ŞƏMİl sadiQ Ədəbiyyatla



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə11/40
tarix25.07.2018
ölçüsü1,91 Mb.
#59095
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

49
 
 
müəyyən  dövründə  İblisə  uyanlar  nə  qədər  peşman 
olsalar da, etdikləri səhvlər bizim üçün, oxucu və ta-
maşaçılar üçün bir örnəkdir. 
Demonizm-demon şərə xidmət edəndə, tərəddüd-
lü,  zəif  adamların  ruhuna  hakim  olanda  fəlakət,  ira-
dəcə güclü, ruhən mətin, xeyrə xidmət edən adamlar-
da  isə  bütün  bəşəriyyət  üçün  səadət  gətirər.  Bu  ba-
xımdan “Tiran”ın inkarı şərə xidmət edənlərin, onun 
təqdiri isə xeyrə xidmət edənlərin amalı, kredosudur. 
Rahim və rəhman olan zalım və tiran ola bilməz. Lə-
nətlənib  dərgahdan  qovulan  İblis  və  ona  xidmət 
edənlər  Tirandırlar.  H.Cavidin  tirana  yönəldilmiş  in-
karı onlara qarşıdır. 
 
Ədəbi-nəzəri məcmuə. (Ədəbiyyat nəzəriyyəsi 
şöbəsinin illik məcmuəsi). II kitab. Bakı, “Nafta-Press”, 
2004. 
 
 


50
 
 
Hüseyn Cavid yaradıcılığında sərbəst şeir 
 
Sərbəst şeirin xüsusi qafiyə sisteminə malik oldu-
ğunu  az  söyləməmişlər.  Buna  əsaslanan  bir  sıra  şair-
lər  vəzn  cəhətdən  səliqəsiz  nəsrdən  belə  aşağı  səviy-
yədə duran əsərlər yaratmış və həmin yazıların guya 
özlərinə məxsus vəznə malik olduğunu sübut etməyə 
can  atmışlar.  Ədəbiyyatşünaslıqda  bu  problem  hələ 
indiyədək həll olunmamış vəziyyətdə qalmaqdadır. 
Müasir rus şərqşünaslığında sərbəst şeir eyni ölçü-
lü  bölgülərin  misralarda  müxtəlif  sayda  yerləşdiril-
məsi  kimi  başa  düşülür.  “V  russkom  stixovedenie 
volnım  stixom  prinoto  nazıvat  stixi  odinakovıx  stop, 
no  s  raznım  çislom  stop  v  strokax.”  M.L.Kasparov, 
Sovremennıy russkiy stix.”
1
 
Akademik  M.C.Cəfərov  “Şeirimizin  dili  və  vəzni 
haqqında”  adlı  məqaləsində  sərbəst  şeir  barədə  belə 
mülahizə  yürüdür:  söhbət  vəznsizlik  haqqında  get-
mir, əksinə, vəzndə sərbəstlik haqqında gedir. 
Yuxarıdakı fikirləri ümumiləşdirərək belə bir nəti-
cəyə gələ bilərik: sərbəst şeir hər hansı bir vəzn daxi-
lində bölgü və ya təfilə sərbəstliyi nəticəsində meyda-
na gəlir. Bu yolla yaranan şeirlər ədəbiyyatşünaslıqda 
ölçülü  sərbəst  şeir  adını  almışdır.  Lakin  poeziyamız-
da,  ölçülü  sərbəst  şeirin  yuxarıdakı  tələblərə  cavab 
verə  biləcək  ilk  mükəmməl  nümunələrini  kim  yarat-
mışdır problemi hələ də mübahisəlidir. Prof. A.Axun-
dov “Şeir sənəti və dil” adlı monoqrafiyasında bu mə-
                                                           
1
Metrika i ritmika. Moskva. 1974, str. 373
 


51
 
 
sələ  üzərində  ayrıca  olaraq  dayanmış  və  bir sıra qiy-
mətli fikirlər söyləmişdir. Lakin aşağıda Cavidin ölçü-
lü sərbəst şeirləri üzərində aparacağımız araşdırmalar 
bizi  A.Axundovun  bəzi  fikirləri  ilə  razılaşmamaq 
məcburiyyətində qoyur. 
Razılaşa bilməyəcəyimiz əsas fikir odur ki, müasir 
şairlərimizin  yaradıcılığını  araşdıran  hörmətli  alim 
poeziyamızda  ölçülü  sərbəst  şeirin  yaradıcısı  kimi 
C.Novruzu  götürmüş  və  bu  məsələdə  ona  ancaq 
M.Müşfiqin təsiri olduğunu söyləmişdir. Halbuki, Ca-
vid  Müşfiqdən  daha  əvvəl,  hətta  indinin  özündə  də 
vəzn texnikasına görə C.Novruzun ölçülü sərbəst şe-
irlərini kölgədə buraxa bilən şeirlər və poetik parçalar 
yaratmışdır. Bir şeyi də qeyd etməyi vacib bilirik. Bu 
ondan  ibarətdir  ki,  Müşfiq  şeir-sənət  məsələlərində 
Cavidi həmişə özünün müəllimi bilmiş və ondan öy-
rənməyi  müqəddəs  bir  vəzifə  hesab  etmişdir.  Digər 
tərəfdən,  (söylənilən  xatirələrə  əsasən)  Cavidin  müa-
sirləri  arasında  ancaq  Müşfiqin  istedadına  böyük 
ümidlər  bəslədiyini  az  söyləməmişlər.  Deməli, 
C.Novruz ölçülü sərbəst şeirin yaradıcısı yox, ona ya-
radıcılıqla yanaşan layiqli davamçısıdır. 
Əsrimizin  əvvəllərində  şeirdə  bölgü  sərbəstliyinə 
Cavidin “Ana” mənzum dramında və Sabirin “İki hə-
pənd” şeirində rast gəlirik. Hər iki  əsərdə - “Ana”da 
bölgü, “İki həpənd”də təfilə sərbəstliyi dialoqun (mü-
kalimənin) tələblərindən irəli gəlir. Bu, bəlkə də ölçü-
lü sərbəst şeiri yaradan ilk səbəblərdən biridir. Sabir-
də  bu  forma  ötəri  bir hal  olmuşsa,  Caviddə  artıq  ya-
radıcılıq  üslubuna  çevrilmişdi.  Əlbəttə,  dramlarda 
olan ölçü sərbəstliyi hal-hazırda bizi maraqlandırmır. 


52
 
 
Fikirlərimizi sübut etmək üçün buna ehtiyac da duy-
muruq. Caviddə ölçü sərbəstliyinə malik olan “Öksüz 
Ənvər”, “Qız məktəbində”, “Çiçək sevgisi”, “Şərq qa-
dını” kimi şeirlər ədəbiyyatımızda ölçülü sərbəst şei-
rin banisi kimdir sualına cavab verməyə imkan verir. 
“Azər” dastanında da ölçülü sərbəst şeirin tələblə-
rinə cavab verə biləcək bir neçə şeir nümunəsi vardır. 
Bundan  əlavə,  “Azər”də  elə  bir  hadisəyə  rast  gəlirik 
ki,  bu,  ədəbiyyatımızda,  hələlik  ancaq  Cavidə  xas 
olan bir xüsusiyyət kimi qiymətləndirilə bilər. Yuxarı-
da M.C.Cəfərovun adını çəkdiyimiz məqaləsində belə 
bir fikrə rast gəlirik: “Vəzndə sərbəstlik... o deməkdir 
ki,  şair  yeni  məzmunu  yeni  formalarda  daha  müvəf-
fəqiyyətli ifadə edə bilmək üçün eyni əsərdə, ya eyni 
bir şeirdə, poemada müxtəlif vəznlər işlədə bilər”. Bu 
fikir  “Azər”in  bir neçə  hissəsində  özünü  praktiki  su-
rətdə  büruzə  verir.  Məsələn,  “Nil  yavrusu”nda  fəal 
müctəs,  aktiv  xəfif  və  rəməlin  6,  8,  10-cu  növlərinə, 
“Mühacirlər yuvası”nda həzəcin 8, 12-ci növlərinə, rə-
məlin 6-cı növünə, aktiv xəfifə və heca vəzninin 8, 11, 
14-cü növlərinə, “Məzarlıqdan keçərkən”də heca vəz-
ninin  3,  4,  5,  7,  11  və  14  hecalı növlərinə rast  gəlirik. 
Klassik irsimizə müraciət edərkən buna bənzər hadi-
səyə M.Füzulinin “Leyli və Məcnun”unda rast gəlirik. 
Lakin  “Azər”də  olan  vəzn  sərbəstliyi  “Leyli  və  Məc-
nun”dakına  bənzəməz,  burada  daha  kiçik  həcmli  bir 
əsər daxilində daha artıq vəzn və onun növlərinin tət-
biqi ilə rastlaşırıq. Hər hansı kiçik həcmli bir əsər da-
xilində vəzn sərbəstliyi və bölgü, variant rəngarəngli-
yi  baxımından  Cavid  ədəbiyyatımızda  heç  bir  şairlə 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə