə  asılı  olmadan  yaĢaya 
bilməsinin  qeyri  -  mümkünsüzlüyünü  göstərdi.  Bala 
quĢların  belə  uçub  gedə  bildiyi  halda  o,  öz  balaca 
otağında hərəkət belə edə bilməyirdi.  
Yataqda  uzanıb  anasının  gəlməsini  gözləməyə  baĢladı 
( bacardığını edir).  
BeĢ  dəqiqə  sonra  Gülnaz  evə  girərək  –  Nərgiz!  – 
yatmısan? – dedi. 
-Yox, ayığam. 
-Niyə yatmamısan? 


96 
 
-YatmıĢdım,  biraz  olar  ayılmıĢam.  –  yalandan  anasına 
yatdığın dedi. 
Yıxıldığın  anasına  demək  istəməyirdi.  birdə  onu  dərd 
edəcəkdi.  
-YaxĢı. Nəsə istəsən səslən. 
-Su. Su istəyirəm.  
-Aha  yaxĢı,  bu  dəqiqə  gətirirəm.  –  dedi.  Biraz 
keçməmiĢdi ki, əlində bir stəkan su ilə otağa daxil oldu.  
Nərgizi doğruldub suyu içməsinə yardım elədi.  
Gülnaz dedi:  
-Çölə çıxmaq istəyirsən? 
-Istəyirəm.  
-Birazdan,  Validə  nənəndə  gələcək.  QonĢuda  olanda 
zəng elədi mənə. Ona görə tez çıxdım.  
-DarıxmıĢdım məndə.  
Gülnaz  Nərgizi  yatağından  qaldıraraq  yerdən 
çubuğunu  ona  uzadıb  çölə  çıxartdı.  Ġyirmi  dəqiqə 
keçmiĢdi ki, Nərgizin nənəsi qapıdan içəri girdi.  
-Mənim qızım necədi?  
-YaxĢıyam, sən necəsən? – Gülnaz gülümsədi.  
-Mən səninlə deyiləm, Nərgizimləyəm.  
-Nə yaxĢı. ÖgeyləĢmiĢikdə. 
-Öz  doğma  qızın  əziz  ola  bilər.  Nəvə  isə  hamısından 
fərqlidi.  Atalar  yaxĢı  deyib  ee,  dövlətdə  dəvə,  övlatda 
nəvə.  
-YaxĢıyam? nənəcan. Sən necəsən? – Nərgiz dedi.  
-Səni  gördüm  daha  yaxĢı  oldum.  Neyləyirsən?  Sıxılıb 
eləmirsən ki, RövĢən olmayanda? 
-Biraz.  
-Evdə  darıxanda  babana  zəng  elə,  gəlib  götürsün.  Gəl 
yanıma  biraz  söhbət  edək,  məndə  tək  qalmıĢam.  Baban 
yeyir, gedir yatır birdə sonra ki, yeməkdə qalxır. 
Nərgiz gülümsəyərək nənəsinə cavab verdi.  
-Hə  bu  arada.  UnutmuĢdum  az  qala.  Elə  ona  görə 
gəlmiĢdim.  Qocalıqdı  da,  unudursan  hər  Ģeyi.  Baban 
dediki biraz iĢim var görüb gəlib sizi götürəcəm. 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə