ŞƏMİl sadiQ Ədəbiyyatla



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə17/40
tarix25.07.2018
ölçüsü1,91 Mb.
#59095
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

75
 
 
tirak etməklə bərabər iki tədbirin arasında keçiriləcək 
hər  hansı  bir  tədbirin  dəvətnaməsini  belə redaktə  et-
məyə vaxt tapmaq, hazırlanacaq slaydlara şəkillər be-
lə təklif etmək, nəşr ediləcək jurnalları vərəq-vərəq in-
cələmək, sadəcə yüksək zəka sahibinə, millətin taleyi-
ni öz taleyi hesab edən seçilmiş insanlara məxsusdur.  
Təsadüfi  deyil  ki,  akademik  Abbas  Zamanovun 
hələ  1987-ci  ildə  Naxçıvan  tarix  muzeyinin  direktoru 
Sübhi  müəllimə  yazdığı  məktubda  İsa  müəllim  haq-
qında bu fikirləri işlətmişdir. 
“Möminə  Xatun  məqbərəsinin  şəkli  qiyamətdir. 
Bundan  beş-on  nüsxə  mənə  göndərsəniz  əla  iş  gör-
müş  olarsınız.  Bu,  mənim  xaricdəki  dostlarım  üçün 
ən  yaxşı  hədiyyə  olar.  Siz  tapa  bilməsəniz  İsa  Həbib 
tapar. O, qoçaq adamdır, tapar. Hər hansı bir çətinlik 
onun qarşısında diz çökür. İsa Həbib aləmdir”. 
Bir  az  da  İsa  Həbibbəyli  və  Ədəbiyyat  İnstitutu 
haqqında... 
Açığı,  bir  neçə  il  öncə  ölkəmizdə  gedən  inkişaf 
Azərbaycan  Milli  Elmlər  Akademiyasında  o  qədər 
hiss  edilmirdi.  Elmin  keşiyini  çəkən  akademiyamıza 
yeni prezidentin təyin olunmasından sonra bütün ins-
titutlarda bir canlanma başladı. İstər kadr siyasəti, is-
tər  elmi  müəssisələrə  yaradılan  şərait  Azərbaycan 
Milli Elmlər Akademiyasını ölkənin ictimai-siyasi hə-
yatında  nüfuzlu  bir  qurum  kimi  yenidən  söz  sahibi 
etməyə  başladı.  Bu  baxımdan  Akademik  İsa  Həbib-
bəylinin Nizami adına Ədəbiyyat İnstitutuna direktor 
təyin  edilməsi  ədəbiyyatşünaslıq  elmimiz  və  ədəbiy-
yatımız üçün böyük bir töhfə oldu. Yarandığı gündən 
Ədəbiyyat  İnstitutunun  direktorları  ölkə  üçün  çox 


76
 
 
əhəmiyyətli insanlar olmuşlar. Bəlkə, elə buna görədir 
ki, Ədəbiyyat İnstitutunun nüfuzu digər müəssisələr-
dən  daima  fərqlənmişdir.  Əziz  Mirəhmədov,  Yaşar 
Qarayev,  Bəkir  Nəbiyev  kimi  böyük  alimlərdən  son-
ra, bu instituta rəhbərlik edəcək ən layiqli elm xadimi 
məhz İsa müəllim idi. Bunu İsa müəllimin institutda-
kı bir illik fəaliyyətində daha aydın sezmək olar. Belə 
ki,  bir  il  müddətində  Ədəbiyyat  İnstitutunda  yaradı-
lan  “Ədəbi  tənqid”  şöbəsi,  “Mətbuat  tarixi”  şöbəsi, 
“Mühacirət  ədəbiyyatı”  şöbəsi,  “Nəşriyyat”  şöbələri-
nin  yaradılması,  “Ədəbiyyat  məcmuəsi”,  “Xəbərlər” 
elmi  jurnallarının  çapının  intensivləşməsi,  “Poetika. 
izm”in  təsis  edilməsi,  “Ədəbi  əlaqələr”  jurnalını  İns-
titutun  qanadları  altına  alması,    Akademiyanın  tari-
xində ikinci olan yüksək texnologiya ilə təmin edilmiş 
“Elektron”  akt  zalının  məhz  Ədəbiyyat  İnstitutunda 
yaradılması, uzun illər öncə fəaliyyətini dayandırmış 
“Ədəbi proses” adlı illik hesabat xarakterli konfransın 
yenidən fəaliyyətə başlaması ədəbiyyatşünaslığın dir-
çəlməsinə, ədəbi proseslərə ciddi şəkildə münasibətin 
ortaya qoyulmasına xidmət edir. Elm özlüyündə ağır 
bir  prosesdir.  Onu  çevikləşdirən  və  praktik  edən  isə 
təhsildir.  İsa  müəllimin  Naxçıvan  Dövlət  Universite-
tindən  əldə  etdiyi  təcrübəni  Ədəbiyyat  İnstitutunda 
həyata  keçirmək  arzusu  ədəbiyyatşünaslığımız  üçün 
bir  ərməğandır  sanki.  Çünki  İsa  müəllim  Ədəbiyyat 
İnstitutuna  Naxçıvan  Dövlət  Universitetitinin  priz-
masından yanaşır. Bu da elmi tədqiqat müəssisəsinin 
imkanlarını  genişləndirir,  beynəlxalq  əlaqələrini  for-
malaşdırır. Bunun nəticəsində də Azərbaycan ədəbiy-
yatının, ədəbiyyatşünaslığının dünyaya açılması pro-


