92
ğına fikir vermədən bir-birilərinin baxışlarında ümmana
qərq olan iki aşiq. İki qumru.
Deyirlər, bir-birini sevən qumrular ömürlərinin axı-
rına qədər ayrılmayan yeganə varlıqlardır. Əgər qumru
cütlərindən biri ölərsə belə, onlar ömürlərinin sonuna qə-
dər cütləşməzlər. Öz sevdiklərinin ruhundan belə ayrıl-
mazlar. Bunun adı eşqdir. Eşq isə ilk növbədə sədaqət de-
məkdir. Könüllərin heç bir məcburiyyət tanımadan bağ-
ladığı əhd-peymandır. Sədaqət əhd-peymanı...
– Heç uşaq olmadım mən. Uşaqlığın nə olduğunu heç
cür xatırlaya bilmirəm.
– Niyə elə düşünürsən?
– O qədər kasıb və acınacaqlı bir həyat yaşamışıq ki,
uşaqlığım bir qayğıkeş kişi kimi keçib. Şuşanın işğalından
sonra qaçqın düşəndə mənim cəmi 3 yaşım vardı. Evsiz-
eşiksiz, yurdsuz-yuvasız bir körpə, uşaqlığını necə yaşaya
idi? Uzun illər dəmir yolu vağzallarında vaqonlarda yaşa-
dıq. Nə doğma məhəlləmiz oldu, nə sinif yoldaşlarım, nə
də ki tut ağacımız... Onun-bunun əlinə baxdıq. Verdilər
yedik, vermədilər ac qaldıq. Altı yaşımdan İmişlinin də-
mir yol vağzalına yaxın olan kənddə tum, beş qəpiklik xo-
ruz şirnisi satdım. Daşaltıdakı döyüşlərdə onurğasından
yaralanan atam düz on il yataq xəstəsi oldu. Əmimin dul
arvadı və anam məni və digər uşaqları böyütmək üçün
görmədikləri iş qalmadı. Tumu qovurardılar, xoruzu bişi-
rərdilər, biz də aparıb kənddəki toylarda satardıq. Hər-
dən o günləri yadıma salanda elə ağlamaq istəyirəm... Ba-
laca və zəif bir uşaq... Qabağında yamaqlı bir tum torba-
sı... Göy lentlə sarınmış şampun qapağından stəkan tumla
dolu vəziyyətdə torbanın içində... Gözlərimin önündə elə
bil daş kimi asılıb qalıb. Bir dəfə kəndin bizdən böyük
93
uşaqları aşıqlarını mənə göstərərək başımı qatdılar. Arxa-
dan da bir uşaq ayaqlarımın arasındakı tum torbasını bo-
şaltdı... Həmin gün o qədər ağladım ki, elə bil bütün bə-
dənimdəki su gözlərimdən süzülüb töküldü. Ağır günlər
yaşadıq. Sonra ordan Ağcabədidəki yataqxanaya koçdük.
Orda məktəbə göndərdilər. Amma biz təsərrüfatla, mal-
heyvanla məşğul olduğumuz üçün atam xəstə də olsa, qo-
yun-quzu saxlamağa meyilli idi. Orda da qala bilmədik.
Bir-iki ildən sonra da Şəkiyə gəldik. Heç kimin olmadığı
ucsuz-bucaqsız çöldə məskunlaşdıq. Həmin yay palçıq-
dan özümüzə bir koma tikdik. Anam elə sevinirdi ki, öz
evimiz olduğuna görə. Axı Şuşadakı o cür şəraitdən sonra
burda yaşamaq ağır idi ona. Yerli camaatın əvvəl-əvvəl
bizə yazıq kimi baxmaları, sonralar özümüzə düzən qur-
maq üçün çabamızı görəndə bizi bar-bar kimi görmələri
psixologiyamızı dəyişirdi. Hərdən düşünürəm ki, o çadır-
lardan mənim kimi ağlı başında olan uşaqlar necə çıxdı?
Vağzalda su satdığım vaxtlar siqaret çəkməyə başlamış-
dım. Yerdən siqaret kötüklərini yığıb tindəcə bir-iki qul-
lab vurub atırdıq... Səncə, bunlar uşaqlıqdan əsər ola bi-
lər? Əslində soruşsan ki, uşaqlıq necə olmalıdır onu da
bilmirəm.
– Ayxan, sən elə bilirsən ki, günü-güzəranı xoş dedi-
yin o varlı balaları uşaqlıq yaşaya bilir? Gör sənin xatırla-
yacağın nə qədər xatirə var. O xatirələr acı da olsa, bu gün
danışırsan. Bu günündən keçmişə baxıb şükür edirsən.
Tanrı o qədər əziyyətdən sonra sənə xoş gün verib, xoş
günə səsləyir. Atan sağalıb, dördüncü kursda oxumağına
baxmayaraq işləyirsən, qəşəng də pul qazanırsan. Ayağı-
nın altında maşının. Eviniz-eşiyiniz. Maşallah anan da in-
94
di sənin sayəndə istirahət edir. Gəlini də alıb yanına qoy-
san, hər şey tam olar.
– Əslində, orası elədir. Allahımın sevdiyi bəndəyəm,
deyəsən. Səni də qabağıma çıxartmaqla məni mükafat-
landırıb onsuz da. Elə anam da səni görmək istəyir.
– Niyə də Allahın sevdiyi bəndə olmayasan. Sadə,
saf, mədəni, yaxşılığı sevən, ibadətindən qalmayan, dua-
larını əskik etməyən birini Tanrı niyə sevməsin ki. Məni
də namaza, oruca öyrətdiyin üçün yerin behişt olar. İna-
nırsan, Ayxan, namaz qılandan sonra, elə bil, özümü xoş-
bəxt hiss edirəm. İnsan yuyunandan sonra necə rahatla-
nırsa, mən də namaz qılandan sonra eləcə ruhum rahatla-
nır. Sənin tərifini verim? Eyy, mənə bax, hara getdin ye-
nə? Elə bilirsən ki, bizim uşaqlığımız xan balası kimi ke-
çib? Sənə uşaqlığımdan danışsam, ağlayarsan. Bir il baş
barmağım ayaqqabımdan çıxmış vəziyyətdə getmişəm
məktəbə. Amma xatırlayanda o qədər gülürük.
– Nə bilim eee. Nəsə mənim tərifimi vermək istəyir-
din, deyəsən? Maraqlıdır:
– Sənə baxanda, sadə, mehriban, hər şeyə rahat, bəsit
yanaşan bir görkəmin var elə bil. Yola verən hardasa, gü-
zəştə gedən, yəni orta xasiyyətli biri. Lakin, əslində cox
dərinsən, səni yaxından tanıyanda, ünsiyyət quranda hər
şeydə bir xarakter gostərdiyini, düşüncəni, güclü müşahi-
dəni, mənalardakı ikinci, üçüncü, dördüncü qatlara kimi
gedib çıxdığını görmək olur. Yəni görünüşün kimi sadə
və bəsit deyilsən.
– Sən də məni az təriflə də. İmkan ver, uşaqlığımı xa-
tırlayım. Yaxşı dinləyən və məni başa düşən tapmışam.
İmkan verməzsən ki...
95
– Yaxşı, danış. Qulaq asıram. Mən də danışacağam.
Əminin arvadından heç danışmırsan, o necə oldu? İndi
necədir?
– Rəhmətə gedib keçən il.
Allah rəhmət eləsin! Nəsə xəstəliyi var idi?
– Yox. Amma əri və iki oğlu müharibədə şəhid ol-
muşdu. Ondan sonra arvadın heç üzü gülmədi. Hərdən
oturub öz-özünə elə ağlayırdı. Onda mən uşaq idim. Qa-
çıb anama deyirdim ki, bibinin əlinə tikan batıb, ağlayır.
Hərdən də deyirdi ki, gözümə milçək girib. Böyüyəndə
onu başa düşdüm. Ağlım kəsəndə bir dəfə mənimlə dərd-
ləşdi. Onun gözlərindəki kədər günəşin qürub etdiyi təla-
tümlü görüntünü xatırladırdı. Əzab-əziyyət elə bil, ona
doğma idi. Bir dəfə ona kömək edib dananı tövləyə salan-
dan sonra arvad daşın üstünə oturub məni də yanında əy-
ləşdirdi. Başımı sığalladı. Dedi: – Kişi balam! Bax mən sə-
nin kimi kişi istəyirəm. Hərdən kişilərimin yoxluğundan
şikayət edəndə camaat deyir ki, bu arvadın ürəyi kişi istə-
yir. Day demirlər ki, torpaq da kişi istəyir, bağ da kişi istə-
yir, balta da kişi istəyir, odun da kişi istəyir, bazarlıq da,
inəyi dartmaq da kişi istəyir... O danışdıqca üzünə baxır-
dım, qulaq asırdım və onun gözlərində, həqiqətən də,
əzabın ən son həddini görürdüm. Arvad, doğrudan da,
yorulmuşdu. Turanə, bunlarla böyüyən birinin uşaqlığı
ola bilərdi, səncə? Ağlım kəsəndən üzlərdə sevgi görmə-
mişəm. Anam qardaşları üçün, nənəm oğulları üçün, bi-
bim əri və oğulları üçün, nə bilim, qonşumuz Fatma bacı
atası üçün ağlayıb. Atam da kədərini içinə basaraq yata-
ğında özü ilə qucaqlaşıb, qardaş dərdiylə yaşayırdı. Hər-
dən məni danlayırsan ki, elə bil cavan oğlan deyilsən.
Vallah, ola bilmirəm. Elə bilirəm ki, əyləncəyə qapılsam,
Dostları ilə paylaş: |