İsa Muğanna yaradıcılığı “İdeal” işığında
205
Şəmil Sadiq:Biz “İdeal”ı, “Məhşər”i, “Qəbiristan”ı
yığmağa başlayırıq, icazə verirsinizsə.
İsa Muğanna:Hə. “İdeal”ı bir az dəyişdirmişəm.. Elə
bil ürəyimə damdı ki, kimsə gələcək bunu çap
etdirə-
cək... “Məhşər”i də verə bilərəm. “Qəbiristan”ın əv-
vəlinə əl gəzdirməliyəm...
Bədii əsər elə şeydir ki, hər
yazıçı yaşadıqca qayıdır əl gəzdirir. “Məhşər”ə to-
xunmayacam. “Qəbiristan”ın birinci səhifəsində dü-
zəliş olmalıdır. Səhv gedib.
Şəmil Sadiq: Biz bu kitabları ictimaiyyətə təqdim
etmək istəyirik, gənc nəsilə tanıtmaq istəyirik.
Əli İbrahimbəyli: Köhnə oxuyanlar hələ var...
İsa Muğanna: Yoldaşım mənə qadağa qoyub ki,
göylərlə bağlı fikirlərimi danışmayım.
Şəmil Sadiq: Mən bir roman yazıram, kitabın adını
sizin şərəfinizə “OdƏrlər” qoymuşam. Qəhrəmanlar-
dan birinə türk tarixinin gizlədildiyi kitabları tapmaq
tapşırılıb. Sizdən bir məsləhət almaq istəyirəm. Bu,
üç kitabdır – biri Vatikanda, biri Çində, biri də Şu-
şada...Sizcə, hardadır bu tarix?
İsa Muğanna: Bir kitabxana var – 750 cildlik kitab-
xanadır. Dünyada bundan yoxdur. Nərimanov, Pişə-
vəri bu kitabxanadan istifadə edib. O vaxtın gizli
kommunistləri Naxçıvanın bərisində, Əlincəçayın