16
Səs nalyığana tanış gəldi, adının başqa adla səslən-
məsi onu daha da narahat etdi.
– Mən necə inana bilərəm ki, sizin məqsədiniz ali-
dir? Və niyə məhz məni öz sıranızda görmək istəyirsiniz?
Üzübağlı adamlardan biri üzünü açdı,
bu MTN-in ge-
neralı Atilla Babayev idi. General dedi: – Qoroğlu, sən o
nalı mənə göstərməmişdən öncə mən o evdə öldürülən
Həsənin qatilini tanıyırdım. Hətta onun ölüm fərmanını
da elə biz vermişdik. O, İranın Qum şəhərində təhsil al-
mışdı. Onun orda yaşadıqları kişi üçün dəhşətli bir faciə
olduğu üçün mollaların əsirinə çevrilmişdi. Bunun üçün
də ona verilən tapşırıqları yerinə yetirirdi. Din missioner-
liyi altında gəncləri ətrafına toplayır, özünün düşdüyü
bataqlığa sürükləyirdi. Bundan da başqa, Azərbaycana
gizli yolla silah, narkotik vasitələr gətirməklə məşğul
olurdu. Hətta son zamanlar təşkilatlanmağa da başlamış-
dılar. Elə bununla bağlı bizim təşkilatın OdƏrlərinə onu
öldürmək tapşırığı verildi. Əməliyyatı həyata keçirən gün
atlarından birinin nalı təsadüfən ora düşmüşdü. Çoxdan
planlaşdırırdım ki, sən də burda – bizim aramızda ola-
san. Buna qərar vermək üçün səni xeyli müddətdir nəza-
rətdə saxlayırdım və səninlə bağlı xüsusi planlarım vardı,
hətta gizlincə dəfələrlə səni sınaqdan da çıxarmışdım. O
nal isə bir təsadüf oldu. O nalın sahibini axtarmağı sənə
tapşırmağım sənin üçün bir sınaq idi. Bu sınağımdan da
keçdin.
Bu vaxt məşəlli insanlardan digər biri də üzünü açdı.
Bu da həmin Dəmirçioğlu idi.
O dedi: – Qoroğlu, general sənin haqqında zəmanət
verəndə biz sənin belə mərd olduğuna inanmırdıq. Səni
tanımaq üçün mənim yanıma göndərdi. Buna da bəhanə