Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə42/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   38   39   40   41   42   43   44   45   ...   67

142 
 
istəyəcəkdi.  Gəzmək,  marka  geyim  istəyəcəkdi.  Ya  bunu 
qarĢılaya  biləcəkdi?  Bunları  bir  daha  düĢünməli  idi.  Nə 
qıza  boĢ  yerə  ümid  vermək,  nə  də  ki,  özünü  kiminsə 
yanında alçaltmaq istəyirdi. 
Fikirlər  gecəni  onunla  bərabər  yatdı  və  orda  da  qaldı. 
Səhər  Ģən  halda  oyanıb  evdə  nə  edəcəyi  haqqında 
düĢünməyə  baĢladı.  Saat  ikiyə  iyirmi  dəqiqə  iĢləmiĢ 
Dənizə  mesaj  yazdı.  Necə  olduğunu,  Nə  elədiyini 
soruĢdu. Dəniz musiqi dərsinə gedəcəyin istəyirsə onunda 
gələ  biləcəyin  dedi.  RövĢən  biraz  düĢünüb  evdə  də 
görüləsi  iĢinin  olmadığın  görüb  razılaĢdı.  Ünvanı  alıb 
hazırlaĢmağa    baĢladı.  Rayonlarındaki  evdə  ev  iĢlərini 
anası  Gülnaz    görürdü.  Atasının  sağ  olanda  anasına 
sataĢması  yadına  düĢdü  ki,  bütün  günü  evdə  oturursuz 
sonra  da  ağlaĢırsız  ki,  bütün  günü  iĢləyib  yorulmuĢuq. 
Ġndi  fikirləĢir  ki,  həqiqətəndə  ev  iĢləri  heçdə  asan 
deyilmiĢ.  Yemək  biĢirmək,  evin  tozunu  almaq  yeri 
təmizləmək  görüldüyü  kimi  olmadığın  iĢ  görəndə 
anlaĢılırmıĢ.  
Masanın 
üzərindəki 
stəkanı 
mətbəxə 
aparıb 
yaxaladıqdan  sonra  yerinə  qoyub  əynini  dəyiĢib  Dənizin 
yanına  getmək  üçün  evdən  çıxdı.  Metroya  minərək 
Dənizin  getdiyi  musiqi    məktəbinin  olduğu  dayanacaqda 
düĢüb  beĢ  dəqiqə  piyada  gedib  çatdı.  Məktəbin  qapısına 
çatanda  Dənizə  zəng  elədi.  Bir  dəqiqə  keçmədiki  gəlib 
onu  özü  ilə  məktəbin  içi  ilə  dərs  otağına  apardı.  Ġçərisi 
sanki  saray  idi.  Divarlar  belə  göz  oxĢayırdı.  Birlikdə  bir 
otağa keçdilər. Ġçərdə biraz yaĢlı bir qadın, iki qız və birdə 
oğlan  var  idi.  RövĢən  salam  verib,  gülümsədi.  Müəllim 
keç otur deyərək gülümsədi.  
RövĢən  Dənizin  arxasına  düĢərək  pianonun  olduğu 
yerə  gəldi.  Dəniz  əyləĢib  yanında  əyləĢdirib  nəsə  istədiyi 
bir  parçanın  olduğun  soruĢdu.  RövĢən  seçimi  Dənizə 
buraxdı. Barmaqlarını gərərək pianonun dillərinə basmağa 
baĢladı. Ətrafa gözəl musiqi yayılmağa baĢladı. Təxminən 


143 
 
bir dəqiqə ifa etdikdən sonra dayanıb, necə idi? bəyəndin?  
- deyib gözlərini ona həsrətlə baxan RövĢənə zillədi.  
-Gözəl idi. sənin kimi.  
-Öyrənmək istəyirsən?  
-Necə  olacaq?  –  RövĢən  üzünü  büzərək  Dənizə  baxıb 
üzündə təbəssüm yaratdı.  
-Gəl,  burda  otur,  mən  sənə  notları  göstərəcəm  səndə 
sıra ilə olara toxunacaqsan – ayağa duraraq kənara çəkildi.  
RövĢən  əyləĢərək  Dənizin  göstərdiyi  notaları 
ardıcıllığla  piaona  ifa  etməyə  baĢladı.  GiriĢdə 
salamlaĢdığı  orta  yaĢlı  müəllim  onlara  yaxınlaĢaraq  - 
bizdə  bir  söz  var  ki,  birinə  piano  çalmağı  öyrətmək 
istəyirsənsə ilk öncə özün öyrənməlisən. – görəsən Dəniz 
xanımımız özü öyrənibmi ki, indi də sizi öyrədir.  
-Yox,  öyrətmək  deməyəkdə  məĢq  edirik.  –  Dəniz 
gülümsəyərək müəlliminə dedi.  
Dərs bitəndən sonra Dəniz çantasını götürüb, RövĢənlə 
birlikdə  çölə  çıxdı.  ÇıxıĢda  anasına  zəng  edərək  dərsdən 
çıxdığını,  RövĢənlə  bərabər  olduğunu  Ģəhərdə  gəzdikdən 
sonra evə gələcəyin dedi. Lakin? Rona evə gəlməsini, ailə 
dostlarıgilə gedəcəyin dedi. Dəniz istəməsədə Rona israrla 
atasının  dediyin  deyərək  onu  evə  gətirməyə  razı  saldı. 
Dəniz  RövĢənlə  məcbur  sağollaĢdı.  Telefonun  çıxartıb 
Fəridə zəng elədi. Uzun müddət idi ki, görüĢmürdülər.  
-Alo,  gör  mənə  kim  zəng  edir.  Nədi,  olmaya 
sevgilindən  ayrılmısan?    -  Fərid  dəstəyi  götürər  – 
götürməz dedi.  
-Günah məndədi. Niyə zəng edirəm ki?! – Gülümsədi. 
-YaxĢı,  günahsızkən  günahkar  olacam  indi.  Nəsə 
deyirdin? 
-ġəhərdəyəm.  Bəlkə,  gəzək?  Arifədə  deyəcəyəm. 
Ceyhun rayona gedib, yoxsa onuda çağırardıq. 
-Hmm, əslində iĢim yoxdu. Sən Arifə zəng elə, məndə 
hazırlaĢım.  
-YaxĢı. Qızlar kimi iki saata hazırlaĢma. Səni gözləyən 
deyiləm. – RövĢən güldü. 


144 
 
-Eləmədiyin Ģeydi elə bil. Gözləyərsən.  
RövĢən  telefonu  Fəridin  üzünə  bağlayıb  Arifə  zəng 
elədi.  Ondan  da  razılıq  alıb  sonuncu  dəfə  görüĢdükləri 
kafeyə yollandı.  
Hava  biraz  sərt  idi.  Küləkin  gücü  hiss  olunurdu. 
Binaların  arası  ilə  hərəkət  edərək  insanların  ruhuna 
iĢləyirdi.  Küçənin  tinlərində  durub  səyyar  satıĢla  məĢğul 
olan  insanlar  küləkdən  özlərini  qorumaq  üçün  özlərini 
divara qısmıĢdılar. Əllərini bir – birinə sürtərək qızıĢmağa 
çalıĢan  bu  insanlar  yoldan  keçən  insanların  onlara 
yaxınlaĢıb,  satdığları  malları  almaları  ümidi  ilə 
gözləyirdilər. Arada biri yaxınlaĢar, satıcının yerə sərdiyi 
malları  götürər,  əlində  fırladar,  qiymətini  soruĢub  ağzını 
büzərəq yerinə qoyub uzaqlaĢırdılar.  Əllərini  bir – birinə 
sürtən bu kiĢinin əsl məqsədi nə idi görəsən? Varlı olmaq 
ya satdığlarının pulunu aparıb içkiyə yatırmaq? – yox, bu 
olsa  idi  beĢ  manatlıq  malın  satar  çıxıb  gedərdi.  Yan 
marketdən  içki,  yanında  yeyə  biləcəyi  biraz  atıĢdırmalıq 
bir  Ģey  alıb  özü  kimi  sərxoĢluqla  qürur  duyan  dostunu 
çağırmalı idi. Gecənidə hansısa tində, bir – birinə büzüĢüb 
yataraq  keçirərdilər.  Belə  ola  bilməzdi.  Təsəvvür  edək, 
baĢqa  nə  ola  bilərdi?  Hmm,  evlidi  və  görüldüyü  kimi 
iĢsiz. Bir, bəlkə də, iki uĢağı var. Birdə ərinin gətirdiyi üç 
–  dörd  manatla  bütün  günü  nə  biĢirəcəm  deyə  dərd edən 
bir qadın. Bu kiĢidə yəqin həmən o üç – dörd manat üçün 
əlləĢirdi.  Evinə  qayıdan  da  qabağına  yarı  ac,  yarı  tox 
qaçan  uĢaqlarının  qarĢısına  əli  boĢ  getməməsi  üçün. 
Atalarının  olması  onlar  üçün  bir  qürur  olmalıydı.  Bəlkə 
də, uĢaqlarından biri oğlan idi. Atasının gətirdiyi  manatla 
qürur duyar, özgə əlinə möhtac olmadığına görə sevinərdi, 
sevinməliydi.  RövĢən  Ģüursuz  Ģəkildə  hərəkət  edərək 
fikrində  canlandırmağa  davam  edirdi.  –  atasının  var 
olması.  Onun  iki  manatı,  özgənin  milyonundan  artıq  idi. 
Çünki,  kimdən,  necə  gəldiyin  bilirdi.  Ġstəyəndə 
qısılmayırdı.  Utanmayırdı.  Bilirdi  ki,  qarĢısındaki  onun 
atasıdı.  Ona  bahalı  maĢın  almaz,  istədiyi  qədər  pul  verə 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə