ŞƏMİl sadiQ Ədəbiyyatla



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə14/40
tarix25.07.2018
ölçüsü1,91 Mb.
#59095
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

61
 
 
olan hadisə və məzmunun genişliyini və gərginliyini 
üçüncü,  dördüncü  və  beşinci  pərdələrdə  görmürük. 
Son üç pərdə hələ üzərində işlənəcək bir yazını xatır-
ladır. Cavidin bütün əsərlərində özünəməxsus bir dil 
vardır.  Bu  dil  onun  məişətdəki  dilindən  fərqlidir. 
Onun  nəsrlə  yazılmış  son  dram  əsərləri  “Topal  Tey-
mur”  və  “İblisin  intiqamı”dır.  “Topal  Teymur”dakı 
dil  Cavidin  “Maral”,  “Şeyda”və  “Afət”kimi  əsərləri 
ilə çox yaxın olduğu halda, “İblisin intiqamı”ndakı dil 
onun  məktublarının  üslubuna  və  leksikasına  yaxın-
dır.  Deməli,  Müşkinaz  xanımın  köçürdüyü  və  bizə 
gəlib  çatan  bu  nüsxə  əsərin  son  bitkin  variantı  deyil. 
Görünür, Cavid onun dili üzərində işləməyə vaxt tap-
mamış və ya əsərin əsas variantı itib-batmışdır. Fikir-
lərimizi pyesdəki üç şeir parçası da təsdiq edir: birinci 
pərdədə  qaraçıların,  ikinci  pərdədə  Xalidin  oxuduğu 
parçalar bədii cəhətdən çox güclü olduğu halda, dör-
düncü pərdədə İblisin oxuduğu şeir Cavid şeiriyyəti-
nin tələblərinə cavab vermir.  Müqayisə üçün onların 
hərəsindən  bir  bəndə  diqqət  yetirək.  Birinci  pərdədə 
qaraçıların:       
 
İnsan ömrü dalğa kimi keçər, gedər.            
Hər gələn bir sevgi yolu seçər, gedər.     
Dərdi burax, zövqünə bax, unutma ki,        
Hər kəs əcəl badəsini içər, gedər. 
 
–  şərqisi  heca  vəzninin  12-lik  ölçüsündə  dörd  hecalı 
bölgülərin  üç  dəfə  təkrarı  ilə  yazılmışdır.  Nə  forma, 
nə məzmun, nə də qafiyə sistemində hər hansı bir xə-
tası olan bu şeir sənətkarlıq nümunəsidir. 


62
 
 
 
İkinci pərdədə Xalidin nəğməsi:       
Səni ürkütdümü halım, çiçəyim!        
Öylə yan baxma, aman sevdicəyim!           
O baxışlar, o duruşlar, o əda               
Qoparır fırtınalar ruhumda.              
 
Şeir əruz vəzninin üçbölümlü incə naqis rəməl nö-
vündə-fə'ilAtün  fə'ilAtün  fə'ilün  ölçüsündə  yazılmış-
dır.  Bədiilik,  vəzn,  qafiyə  və  mənasına  irad  tutmaq 
mümkün  deyil.  İndi  isə  dördüncü  pərdədəki  şeirin 
bir parçasına diqqət edək: 
 
Alqış sevda gecələrini oxşayan qaranlıqlara! 
Alqış qaranlıqlar içində süzülən işıqlara!              
Alqış ipəklər içində qıvrılan qanadsız quşlara!    
Alqış oynaq və incə ayaqlardakı nazlı uçuşlara!  
 
Nə  əruz,  nə  də  heca  vəzninə  uyğun  gələn  ritorik 
sətirlər 16, 19, 17, 18 hecadan ibarətdir. Cavidin yara-
dıcılığında  belə  bir  şeyə  rast  gəlməmişik.  Müasirləri 
içərisində  vəzn  baxımından  ən  yüksək  pillədə  duran 
bir şair belə bir yazını şeir formasında tamamlanmış, 
bitkin bir əsərə sala bilməzdi. Deməli, əsərin sonuncu 
üç pərdəsinə və bu şeirə Cavidin yenidən, təkrarən əl 
gəzdirməsi fikri olmuşdur. O, şübhəsiz ki, “İblis”dəki  


63
 
 
monoloqlara  bənzər  tərzdə  bu  əsərdə  də  nəsə  yarat-
malı idi. Əlimizdəki varianta əsasən əsərin natamam-
lığı barədə şübhələrimizi Cavidin, bəlkə də, hansı ar-
xivdəsə yatan, sonralar əlimizə keçəcək bitkin variantı 
doğruldub  aradan  götürə  biləcəyinə  ümidimiz  çox-
dur. 
 
“Elm” qəzeti. 31 oktyabr, 2006-cı il. № 31-32 
 
 
 
 
 
 
 
 
 
 
 


64
 
 
 
 
 
 
 
 
 
 
 
 
II FƏSİL 
Ədəbiyyatşünaslıq və ədəbi köşə 


65
 
 
 
 


66
 
 
Ədəbiyyat Ədəbiyyatdırmı? 
 
“Ədəbiyyat  ədəbiyyatdırmı?”  sualını  eşitdiyi  za-
man bir anlıq bütün bəşəriyyətin tarixini, mədəniyyə-
tini,  fəlsəfəsini  gözünün  qabağına  gətirməyə  çalışır 
insan.  Çünki  bu  gün  bizim  sadəcə  bədii  əsər  deyib 
oxuduğumuz nümunələrin sayəsində əsərin əhatə et-
diyi çağın bütün mühitini görmüş və yaşamış oluruq. 
Yazılı  ədəbiyyat  daima bir  ideologiyanın  aparıcı  ma-
şını  olub.  Bu  ideologiya  maşınları  mütərəqqi  də  ola 
bilər, mürtəce də. Çünki insan həqiqətləri və ya həqi-
qət  kimi  qəbul  etmək  istədiklərini  yüksək  səviyyəli 
təqdimatla qəbul etmək və həzm etmək istəyir. Zövq-
lə  hazırlanıb  təklif  edilən  istənilən  qida  şüur  altında 
“həzm edə  bilmərəm”  fikrindən  tamamilə  uzaq olur. 
Həzm  zamanı nə  qədər  əziyyət  çəkilsə  də,  təqdimat-
dan aldığın xoş duyğular insanı o qədər rahatladır ki, 
reallıqdan  uzaq  olursan.  Ədəbiyyat  da  adətən  siyasi, 
iqtisadi,  dini  ideologiyaların  sözün  zərif  və  yumşaq 
naxışları ilə bəzədilib təqdim edilməsi ilə məşğul olur 
bəzən.  Lakin  bütün  bunlarla  yanaşı  “ədəbiyyat  ədə-
biyyatdırmı?”  sualına  cavab  vermək  istəsək,  ədəbiy-
yat həyatdır deyə bilərik. 
Tarixi  mənasından  uzaqlaşaraq  artıq  sadəcə  ədəb 
qaydaları yox, insanı təqdim edir ədəbiyyat. Bu insan 
Nəsiminin lirik qəhrəmanı, Cavidin Şeyx Sənanı kimi 
müdrik də olur, Füzulinin Məcnunu kimi ilahi eşq fə-
daisi, Nizaminin Şirini kimi səmimi, Cəlilin Şeyx Nəs-
rullahı  kimi  fırıldaqçı  da,  Cavidin  İbn  Yəmini  kimi 
məkrli və şər  ideyaların  carçısı  da. Klassik  ədəbiyyat 
insanın  nəfsini  də,  arzularını  da  istər  müsbət,  istərsə 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə