Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə26/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

96 
 
bu  dəqiqə  su  bəndi  dağıdacaq  və  ya  quzular  analarını 
əməcək,  danalar  bostanı  pozacaq.  Bacarmıram,  Turanə, 
bacarmıram.  Hərdən  sənin  şıltaqlıqların  məni  yüngülləş-
dirir. Sanki ruhumu oxşamaq üçün qarşıma çıxmısan. Şü-
kür  Allaha,  indi  hər  şey  qaydasındadır.  Həftədə  bir  dəfə 
belə sənə vaxt ayıranda, elə bilirəm, avaralanıram... 
Ayxan  bunları  əsgər  gedəcəyi  gündən  bir  gün  əvvəl 
sevgilisinə  –  Turanəyə  danışmışdı.  Uşaqlığını  yaşaya  bil-
məyən  Ayxan,  o  zaman  bilmirdi  ki,  o  uşaqlığını  yaşaya 
bilmədiyi  kimi,  gəncliyini  də,  ahıllığını  da  yaşa  bilməyə-
cəkdi.  Amma  yaşamağın  təkcə  nəfəs  almaqdan,  görmək-
dən,  toxunmaqdan,  hiss  etməkdən  ibarət  olmadığını  dü-
şünsək, Ayxan əbədi yaşadı. Göstərdiyi mərdlik onu ruh-
larda,  uca  dağlarda,  yaddaşlarda  yaşatdı.  Nəfəs  almasa 
belə, amalı yaşadı. Toxuna bilməsə belə, xalqını torpağına 
qovuşduraraq bu birlikdə, bu vəhdətdə yaşadı. Yaşatmaq 
üçün ölüb, həm yaşatdı, həm də yaşadı... 
 
 
Dədə Əfəndinin dördüncü söhbəti 
 
Ərəblər  Quranda  yazılanları  Tanrının  onlara  bəxşişi 
kimi  qələmə  verməyə  başladılar.  Ərəbləri  idarə  edənlər 
qanı  təmiz  ali  insanlara  bu  din  vasitəsi  ilə  ağalıq  etməyə 
çalışdılar.  Bunu  türklər  duydu,  amma  bir  az  gec.  Gördü-
lər ki, bu ərəblər atalarının fikirlərini yaşada bilməyəcək, 
onu məhv edəcəklər, onda bu dinə yenidən sahib çıxdılar. 
Türklər  saxladılar  “Quran”ın  əslini,  özlərininki  etdilər. 
Artıq onda da gec idi. Çünki ərəb xəlifələri şəxsi maraqla-
rı  naminə  bu  saf  sözlərə  əməl  etmədilər,  ondan  istifadə 
edib dövlət  qurdular, xalqların dəyərlərinə hörmət etmə-


97 
 
dən onları istismar etdilər. Türklər olmasaydı, bu gün bu 
din  dedikləri  yaşam  tərzi  belə  böyük  bir  coğrafi  xəritəyə 
sahib ola bilməzdi. Yoxsa, 13-cü əsrdə İslam süqut edərdi, 
oğul, məhv olardı. Türklər ona görə bunu yaşada bildilər 
ki,  onların  yaşam  tərzi  elə  İslamdan  öncə  də  burda  yazı-
lanların hamısına cavab verirdi. Ərəblər və farslar İslama 
iyrənclik,  əxlaqsızlıq,  özbaşınalıq  gətirdilər,  əyyaşlıq  gə-
tirdilər.  İslam bir yaşam tərzidir, oğul, yaşam tərzi. Əgər 
o yaşam tərzi vicdana söykənirsə, ona heç bir din, heç bir 
cəhənnəm,  heç  bir  cənnət  lazım  deyil.  Bu,  artıq  özü  bir 
mənəvi yüksəlişdir. 
Quranda  çoxarvadlılığı  yaratdılar.  Şəhvətin  qurbanı 
oldular. Adını da “Tanrı belə əmr edib” qoydular. Tanrı-
nın bu işlərlə heç bir əlaqəsi yoxdur, oğul, yoxdur. Ərəb-
lərin  cahiliyyə  dövründə  bir  kişi  bir  neçə  qadına  sahib 
olurdu.  Axı  türk  ənənəsindən  fərqli  olaraq  qadının  ərəb-
lərdə heç bir dəyəri yox idi. Onun üçün bu cür şəhvani is-
təklərini  “Quran”ın  adından  insanlara  sırıdılar.  Gör  Tan-
rının  kitabında  nə  deyilir:  Birini  al,  gördün  o,  səni  qane 
edə bilmirsə və sən ona ədalətsizlik edib öz tələbatını ödə-
mək  üçün  zorla  yanaşırsan,  ikincini  al,  gördün  o  da    tə-
min  eləyə bilmir, üçüncüsünü al. Gördün, o da təmin elə-
yə bilmir, dördüncüsünü al. Gördün o da təmin eləyə bil-
mir, daha  evlənmə, elə qulluqçularınla keçin. (Əgər yetim 
qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyi-
nizdən  qorxarsınızsa,  o  zaman  sizə  halal  olan  (bəyəndiyiniz) 
başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər 
(onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə 
bir  nəfər  (azad)  qadın  və  ya  sahib  olduğunuz  kənizlə  evlənin 
(yaxud, o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlini-
zin  altında  olan  kənizlərlə  kifayətlənin).  Bu,  ədalətli  olmağa 


98 
 
(ədalətdən kənara çıxmamağa) daha yaxındır. Ən-Nisa 3. Z.B., 
Y.M.) 
 (Yetim  qızlara  qarşı  ədalətli  olmayacağınızdan  qorxursu-
nuzsa,  onda  xoşunuza  gələn  (halal)  qadınlardan  ikisi,  üçü  və 
dördü  ilə  evlənin.  Əgər  (o  qadınlarla)  ədalətlə  dolanmayacağı-
nızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib 
olduğunuz  cariyələrlə  (kifayətlənin).  Bu,  haqsızlıq  etməməyə 
daha yaxındır. Ən-Nisa 3. Ə.M. ) 
Oğul, Tanrı belə şeylər deməz və söyləməzdi. Bu sa-
dəcə  vəşhi  ərəbin  gördüyü  əməlləri  qanuniləşdirmək  idi. 
Bu,  o  dövrdə  kimlərəsə  sərf  etdiyi  üçün  belə  hökm  edil-
mişdi.  Tanrının  adından  müqəddəs  kitablarla  təqdim 
edildi.  Din  insanları  bir-birindən  fərqləndirən  düşüncəyə 
çevrilib, bala, bunu əsilsizlər bilərəkdən etdi. Qədim türk 
fəlsəfəsində deyilir ki, Tanrı insanları yaradanda bir yara-
dıb. Bunu İslamın da adından deyirlər. O İslam ki, Tanrı 
dinindəki  bir  çox  fikirlərin  üzərində  formalaşaraq,  təhrif 
olunaraq insanlara yeni din kimi təqdim edildi. 
Bunların  hamısını  yavaş-yavaş  biləcəksən,  amma  bi-
rinci  işimiz  maneələri  aşıb  qədim  Şuşadan  o  kitabı  gətir-
məkdir.  Vərəsənin  sirrini  daşıdığı  3  kitab  var.  Bunlardan 
yalnız biri bizim əlimizdə – Şuşadadır. Digər biri Vatikan-
da,  biri  isə  Çindədir.  Amma  digər  kitablara  gedən  yolu 
bilmək  üçün  kodların gizləndiyi  üçüncü  kitabı  gətirməli-
yik.  Artıq  zamanıdır.  O  kitablarda  tariximizin  harda 
gizlədildiyi,  insan  və  Tanrı  əlaqələrinin  necəliyini  müəy-
yənləşdirəcəyimiz  məsələlər  yazılıb.  Nizamidən,  Nəimi-
dən, Nəsimidən bu tərəfə vərəsəmizin bəzi üzvləri kitab-
da yazılanlar haqqında az da olsa, məlumata sahib idilər. 
Bunlardan biri də Muğanna idi. Ona görə onlar bəşəriyyə-
tin mütləq hakimi gücünə sahib idilər. Amma onları başa 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə