Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə48/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   44   45   46   47   48   49   50   51   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
174 
da  da  yazarsan.  Birincini  də  yazanda  onlar  deyib, 
diqtə  edib,  sən  yazmısan”.  İndi  İsa  müəllim  demiş-
kən,  sanki  Zəlimxan  müəllimə  bu  poemanı  göylər-
dən kimsə diqtə etmiş, o da yazmışdır. Əsər o qədər 
elmi və fəlsəfi mətləbləri poetik şəkildə ifadə edir ki, 
sanki  bu  poema  deyil,  mənzum  elmi  əsərdir.  Bəli, 
mənzum elmi əsər. Çünki İsa Hüseynovdan İsa Mu-
ğannaya  qədər gedən yolda  ustadın  bütün  yaradıcı-
lığı poetik təhlilə cəlb edilmişdir. 
Mənzum  əsərlərdə  elmi  izahat  və  təhlillər  veril-
məsi  ənənəsi  qədim  türk  təfəkküründən  gəlir.  Niza-
miyə,  Nəsimiyə,  Xətayiyə  yalnız  şair  demək  və  gü-
nümüzün anlamı ilə şair kimi yanaşmaq böyük yan-
lışdır.  Kimlərsə  elmi  fikirlərini,  fəlsəfəsini  nəsrlə 
dediyi  halda,  bu  böyük  dühalar  ahəngdar  və  ritmik 
olaraq ruhlara daha da yaxşı xitab etsin deyə nəzmi 
seçmişlər. Xalq şairi Zəlimxan Yaqubun "Ün" poema-
sı  onu  göstərir  ki,  Sabir  Rüstəmxanlı  demişkən,  "Bu 
torpaq hələ də bərəkətlidir". Bəli, bərəkətin toxumları 
genetik  yaddaşımızda  yaşayır  hələ  də,  onu  elmlə, 
zəka  ilə,  saflıqla  suvara  bilsək,  bir  zamanlar  Bilgə 
xaqanlar  kimi  dünya  mədəniyyətinə  yaşam  konsep-
siyaları  və  dini  fəlsəfi  dünyagörüş  ixrac  edən  və 
sadəcə  yaradan  xalq  kimi  mühüm  yeri  olan  türk 
təfəkkürü  yenidən  cücərər  və  bəşəriyyətin  xilasının 
işığı ola bilər. 
"Ün" poemasının sadəcə alt başlıqları göstərir ki, 
müəllif  filosof  yazıçının  həyat  və  yaradıcılığına  tam 
mənası  ilə  bələddir:  SafAğ  elmi,  İsadan  Muğannaya, 
Onun  qurduğu  məclis,  Yerlə  göy  arasında,  Atadan  Bağ 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
175 
Ataya, Yanğın, “Zarinci” üstündə, Muğanna saz çalırdı, 
Sən  nələr  çəkirsən,  Sui-qəsd,  Pıçıltılar,  Firuzə  xanıma 
salamlar olsun, Nəimilik – Nəsimilik - Muğannalıq, Mu-
ğanna var, Muğannadan içəri. 
Başdan-başa müəmma, 
sehr qoxuyan kişi. 
“Tövrat”ı, “İncil”i də, 
Quranı “GurÜn” kimi, 
Təzə gözlə, baxışla, 
duyan, oxuyan kişi. 
Sən ağ görmək istədin
bu düzü, bu dünyanı. 
Silahlardan aralı, 
Günahlardan aralı, 
Allahlardan aralı.
119
 
 
Misralardan  bəlli  olur  ki,  Zəlimxan  müəllim 
"İdeal"  romanından  başlamış  "Mənim  məhəbbətim" 
adlı  bir  səhifəlik  son  yazıya  qədər  Muğanna  yara-
dıcılığı  ilə  dərindən  tanışdır.  Müəllifin  "Sehr  qoxu-
yan kişi"  ifadəsi  isə maraqlı bir tapıntıdır. Elmi ədə-
biyyatda magik realizm – əfsunlu realizm kimi səciy-
yələndirilən Muğanna yaradıcılığının baş obrazı olan 
İsa Muğannaya yaraşan uyğun poetik ifadələrdəndir 
–  "Sehr  qoxuyan  kişi"  ifadəsi.  Ustad  sənətkarın  İsa 
Muğanna kimi yazdığı bütün əsərlərində bir sirr, bir 
məna  gizlənib.  Hər  bir  sözü  üzərində  fikirlər  yürü-
dülə,  müzakirələr  açıla  bilər.  Şairin  "Silahlardan 
aralı, Günahlardan aralı, Allahlardan aralı" misraları 
                                                 
119
 Zəlimxan Yaqub, Azərbaycan jurnalı, Ün, N10. 2014, s 8.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
176 
ilk  baxışdan  oxucunu  düşündürə  bilər.  Lakin  əmi-
nəm  ki,  Muğanna  ideoloji  fikri  ilə  tanış  olan  oxucu, 
gülümsəməyə  bilmir  bu  məqamda.  Dünyanı  "Ağ" 
görmək  istəyən  yazıçı  həyatının  son  30  ilini  təhrif 
olunmuş dinlərin, allahların mahiyyətini açmağa ça-
lışdı.  Onun  konsepsiyasına  görə  bu  gün  dünyanı 
dinlərlə  idarə  edənlər  pul  allahları,  qorxu  allahları, 
təhrif allahlarıdır. 
Hər  hansı  bir  oxucu  əsərləri  ilə  yazıçını  oxuya, 
duya, anlaya bilər. Hətta onunla dərdləşə, söhbətləşə 
də bilər. Lakin bu cür bir poemanı yazmaq üçün va-
cibdir  ki,  oxuduğun  əsərin  müəllifi  dostun  ola,  həm 
də  onun  yazdıqlarına  pərəstiş  edəsən,  simpatiya  ilə 
yanaşasan və hər cümləsinə qibtə edəsən ki, belə bir 
əsər ortalığa qoya biləsən. 
Əzizimiz, Muğanna! 
Heç kəs soruşmasın ki, 
Haralıyam, 
hardanam. 
Mən də Odərlərdənəm, 
Mən də SafAğlardanam.
120
 
Bəlkə,  bir  zamanlar  Zəlimxan  müəllim  də  İsa 
Muğanna  ilə  söhbətlərində  onun  göylərdən  Ün  eşit-
məsinə  inanmadığını  deyib  və  ya  eyhamını  vurub, 
bəlkə  də  sadəcə  ürəyindən  keçirib.  Amma  poemanı 
oxuduqca görürsən ki, bu gün Zəlimxan müəllim İsa 
Muğannaya və onun Ününə tam varlığı ilə inanır. Və 
zaman-zaman  planetdən  Muğannanın  göndərdiyi 
ilahi  səsi,  siqnalı  eşidir,  qədim  elm  olan  ağ,  maq, 
                                                 
120
 Zəlimxan Yaqub, Azərbaycan jurnalı, Ün, N10. 2014, s 70. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
177 
muğ  –  SafAğ  elminin  fəlsəfəsini  sözün  qüdrəti  ilə 
bizə təqdim edir. 
Doqquz oğlu, övladı, 
bir-bir güllədən keçən, 
İsa, Musa babanın 
İsahaq, Musahəqtək, 
Anadilə çevrilib 
tüstülənən ahı da, 
Yazıq Taftı qarının 
Açılmaz sabahı da 
SafAğ elmindən gəlir. 
Cümrünün tütəyində 
alovlanan nəfəs də
Tapdığın sinəsindən 
qopan o qəmli səs də, 
Çayın hayqırtısı da, 
selin gurlaması da, 
Sudüşən çəmənində 
Şehin parlaması da 
SafAğ elmindən gəlir.
121
 
 
Yuxarıdakı  misralar  İsa  Muğanna  taleyi  ilə  ob-
razlarının  taleyinin  ifadəsidir.  Çünki  İsa  Muğanna-
nın adı onun əmisinin, Musa isə babasının adıdır ki, 
biz  bu  haqda  İsa  Muğannanın  "Həyatımdan  səhi-
fələr"  oçerkindən  oxuyuruq:  "İsa  əfəndi  mənim  do-
ğuluşumdan  səkkiz  il  əvvəl,  nəslimizin  Muğanlıdan 
əvvəlki  kəndi  Padişahlıqda  dünyasını  dəyişmiş 
əmim  idi.  Nəriman  Nərimanov  sosialist  ideyaları 
                                                 
121
 Zəlimxan Yaqub, Azərbaycan jurnalı, Ün, N10. 2014, s 9. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə