77
görsən ki, səninlə gedən dostun ölür, sən yaşayacaqsan,
ona da get, oğul. Bu, bəşəriyyətin xilası üçündür!
Məhəmmədin ən ağıllı işi o oldu ki, “Quran”da son
sözü qoydu. Özündən əvvəlki kitabları tanıdı, onlar haq-
qında xoş söz dedi. Tanrının dini olaraq qəbul etdiyini
göstərdi. Bu, digər dinlərə mənsub olan insanların qəlbini
qazanmaq üçün atılan ən gözəl addım idi. Uzaqgörənliklə
o addımı atdı. Və sonda da yazıldı ki, mən axırıncı pey-
ğəmbərəm. Vəssalam, bu da son oldu. Ondan sonra kimsə
cürət etmədi ki, özünə peyğəmbər desin. Amma insanları
daima parçalamaq ideyasını əllərində əsas tutanlar pey-
ğəmbərsiz keçinə bilməyən insanlara sonradan məzhəb-
lər, təriqətlər yaratdılar, özlərindən imamlar seçdilər. Hət-
ta ortalığa bir 12-ci imam məsələsi də atdılar. Bu da xris-
tianlığın modeli üzərində quruldu. Necə ki, bir gün İsa
gələcək, müsəlmanlar da 12-ci imam Mehdi-Əz-Zamanı
gözləyir. Bu gün tanıdığımız dinlərdən çox öncələr qə-
dim türklərin Gök Tanrı dinində Tanrı Xaqanın oğlunun
qayıdacağını göstəriblər. Deməli, bütün dinlər bir-birin-
dən bəhrələnərək yarandığından, burada, bir kök var ki, o
da türklərin sahib olduğu ilk Tanrı dininə gedib çıxır.
Bu dinlərin əksəriyyətinin yaradıcısı eyni qüvvələr-
dir. Bizim mübarizəmiz də elə onlarladır. Onlar bu dinlə-
ri yaradaraq, insanları bir-birinə qırdırır, məqsədlərinə
doğru irəliləyirlər. Əgər Məhəmməd o nöqtəni qoymasa
idi ki, məndən sonra daha Peyğəmbər gəlməyəcək, kim
bilir indi neçə min peyğəmbər gəlib-getmişdi. Amma
dünyanın idarəsini öz əlində saxlamaq istəyənlər dinlərin
yaranmasının mümkün olmadığını gördükdə məzhəb və
təriqətlər yaratmağa başladılar. Təriqət başçıları ortaya çı-
xartdılar. Bunu bütün dinlərdə etməyi bacardılar. Amma
78
İslama daha çox zərbə vurmağa çalışdılar. Çünki onlar
yaxşı bilir ki, türklər İslama sahib çıxsalar, ondan öncəyə
gedib öz əzəli dinlərinə tapınsalar, dünyanın ağalığı türk-
lərin əlinə keçəcək.
Ona görə də bütün bunlar əsas verir ki, “Quran”ın
ərəb dilində göndərilmiş Tanrı kitabı olmadığını biləsən.
Muğanna “Quran”a heç də təsadüfən “Gur Ün” demirdi.
O Məhəmmədin bizim nəsildən olduğunu da təsadüfi de-
mir, oğul. Ona da bəzi məlumatları vermişdilər ataları-
mız. Amma o, bu informasiyalara dözə bilmədi. Çoxunu
açıb dedi. Bəziləri də onu dəli adlandırdı. Sonra gördün-
mü, peşman oldu. Daha heç nə demədi. Çünki faktları aç-
mağın zamanı hələ gəlməyib. Qanı təmiz olanların nəslini
yaşatmalı və böyütməliyik. Onlar təkcə bizim ölkədə de-
yil, dünyanın hər yerində yaşayırlar. İndi məqsədimiz
texnologiyaya sahib olmaqdır. Onların əlindən bunu al-
malıyıq. Bunun da sirri o kitablarda yazılıb.
Oğul, unutma ki, əqidə qardaşlığı heç vaxt qan qar-
daşlığından öndə ola bilməyib. Qan qardaşı ilə əqidə qar-
daşlığı yaransa, bu daha möhkəm və sərt olar, əks təqdir-
də hökmən biri digərini əzəcək. Sənin milli bütövlüyünü
məzhəblər, təriqətlər yaradaraq bölməyə çalışırlar. “Qan
çəkir” atalar sözünü dədələrimiz təsadüfi işlətməyib. Gör
heç insanlar bir-birini danışdırmadan deyə bilərmi ki, din
çəkir. Yox, deyə bilməzlər, dini düşüncə sonradan yara-
nan bir şeydir, amma milli ruh insanın mayasındadır.
Ona görə də əmin ol, dünyanı din qardaşlığı qurtara bil-
məz. Bu gün bunu ortalığa atan yenə əsilsizlərdir. Bizim
də bəzi nümayəndələrimizi buna inandırıb yoldan çıxa-
rıblar. Böyük müharibələrin hamısı milli müharibələrdir.
Dini müharibələr isə daxildə daima insanları bir-birinə
79
qarşı qoymaqdadır. Bu din və təriqət bölgüsü millətləri
parçalamaq üçün düşünülmüş böyük bir siyasətdir. Əsas
məqsəd geni bir olan insanların qanını zəhərləyib, onları
parçalamaqdır. Bu gün Azərbaycanda da bunu həyata ke-
çirirlər. Savadsız xalq bir-biri ilə “Ramazan bayramı əsas-
dır, yoxsa Novruz – Bahar bayramı?” deyərək parçalanır.
Görürsənmi nə qədər gülünc məsələdir? Bu gün ölkəmiz-
də guya bəşəri ideyalarla yaşayan insanlar bütün insanla-
rın bir-birinə qardaş olduğunu deyərək, milli kimliyi tap-
dalamaqda və özləri də bilmədən qarşıdurmaya sövq et-
məkdədirlər. Hələ indi-indi şiə-sünni ayrımının məqsədli
olduğunu dərk etməyə başlayan bədbəxt xalqım, indi də
dini və milli ayırımın oyunçularıdır. Bax Türkiyəyə, artıq
bu orada baş verib: dinçilər və millətçilər. Dinçilər həd-
dən artıq radikallıq göstərərək Türkiyənin dünyəvi döv-
lətçilik prinsiplərinə zərbə vururlar. Bunu Azərbaycanda
da həyata keçirmək istəyirlər. Amma hələ ki, dövləti ida-
rə edənlər buna ciddi nəzarət edə bilir, amma yaxın gələ-
cəkdə bu idarəçilik də əldən çıxa bilər. Çünki yetirmələri,
müridləri artıq vəzifələr tutmağa başlayıb. Bu, yaxınlaşan
təhlükədən xəbər verir.
Fikir ver, gör sənin türk nəslini necə parçalayıblar:
bolqarlar, macarlar, finikiyalılar, hindular artıq başqa din-
lərə sitayiş edərək, əriyib öz köklərindən uzaqlaşıb, kim
olduqlarını belə unudublar. Qaqauzlar da xristian olaraq
milli mənliyindən uzaqlaşdı, daha səni tanımır. Bu min il-
lərin siyasəti idi, artıq bu proses bitib. İndi isə müsəlman
bayrağı altında olan türkləri parçalamaq siyasətinin son
mərhələsidir. Sünni, şiə, vahabi, hənəfi, bahayi və sairə. 5-
6 yüz il bundan qabaq əkilmiş toxum cücərməkdə, böyü-
məkdədir. Türkiyənin bugünkü siyasəti məhz ona köklə-
Dostları ilə paylaş: |