77
 
 
sesi başlanmış olur. Bu prosesdən isə qazanan, əlbəttə 
ki, Azərbaycan elmi, mədəniyyəti olur.  
Professor  Asəf  Zamanovun  maraqlı  bir  fikri  var: 
“Elə Universitetlər var ki, ora kimi rektor qoysan onu 
yüksəldir,  çəkisini  artırır.  Elə  müəssisələr  də  var  ki, 
onları müəssisəyə rəhbərlik edənin şəxsi nüfuzu, icti-
mai-siyasi ampluası və əzmi daha yüksəklərə qaldırır. 
İsa Müəllim məhz bu cür liderlərdəndir. Bunu Naxçı-
van Dövlət Universitetindəki fəaliyyəti  də  göstərmiş, 
bu  gün  Ədəbiyyat  İnstitutunda  da  gedən  proseslər 
sübut edir. İsa Həbibbəyli ideyalarının həyata keçmə-
sində,  Azərbaycan  ədəbiyyatşünaslığının  yenidən  və 
müasir  tələblərlə  formalaşmasında  onunla  çiyin-çiyi-
nə  işləmək  bir  zövqdür.  Bundan  əlavə  isə  bir  akade-
mikin  xoş  və  şirin  xatirələrinin  şahidi  olmaq  Abbas 
Zamanovun dili ilə desək “bir aləmdir”. 
Bu günlər “qızmar günəş” sevdalısı akademik İsa 
Həbibbəylinin  65  illik  yubileyidir.  Artıq  İsa  müəllim 
təkcə şəcərəsinin yox, Azərbaycanın, türk dünyasının 
adamıdır. Dərin zəkaya, müdrik düşüncəyə malik us-
tadın  əlini  sıxmaq,  doğum  gününü  üzbəüz  təbrik  et-
mək mənim həyatımın önəmli və dəyərli hadisələrin-
dən olacaq! 


78
 
 
Qövsi Təbrizi qəzəllərinin vəzni haqqında 
 
Əlican Qövsi daha çox istedadlı bir qəzəl şairi ki-
mi  məşhurdur.  Daha  dəqiq  desək,  Qövsi  ədəbiyyat 
tarixində  XVII  əsrin  müxtəlif  mövzularda  məharətlə 
yazılmış oynaq, mənalı, ürəyəyatımlı qəzəllər müəllifi 
kimi tanınmışdır. Onun yaradıcılığında ictimai motiv-
li,  məhəbbət,  təbiət  gözəlliklərinə  həsr edilmiş  qəzəl-
lərlə  yanaşı,  Əlişir  Nəvai,  Vahid  Təbrizi,  Sahir  və  ən 
çox  Məhəmməd  Füzuli  kimi  böyük  şairlərə  yazdığı 
nəzirələri də vardır. 
Qövsi əsərlərinin mühüm hissəsini əruz vəznində 
yazmışdır. Lakin o, bu vəznin ən oynaq, Azərbaycan 
dilinin xüsusiyyətlərinə uyğun musiqili bəhrlərini se-
çərək,  əsərlərini  bu  bəhrlərdə  yazmağa  çalışmışdır. 
Təəssüflər  olsun  ki,  Qövsi  Təbrizinin  tədqiqatçıların-
dan heç biri şairin əsərlərinin vəzni haqqında müfəs-
səl məlumat verməmişdir. Ona görə də biz bu məsə-
ləyə  bir  az  məsuliyyətli  yanaşaraq,  əruz  vəzninin 
Qövsi  yaradıcılığında  rast  gəldiyimiz  bəhrləri  barə-
sində bir qədər məlumat vermək istərdik. 
Qövsi  Təbrizi  şeirlərini  yazarkən  bəhrlərin  əksə-
riyyətindən  çox  ustalıqla  istifadə  etmişdir.  Lakin  şai-
rin  ən  çox  işlətdiyi  bəhrlər  həzəc,  rəməl  və  müzare 
bəhrləridir. Bu bəhrlərdən bir neçə misalı gözdən ke-
çirək: 
Birinci növ-dördbölümlü bütöv həzəc: 
 
MəfA' İlün  məfA' İlün  məfA' İlün  məfA' İlün  
Nə sərkeş şölədir bu vəh, bu nə qəddü, nə qamət-
dir, 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə