ŞƏMİl sadiQ Ədəbiyyatla



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə26/40
tarix25.07.2018
ölçüsü1,91 Mb.
#59095
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

112
 
 
dırmışlar. Bu vəznə yeni bir ad vermək məsuliyyətini 
öz  üzərimizə  götürmək  istəmədik.  Ancaq  arzu  edər-
dik  ki,  hörmətli  filoloq-alimlərimiz  və  terminologiya 
komitəsi  bu  işə  diqqət  yetirsin  və  indiyə  qədər  heca 
vəzni  adlanan  vəznə  daha  dəqiq  elmi  ad  versinlər. 
Əks təqdirdə biz də onu sillabik vəzn adı ilə adlandır-
malı olacağıq. 
Bu vəzn yazılı ədəbiyyatımızda Xətai yaradıcılığın-
da  ilk  dəfə  işlənməyə  başlamışdır.  Doğrudur, 
Q.Bürhanəddin,  İ.Nəsimi  yaradıcılığında  da  bir  sıra 
nümunələrin  heca  vəznində  olduğu  barədə  fikirlər 
yürüdülür.  Ancaq  həmin  nümunələr  varsa  da,  yenə 
də çox az miqdardadır. İlk dəfə onu yazılı ədəbiyyatı-
mıza Şah İsmayılın gətirdiyi faktı isə təkzibolunmaz-
dır. Hecada vəzn rəngarəngliyi əruza nisbətən müqa-
yisə olunmaz dərəcədə bəsitdir. Düzdür, poeziyamız-
da,  nəzəriyyə  kitablarında  söylənildiyi  kimi  2  hecalı-
dan  tutmuş  16  hecalıya  qədər  və  bunların  müxtəlif  
bölgü quruluşu ilə ifadə olunmuş heca vəznli ölçülər 
vardır. Lakin onlar əruzun 72 növü, 267 variant qəlibi 
qarşısında say və ahəngdarlıq baxımından müqayisə-
yə gələ bilməz. Ancaq folklorumuzun, aşıq şeirimizin  
və  XVI  əsrdən etibarən yazılı  ədəbiyyatımızın böyük 
bir qismi bu vəzndə yaradıldığı üçün, millətimizin bir 
nümayəndəsi onu asanlıqla duyub, həmin vəzndə ya-
zılan  şeirləri  oxuya  bildiyi  üçün  heca  vəzni  digər 
vəznlər arasında xüsusi hörmətə layiqdir.  
“Avesta”dakı “Qat”ların, “Dədə Qorqud”dakı şeir 
nümunələrinin  heca  vəznində  olduğunu  ehtimal  və 
təsdiq  edənlər  var.  Bundan  əlavə,  A.A.Tufarqanlı, 
Xəstə Qasımı, Sarı Aşığı, Aşıq Alını, Aşıq Ələsgəri və 


113
 
 
s.  çıxsaq  Ş.İ.Xətai,  M.P.Vaqif,  M.V.Vidadi,  Q.Zakir, 
Ə.Cavad,  S.Vurğun,  S.Rüstəm,  M.Şəhriyar  və  s.  kimi 
böyük  sənətkarlarımız  əsərlərinin  əsas  bir  qismini 
məhz bu vəzndə yazmışlar. Aşıq Qurbanidən üzü bə-
ri  dədə  aşıqlarımız  şeirlərini  bu  vəzndə  qoşmuşlar. 
“Koroğlu”  kimi  bir  eposumuzun  bütün  şeirləri  heca 
vəznindədir. 
Rübai  şeir  vəznlərimizin  üçüncüsü  və  sonuncusu-
dur.  Mənşə  etibarilə  farslar  tərəfindən  yaradılan  bu 
şeir  vəzni  farsdilli  ədəbiyyatımızda  daha  çox  işlən-
mişdir. Qətran, Xaqani, Nizami, Nəsimi kimi şairləri-
mizin  yaradıcılığında  rübainin  gözəl  farsdilli  nümu-
nələrini  görə  bilərik.  Şərq  ədəbiyyatında  rübainin  ən 
böyük ustadı Ömər Xəyyam, bizim poeziyamızda isə 
Məhsəti  Gəncəvidir.  Türkdilli  ədəbiyyatımızda  rübai 
vəzninin gözəl nümunələrinə Füzuli, Nəbati, S.Ə.Şir-
vani kimi şairlərin yaradıcılığında rast oluruq. 
Apardığımız  araşdırmalar  nəticəsində  XX  əsrin 
əvvəllərindən  etibarən  türkdilli  ədəbiyyatımızda  rü-
bai vəzninin işlənmədiyi, unudulub getdiyi müşahidə 
olunmaqdadır.  Doğrudur,  rübai  forması  ədəbiyyatı-
mızda  işlənmişdir.  Lakin  şairlərimizin  rübai  adı  ilə 
yazdığı  şeirlərin  hamısı  heca  vəznli  dördlüklərdən 
ibarət olmuşdur. Hətta Xaqani və Məhsətinin rübailə-
ri də heca vəznli dördlüklər formasında tərcümə edil-
mişdir.  Lakin  rübaini  rübai  edən  onun  özünəməxsus 
vəznidir. “Ərəb, fars, türk-azəri və s. Yaxın Şərq ədə-
biyyatında  (rübainin  nəzəri  olaraq,  ümumiyyətlə)  24 
vəzn  növü  var.  Lakin  Azərbaycan  ədəbiyyatında  rü-
bai  vəzncə  6  növdə  yazılmışdır”  fikrini  söyləyən  
prof.  Ə.Cəfər  rübaini  vəzncə  əruzdan  fərqləndirmiş, 


114
 
 
onun  ayrıca  bir  vəzn  növü  olduğunu  bildirmişdir. 
Rübai mənşə eibarilə əruz vəzninə daxil deyil. Əruzu 
ərəblər, rübaini farslar yaratmışlar. Rübai vəzni ancaq 
rübai  janrında  yazılan  şeirlərə  tətbiq  olunur.  Qəzəl 
janrında tətbiqini istisna  hal kimi ancaq Q. Bürhanəd-
dində müşahidə etmişik. Bu vəzn əruz və heca vəzn-
lərinə nisbətən  poeziyamızda az işlənmişdir. XX əsr-
də  isə  yuxarıda  qeyd  etdiyimiz  kimi  tamamilə  unu-
dulub getmişdir.  
Gənc şairlərimizdən Hacı Rüfət Əliyevin (Rafiqoğ-
lu)  XX-XXI  əsrlərin  qovşağında  nəşr  etdirdiyi  “Toy 
çaldır  Qarabağda”  kitabında  6  rübaiyə  rast  oluruq. 
Həmin rübailər rübai vəzninin I və II növlərindəndir. 
Rübai  vəzninin  yenidən  poeziyamıza  qayıtması  se-
vindirici haldır. Arzu edərdik ki, bundan sonra rübai 
janrında  şeir  yazmaq  istəyən  şairlərimiz  onu  heca 
vəznində yox, öz vəznində yazsınlar. 
Yuxarıda qeyd etdiyimiz  üç şeir vəznindən başqa 
poeziyamızda mənsur şeir və sərbəst şeir adlanan şeir 
formaları da vardır ki, onlar haqqında fikirlərimizi si-
zinlə bölüşməyi vacib bilirik. 
Mənsur şeirdə məani, bədii, bəyan çox qüvvətli ol-
duğu  halda,  vəzn  və  qafiyə  bir  o  qədər  gözlənilmir. 
Bu baxımdan onu şeir adlandırmaq mümkün olsa da,  
nəzm  adlandırmaq  məqbul  deyildir.  Mənsur  şeirdə 
bəzən vəzn və qafiyə ünsürlərinə də rast gəlmək olur. 
Lakin bu şeirlərdə olan vəzn əruz və heca vəznli şeir-
lərdə olduğu kimi ahəngdar və səlis deyildir. Burada-
kı vəzn  eyni bölgü və təfilələrin, yəni eyni kəmiyyət 
və  keyfiyyətin  təkrarından  yox,  vəzncə  müxtəlif  par-
çaların ritmik təkrarından yaranır. Bu ritmik parçalar 


115
 
 
müxtəlif ölçüdə olsa da müəyyən bir məna və ardıcıl-
lıqla  düzülür  və  bu  düzüm  mənsur  şeirin  ahəngini, 
ölçüsünü yaradır. Mənsur şeir formasında hər iki vəz-
nin – əruz və hecanın ahənginə rast olmaq mümkün-
dür.  Nəbati  və  Sabirin  əruz  çalarlı  mənsur  şeirlərinə 
poeziyamızda  bəhri-təvil  deyilir.  Halbuki,  onlar  əru-
zun təvil bəhrində yazılmayıblar, onlar əruz ahənginə 
uyğun  nəsrlə  yazılmış  sənət  nümunələridir.  Heca 
vəzninin  ahəng  və  ölçüsünə  uyğun  yazılmış  şeirlərə 
görkəmli yazıçı, pedaqoq və alimimiz Gülhüseyn Hü-
seynoğlunun yaradıcılığında rast oluruq. Belə bir nü-
munəyə  diqqət  yetirək: “Açıldı  mücrü,  örtüldü müc-
rü,  boşaldı  mücrü...”.  Yuxarıdakı  ifadələri  heca  vəz-
nində olan hər hansı bir şeirin beş hecalı bölgüsü ki-
mi, yaxud beş hecalı şeir növünün üç misrası kimi də 
qəbul  etmək  olar.  Özünü  vəzn  buxovu  ilə  bağlamaq 
istəməyən, ancaq məna və bədiiyyat arayan, yeri gəl-
dikcə  ahəng  və  qafiyəni  unutmayan  qüdrətli  sənət-
karlar üçün bu, məqbul sayılsa da, ancaq ondan özü-
nü  vəzn  baxımından  əziyyətə  salmaq  istəməyən  bir 
sıra  şairlərimizin  sui-istifadə  etməsi  halı  məqsədəuy-
ğun deyil. 
Keçən  əsrin  20-ci  illərinin  sonlarında  30-cu  illərin 
əvvəllərində poeziyamızda sərbəst vəznli şeir deyilən 
şeir  nümunələri  yaranmağa  başladı.  Bədiiyyat  və 
ümumən  ədəbiyyatşünaslıq  elmindən  uzaq  olan  bir 
sıra  şairlərimiz  buna   aludə  oldular  və nəticədə mət-
buat səhifələrində səliqəsiz nəsr və dəyərsiz olan yazı 
nümunələri çap olunmağa başladı. Əvvəla, o vaxt tez-
tez  işlənən  və  son  dövrlərə  qədər  ədəbiyyat  nəzəriy-
yəsində adı çəkilən sərbəst vəzn anlayışı öz-özlüyün-


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə