ŞƏMİl sadiQ Ədəbiyyatla



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix25.07.2018
ölçüsü1,91 Mb.
#59095
1   2   3   4   5   6   7   8   9   ...   40

17
 
 
Qəhrəman  konsepsiyasını  araşdırdığımız  H.Cavi-
din  yaradıcılığında  türkçülüyə  böyük  bir  konsepsiya 
kimi  baxılmışdır.  Təsadüfi  deyil  ki,  ideoloji  ateizmin 
təsirində olan bir çox tənqidçilər və ədəbiyyatşünaslar 
Cavidi ateist adlandırsalar da, digər bir qisim tənqid-
çilər  və  ədəbiyyatşünaslar  birmənalı  olaraq  Cavidi 
panislamizmdə,  pantürkistlikdə  günahlandırmışlar. 
Qətiyyətlə deyə bilərik ki, qəhrəman konsepsiyasının 
əsasında ittihadçılıq, tərəqqi, bəşəri problemlər daya-
nan şair daima şovinist ideyalardan uzaq, sadəcə mil-
lətinə böyük sevgi bəsləyən, güclü milli duyğulara sa-
hib olan bir şəxs idi. 
Göstərdiyimiz  cəhətlər  və  müəllifin  ideya-sənət-
karlıq xüsusiyyətlərinin üzə çıxarılmasında qəhrəma-
nın müstəsna rolu mövzumuzun müasir ədəbi-nəzəri 
fikir üçün nə qədər aktual olduğunu göstərir.  
“Hüseyn Cavid yaradıcılığında qəhrəman konsep-
siyası”  mövzusunda  müzakirənizə  təqdim  olunan 
dissertasiya  giriş,  4  fəsil,  nəticə  və  ədəbiyyat  siyahı-
sından ibarətdir. Onu da nəzərinizə çatdırıram ki, bu 
iş  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  Ədəbiyyat 
nəzəriyyəsi şöbəsində yerinə yetirilmişdir. 
Dissertasiya işinin girişində mövzunun elmi aktu-
allığından,  məqsəd  və  vəzifələrindən,  elmi  yeniliyin-
dən, təhlil metodlarından və s. bəhs edilmişdir. 
İşin “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyya-
tında  romantizm  cərəyanı  və  romantik  qəhrəman” 
adlanan  birinci  fəslində  Azərbaycan  romantizminin 
inkişaf  tarixindən,  problemlərindən,  özünəməxsus-
luqlarından, həmin dövrün ictimai-siyasi şəraitindən, 
romantiklərin  yaratdığı  bədii  qəhrəman  tiplərindən 


18
 
 
və  onlarda  ifadə  olunan  ideallarından,  ideyalarından 
söz açılaraq qəhrəmanların təsnifatı prinsipləri müəy-
yənləşdirilmişdir.  Bunun  davamı  olaraq  növbəti  ya-
rımbaşlıqda Cavid qəhrəmanlarının təsnifatı verilmiş-
dir. 
XX  əsr  Azərbaycan romantizminin qəhrəman  tip-
lərini  müxtəlif cür təsnif etmək olar: müxtəlif millət-
ləri,  təbəqələri,  zamanları  və  məkanları  təmsil  edən, 
mücərrədliyi, mövhumiliyi və gerçəkliyi ilə fərqlənən 
qəhrəmanlar.  Lakin  biz  dissertasiyamızda  XX  əsr 
Azərbaycan  romantizminin  banilərindən  olan  H.Ca-
vidin romantik qəhrəman tiplərini aşağıdakı kimi təs-
nif etməyi qərara aldıq: romantik qəhrəman ailə-məi-
şət kontekstində (Səlma, Afət, Cəlal, Maral); romantik 
qəhrəman inqilab və müharibə kontekstində; (Knyaz, 
Azər,  Topal  Teymur,  Şeyda,  Arif,  İblis,  Səyavuş);  ro-
mantik qəhrəman dini-fəlsəfi kontekstdə (Şeyx Sənan, 
Peyğəmbər, Xəyyam). Dissertasiyanın növbəti fəsilləri 
bu təsnifat əsasında müəyyənləşdirilir. 
Dissertasiya  işinin  ikinci  fəsli  “H.Cavidin  roman-
tik  qəhrəmanı  ailə-məişət  kontekstində”  adlanır. 
“Şərq  müdrikliyi  və  ana”  adlanan  birinci  bölmədə 
Anaya dərin ehtiram və məhəbbətlə yanaşan H.Cavid 
dramaturgiyasının  ilk  romantik  qəhrəmanı,  “Ana” 
pyesindəki  Səlma  anadan  və  “Qadın”,  “Öksüz  Ən-
vər”, “İlk bahar”, “Qız məktəbində”, “Çiçək sevgisi”, 
“Şərq  qadını”  kimi  şeirlərində,  “Azər”  dastanındakı 
“Azad  əsirlər”,  “Vəhşi  qadın”,  “Səlmanın  səsi”  kimi 
parçalarda  anaya  olan  dərin  hörmətdən  söhbət  açıl-
mışdır. 


19
 
 
Cavid  “Ana”  pyesində  ananı  Şərq  müdrikliyinin 
təmsilçisi kimi göstərməklə, Şərq, eyni zamanda türk  
mentalitetində qadının tutduğu uca yeri göstərir. 
Şərq  müdrikliyinin  əsasında  Tanrı  sifətlərini  mə-
nimsəyərək  kamilləşmək,  ilahi  iradəyə  uyğunlaşmaq 
başlıca yer tutduğu kimi, ananın da xarakter və dav-
ranışında bu cəhət əsasdır. O, çox çətin bir məqamla –
oğlunun  qatilini  bağışlamaq  və  ona  sığınacaq  ver-
məklə sınağa çəkilsə də, ilahi iradədən uzaq düşmür. 
İkinci fəslin ikinci bölməsi “Qadın azadlığı proble-
mi və qadın qəhrəmanlar” adlanır. Bu bölmədə H.Ca-
vidin  ailə-məişət  mövzusunda  yaratdığı  “Maral”, 
“Uçurum”  və  “Afət”  əsərləri  tədqiqata  cəlb  edilmiş-
dir. 
Şairin  ailə  və  məişət  mövzusunda  yazılan  “Ma-
ral”, “Uçurum” və “Afət” faciələri öz məzmunları və 
daşıdıqları ideya yükü ilə bir-biriləri ilə üzvi surətdə 
bağlı olan bir silsilə təsiri bağışlayır, elə buna görə də 
bu əsərlər ardıcıl tədqiqata cəlb edilmiş, hər bir obra-
za  diqqət  yetirilmişdir.  Bədii  qəhrəman  ənənəsində 
onlardan başlanan yeniliklər və  
 
 
Qadın! Ey sevgili, şəfqətli mələk! 
 
Bu qədər səbrü-təhəmmül nə demək? 
 
O lətafət, o nəcabətlə sana 
 
Bu əsarət, bu həqarət nə rəva!? 
 
Sən nəsin?.. Kəndini bil, zəfi bıraq! 
 
Həp nəsibinmi sənin sillə-dayaq?! 
 


20
 
 
   – deyən Cavid romantizmində qadın azadlığı prob-
leminin  necə  böyük  önəm  daşıdığı  müəyyənləşdiril-
mişdir. 
Elmi  işimin  üçüncü  fəsli  “H.Cavidin  romantik 
qəhrəmanları  inqilab  və  müharibə  kontekstində”  ad-
lanır. “İnqilabın qəhrəmanların taleyi ilə açılan fəlsəfi 
mahiyyəti”  adlı  birinci  bölmədə  H.Cavidin  inqilaba 
münasibəti araşdırılmışdır. 
Sovet  dövründə  H.Cavid  yaradıcılığına,  xüsusilə 
də inqilabi mövzuda yazdığı əsərlərinə obyektiv ger-
çəklikdən  kənar  münasibət  bəslənilmişdir.  Bu  qəbil-
dən olan tənqidçiləri iki qrupa bölmək olar; birincisi, 
vəzifə  hərisləri,  “ölüm  qədər  zəhərli”  həyatda  yaşa-
mağı  üstün  tutanlar,  Cavidi  proletar  inqilabının  ma-
hiyyətini anlamamaqda günahlandıranlar, ikincisi isə 
H.Cavidi sevənlər, qorumaq üçün, yaşatmaq üçün sü-
ni  şəkildə  Cavid  yaradıcılığında  Sovet  ideologiyasını 
təbliğ edən, onu alqışlayan ünsürlər taparaq Cavidin 
də bu dövrün adamı olduğunu demək istəyənlər. Bu 
fəsildə Cavidin inqilab və müharibə kontekstində təq-
dim  etdiyi  qəhrəmanlar  ədəbiyyatşünaslıqda  rastlaş-
dığımız yanlış təhlillərlə polemikada tədqiq olunur. 
XX əsrin əvvəllərindəki istər dünyadakı, istər Ru-
siyadakı, istərsə də Azərbaycandakı inqilabi proseslə-
ri diqqətlə izləyən Cavid inqilab mövzusuna da biga-
nə  qalmamış,  dahiyanə  fikirlərini  “Şeyda”,  “Knyaz” 
pyesləri  və  “Azər”  poeması  ilə  ortalığa  qoymuşdur. 
Yüksək siyasi təfəkkürə malik Cavid yaratdığı heç bir 
əsərdə  tələskənliyə  yol  verməmiş,  xeyli  düşünüb-da-
şındıqdan  sonra  ortalığa  çıxarmışdır.  Apardığımız 
tədqiqat göstərir ki, sovet tənqidçilərinin söylədikləri 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə