ŞƏMİl sadiQ Ədəbiyyatla



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə12/40
tarix25.07.2018
ölçüsü1,91 Mb.
#59095
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

53
 
 
müqayisə edilə bilməz. Müqayisə edilərsə, qalib gələ-
cəyi şübhəsizdir! 
“Azər”də  ölçülü  sərbəst  şeirin  həm  əruz  vəznli, 
həm də heca vəznli formalarına rast oluruq. Şair əsər-
də əruz vəznli sərbəst şeir nümunələrini həzəc və rə-
məl  bəhrinin  müxtəlif  təfilələri  əsasında  yaratmışdır. 
İlk  növbədə,  həzəc  bəhrində  yazılmış  ölçülü  sərbəst 
şeirə diqqət yetirək: 
 
    Üsyan! 
    Fəlan 
    Dilcan 
    Üsyan deyə hər dildən, ağızdan 
    məf 'Ulü    məfA'İlü    fə'UlAn 
    Bir nifrət ucaldı. 
    məf 'Ulü   fə'Ulü 
    Keçmişlərə, keçmişdəki adətlərə üsyan! 
    Məf' Ulü   məfA'İlü   məfA' İlü  fə'UlAn 
    “Üsyan” 
 
Misal  gətirdiyimiz  misralar  “Müstəzad  həzəc”in-
də  (dördbölümlü  sınıq  açıq naqis  həzəc)  yazılmışdır. 
Həzəcin bu növünü təşkil edən təfilələr asanlıqla par-
çalanmaq  və  müxtəlif  ölçülərdə  birləşmək  (qruplaş-
maq)  xüsusiyyətinə  malikdir.  Elə  həzəcin  10  və  12-ci 
növlərini də yaradan 8-ci növün (müstəzad həzəcinin) 
bu  xüsusiyyətidir.  Müstəzadlığa  malik  olan,  əruzun 
bəhr növlərinin hamısına bu xüsusiyyət xasdır. 
Klassik  ədəbiyyatımızda  müstəzad  şeirlər  külli 
miqdardadır.  Lakin  onlarda  vur-tut  iki  qəlib,  yəni 
dördbölümdən  sonra  ikibölümlü  (nadir  hallarda  üç-


54
 
 
bölümlüdən  sonra  ikibölümlü  gəlir)  işlənir.  Cavidin 
müasiri  və  yaxın  dostu  olan  Hadinin  yaradıcılığında 
bəzən üç qəlibə rast olunur (“Ümməhati-həyat”, “Fik-
rət”).  Lakin  bu,  Cavidin  sərbəst  əruzu  qədər  cilalan-
mış bir formada deyildir. 
Yuxarıda misal gətirdiyimiz parçada dörd müxtə-
lif  ölçülü  qəlibin-misranın  bir-birini  necə  ardıcıllıqla 
izlədiyinin və  tamamladığının şahidi  oluruq.  Bunlar-
dan  ikisi,  qeyd  etdiyimiz  kimi,  şairlər  arasında  çox-
dan məlum idi və geniş surətdə tətbiq edilirdi. Üçün-
cüsü, məf'Ulü məfA'İlü fə'Ulün şeirimizə Cavid tərə-
findən  gətirilmiş  və  şairin  adıyla  “Cavid  həzəci”ad-
landırılmışdı. Hamısından maraqlısı dördüncü qəlib – 
fə'lAn  təfiləsidir.  Fə'lAn,  fə'İlün  təfiləsinin son hecası 
ikiqat uzun olan variant formasıdır. Uzun fəlun adla-
nır. “Azərbaycan əruzunda bu təfilə fəal təfilələrdən-
dir.  Beş bəhrdə  –  mütəqarib,  mütədarik, rəməl, müc-
təs və xəfif bəhrlərində işlənir”. 
Bəs onda həzəclə əlaqəsi olmayan fəl'an təfiləsinin 
həzəc  bəhrində  yazılmış  bu  şeirdə  iştirakını necə  ad-
landıra  bilərik?  Böyük  şairimizin  milli  əruzumuzda 
olan  daimi,  ciddi  axtarışlarının  müvəffəqiyyətli  nəti-
cəsi! 
Şeirimizdə rəməl bəhrinin müstəzad forması Cavi-
də  qədər  də  mövcud  idi.  Bu  forma  müstəzadlı  mü-
xəmməs  və  qəzəllərimizdə  iki,  M.Ə.Sabirin  bəhri-tə-
villərində  (Həmin  şeirlər  təvil  bəhrində  deyil,  rəməl 
bəhrində yazıldığı üçün Sabir onları haqlı olaraq bəh-
ri-təvil deyil, uzun dərya adlandırmışdır) daha böyük 
ölçülərdə  təzahür  etsə  də,  bu  şeirlərin  heç  birinə  öl-
çülü sərbəst şeir adı vermək mümkün deyil. Cavidin 


55
 
 
“Azər” dastanındakı rəməl bəhrli müstəzadları isə öl-
çülü sərbəst şeirin tələblərinə tamamilə uyğundur. 
 
    Çağlayanlar kürələrdən daşaraq, 
    fA' ilAün   fə' ilAtün  fə' ilün 
    Süzülən gözləri oxşar və öpərkən şaqraq. 
    Fə' ilAtün  fə' ilAtün fə' ilAtün  fə'lün 
    İncə bir şeir oxunur. 
    fA' ilAtün  fə' ilün 
“Azad əsirlər” 
 
Bir-birini vəzncə izləyən və mənaca tamamlanma-
yan üç misra – üç müxtəlif ölçülü qəlib!... Bu, Cavidin 
şeiri artıq sözçülükdən azad etmək üçün müxtəlif öl-
çülü  misralara  müraciət  etməsi,  vəznə  yaradıcılıqla 
yanaşaraq  ölçülü  sərbəst  şeirin  daha  bir  müvəffəqiy-
yətli nümunəsini ədəbiyyatımıza gətirməsi deyilmi? 
Ədəbiyyatımızda ilk uğurlu nümunələri Cavid tə-
rəfindən yaradılan  əruz vəznli ölçülü sərbəst şeir nə-
zəri cəhətdən çox geniş inkişaf imkanlarına malikdir. 
Belə  ki,  həzəc  və  rəməlin  başqa  növlərində,  bundan 
əlavə,  səri,  müzare  və  mütədarik  bəhrlərinin  bir  sıra 
növlərində çox asanlıqla (əlbəttə, müəyyən vərdiş sa-
yəsində)  ölçülü  sərbəst  şeir  yazmaq  mümkündür. 
Əruz  elminin  ən  görkəmli  nümayəndələrindən  biri 
olan, fəxrimiz prof. Əkrəm Cəfər də milli əruzumuz-
da həzəc və rəməlin müstəzadlı formalarından başqa 
digər  bəhrlərin  də  müstəzadlı  formalarının  mövcud 
ola biləcəyini dəfələrlə söyləmişdir. Bu, müasir şairlə-
rimiz  qarşısında  milli  əruzumuzun  və  ölçülü  sərbəst 


56
 
 
şeirimizin  inkişafı  üçün  geniş  imkanlar  açan  və  bu-
nunla bərabər tələblər qoyan bir problemdir. 
Heca vəznli ölçülü sərbəst şeirə “Azər” dastanının 
“Tısbağanın  zövqü”,  “Yaşamaq  və  yaşatmaq”,  “Mə-
zarlıqdan  keçərkən”,  “Dəniz  kənarında”  adlı  hissələ-
rində rast olunur: 
 
    Azər gülüb “xayır!” dedi: “Bizdə deyil tısbağa, 
    İnsan belə görməz bu zövqü əsla! 
    Şərqin bir çox ölkəsini mən gəzib də dolaşdım, 
    Çox ellərə yanaşdım. 
 
“Tısbağanın zövqü” 
 
    Gəncliyin almaz gözləri şimşək kimi çaxardı. 
    Hər üzdə maraqlı bir hal vardı.        
         
Yaşamaq və yaratmaq” 
 
    Bir eşq yaşarkən 
    Sən də atdın məni. 
    Vəfasız olsan da mən
    Unutmam səni. 
 
“Məzarlıqdan keçərkən” 
 
    Şətarətli bir mayısdır... Azər enmiş sahilə, 
    Zümrüd dalğaları seyrə dalmışdı. 
    Bu halda bir şey gurladı, maraqlandı cocuqlar: 
    – Nədir bu səs? 
    Yıldırımmı? 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə