103
xı, Gəncə, Təbriz şəhərləri bu vəzifəni öz üzərinə gö-
türmüşdürsə XIX əsrdə ədəbi məclislərin artması ilə
əlaqədar olaraq bir azda genişlənmiş, Lənkəran, Nax-
çıvan, Qarabağ və Tiflisi də əhatə etmişdir. XX əsrdən
etibarən mədəni mərkəz rolunu, ümumiyyətlə, Bakı
oynamışdır.
Əruz vəznli şeir XX əsrdə təkcə Sabir, Cavid, Va-
hidin adı ilə deyil, vəzn baxımından onlardan geri
qalmayan onlarla sənətkarın adı ilə bağlıdır. Ədəbiy-
yat tarixində adları yaşayan S.Vurğun, S.Rüstəm,
C.Xəndan, M.Seyidzadə, B.Vahabzadə kimiləri ilə ya-
naşı, Ələkbər Şahid, Rüfət Əhmədzadə, Rüfət Zəbioğ-
lu, Qulam Feyzullayev, Həkim Qəni, Ənvər Nəzərli,
Rəhim Saraylı, Fazil Şahin, Hacı Ələmdar Mahir və
digər şairlərimiz də bu sahədə az külüng çalmamış-
lar.
Gənc nəslin əruza diqqət yetirməsi, bu vəznin tə-
ləblərini tam ödəyəcək səviyyədə şeirlər yazması ürə-
yimizi fərəh hissi ilə doldurur. Bunların sayı çoxdur.
Şəxsən tanış olub yaradıcılıqlarını müəyyən dərəcədə
araşdırdıqlarımızdan Kərbalayi Mahir Cürət, Hacı
Rüfət Rafiqoğlu, Arif Buzovnalının adını çəkə bilərik.
Əruza qarşı müxtəlif təqiblərdən, soyuq münasi-
bətlərdən danışan çoxdur. Biz də bu fikirlə müxtəlif
məqamlarda razı oluruq, lakin tam
yəqinliklə deyə bi-
lərik ki, XX əsr Azərbaycanda əruzun əsl çiçəklənmə
və inkişaf dövrüdür. Buna ümumi savadlanma, mət-
buat və kitab çapı işinin genişlənməsi, hamının anla-
yacağı və istifadə edə biləcəyi yazı qrafikasının (istər
kiril, istər latın) tətbiqi, Ə.Cəfər, S.Əliyev və s. kimi
əruzşünas-alimlərimizin yetişməsi və əvvəlki dövrlə-