Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə27/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   23   24   25   26   27   28   29   30   ...   67

89 
 
gecələrəcən danıĢmaq, sonra oğlanın gəlib ona sevgi etiraf 
eləməsi. Əlbəttəki oğlan etməli  idi,  mən etməyəcəkdim – 
deyə  qurduğu  dünyasında  oğlandan  sevgi  etirafın 
gözləyirdi.  Mən  deməyəcəm  ki.  oğlan  gəlib  deməli  idi. 
Qadın  dediyin  nazlı  olar.  Ġlk  baĢda  yox  deyib,  biraz 
arxamca süründürəcəm ki, mənim qədrimi bilsin.  
-Nərgiz, qalx, qardaĢına zəng edək danıĢaq. – Gülnazın 
səsi Nərgizi dalmıĢ olduğu xəyalından ayıldır.  
-Ayıqam. Kömək elə qalxım.  
Gülnaz  Nərgizin  yatağına  yaxınlaĢaraq  qalxmasına 
kömək edir. Bu  yer əslində Nərgizin deyil, RövĢənin  idi. 
RövĢən  Bakıya  gedəndən  sonra  onun  yerində  yatırdı. 
RövĢənin  yerini  pəncərəsi  yanında  idi  deyə  istəsə  də 
bunun sadəcə bəhanə olduğunu özü çox gözəl bilirdi.  
RövĢən  onun  həm  atası  həm  qardaĢı  həmdə  sevgilisi 
idi.  
Həyətə  düĢəndə  bir  səs  ona  səslədi.  –  salam,  Nərgiz 
necəsən?  –  bu  səs  babasının  səsi  idi.  RövĢən  gedəndən 
sonra  ikinci  dəfə  idi  ki,  gəlirdi.  Fariz  yerindən  qalxaraq 
Nərgizin oturmasına kömək edib onu yanağından öpdü.  
-YaxĢıyam, baba. Sən necəsən? Nənə necədi?  
-YaxĢıyam,  qızım.  Nənəndə  yaxĢıdı,  gələcəkdi  o  da 
yanına.  Mən  rayondan  gəlirdim  səni  görmək  istədim. 
Dedim görüm qızım necədi? - əli ilə Nərgizi sığallayır.  
-YaxĢı eləmisən, babacan. – Nərgiz gülümsəyrək dedi.  
Fariz  cibindən  telefonu  çıxartaraq  gəl  qardaĢınla 
danıĢaq görək neyləyir? -  kontaktdan RövĢənin nömrəsini 
axtararıb zəng elədi.  
-Alo, RövĢən. Necəsən?  
Biraz danıĢmağa davam edəndən sonra Gülnaza uzatdı. 
Təxmini beĢ dəqiqə danıĢıb telefonu Nərgizə uzatdı.  
-Necəsən? 
QarĢı tərəfdən RövĢən cavab verdi: 
-YaxĢıyam. Sən necəsən? Neyləyirsən? 
-Heç,  oturmuĢam.  Darıxıram  biraz.  Sən  neyləyirsən? 
Evin rahatdı? 


90 
 
-Hə. Universitetə də yaxındı.  
-ġəhəri  gəzmisən?  QəĢəngdi?  –  Nərgiz  marağın 
saxlamayıb soruĢur.  
-Belə də, pis deyil. Çox gəzməmiĢəm hələ. – Nərgizin 
səs  tonundan  onun  həyəcanın  hiss  edən  RövĢən,  onu 
qısqandırmamaq üçün belə cavab verdi. 
-Gəz. Dənizkənarına get. Deyillər gözəldi, bulvar.  
-YaxĢı.  
-Hələlik.  Özünə  yaxĢı  bax,  bizidə  dərd  eləmə.  Biz 
yaxĢıyıq. Babada gedib gəlir, yanımızdadı tez – tez.  
-Hələlik.   
RövĢənin zəngi söndürün eĢidib telefonu ortaya doğru 
uzadır.  
-Biraz zaman keçsin, hamımız toplaĢıb yanına gedərik. 
MaĢına müĢtəri düĢüb.  
-Anam gedər, mən nənəylə qalaram. – Nərgiz dedi.  
-O  niyə?  Məndə  gedərəm.  Avtobusla  getmirsiz  ki. 
Mənim 
maĢınımla 
gedəcəyik.  Səndə  yanımızda 
gedəcəksən. Yoxsa, qardaĢını görmək istəmirsən, hə?  
-Ġstəyirəm. YaxĢı, gedərik.  
-YaxĢı, mən indi gedim, arvad məni gözləyir. Evdə tək 
qalıb. Nəsə istəsəz zəng edin.  
Nərgizin yanına gələrək, yanağından öpərək – canın nə 
çəksə 
anana 
de, 
zəng 
eləsin 
alım 
gətirim. 
Çəkinmə,eĢitdin? 
-YaxĢı, babacan.  
-YaxĢı,  ata.  Anamada  salam  de.  –  Gülnaz  atasını  yola 
saldı.  
Farizin  getməsindən  sonra  geri  gəlib,  qardaĢınlada 
danıĢdıq. MaĢın satılsa idi, gedib birdə görərdik.  
-Sən  RövĢəni  yox,  onun  necə  yaĢadığının  dərdin 
çəkirsən.  
-Neyləyim,  qızım.  Anayam  nədə  olsa.  Oğlumu  tək 
orda kim bilir nə edir.  
-Analar oğullarna niyə belə düĢkün olur, anlamıramda. 
– Nərgiz gülərək dedi.  


91 
 
-Niyə elə deyirsən? Səni istəmirəm ki?  
-Mən istəməyirsən dedim?  
Araya çökən sükutu Nərgiz pozdu. – yeməkdən qalıb? 
Acdım.  
-Bayaq  küsüb  kedəndə  elə  bildin  acmayacaqsan?  – 
dayan görüm, sənin payını ayırmıĢdım.  
-Su  da  istəyirəm.  –  Nərgiz  adəti  üzrə  arxa  tərəfə 
çevrilərək  anasına  səsləndi.  Anasını  görməsə  də  evin 
düzənini  bilirdi.  Bilirdi  ki,  oturduğu  stolun  arxasında  sol 
tərəfdə  qapı,  sağ  tərəfdə  isə  havanın  isti  olduğu 
zamanlarda  yeməki  çöldə  biĢirmək  üçün  çölə  yığdığı 
boĢqablar, soba var idi. kreslolarıda onların ortasında yəni 
tən arxasında qoyulmuĢdu.  
-Suyu  nə  edirsən?  Çay  süzüm  ondansa.  –  anası 
Nərgizin istəyinə cavab verir.  
-Yox, su istəyirəm.  
-YaxĢı. Gözdə, gətirirəm.  
Yeməki gətirib stola qoydu. Qabdan su süzüb Nərgizə 
içməsi  üçün  uzatdı.  Nərgiz  xoĢlamayırdı  ki,  kimsə  ona 
bacaracağı iĢlərdə kömək eləsin. Bu onu daha da üzürdü. 
Gülnazda  artıq  öyrəĢmidi  deyə  kömək  etmək  üçün  təklif 
etmədən suyu içməai üçün Nərgizə uzatdı.  
-Yeməkini ye, qonĢuya gedək. – Gülnaz dedi. 
-Mən istəməyirəm, yatacam.  
-Bütün günü evdəsən. Hava almıĢ olarsan. 
-Yox,    istəmirəm.  Getsəm  orada  oturacaqsınız,  söhbət 
edəcəksiniz, mənlik deyil. 
-UĢaqlarla oturararsan.  
Nərgiz dedi: 
-Onlar  oynamaq  istəyir,  gedib  onların  sadəcə  səsin 
eĢidə biləcəm. 
-Necə istəyirsənsə... 
Süfrəni yığıĢdırdıqdan sonra Nərgizə, dur gedək, uzan 
–  dedi.  Nərgizin  əlindən  tutaraq  yatağına  apardı.  Farizin 
düzəltmiĢ  olduğu  əl  çubuğu  ilə  ətrafa  toxunaraq 
qabağındakıların  fərqinə  vara  bilirdi.  Tək  problem  isə 


92 
 
həyətin  hamar  daĢlardan  ibarət  olmaması  idi  ki,  ayağı 
iriĢib yıxıla bilərdi.  
 
 


93 
 
On beşinci hissə 
 
Gülnaz  Nərgiz  RövĢənin  yatağına  uzadıb,  getdiyini 
dedi.  Anasının  getdiyindən  əmin  olandan  sonra  qalxaraq 
əli  ilə  pəncərənin  yanına  qoyduğu  stulu  axtardı.  Stulda 
oturaraq  pəncərədən  çölə  doğru  boylandı.  GünəĢin  Ģüası 
onun  üzünə  vururdu.  Gözü  görmədiyi  bu  gözəlliyi  hiss 
edirdi.  Payızın  yaxınlaĢmasına  baxmayaraq  hava  isti  idi. 
təbilətin  gözəlliyini  hiss  eləmək  üçün  Ģair  olmaq 
gərəkməzdi,  günəĢə  baxan  hər  kəs  bunu  anlaya  bilərdi. 
Səmanın  maviliyi, quĢların səsləri, deyəsən köç edirdilər, 
hə,  müəllim  onlara  demiĢdi.  DemiĢdi  ki,  quĢlar  hər  fəsil 
bir  ölkəyə  gedirlər,    onlar  soyuqda  yaĢaya  bilməyirlər. 
Onların hər ölkədə evləri olur, isti olanda ora gəlib həmin 
evdə  payızın  gəlməsin  gözləyərdilər.  Həmin  evlərində 
yumurtayarlar  və  balaları  olar.  Onları  burada  böyüdüb 
özləri  ilə  bərabər  köçə  qoĢardılar.  Heyvanlar  aləmində 
müəlliminin 
dediyindən 
xatırladığı 
balalarının 
böyüdəndən  sonra  onlardan  ayrılar,  balalarının  öz  baĢına 
həyat qurmasını istəyirdilər. QuĢ olmaq yaxĢı idi, dünyaya 
quĢ olaraq gəlmək  istərdi. Göylərdə uçaraq hər  yeri  görə 
bilərdi.  Böyük  bir  ailəsi  olardı,  balaları  olardı.  Hər  gün 
onlar üçün yem gətirərdi. Yox. Heçdə yaxĢıya oxĢamayır 
əslində. Ya ovçunun gülləsinə tuĢ gəlsə. Onda nə olacaq. 
Ya  balasını  kimsə  götürüb  öldürsə  idi?  Yox,  buna  dözə 
bilməzdi. 
Anası  ilə  atasını  fikirləĢdi.  Atasının  ölmədən  öncəki 
günlərini,  gözlərini  itirmədiyi  günləri,  hansı  ki,  çox 
xoĢbəxt  idilər.  Atasının  iĢdən  gəlməsini  gözləyər,  gələn 
kimi  qaçaraq  qucağına  çıxar  saçlarını  sığallayardı. 
Anasının  gülüĢü,  RövĢənlə  oynadığı  günlər  hamısın 
özləyirdi.  Anasının  gülüĢü  onun  çox    xoĢuna  gəlirdi. 
Gülərkən gözləri parıldayar,ona baxan hər kəsdə də gülüĢ 
yaradardı.  Görəsən  indi  də  həmin  ki,  kimi  gülür  ya  da 
gülə bilir? Nərgizin gözlərini, onu sevənlərin isə gülüĢün 
almıĢdı, həmən daĢ. ATILAN BĠR DAġın etdiyi fəsadları 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə